Məhkəmə qərarları › İş №2-1(107)-357/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-357/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-357/2020 20.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı və cavbdeh 10 saylı X1 nümayəndəsi Qafarov Elman Ömər oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “az hesablanmış 310,25 manat məzuniyyət haqqı və 1079,96 manat istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, cəmi 1390,21 manat pulun cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi, işdən çıxdıqdan sonra ona gecikdirilməklə verilmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyətimə görə pul əvəzi və digər ödənclərin işdən çıxdığı xx.xx.2019-cu il tarixdən ona ödənildiyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi, 2018-ci ilin avqust ayında ona az verilmiş və iddia etdiyi 310,25 manat məzuniyyət haqqının 2018-ci ilin avqust ayında ona verilməli olduğu gündən veriləcəyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ödənc verilməsi, istifadə edilməmiş məzuniyyətə görə iddia etdiyi 1079,96 manat pul əvəzinin işdən çıxdığı xx.xx.2019-cu il tarixdən ona veriləcək günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-325/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq Təsviri hissə: İddiaçı xx.xx.2019-cu il tarixədək 10 saylı X2 işləmiş və həmin tarixdən öz ərizəsi ilə işdən azad edilmişdir. İşdən çıxdıqdan sonra istifadə edilməmiş məzuniyyətinə görə pul əvəzinin hesablanması ilə əlaqədar 10 saylı X3 müraciət etdikdə ona bildirilmişdir ki, işdən azad edilərkən istifadə edilməmiş məzuniyyətinə görə pul əvəzinin hesablanması zamanı 2018ci ilin aprel, may, iyul, sentyabr, oktyabr, noyabr aylarının hər birində 750 manat, iyun və avqust aylarının hər birində 579.50 manat, cəmi 5659 manat aldığı əmək haqqına əlavələr nəzərə alınmayacaqdır. İddiaçı səbəbini soruşduqda ona vergilər nazirinin “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi qaydası” barədə xx.xx.2017-ci il tarixli **********7397 nömrəli əmrini əsas göstərmişlər. Məzuniyyət haqqının hesablanması Əmək Məcəlləsi və Əmək Məcəlləsinin 139-cu maddəsi əsasında qəbul edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 1999-cu il tarixli 137 saylı “məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısının təsdiq edilməsi barədə” qərarı ilə tənzimlənməlidir. İddiaçıya istifadə edilməmiş məzuniyyətinə görə pul əvəzi xx.xx.2019-cu ildən sonra hesablanmış və banka ödənilmişdir. xx.xx.2019-cu il tarixdə bankdan istifadə edilməmiş məzuniyyətinə görə pul əvəzini aldıqda həqiqətən də əlavə əmək haqqının nəzərə alınmadığı iddiaçıya məlum olmuşdur. İddiaçı yenidən 10 saylı X3 getmiş və aylar üzrə nəyin nəzərə alınıb-alınmadığını soruşmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, 2018ci ilin avqust ayında məzuniyyətə çıxdıqda məzuniyyət haqqı hesablanarkən əmək haqqına əlavələr nəzərə alınmamışdır. İlk olaraq Qəbələ rayon Məhkəməsinə müraciət edib, lakin məhkəmədə ona Yasamal rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişlər. Yasamal rayon Məhkəməsi iddianı təmin etməmiş və iddiaçı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Yasamal rayon Məhkəməsinin qətnaməsini ləğv etmiş və bu işə İnzibatiİqtisadi Məhkəmədə baxılmalı olduğunu iddiaçıya bildirmişdir. Odur ki, İddiaçı cavabdehlər 10 saylı X4 və Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “az hesablanmış 310.25 manat məzuniyyət haqqı və 1079.96 manat istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, cəmi 1390.21 manat pul cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi” tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək iddia ərizəsində dəqiqləşmə aparmış və cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “az hesablanmış 310,25 manat məzuniyyət haqqı və 1079,96 manat istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, cəmi 1390,21 manat pul cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi, işdən çıxdıqdan sonra ona gecikdirilməklə verilmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyətimə görə pul əvəzi və digər ödənclərin işdən çıxdığı xx.xx.2019-cu il tarixdən ona ödənildiyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi, 2018-ci ilin avqust ayında ona az verilmiş və iddia etdiyi 310,25 manat məzuniyyət haqqının 2018-ci ilin avqust ayında ona verilməli olduğu gündən veriləcəyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ödənc verilməsi, istifadə edilməmiş məzuniyyətə görə iddia etdiyi 1079,96 manat pul əvəzinin işdən çıxdığı xx.xx.2019-cu il tarixdən ona veriləcək günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: Vergilər nazirinin müvafiq əmri ilə 10 saylı X1 Regional gəlirlər şöbəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət bölməsinin rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Vergilər nazirinin işdən azad olunması barədə əmrin icrası məqsədilə ilə iddiaçı ilə müvafiq təhvil-təslim işləri aparılmış və qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq 10 saylı X4 tərəfindən İddiaçı istifadə olunmamış 66 məzuniyyət günləri nəzərə alınmaqla ümumilikdə 1.399,80 manat məbləğində son-haqq hesab ödənilmişdir. İddiaçı iddia ərizəsində cavabdeh inzibati orqan tərəfindən onun məzuniyyət haqqının və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin hesablanması zamanı əmək haqqına ödənilən əlavələrin nəzərə alınmamasını qüvvədə olan qanunvericiliyinin tələblərinə zidd olduğunu qeyd etmiş və öz dəlillərini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş Siyahısı”na istinad etməklə əsaslandırmağa çalışmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 11847/2019 nömrəli qərardadının surəti, cavabdehin xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubu, “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Vergilər nazirinin müvafiq əmrinin təsdiq edilmiş surəti, 10 saylı X1 verdiyi iddiaçının son haqq-hesab cədvəllərinin təsdiq edilmiş surətləri, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının təsdiq edilmiş surəti, işdən azad edilmə haqqında sənədin təsdiq edilmiş surəti, Vergilər Nazirinin **********241300 nömrəli xx.xx.2019-cu il tarixli müvafiq əmri, AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi barədə məlumat vərəqi, Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 137 nömrəli qərarının surəti, Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(004)-4238/2019 nömrəli qətnaməsinin surəti, Ədliyyə Nazirliyinin 03/10-590 nömrəli xx.xx.2020-ci il tarixli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 325/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “az hesablanmış 310,25 manat məzuniyyət haqqı və 1079,96 manat istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, cəmi 1390,21 manat pul cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi, işdən çıxdıqdan sonra ona gecikdirilməklə verilmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyətimə görə pul əvəzi və digər ödənclərin işdən çıxdığı xx.xx.2019-cu il tarixdən ona ödənildiyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi, 2018-ci ilin avqust ayında ona az verilmiş və iddia etdiyi 310,25 manat məzuniyyət haqqının 2018-ci ilin avqust ayında ona verilməli olduğu gündən veriləcəyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ödənc verilməsi, istifadə edilməmiş məzuniyyətə görə iddia etdiyi 1079,96 manat pul əvəzinin işdən çıxdığı xx.xx.2019-cu il tarixdən ona veriləcək günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-325/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-325/2020 saylı qərarı ilə onun cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı tutduğu vəzifədən azad edilərkən az hesablanmış 310.25 manat məzuniyyət haqqı və 1079.96 manat istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, cəmi 1390.21 manat pulun cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi, habelə işdən çıxdıqdan sonra ona gecikdirilməklə verilmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyətinə görə pul əvəzi və digər ödənişlərin işdən çıxdığı xx.xx.2019-cu il tarixdən ona ödənildiyi günədək, 2018-ci ilin avqust ayında ona az verilmiş və iddia etdiyi 310.25 manat məzuniyyət haqqının 2018-ci ilin avqust ayında ona verilməli olduğu gündən ona veriləcək günədək, istifadə edilməmiş məzuniyyətə görə iddia etdiyi 1079.96 manat pul əvəzinin işdən çıxdığı xx.xx.2019-cu il tarixdən ona veriləcək günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi barədə iddia tələbim rədd edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 325/2020 saylı qərarı həmin məhkəmə tərəfindən xx xxxx 2020-ci il tarixli 2-1(116)- 325/2020 saylı məktubla ona göndərilmiş və poçt tərəfindən xx xxxx 2020-ci il tarixdə ona verilmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-325/2020 saylı qərarını aşağıdakı göstərilənlərə görə əsassız, qanuna zidd və qeyri-obyektiv hesab edir. Belə ki, Şəki İnzibati Məhkəməsinə göndərdiyi iddia ərizəsində qeyd etmişdir ki, o, 10 saylı X2n işdən azad edilərkən istifadə edilməmiş məzuniyyətinə görə pul əvəzinin hesablanması zamanı 2018-ci ilin aprel, may, iyul, sentyabr, oktyabr, noyabr aylarının hər birində 750.00 manat, iyun və avqust aylarının hər birində 579.50 manat, cəmi 5659.00 manat aldığı əmək haqqına əlavələr nəzərə alınmamışdır. Bundan başqa 2018-ci ilin avqust ayında məzuniyyətə çıxdıqda məzuniyyət haqqı hesablanarkən son bir ərzində aldığı əlavə əmək haqqılar nəzərə alınmamışdır. Bu səbəbdən də ona 310.25 manat məzuniyyət haqqı və 1079.96 manat istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, cəmi 1390.21 manat pul az hesablanmışdır. Bundan başqa dəqiqləşdirilmiş iddia ərizəsində işdən çıxdıqdan sonra ona gecikdirilməklə verilmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyətinə görə pul əvəzi və digər ödənişlərin işdən çıxdığı xx.xx.2019-cu il tarixdən ona ödənildiyi günədək, 2018-ci ilin avqust ayında ona az verilmiş və iddia etdiyim 310.25 manat məzuniyyət haqqının 2018-ci ilin avqust ayında ona verilməli olduğu gündən ona veriləcək günədək, istifadə edilməmiş məzuniyyətə görə iddia etdiyim 1079.96 manat pul əvəzinin işdən çıxdığı 28.01,2019-cu il tarixdən ona veriləcək günədək Əmək Məcəlləsinin 172-ci maddəsinə uyğun olaraq hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsini iddia etmişdir. X5 Məhkəməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 saylı “Vergi orqanları işçilərinin sosial müdafiəsinin güçləndirilməsi, vergi orqanlarının maddi texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydasf’nı və həmin qaydanın 3.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Vergilər nazirinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydasf’m əsas göstərərək mənim məzuniyyət pulunun və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin az hesablanması haqqında iddia tələbimi rədd etmişdir. Halbuki adlarından da göründüyü kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 saylı qərarı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydasını, Vergilər nazirinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” isə, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarında da qeyd edildiyi kimi, vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin hesablanması və ödənilməsi qaydasını müəyyən edir ki, mənim də Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadəyə və aylıq vəzifə maaşlarına əlavələrin hesablanmasına və verilməsinəqarşı heç bir iddiam yoxdur. Mənim iddiam məzuniyyətin hesablanmasıilə əlaqədardır ki, bunun da yuxarıda qeyd etdiyim qərar və əmrə heç bir aidiyyatı yoxdur. Yəni mənim iddia tələbim məzuniyyət hesablanarkən hesablanmış əlavə əmək haqqının məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmalı olduğudur. Bundan başqa məzuniyyətin hesablanması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 saylı qərarında heç bir bənd yoxdur. Vergilər nazirinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq olunmuş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nda əlavələrin verilməsi qaydasına aidiyatı olmayan “bu qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqıntn hesablanması zamanı nəzərə alınmır.” cümləsi qeyd edilmişdir ki, bu da Azərbayrcan Respublikasının Əmək Məcəlləsinin 139-cu maddəsinə və həmin maddənin 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 1999-cu il tarixli 137 saylı “məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alman və alınmayan ödənişlərin geniş siyahısının təsdiq edilməsi barədə” qərarına tamamilə ziddir. Həmin cümlədə “məzuniyyət (ezamiyyət)” yazılışından aydın olmur ki, bu məzuniyyətəmi, yoxsa ezamiyyətəmi aiddir. İddia ərizəmdə də, dəqiqləşdirilmiş iddia ərizəsində də qeyd edilməsinə baxmayaraq Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 325/2020 saylı qərarında Əmək Məcəlləsinin müddəalarının məzuniyyət hesablamalarında nəyə görə əsassız hesab edilməsi barədə, Əmək Məcəlləsinin 139-cu,140-cı, 144-cü maddələrinin və Əmək Məcəlləsinin 139-cu maddəsinin 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 1999-cu il tarixli 137 saylı qərarının müddəaları ilə Vergilər nazirinin əmək haqqına əlavələrin hesablanması barədə olan əmri ziddiyyət təşkil edib- etməməsi barədə heç bir qeyd edilməmiş, birtərəfli olaraq Vergilər Nazirinin əmri əsas götürülərək iddiası rədd edilmişdir. Ona görəd də apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-325/2020 saylı qərarını ləğv edib, az hesablanmış 310.25 manat məzuniyyət haqqı və 1079.96 manat istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, cəmi 1390.21 manat pul cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi, Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbləri pozularaq işdən çıxdıqdan sonra ona gecikdirilməklə verilmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyətimə görə pul əvəzi və digər ödənişlərin işdən çıxdığım xx.xx.2019-cu il tarixdən ona ödənildiyi günədək Əmək Məcəlləsinin 172.5-ci maddəsinə uyğun olaraq hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi, 2018-ci ilin avqust ayında ona az verilmiş və iddia etdiyim 310.25 manat məzuniyyət haqqının 2018-ci ilin avqust ayında ona verilməli olduğu gündən ona veriləcək günədək Əmək Məcəlləsinin 172.5-ci maddəsinə uyğun olaraq hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi, istifadə edilməmiş məzuniyyətə görə iddia etdiyim 1079.96 manat pul əvəzinin işdən çıxdığım xx.xx.2019-cu il tarixdən ona veriləcək günədək Əmək Məcəlləsinin 172.5-ci maddəsinə uyğun olaraq hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi barədə yeni qətnamə çıxarasnız. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-325/2020 nömrəli iş üzrə qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavbdeh 10 saylı X1 nümayəndəsi Qafarov Elman Ömər oğlu apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-325/2020 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-325/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçı kiçik vergi xidməti müşaviri vəzifəsində 10 saylı X2 işləmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli əmri ilə 10 saylı X1 Regional gəlirlər şöbəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət bölməsinin rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Vergilər nazirinin işdən azad olunması barədə əmrin icrası məqsədilə ilə iddiaçı ilə müvafiq təhvil-təslim işləri aparılmış və qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq 10 saylı X4 tərəfindən İddiaçı istifadə olunmamış 66 məzuniyyət günləri nəzərə alınmaqla ümumilikdə 1.399,80 manat son-haqq hesab ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 442 nömrəli qərarı ilə "Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası" təsdiq edilmiş və həmin Qaydalarının 3.1.2-ci yarımbəndinə görə büdcədənkənar vəsaitdən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsinin xərclənmə istiqamətlərindən biri kimi işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi müəyyən edilmişdir. Həmin Qaydanın 3.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə vergilər nazirinin xx.xx.2017- ci il tarixli **********739700 nömrəli əmri ilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” təsdiq edilmiş və bu qayda vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. Qeyd olunan Qaydanın 2.7-ci bəndində konkret olaraq göstərilmişdir ki, bu Qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 15.11-ci maddəsinə əsasən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə nazirliyin səlahiyyətləri daxilində müvafiq normativ aktı ilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nı təsdiq etmiş və bununla da əmək haqqına əlavələrin verilməsi üçün konkret şərtlər müəyyən etmişdir ki, məhz həmin əlavələrin də verilməsi qeyd olunan Qaydaların şərtlərinə tam uyğun olmalıdır. Qaydanın tələbləri ilə imperativ qaydada müəyyən edilmişdir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017ci il tarixli 442 nömrəli qərarı ilə “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 3.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Vergilər nazirinin xx.xx.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş "Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydasının 2.7-ci bəndinin tələbinə uyğun olaraq cavabdeh əmək müqaviləsinə xitam verilməsi zamanı iddiaçıya son haqq-hesabını verərkən, məzuniyyət haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablayarkən iddiaçının vəzifə maaşına əlavələri nəzərə almamaqda haqlı olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının tələbinin “işdən çıxdıqdan sonra ona gecikdirilməklə verilmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyətimə görə pul əvəzi və digər ödənclərin işdən çıxdığı xx.xx.2019-cu il tarixdən ona ödənildiyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi, 2018-ci ilin avqust ayında ona az verilmiş və iddia etdiyi 310,25 manat məzuniyyət haqqının 2018-ci ilin avqust ayında ona verilməli olduğu gündən veriləcəyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ödənc verilməsi, istifadə edilməmiş məzuniyyətə görə iddia etdiyi 1079,96 manat pul əvəzinin işdən çıxdığı xx.xx.2019-cu il tarixdən ona veriləcək günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi” hissələri ilə bağlı məhkəmə qeyd edir ki, “az hesablanmış 310,25 manat məzuniyyət haqqı və 1079,96 manat istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, cəmi 1390,21 manat pul cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi” tələbi təmin olunmadığı və həmin tələblərin ilk tələbdən asılı olduğu üçün həmin hissə də iddianı təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “az hesablanmış 310,25 manat məzuniyyət haqqı və 1079,96 manat istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi, cəmi 1390,21 manat pul cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi, işdən çıxdıqdan sonra ona gecikdirilməklə verilmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyətimə görə pul əvəzi və digər ödənclərin işdən çıxdığı xx.xx.2019-cu il tarixdən ona ödənildiyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi, 2018-ci ilin avqust ayında ona az verilmiş və iddia etdiyi 310,25 manat məzuniyyət haqqının 2018-ci ilin avqust ayında ona verilməli olduğu gündən veriləcəyi günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ödənc verilməsi, istifadə edilməmiş məzuniyyətə görə iddia etdiyi 1079,96 manat pul əvəzinin işdən çıxdığı xx.xx.2019-cu il tarixdən ona veriləcək günədək hər gecikdirilmiş gün üçün azı bir faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-325/2020saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar