Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-357/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı 09.03.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)-151/2021 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 sentyabr 1982-ci ildən 13 avqust 1997-ci il tarixədək X18 İdarəsində, 14 avqust 1997-ci il tarixdən 15 iyul 1998-ci il tarixədək Yevlax 16 X22, 15 iyul 1998-ci il tarixdən 29 noyabr 1999-cu il tarixədək 36 saylı Yevlax X11, 06 mart 2000-ci il tarixdən 29 dekabr 2000-ci il tarixədək Azərbaycan Dövlət Şirkəti 3 saylı X12 İdarəsi Yevlax 2 saylı X7 işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 23.07.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1955-ci ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olmuşdur. İddiaçı 28 sentyabr 1982-ci ildən 13 avqust 1997-ci il tarixədək X18 İdarəsində, 14 avqust 1997-ci il tarixdən 15 iyul 1998-ci il tarixədək Yevlax 16 X22, 15 iyul 1998-ci il tarixdən 29 noyabr 1999-cu il tarixədək 36 saylı Yevlax X11, 06 mart 2000-ci il tarixdən 29 dekabr 2000-ci il tarixədək Azərbaycan Dövlət Şirkəti 3 saylı X12 İdarəsi Yevlax 2 saylı X7 işləmişdir. Bütün bunlar iddiaçının əmək kitabçasında əks olunmuşdur. İddiaçı cavabdeh orqana müraciət edərək, yuxarıda qeyd olunan iş illərinin onun sosial sığorta stajına daxil edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 02.06.2020-ci il tarixli, **********3 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının 28 sentyabr 1982ci ildən 13 avqust 1997-ci il tarixədək X18 dairəsi, 14 avqust 1997-ci il tarixdən 15 iyul 1998-ci il tarixədək Yevlax 16 Saylı Yol sahəsi, 15 iyul 1998-ci ildən 29 noyabr 1999-cu il tarixədək 36 Saylı X18 sahəsi, 06 mart 2000-ci il tarixdən 29 dekabr 2000-ci il tarixədək Azərbaycan Dövlət Şirkəti 3 Saylı X12 İdarəsi Yevlax 2 X24 Müəsisəsinin hazırda sənəd materialları Dövlət Arxivində saxlanmadığına, həmin Müəssisələrin uzun müddətli fəaliyyəti olmadığına, müəssisələrin hazırda hüquqi ünvanları məlum olmadığından işlədiyi illərin əmək haqqı arayışını və digər sənədlərini iddiaçı əldə edə bilmədiyinə görə həmin illərin sosial sığorta stajına qəbul edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin 30.03.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edilmişdir. İddiaçı 30.03.2021-ci il tarixli ərizəsində iddia tələbində dəqiqləşdirmə aparmış və “hüququnun yarandığı 09.03.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının birinci instansiya məhkəməsinə ünvanladığı 17.11.2020-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının müvafiq müəssisələrdə əmək fəaliyyətinin olub-olmaması, əmək fəaliyyəti olduğu halda işə qəbul, işdən azad edilmə əmrlərini, qeyd edilən illər, aylar üzrə əmək haqqı cədvəlləri haqqında digər məlumatların verilməsinə dair Azərbaycan Respublikası X13 filialına sorğu verilmiş və cavab olaraq bildirilmişdir ki, həmin müəssisələrin əmrlər kitabı və əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün X16 təhvil verilmədiyindən İddiaçı həmin müəssisələrdəki iş stajını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" 25 dekabr 1991-ci il Qərarına əsasən Azərbaycan dilində latın qrafikasına keçid 1992-ci ildən başlamış, 30 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununun 17-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur. Lakin, iddiaçının təqdim etdiyi əmək kitabçasında 1984-1997-ci illər barədə qeydlər kiril əlifbası ilə aparılmasına baxmayaraq, möhür latın qrafikalı Azərbaycan əlifbası ilə tərtib edilmişdir. Yuxarıda qeyd olunanlardan belə bir nəticəyə gəlirik ki, 1984-1997-ci illərdə fəaliyyət göstərən müəssisələrdə latin qrafikalı möhürlərin istifadəsi mümkünsüz idi. Göstərilənlərə əsasən, iddiaçının X18 İdarəsində, Yevlax 16 X22, 36 Saylı Yevlax X11, Azərbaycan Dövlət Şirkəti 3 Saylı X12 İdarəsi Yevlax 2 Saylı X7 işlədiyini iddia etdiyi dövrlərə dair əmr kitabları və əmək haqqı sənədləri Azərbaycan Respublikası X13 filialına təhvil verilmədiyinə görə, 1982-2000-ci illərin onun sosial sığorta stajına daxil edilməsi qanunsuz və əsassızdır. Birinci instansiya nəhkəməsinin məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya nəhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan iddiaçının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1955-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. İş materiallarında olan X13 filialının iddiaçıya ünvanladığı 11.03.2020-ci il tarixli, 79 nömrəli arxiv arayışında qeyd edilir ki, Azəravtoyol Dövlət Şirkətinin əmr kitabları və əmək haqqı sənədləri mühafizə olunmaq üçün X16 təhvil verilmədiyindən iddiaçının həmin müəssisədəki iş stajının müəyyənləşdirilməsi mümkün olmamışdır. İş materiallarında olan DSMF publik hüquqi şəxsin Yevlax rayon filialının məhkəməyə ünvanladığı 01.10.2020-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı əmək pensiyası təyin edilməmişdir. İddiaçının tələbində qeyd etdiyi illər üzrə sosial sığorta stajı qəbul edilərsə, onun 09.03.2020-ci il tarixdən əmək pensiyası almaq hüququ yaranır. İddiaçının hərbi xidmətlə birlikdə cəmi 26 il 8 ay 3 gün sosial sığorta stajı toplanır. İddiaçının mübahisəli iş stajı 18 il 3 ay 1 gündür. Əlavə olaraq bildirilir ki, İddiaçı X6 EPENSİON vasitəsi ilə 09.03.2020-ci il tarixdən yaşa görə sosial müavinət avtomatlaşdırılmış qaydada təyin edilmişdir. İş materiallarında olan 11 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı 19.04.2021-ci il tarixli, **********03600 nömrəli məktubunda qeyd edilmişdir ki, uçot baza məlumatlarına əsasən vergi orqanında adları qeyd olunan “Azəravtoyol Dövlət Şirkəti, 3 saylı X12 İdarəsi, Yevlax 2 saylı X20”, “X18 İdarəsi”, “Yevlax 16 saylı Yol Sahəsi”, “36 saylı X18 Sahəsi müəssisələrinin vergi ödəyicisi kimi uçotda olması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan DSMF publik hüquqi şəxsin 17 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 20.04.2021-ci il tarixli **********4 nömrəli məktubda qeyd edilir ki, İddiaçı işləmiş olduğu X23 İdarəsinin (yuxarıda qeyd olunan yol idarələrin adları və nömrələri müxtəlif olmasına baxmayaraq eyni müəssisə olmuşdur) sənədləri, əmr kitabları, əmək haqqı cədvəlləri saxlanılmadığından sorğuda qeyd olunan məlumatların təqdim edilməsi mümkün olmamamışdır. İş materiallarında olan X13 filialının 15.04.2021-ci il tarixli 146/10 nömrəli arxiv arayışında qeyd edilir ki, X23 İdarəsinin əmr kitablarıvə əmək haqqı sənədləri mühafizə olunmaq üçün X16 təhvil verilmədiyindən İddiaçı həmin müəssisədəki iş stajını müəyyənetmək mümkün olmamışdır. İş materiallarında olan "xxxx" İnstitutu MMC-nin məhkəməyə ünvanladığı 27.04.2021-ci il tarixli, 86 nömrəli məktubda qeyd edilir ki, X18 İdarəsi, Yevlax 16 saylı Yol Sahəsi, 36 saylı X18 sahəsi və Azərbaycan Dövlət Şirkəti 3 saylı X12 İdarəsi Yevlax 2 saylı X14 tərəfindən 1982-2000-ci illərə aid heç bir sənəd İnstitutun arxivinə verilməmişdir. Bu səbəbdən İddiaçı qeyd olunan idarələrdə əmək fəaliyyəti faktını təsdiq etmək mümkün olmamışdır. İş materiallarında olan Goranboy Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 26.04.2021-ci il tarixli, 23 nömrəli məktubda qeyd edilir ki, X18 İdarəsinin şəxsi heyət üzrə arxiv sənədləri mühafizə olunmaq üçün Goranboy rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən də İddiaçı qeyd olunan illərdə X23 İdarəsində işləməsi barədə arxiv arayışının verilməsi imkan xaricindədir. İş materiallarında olan X13 filialının məhkəməyə ünvanladığı 30.04.2021-ci il tarixli, 20/10 nömrəli məktubda qeyd edilir ki, Yevlax 2 saylı X8, Yevlax 16 saylı Yol sahəsinin, Azəravtoyol Dövlət Şirkətinin, 5 saylı X12 İdarəsinin əmr kitabları və əmək haqqı sənədləri X16 təhvil verilmədiyindən İddiaçı həmin müəssisələrdəki iş stajını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan iddiaçının ******* nömrəli, 24.02.1978-ci il tarixdə tərtib edilən əmək kitabçasından görünür ki, iddiaçı 28 sentyabr 1982-ci ildən 13 avqust 1997-ci ilədək X18 İdarəsində, 14 avqust 1997-ci ildən 15 iyul 1998-ci ilədək Yevlax 16 X22, 15 iyul 1998ci ildən 29 noyabr 1999-cu ilədək 36 Saylı Yevlax X11, 06 mart 2020-ci ildən 29 dekabr 2000-ci ilədək Azərbaycan Dövlət Şirkəti 3 Saylı X12 İdarəsi Yevlax 2 Saylı X7 işləmişdir. Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)-151/2021 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı hüququnun yarandığı 09.03.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)-151/2021 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “28.09.1982-ci il tarixdən 13.08.1997-ci il tarixədək X18 İdarəsində, 14.08.1997-ci il tarixdən 15.07.1998-ci il tarixədək Yevlax 16 saylı X11, 06.03.2000-ci il tarixdən 29.12.2000-ci il tarixədək Azərbaycan Dövlət Şirkəti 3 saylı X12 İdarəsi Yevlax 2 saylı X7 işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona hüququnun yarandığı 09.03.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 24.06.2021-ci il tarixli 2-1(116)-151 /2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə İddiaçı hüququnun yarandığı 09.03.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd edirik ki, Şəki İnzibati Məhkəməsinin 24.06.2021-ci il tarixli 2-1(116)-151/2021 nömrəli qərarı cavabdehə 12.07.2021-ci il tarixdə rəsmi qaydada verilmişdir. Göründüyü kimi, qərardan 30 günlük apellyasiya şikayəti verilmə müddətimiz ötürülməmişdir. Hesab edirik ki, Şəki İnzibati Məhkəməsinin 24.06.2021-ci il tarixli 2-1(116)-151/2021 nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, İddiaçı Cavabdehnə (17 saylı regional ərazi filialına) müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Yevlax şəhər şöbəsinin 02.06.2020-ci il tarixli **********3 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, ərizəçinin 28.09.1982-ci il tarixdən 13.08.1997-ci il tarixədək X18 İdarəsində, 14.08.1997-ci il tarixdən 15.07.1998-ci il tarixədək Yevlax 16 saylı X11, 06.03.2000-ci il tarixdən 29.12.2000-ci il tarixədək Azərbaycan Dövlət Şirkəti 3 saylı X12 İdarəsi Yevlax 2 saylı X7 işlədiyi dövrlərlə bağlı qeyd edilən müəssisələrin müvafiq sənədləri Dövlət Arxivində saxlanılmadığına görə, həmin müəssisələrin uzunmüddətli fəaliyyəti olmadığına görə, müəssisələrin hüquqi ünvanları məlum olmadığına görə həmin dövrlərlərlə bağlı ərizəçiyə aid əməkhaqqı arayışı və həmin müəssisələrdə işləməsi faktını təsdiq edən digər sənədlər aşkar olunmadığına görə sözügedən dövrlərin sosial sığorta stajına daxil edilməsi və ərizəçiyə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün olmamışdır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.1955-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ 64 yaş 6 ayın tamam olduğu 09.03.2020-ci il tarixdə yaranmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1-fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq (28800 manat). 2-azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Əlavə olaraq Qanunun 22-1 -ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki iddiaçının fərdi şəxsi hesabında 01.01.2006-ci il tarixdən 01.07.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, iddiaçıya X6 EPENSİON vasitəsi ilə 09.03.2020-ci il tarixdən yaşa görə sosial müavinət avtomatlaşdırılmış qaydada təyin edilmişdir. İddiaçının mübahisəli olmayan sığorta stajı hərbi xidmət keçdiyi müddət daxil olmaqla ümumilikdə 8 il 5 ay 2 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı 28.09.1982-ci il tarixdən 13.08.1997-ci il tarixədək X18 İdarəsində, 14.08.1997-ci il tarixdən 15.07.1998-ci il tarixədək Yevlax 16 saylı X11, 06.03.2000-ci il tarixdən 29.12.2000-ci il tarixədək Azərbaycan Dövlət Şirkəti 3 saylı X12 İdarəsi Yevlax 2 saylı X7 işlədiyi müddətdir ki, bu da ümumilikdə 18 il 3 av 1 gün təşkil edir. Mübahisəli dövrlər ərizəçinin əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, sözügedən əmək kitabçasında 1984-1997-ci illər barədə qeydlər kiril əlifbası ilə aparılmasına baxmayaraq, həmin qeydlər üzərinə vurulan latın qrafikalı Azərbaycan əlifbası ilə tərtib edilmişdir. Lakin “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25.12.1991-ci il tarixli Qərarına əsasən Azərbaycan dilində latın qrafikasına keçid 1992-ci ildən başlamış, 30.09.2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların dövlət nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, lövhələr və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib edilir. Qeyd edilənlərdən aydın olduğu kimi, 1984-1997-ci illərdə fəaliyyət göstərən müəssisələrdə latın qrafikalı möhürlərin istifadəsi mümkünsüz idi. Buna əsasən əmək kitabçasında sözügedən qeydlər mötəbər hesab edilməmişdir. Həmçinin iddiaçının 28.09.1982-ci il tarixdən 13.08.1997-ci il tarixədək X18 idarəsində, 14.08.1997-ci il tarixdən 15.07.1998-ci il tarixədək Yevlax 16 saylı X11, 06.03.2000-ci il tarixdən 29.12.2000-ci il tarixədək Azərbaycan Dövlət Şirkəti 3 saylı X12 İdarəsi Yevlax 2 saylı X7 işləməsi və əməkhaqqı alması faktı göndərilən sorğulara əsasən də öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası X13 filialına ünvanlanan sorğuya 29.10.2020-ci il tarixli 40/10 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, X18 idarəsinin, Yevlax 16 saylı Yol İstehsalat sahəsinin, 36 saylı X18 sahəsinin, Azərbaycan Dövlət Şirkəti 3 saylı X12 idarəsi Yevlax 2 saylı X8 əmr kitabları və əməkhaqqı sənədləri mühafizə olunmaq üçün X16 təhvil verilmədiyindən İddiaçı həmin müəssisələrdəki iş stajını müəyyən etmək mümkün olmamışdır. Goranboy rayon Dövlət Arxivinin 26.04.2021-ci il tarixli 21 nömrəli məktubuna əsasən qeyd edilmişdir ki, X18 idarəsinin şəxsi heyət üzrə arxiv sənədləri mühafizə olunmaq üçün Goranboy rayon Dövlət Arxivinə təhsil verilməmişdir. Bu səbəbdən də İddiaçı qeyd olunan illərdə X23 idarəsində işləməsi barədə arxiv arayışının verilməsi imkan xaricindədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "xxxx" İnstitutunun 27.04.2021-ci il tarixli 85 nömrəli məktubunda qeyd edilmişdir ki, X18 idarəsi, Yevlax 16 saylı Yol sahəsi, 36 saylı X18 sahəsi və Azərbaycan Dövlət Şirkəti 3 saylı X12 idarəsi Yevlax 2 saylı X14 tərəfindən 1982-2000-ci illərə dair heç bir sənəd İnstitutun arxivinə verilməmişdir. Bu səbəbdən iddiaçı X2 qeyd olunan idarələrdə əmək fəaliyyəti faktını təsdiq etmək mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 28.04.2021-ci il tarixli **********260800 nömrəli məktubunda qeyd edilmişdir ki, uçot baza məlumatlarına əsasən vergi orqanında “Azəravtoyol Dövlət Şirkəti”, “3 saylı X12 idarəsi”, “Yevlax 2 saylı X14”, “X18 idarəsi”, “Yevlax 16 saylı Yol sahəsi”, “36 saylı X18 sahəsi” müəssisələrinin vergi ödəyicisi kimi uçotda olması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı göndərilən sorğulara cavab məktublarından da aydın olduğu kimi, sözügedən müəssisələrin mövcudluğu faktı, həmçinin iddiaçının həmin müəssisələrdə işləməsi və əməkhaqqı alması faktı öz təsdiqini tapmamışdır. Buna baxmayaraq Şəki İnzibati Məhkəməsinin 24.06.2021-ci il tarixli 2-1 (116)-151/2021 nömrəli qərarı ilə iddiaçının iddia tələbi əsassız olaraq təmin edilmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)-151/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)-151/2021 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)-151/2021 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Birinci instyansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuş və onun 64 yaş 6 ayı 09.03.2020-ci il tarixdə tamam olmuşdur. 7-ci maddənin qeydinə əsasən iddiaçının pensiya yaşı 6 ay artırılmış və sonuncunun pensiya yaşı onun 64,6 yaşı tamam olduğu 09.03.2020-ci il tarixdə tamam olmuşdur. Cavabdehin imtinasının və etirazının dəlili iddiaçının 28 sentyabr 1982-ci ildən 13 avqust 1997-ci il tarixədək X18 dairəsi, 14 avqust 1997-ci il tarixdən 15 iyul 1998-ci il tarixədək Yevlax 16 Saylı Yol sahəsi, 15 iyul 1998-ci ildən 29 noyabr 1999-cu il tarixədək 36 Saylı X18 sahəsi, 06 mart 2000-ci il tarixdən 29 dekabr 2000-ci il tarixədək Azərbaycan Dövlət Şirkəti 3 Saylı X12 İdarəsi Yevlax 2 X24 Müəsisəsinin hazırda sənəd materialları Dövlət Arxivində saxlanmadığına, həmin Müəssisələrin uzun müddətli fəaliyyəti olmadığına, müəssisələrin hazırda hüquqi ünvanları məlum olmadığından işlədiyi illərin əmək haqqı arayışını və digər sənədlərini iddiaçı əldə edə bilmədiyinə görə həmin illərin sosial sığorta stajına qəbul edilməsi mümkün olmaması və əmək kitabçasında 1984-1997ci illər barədə qeydlər kiril əlifbası ilə aparılmasına baxmayaraq, möhürün latın qrafikalı Azərbaycan əlifbası ilə tərtib edilməsidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan məlumatların mötəbərliyinə cavabdeh şübhə edirsə, həmin məlumatların həqiqiliyini, yəni əmək kiabçasının mötəbərliyini təsdiq edəcək sənəd və ya məlumatların təqdin edilməsini iddiaçıdan tələb edə bilməz. Bu halda cavabdeh özü həmin məlumatların həqiqiliyini araşdırmaq üçün zəruri tədbirlər görməlidir. Həmin tədbirlərə arxivdə saxlanan məlumatların alınması üçün sorğular aid edilə bilər. Sorğuya cavabda iddiaçının əmək kitabçasında qeyd olunan müəssisələrin fəaliyyət göstərmədiyi və ya mövcud olmadığı müəyyən edildiyi halda, cavabdeh iddiaçının sözügedən müəssisədə işləməsi haqqında əmək kitabçasında əksini tapmış məlumatları mübahisələndirə bilərdi. Lakin baxılan işdən cavabdehin bu cür araşdırma aparması müəyyən olunmur. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. İddiaçı özü ilə bərabər işləyəb X4 və X5 əmək kitabçalarının təsdiqlənmiş surətlərini də məhkəməyə təqdim etmiş, həmin əmək kitabçaları da onun əmək kitabçası kimi doldurulmuşdur. Yazıların kiril əlifbası ilə möhürün isə latın qrafikası ilə olması əmək kitabçasının saxlaşdırılmasına dəlalət etmir. Qeydlər aparılandan sonra digər vəzifəyə keçirilməsi ilə əlaqədar olaraq möhürün vurulması həmin dövrün saxta olması anlamına gəlmir. İddiaçının əmək kitabçasında vəzifədən vəzifəyə keçirilməsi və azad olunması barədə qeydlərdə verilən verilən əmrlərin əsasında duran normatov aktlara istinad olunmuş, işdən çıxarılması barədə əmr ətraflı əsaslandırılmışdır. Əmək kitabçasında qaralama mövcud deyil. Bir möhürə görə 1982-2000-ci illər zaman kəsiyinin bütövlükdə mübahisələndirilməsi ağlabatan olmamaqla ədalətsizdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübüt kimi qəbul edir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə ilk növbədə nəzərə alınmalıdır ki, mübahisəli məsələ 19822000-ci illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqlənir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəaları isə sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. Bununla bağlı yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması və işçi haqqında əməllərini və əmək haqqı cədvəllərinin arxivə verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq birinci instansiya məhkəməsi qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. İnzibati orqan əmək kitabçasında məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi. Həmçinin qeyd edilməlidir ki, hazırkı işdə bu məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına görə həll edilməlidir. Çünki iddiaçının əmək fəaliyyəti (1982-ci ildən 2000-ci ilədək) məhz həmin qanunun qüvvədə olduğu dövrə aiddir və müvafiq olaraq onların pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi məsələsi də həmin Qanunun tələblərinə görə həll olunmalıdır. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1982-2000-ci illərdə işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının 26 il 8 ay 3 gün sosial sığorta stajının olması təsdiqini tapdığından iddia tələbinin təmin edilməsi, cavabdehin üzərinə iddiaçının hüququnun yarandığı 09.03.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulması qanuni olmuşdur Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)-151/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-357/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-357/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver