Məhkəmə qərarları › İş №2-1(107)-36/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-36/2020

16.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-36/2020 16.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “pensiya ödənişinin dayandırılması barədə xx.xx.2019-cu il tarixli sərəncamın ləğv edilməsi və pensiya ödənişinin davam etdirilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1072/2019nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1985-ci il tarixdə İsmayıllı rayonu Talış kəndində doğulmuş, xx.xx.1999cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkrar müayinə edilməklə uşaq serebral iflicinin qalıq əlamətləri, sağ tərəfin hemiparez ağıl zəifliyi diaqnozu qoyularaq uşaqlıqdan əlil olması müəyyən edilmiş və ona əlilliyə görə sosial müavinət təyin edilmişdir. Bundan sonra iddiaçıya TSEK tərəfindən xx.xx.2001-ci il tarixdə müddətli, xx.xx.2001-ci il tarixdə isə ömürlük 2-ci dərəcəli əlillik verilmişdir. İddiaçı 2008, 2009, 2010, 2011, 2012 və 2013-cü illərdə, habelə 2014-cü ildən 3 ay müddətində kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadə edərək məcburi dövlət sosial haqqı ödəmiş, lakin xx.xx.2017-ci il tarixdə ona əlilliyə görə pensiya təyin edilməsi üçün ərizə ilə DSMF-nin İsmayıllı rayon şöbəsinə müraciət etmiş və iddiaçının ödədiyi sosial sığorta haqqı nəzərə alınaraq 6 il 3 ay sosial sığorta stajı və 132,40 manat pensiya kapitalı əsasında DSMF-nin İsmayıllı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə ona xx.xx.2017-ci il tarixdən 112,82 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra DSMF-nin İsmayıllı rayon şöbəsində aparılmış xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrün araşdırılması zamanı normativ hüquqi aktların tələbinə əməl olunmayaraq əlilliyi olan şəxsin kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə məcburi dövlət sosial sığortasına cəlb edilərək pensiya hüququnun yaranması müəyyən edilərək DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli sərəncamı ilə əlilliyə görə pensiya almaq hüququ olmadığından ödəniş dayandırılmışdır. İddiaçı pensiya ödənişinin bərpa edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubla bildirmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 14.5.6-cı maddəsinə istinad edilərək pensiya ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. Bununla razılaşmayan iddiaçı pensiya ödənişinin qanunsuz olaraq dayandırıldığını əsas gətirərək hazırki iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli **********2 nömrəli məktubla birinci instansiya məhkəməsinə müraciət edərək iddia tələbinə etiraz etmiş və etirazını iddiaçının müraciətindən imtinanın dəlilləri ilə əsaslandırmışdır. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı uşaqlıqdan əlil olmaqla pensiya almışdır. 18 yaşdan 2-ci qrup əlil hesab olunmuş və sosial pensiya almışdır. İddiaçı 2008-2017-ci illərdə torpaq sahəsindən əldə etdiyi gəlirdən məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Ona görə də ona təyin olunmuş sosial pensiya xx.xx.2017-ci il tarixdən 2-ci ğrup əlilliyə görə əmək pensiyasına keçirilmişdir. Lakin cavabdehin xx xxxx 2019-cu il tarixli sərəncamına əsasən əmək pensiyası qanunsuz olaraq dayandırılmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahatında bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmrinə uyğun olaraq xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan dövr ərzində əlilliyi olan şəxsləri kənd təsərrüfatına yararlı torpaqların istifadəsinə görə məcburi dövlət sosial sığortasına cəlb edilərək pensiya hüququnun yaradılmasını əsas gətirərək o, cümlədən İddiaçı adına olan pensiya işi qanunsuz hesab edilərək pensiya ödənişi xx.xx.2019-cu il tarixdən etibarən dayandırılmışdır. İddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxxx 2019-cu il tarixli, 2-1(84)-1072/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Cavabdeh Dövlət Sosial Müdafiə Fondu İsmayıllı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli sərəncamın ləğv edilməsi, cavabdeh Dövlət Sosial Müdafiə Fondu İsmayıllı rayon şöbəsinin üzərinə iddiaçının əlilliyə görə əmək pensiyası ödənişinin davam etdirilməsi öhdəliyi qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(84)-1072/2019 nömrəli qərarının ləğv edilməsi və iddiaçının tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayətində göstərmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İsmayıllı rayon şöbəsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cü il 23 oktyabr tarixli 2-1(84)- 1072/2019 nömrəli qərarının ləğv edilməsini zəruri hesab edir.Belə ki, “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 21.2.10.-cu maddəsinin şərtinə əsasən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət sığortaolunanın sığorta stajına daxil edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.6-cı maddəsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin (hüquqi şəxs yaradanlardan, ailə kəndli təsərrüfatı üzvlərindən, pensiyaçılardan və digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlərdən başqa) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının: torpaqların 1-ci keyfiyyət qrupu üzrə — 12 faizi;torpaqların 2-ci keyfiyyət qrupu üzrə — 8 faizi;torpaqların 3-cü keyfiyyət qrupu üzrə — 4 faizi;torpaqların 4-cü keyfiyyət qrupu üzrə — 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməsi nəzərdə tutulmuşdur.Yuxarıda qeyd olunanlara baxmayaraq Şəki İnzibati-İqtisadi Məhkəməsi İddiaçı ərizəsini təmin etmiş və şöbəsinin xx.xx.2019-cu il tarixli sərəncamı ləğv edilməklə, cavabdehin üzərinə iddiaçının əlilliyə görə pensiya ödənişinin davam etdirilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul etmişdir. Odur ki, yuxarıda qeyd edilənləri rəhbər tutaraq Şəki İnzibati-İqtisadiMəhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)- 1072/2019 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddiaçının tələblərinin tənin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadiMəhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1072/2019 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddiaçının tələblərinin tənin olunmaması barədə yeni qərar qəbul edilməsinixahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati-İqtisadiMəhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1072/2019 nömrəli iş üzrə qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia düzgün olaraq təmin edilmişdir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia - DSMF-nin İsmayıllı rayon şöbəsinin sərəncamının ləğv edilməsinə yönələn tələb mümkündür. Söhbət İPM-in 32.1-ci maddəsində nəzərdə tutulmuş mənada mübahisələndirilə bilən inzibati aktdan gedir. İddiaçı bu aktın İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti, yəni qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində iddianın irəli sürülməsi də təmin olunmuşdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan sərəncam xx.xx.2019-cu il tarixdə qəbul edilməsinə baxmayaraq iddiaçıya təqdim və ya elan olunmamışdır. İddiaçı pensiya ödənişi dayandırıldıqdan sonra cavabdeh inzibati orqana müraciət etmiş və sonuncunun xx.xx.2019-cu il tarixli məktubu ilə sərəncamdan məlumatlı olmuşdur. O, xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etməklə hazırki iddianı irəli sürmək üçün 30 günlük iddia müddətini ötürməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə ödədiyi sosial sığorta haqqı əsasında 6 il 3 ay müddətində sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 132,40 manat məbləğində pensiya kapitalının olması işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı iddiaçıya pensiya təyin edilən zaman qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.6-cı maddəsinin tələbləri pozulmaqla ona 6 il 3 ay sosial sığorta stajı və 132,40 manat pensiya kapitalı nəzərə alınmaqla əlilliyə görə pensiya təyin edilməsidir. Belə ki, hazırda qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.6-cı maddəsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (İ və İİ qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əmək haqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığort haqqı ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə Kollegiyası araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2008, 2009, 2010, 2011, 2012 və 2013-cü illərdə, habelə 2014-cü ildən 3 ay müddətində mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadə edərək məcburi dövlət sosial haqqı ödəmiş və onun həmin müddətdə 6 il 3 ay sosial sığrta stajı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona əlilliyə görə pensiya təyin edilməsi üçün xx.xx.2017-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etsə belə, onun pensiya hüququ 2014-cü ildən yaranmışdır. Cavabdehin istinad etdiyi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.6-cı maddəsinin istisna hissəsi (İ və İİ qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla) isə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2016-cı il tarixli 205-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 14-cü maddəyə qeyd hissə kimi əlavə edilmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadə edərək məcburi dövlət sosial haqqı ödədiyi 2008-2013-cü illər və 2014cü ildə və əlilliyə görə əmək pensiyası hüququ yarandığı 2014-cü ildə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda heç bir istisna olmamaqla mülkiyyətində olan torpaq sahəsindən istifadəyə görə qeyd olunan məbləğdə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan mübahisə predmeti olan sərəncamı qəbul etməkdə haqlı olmamış və iddiaçının vəziyyətini ağırlaşdıran qanunvericilik normalarına istinad edərək pensiya ödənişini dayandırmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun mötəbərlik prezumpsiyasından bəhs edən 19.1-ci maddəsində göstərilmişdir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1072/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Gündüz Abbasov Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar