Məhkəmə qərarları › İş №2-1(107)-36/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-36/2021

12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-36/2021 12.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı “hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-993/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı 1975-ci-ci ildə Ağdaş kənd təsərrüfatı texnikumuna daxil olaraq, 1978-ci ildə hidromeliorasiya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının xx xxxxx 1978-ci il tarixli qərarı ilə iddiaçıya texnik-hidrotexnik ixtisası verilmişdir. Əyani təhsil aldığı müddətin iş stajı kimi hesablanması barədə DSMF-nin Mincəçevir şəhər şöbəsinə ərizə ilə müraciət etsə də, məktubla bildirilmişdir ki, “X4” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə istinadən əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. İddiaçı imtinanı əsassız hesab etmiş və məhkəməyə müraciət etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “hüququnun yarandığı xx.xx.2018ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin iddiaya münasibəti: İddiaçı 25 il sosial sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. Onun əmək kitabçası və hərbi xidmətdə olduğu dövr ilə birlikdə 22 il 02 ay 13 gün sosial sığorta stajı vardır. Əyani təhsil illəri xx.xx.1975-ci ildən xx.xx.1978-ci il tarixədək ( 02 il 04 ay ) Əmək və Əhalinin Sosial Müdafisi Nazirinin xx.xx.2020-ci tarixli **********2 nömrəli məktubuna əsasən əyani təhsil illərinin Sosial sığorta stajına hesablanması məqsədə uyğun hesab edilməmişdir. İddiaçı (22 il 02 ay 13 gün + 02 il 04 ay əyani təhsil illəri = 24 il 06 ay 13 gün). X10 İdarəsində işlədiyi son illərdə xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək olan dövrdə şəhərdə qaz olmadığına görə ona heç bir əmək haqqı hesablanmamışdır. Ona görədə onun ümumi iş stajından 01 il 03 ay çıxılır (24 il 06 ay 13 gündən- 01 il 03 ay = 23 il 03 ay 13 gün cəmi sosial sığorta stajı vardır). Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli iddiaçıya göndərilən imtina məktubundan görünür ki, “X4” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmadığından xx.xx.1975-ci ildən xx.xx.1978-ci il tarixədək Ağdaş kənd təsərrüfatı texnikumunda əyani təhsil aldığınız dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. (xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək işləmişdir). İş materiallarında olan DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2018-ci il tarixdə yaranmışdır. 25 il Sosial sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli 654 saylı qərarı ilə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Onun əmək kitabçası, diplomu və hərbi xidmətdə olduğu dövr ilə birlikdə 24 il 06 ay 13 gün sosial sığorta stajı vardır. X3 işlədiyi son illərdə xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək olan dövrdə ona heç bir əmək haqqı hesablanmamışdır və öz hesabına məzuniyyətdə olmuşdur. Ona görədə onun ümumi iş stajından 01 il 03.ay çıxılır (24 il 06 ay 13 gündən -01 il 03 ay = 23 il 03 ay 13 gün cəmi sosial sığorta stajı vardır) Mübahisəsiz Sosial sığorta stajı 23 il 03 ay 13 gün, kapitala çevirdikdə 16309.35 manat pensiya kapitalı, mübahisəli Sosial sığorta staj 01 il 03 ay, kapitala çevirdikdə 876.84 manat pensiya kapitalı. İddiaçı pensiya hüqüqu xx.xx.2018ci il tarixdə yaranmışdır və həmin vaxtı minimum pensiya 116.27 manat təşkil etmişdir və 16742.88 manat pensiya kapitalı tələb olunur. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Cavabdeh xx.xx.2018-ci il tarixli 57/2334 nömrəli və xx.xx.2020-ci il tarixli **********6 imtina məktubu, AT seriyalı 003474 diplomun təsdiqlənmiş surəti, ИТİ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli ********** nömrəli və xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubları aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-993/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialının üzərinə İddiaçı hüququ yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)- 993/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-993/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı “xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia tələbi təmin edilmiş, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək əmək haqqı almadığı illər nəzərə alınaraq iddiaçıya əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Mingəçevir şəhər filialının üzərinə qoyulması ilə bağlı qərar qəbul edilmişdir. Hesab edirik ki, Şəki İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar äjebul etmişdir və məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi illərin sığorta stajına daxil edilməsi və yaşa görə pensiyanın təyin edilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. İddiaçı “xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1954- ci ildə doğulmuşdur, pensiya yaşına çatdığı üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Mingəçevir şəhər filialına pensiya təyin edilməsi üçün ərizə ilə müraciət etmişdir. Lakin şöbə tərəfindən verilən məktubda qeyd olunmuşdur ki, İddiaçı “X4” Azərbaycan Respublikası qanununa əsasən tələb olunan pensiya kapitalı və ya 25 il sosial sığorta stajının olmadığına görə pensiya təyinatından imtina edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən cəmi 23 il 3 ay 13 gün mübahisələndirilməyən sosail sığorta stajı müəyyənləşdirilmişdir. İddiaçının sığorta stajına daxil edilməyən müddətlər yəni, xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci tarixinədək olan dövrlər cavabdeh tərəfindən mübahisələndirilmişdir. Səbəb isə həmin müddətdə şəxsin öz hesabına ödənişsiz məzuniyyətdə olmasıdır. Nəticədə, iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəmədiyi illər nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmaqla yuxarıda göstərilən qərar qəbul olunmuşdur. Şəki İnzibati Məhkəməsinin əsas dəlili ondan ibarətdir ki, Əmək məcəlləsinin 111-ci maddəsində işçinin məzuniyyətdə olduğu müddət əmək stajına daxil edilir. Ali Məhkəmənin 2-1(102)-853/2020 saylı qərarından da göründüyü kimi, məhkəmənin istinad etdiyi normalarda təsbit olunanlar həmin qanunların məqsədlərinə cavab versə də, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “X4” Qanunla müəyyən edilir. Göründüyü kimi, İddiaçı xx.xx.2020ci il tarixdən xx.xx.1998-ci il tarixinədək müddətin sosial sığorta stajı kimi müəyyən olunması üçün həmin müddətlərdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi mütləqdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-993/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-993/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)- 993/2020 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslıdır və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-993/2020 nömrəli qərarı ləğv edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialının üzərinə İddiaçı hüququ yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyini qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı iddia ərizəsində 1975-ci-ci ildə Ağdaş kənd təsərrüfatı texnikumuna daxil olaraq, 1978-ci ildə hidromeliorasiya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının xx xxxxx 1978-ci il tarixli qərarı ilə iddiaçıya texnik-hidrotexnik ixtisası verilmişdir. Əyani təhsil aldığı müddətin iş stajı kimi hesablanması barədə DSMF-nin Mincəçevir şəhər şöbəsinə ərizə ilə müraciət etsə də, məktubla bildirilmişdir ki, “X4” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə istinadən əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. İddiaçı imtinanı əsassız hesab etmiş və məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyi qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi 1992-ci ildə qəbul edilmiş və xx.xx.2006cı il tarixə kimi qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunun Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə istinad etmişdir. Həmin normalara görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Sözügedən normaların mübahisəyə tətbiqi ilə bağlı olaraq kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İşdə olan Dövlət X5 xx.xx.2016-cı il tarixli, 230 nömrəli arxiv arayışından göründüyü kimi X1 rayonu Baş Küngüt kənd K.Marks adına kolxozda 1971-ci ildə 8, 1982-ci ildə 113, 1983-cü ildə 303, 1984-cu ildə 128, 1985-ci ildə 39 və 1988-ci ildə 10 adam günü işləmişdir. Birinci instansiya məhkəməsi qeyd edir ki, iş materiallarında olan DSMF-nin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyası hüququ xx.xx.2018-ci il tarixdə yaranmışdır. Onun əmək kitabçası, diplomu və hərbi xidmətdə olduğu dövr ilə birlikdə 24 il 06 ay 13 gün sosial sığorta stajı vardır. Birinci instansiya məhkəməsi iddia tələbini belə əsaslandırmışdır ki, mübahisəli müddət isə iddiaçının sosial sığorta stajına daxil edilsə, onun qanunvericiliklə nəzərdə tutulmuş minimum kapitalı tamamlanır. Mübahisəsiz Sosial sığorta stajı 23 il 03 ay 13 gün, kapitala çevirdikdə 16309.35 manat pensiya kapitalı, mübahisəli sosial sığorta staj 01 il 03 ay, kapitala çevirdikdə 876.84 manat pensiya kapitalı. İddiaçının pensiya hüqüqu xx.xx.2018-ci il tarixdə yaranmışdır və həmin vaxtı minimum pensiya 116.27 manat təşkil etmişdir və 16742.88 manat pensiya kapitalı tələb olunur. (16309.35+876.84=17186.19) Cavabdeh iddiaçının 23 il 03 ay 13 gün mübahisələndirilməyən iş stajının olduğunu qəbul edir. Lakin iddiaçının Mingəçevir Qaz İdarəsində işlədiyi son illərdə xx.xx.1997ci ildən xx.xx.1998-ci ilədək olan dövrdə ona heç bir əmək haqqı hesablanmadığı və öz hesabına məzuniyyətdə olduğu üçün cavabdeh həmin 01 il 03 ay müddəti qəbul etmir. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş X4 Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi öz hesabına məzuniyyətdə olduğu üçün ona əmək haqqı hesablanmamışdır. Belə ki, Əmək Məcəlləsinin 111-ci maddəsində, istərsə də “Məzuniyyətlər haqqında” Qanunun 2-ci maddəsində məzuniyyətdə olduğu müddətin işcinin əmək stajına daxil edildiyi konkret şəkildə göstəriımişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı qeyd edir ki, onun istinad etdiyi normalarda təsbit olunanlar həmin qanunların məqsədlərinə cavab versə də Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqularının yaranmasının əsasları, bu hüquqların həyəta keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “X4’’ Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1 -ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1 -ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta staj kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. “X4" Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin iddia olunan məzmunda ödənışsız məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. Lakin birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixə kimi onun öz hesabına məzuniyyətdə olduğu dövrü onun əmək stajına daxil etməklə və eyni zamanda həmin dövr üçün pensiya kapitalı hesablamaqla səhv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İPM-in 87.6-cı maddəsinə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-993/2020 nömrəli qərarı ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı “hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia tələbi rədd edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-993/2020 nömrəli qərarı ləğv edilsin və inzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı “hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar