Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-36/2022 13.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Məlikov Vəzirxan İsgəndər oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X8 və Cavabdeh vəkili X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının Cavabdehnə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş “İcra sənədinin icra sənədini vermiş orqana qaytarılmasına dair” 04.06.2021- ci il tarixli 5/978 nömrəli qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və 13 saylı regional ərazi filialı tərəfindən qəbul edilmiş qərarların icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-1(116)- 1081/2021 nömrəli qərarından iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “İcra sənədinin icra sənədini vermiş orqana qaytarılmasına dair” 04.06.2021ci il tarixli 5/978 nömrəli qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və 13 saylı regional ərazi filialı tərəfindən qəbul edilmiş qərarların icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 22.06.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı iddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı (Filial) tərəfindən vətəndaşlara əsassız ödənilmiş pensiya məbləğlərinin geri qaytarılması haqqında pul tələbinə dair qərarlar qəbul edilmişdir. Həmin qərarlar qanuni qüvvəsini aldıqdan sonra “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinin tələbinə əsasən icra olunması üçün Ədliyyə Nazirliyi Cavabdehnə göndərilmişdir. Cavabdeh (Şöbə) tərəfindən “İcra sənədinin icra sənədini vermiş orqana qaytarılmasına dair” 04.06.2021ci il tarixli, 5/978 nömrəli qərar qəbul olunmuşdur. Şöbə qərarı belə əsaslandırmışdır ki, 13 saylı regional ərazi filialı tərəfindən “İcra haqqında” Qanunun 7.1.2, 7.1.6 və 7.1.7-ci maddələrinin tələbləri pozulmuşdur. Əlavə olaraq Filialın inzibati orqan olmadığına və bu növdən olan inzibati qərarların məhkəmələr tərəfindən qəbul edilməli olmasına istinad etmişdir. Cavabdeh tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli, Filialın qəbul etdiyi qərarların icra edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən icra sənədində aşağıdakılar göstərilir: 7.1.1. məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; 7.1.2. icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; 7.1.3. icra edilməli olan qərarın qəbul edildiyi vaxt; 7.1.4. tələbkar və borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer və tarix, onun iş yeri; tələbkar və borclu hüquqi şəxsin adı, ünvanı; 7.1.5. məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; 7.1.6. məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; 7.1.7. icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti. 13 saylı regional ərazi filialı tərəfindən “İnzibati icraat haqqında” Qanununun 82.3cü maddəsinin tələbinə əməl edilməklə qəbul edilmiş artıq ödənilmiş vəsaitin qaytarılmasına dair qərarlardan görünür ki, həmin qərarlarda “İcra haqqında qanunun” 7.1.2, 7.1.6 və 7.1.7-ci maddələrinin tələblərinə tam olaraq əməl edilmişdir. Belə ki, qərarlarda onların qəbul edilməsi üçün əsas olan iş və onların nömrələri, qərarın qüvvəyə minmə tarixi və qərarın icraya yönəldilmə tarixi öz əksini tapmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 87.1-ci maddəsinə görə İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir. Göründüyü kimi, Cavabdeh tərəfindən icra sənədlərinin geri qaytarılması barədə 04.06.2021-ci il tarixli 5/978 nömrəli qərar icra haqqında qanunun yuxarıda qeyd edilən tələblərinə zidd olaraq qəbul edilmişdir. Bu səbəbdən də, qərar qanunsuz və əsassızdır. Bundan başqa Cavabdeh qərarında qanunvericiliyin tələblərinə zidd olan aşağıdakı əsaslara da istinad etmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin 1-ci bəndinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Lakin, qəbul etdiyiniz qərarda pensiyanın qanunvericiliyə uyğun ödənilməli hissəsi qeyd edilməmişdir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39cu maddəsinin 4-cü bəndində borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılması qeyd olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “X2na aid edilmədiyindən filial tərəfindən inzibati icraatın başlanılması üçün qərar qəbul edilə bilməz. Cavabdeh 04.06.2021-ci il tarixli 5/978 nömrəli qərarında göstərilən qanunvericiliyin tələblərinə zidd olan digər əsasların da qanunsuz olması ilə bağlı aşağıdakıları qeyd edirik: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci və 82.2-ci maddələrinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikası Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni, • Borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış; • Pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş; • Tərəfimizdən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Göründüyü kimi, Filial tərəfindən qərarlar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli, 912 nömrəli Fərmanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 2.1.4-cü bəndinə əsasən, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Fondun Nizamnaməsinin 4.2-ci bəndinə əsasən, Fondun idarəetmə orqanı İdarə Heyətidir. Həmin Nizamnamənin 4.5.7-ci bəndinə əsasən, Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək İdarə Heyətinin vəzifələrinə aid edilmişdir. X6 23 noyabr 2020-ci il tarixli, **********2 nömrəli qərarı ilə Fondun 13 saylı regional ərazi filialının əsasnaməsi təsdiq olunmuşdur. Həmin əsasnamənin 3.1.2-ci bəndinə əsasən, qəbul şöbələri vasitəsilə əmək pensiyaları, sosial müavinatlar. taqaüdlar va kompensasiyalarla bağlı müraciət edən vətəndaşlar tərəfindən təqdim edilən sənədlərin Filialın Pensiya təminatı və Sosial müavinət, taqaüd va kompensasiyaların təyinatını hayata keçiran müvafiq şöbələrinə çatdırılmasını təmin etmək, 3.1.3-ci bəndinə əsasən isə, sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdan digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Qeyd olunanlardan göründüyü kimi Fondun 13 saylı regional ərazi filialı inzibati akt qəbul etmək səlahiyyətinə malikdir və inzibati orqan hesab olunduğundan İnzibati icraat haqqında qanunun 3.1-ci maddəsinə əsasən həmin qanun filialın fəaliyyətinə şamil olunur. Beləliklə, Filial əsasnaməsinin 3.1.3-ci bəndinə əsasən tədbirlər görərkən “İnzibati icraat haqqında” Qanuna əsaslanmaqla inzibati akt qəbul etməkdə haqlıdır. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 17.07.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə “X2” təsdiq edilmişdir. Həmin qərarın 14.1 və 14.1.4-cü yarımbəndlərinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu və onun yerli bölmələri inzibati orqan hesab edilmişdir. “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanının icrası ilə əlaqədar "Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” təsdiq edilmişdir. Həmin Nizamnamənin 3.1 və 3.1.18-ci maddəsinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanunauyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 6.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X2”nın təsdiq edilməsi haqqında'’ 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarında dəyişiklik edilməsi barədə 5 mart 2021-ci il il tarixli 61 saylı qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 6.3-cü bəndinə əsasən “İnzibati orqanların Təsnifatf’nın 14.1.4-cü yarımbəndi ləğv edilmişdir və Dövlət Sosial Müdafiə Fondu və onun yerli bölmələri inzibati orqanların siyahısından çıxarılmışdır. “İnzibati İcraat haqqında" Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Yuxarıda qeyd edilən normanın tələbinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdatıəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxs tərəfindən inzibati icraatın başlanması üçün qərar qəbul edilə bilməz. Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsində əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün publik hüquqi şəxs tərəfindən tədbirlərin görülməsi nəzərdə tutulsa da, Fond tərəfindən konkret olaraq inzibati orqan kimi inzibati icraat qaydasında qərar qəbul edilməsi göstərilməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs olmaqla Fond və onun yerli bölmələri inzibati orqan hesab edilmir. “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs qərarında inzibati orqan kimi inzibati qərar vermək səlahiyyətinin olmasını təsdiq edən normativ aklara düzgün istinad etməmişdir. Belkə ki. qərarı qəbul etmiş publik hüquqi şəxs istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X2”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarında yuxarıda qeyd edilən kimi, həmin qərarda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 05 mart 2021-ci il tarixli 61 saylı qərarı ilə Dövlət Sosial Fondu və yerli bölmələri inzibati orqanların siyahısından çıxarılmışdır. Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 13 saylı Regional Ərazi Filialı tərəfindən qəbul edilmiş inzibati qərar Nazirlər Kabinetinin sözü gedən qərarı qəbul edildikdən və qüvvəyə mindikdən sonra qəbul edilmişdir. Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 13 saylı Regional Ərazi Filialı inzibati orqan olmadığı və inzibati qərar qəbul etmək səlahiyyətləri olmadığı üçün Cavabdehnə daxil olmuş qərarlar haqlı olaraq Cavabdeh tərəfindən “İcra sənədinin icra sənədini vermiş orqana qaytarılmasına dair" qərar qəbul edilmişdir və qərar qəbul edilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-1(116)-1081/2021 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia təmin edilmiş, Cavabdeh “İcra sənədinin icra sənədini vermiş orqana qaytarılmasına dair” 04.06.2021-ci il tarixli 5/978 nömrəli qərarın ləğv edilməsi, Cavabdeh üzərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı tərəfindən qəbul edilmiş qərarların icra edilməsi öhdəliyinin qoyulması qərara alınmıdır. Cavabdeh Şəki İnzibаti Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-1(116)- 1081/2021 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1081/2021 saylı, 30 avqust 2021-ci il tarixli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının Cavabdehnə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş “icra sənədinin icra sənədini vermiş orqana qaytarılmasına dair" 04.06.2021-ci il tarixli 5/978 nömrəli qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və 13 saylı regional ərazi filialı tərəfindən qəbul edilmiş qərarların icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh “İcra sənədinin icra sənədini vermiş orqana qaytarılmasına dair” 04.06.2021-ci il tarixli 5/978 nömrəli qərarı ləğv edilmiş, Cavabdeh üzərinə Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı tərəfindən qəbul edilmiş qərarların icra edilməsi öhdəliyi qoyulmuşdur. İşə baxan Şəki İnzibati Məhkəməsi qərarını bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X2”nm təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarında dəyişiklik edilməsi barədə 05 mart 2021-ci il tarixli 61 savlı qərarı ilə “X2”nın 14.1.14-cü yarımbəndi ləğv edilib. Dövlət Sosial Müdafiə Fondu və onun yerli bölmələri inzibati orqanların siyahısından çıxarılsa da, həmin təsnifatın 5-ci hissəsində qanuna əsasən inzibati aktı qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər nəzərdə tutulmuşdur.’’ Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən publik hüquq- ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Publik hüquqi şəxs -dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Dövlət Sosial Fondu Publik hüquqi şəxs sosial təminat hüququ sahəsində dövlət siyasətini həyata keçirən və publik hüquq sahəsində fəaliyyət göstərən inzibati orqandır. Ümumiyyətlə nəzərə alınmalıdır ki, vətəndaşların DSMF Publik hüquqi şəxsi və onun filiallarına qarşı iddialarına inzibati məhkəmə icraatı qaydasında baxılır və formalaşmış məhkəmə praktikasına əsasən onlar inzibati orqan kimi qəbul olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ iddiaçının özü tərəfindən həll edilməli olan məsələ olduğu üçün iddiaçı göstərilən məbləğin şəxslərdən tutulmasına dair qərarlar qəbul etmişdir ki, pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar “İnzibati İcraat haqqında” Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Qəbul edilmiş pul tələbinin ödənilməsi ilə bağlı həmin inzibati akt isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilmişdir. Ona görə də işə baxan məhkəmə məlum qərarını qəbul etmişdir. Həmin qərardan narazıyıq və aşağıda göstərdiyim hallara və əsaslara görə, Şəki İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərarı ləğv edilməlidir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs olmaqla Fond və onun yerli bölmələri inzibati orqan hesab edilmir. “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs qərarında inzibati orqan kimi inzibati qərar vermək səlahiyyətinin olmasını təsdiq edən normativ aklara düzgün istinad etməmişdir. Belkə ki, qərarı qəbul etmiş publik hüquqi şəxs istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X2mın təsdiq edilməsi haqqında” 2007-ei il 28 avqust tarixli 136 nömrəli qərarında yuxarıda qeyd edilən kimi, həmin qərarda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 05 mart 2021-ci il tarixli 61 saylı qərarı ilə Dövlət Sosial Fondu və yerli bölmələri inzibati orqanların siyahısından çıxarılmışdır. Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 13 saylı X7 tərəfindən qəbul edilmiş inzibati qərar Nazirlər Kabinetinin sözü gedən qərarı qəbul edildikdən və qüvvəyə mindikdən sonra qəbul edilmişdir. Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 13 saylı Regional Ərazi Filialı inzibati orqan olmadığı və inzibati qərar qəbul etmək səlahiyyətləri olmadığı üçün Cavabdehnə daxil olmuş qərarlar haqlı olaraq Cavabdeh tərəfindən “İcra sənədinin icra sənədini vermiş orqana qaytarılmasına dair” qərar qəbul edilmişdir və qərar qəbul edilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Lakin bütün yuxarıda göstərilən işin həqiqi halları işə baxan məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmamış, Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsi inzibati akt qəbul etmək səlahiyyətləri olan inzibati orqan kimi qəbul etmiş, qərarında istinad etdiyi normativ hüquqi aktları düzgün təfsir etməmiş, bununla da həmin aktların tələblərini pozmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də, Şəki İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-1(116)-1081/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-1(116)-1081/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X3 apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2- 1(116)-1081/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında isə qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırkı işin hallarından görünür ki, inzibati orqan kimi bir dövlət orqanı tərəfindən başqa bir dövlət orqanına qarşı iddia qaldırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bir dövlət hakimiyyət orqanının hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi nəticəsində qəbul etdiyi qərarın, sərəncamın, digər aktın, eləcə də faktiki xarakterli fəaliyyətin və s. başqa bir dövlət orqanı tərəfindən mübahisələndirilməsi qanunvericiliyə görə inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin dairəsinə aid deyildir. Lakin hazırki halda cavabdehin hərəkəti hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi və icra hakimiyyətinə aid olan qurumların öz aralarında yarana biləcək aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisə deyil. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdeh orqanın qərarı mübahisələndirmişdir. Mübahisəli qərar 04.06.2021-ci il tarixdə qəbul edilmiş, iddiaçı tərəf isə 14.06.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi məhkəməyə 22.06.2021-ci il tarixdə daxil olmuşdur. İddia mümkündür və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə doğru olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə sorğular əsasında toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-1(116)-1081/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticənin əsası kimi “İnzibati icraat haqqında” Qanunun 57.1-ci,57.3-cü,57.5-ci maddələrinə, həmçinin həmin Qanunun 82.1-ci, 82.2-ci və 82.3-cü maddələrinə istinad etmişdir. Lakin məhkəməi “İnzibati icraat haqqında” Qanunun qeyd olunan maddələrinin hazırkı mübahisəyə tətbiqini zəruri edən şərtləri qərarında göstərməmişdir. “İnzibati icraat haqqında” Qanunun 57.1-ci, 57.2-ci, 57.5-ci,82.1-ci, 82.2-ci və 82.3-cü maddələrinə istinad edən birinci instansiyası məhkəməsi həmin normalara hazırkı mübahisənin məqsədləri üçün o halda istinad edə bilərdi ki, iddiaçı inzibati orqan hazırkı tələbində nəzərdə tutulan pul məbləğinin (artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin) məhkəmədənkənar qaydada tutulması barədə inzibati akt qəbul etmək səlahiyyətinə malik olsun. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ cavabdehin özü tərəfindən həll edilməli olan məsələ olduğu üçün cavabdeh göstərilən məbləğin iddiaçıdan tutulmasına dair qərar qəbul etmişdir ki, pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Qəbul edilmiş pul tələbinin ödənilməsi ilə bağlı həmin inzibati akt isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İşdən görünür ki, barəsində artıq ödənilmiş əmək pensiyasının qaytarılması haqqında qərar qəbul edilən şəxlər həmin məbləği ödəməyə razılıq vermədiyindən inzibati orqan olan iddiaçı tərəfindən həmin məbləğin qaytarılmasına dair qərar qəbul etmiş və məcburi icra edilməsi üçün icra və probasiya şöbəsinə göndərmişdir. Lakin yuxarda qeyd olunan qanunun tələbinə görə isə razılıq olmadıqda iddiaçı inzibati orqan özü qərar qəbul etməməli, artıq ödənilmiş pensiya məbləğinin qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli, məhkəmə isə iddia tələbinin təmin edilməsinə dair qərar qanuni qüvvəsini aldıqdan sonra icraya yönətməli idi. Bununla baglı, ”İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki,... Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Beləliklə, İPM-in 118-ci maddəsində təsbit edilmiş dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra sözügedən subyektlərin xeyrinə çıxarılmış həm pul tələblərinin icra edilməsi ilə bağlı olan, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən məhkəmə qərarlarının icrasına dair məsələlərin tənzimlənməsinə yönəlmişdir. Dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin xeyrinə icra həyata keçirilməli olduğu hallarda İPM-in 118.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işə baxan hakim və ya məhkəmə icra orqanı sayılır. İPM-in 118.3-118.5-ci maddələrinə görə hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri yalnız hakim tərəfindən müəyyən edilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir.Pul tələblərinin icra edilməli olduğu hallarda icra orqanı qismində çıxış edən hakim İPM-in 79.2 və 118-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci və “İcra haqqında” Qanunun 8-ci maddələrinə əsasən əvvəlcə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını borcluya göndərərək xəbərdarlığın alındığı (elan olunduğu) gündən sonrakı 10 (on) gün müddətində könüllü icranı təmin etmək barədə xəbərdarlıq etməlidir. Xəbərdarlıq müddəti ərzində borclu könüllü olaraq ödəməni həyata keçirmədikdə məhkəmə tərəfindən icra sənədi qanunla nəzərdə tutulmuş qaydada icraya yönəldilməklə müvafiq İcra qurumuna göndərilməlidir. İcra sənədi qanunvericiliyin tələblərinə uyğun verilmişdirsə, icra məmuru icra sənədini məhkəmədən qəbul etməli, icraata başlamalı və pul tələblərinin ödənilməsini təmin etməklə bağlı “İcra haqqında” Qanunda nəzərdə tutulmuş qaydada icra hərəkətlərini həyata keçirməlidir. Bundan sonra isə icra məmuru həyata keçirdiyi icra hərəkətləri və icranın vəziyyəti barədə icra sənədini vermiş məhkəməyə məlumat təqdim etməlidir. İcra məmurunun belə məlumat vermək borcu, o cümlədən məhkəmənin icranın lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək vəzifəsi “İcra haqqında” Qanunun 26-cı və İPM-in 118.5-ci maddələrinin müddəalarından irəli gəlir. Həmin normalara görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-1(116)- 1081/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməli, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının “cavabdeh tərəfindən qəbul edilmiş “İcra sənədinin icra sənədini vermiş orqana qaytarılmasına dair” 04.06.2021- ci il tarixli 5/978 nömrəli qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və 13 saylı regional ərazi filialı tərəfindən qəbul edilmiş qərarların icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-1(116)-1081/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının “cavabdeh tərəfindən qəbul edilmiş “İcra sənədinin icra sənədini vermiş orqana qaytarılmasına dair” 04.06.2021- ci il tarixli 5/978 nömrəli qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və 13 saylı regional ərazi filialı tərəfindən qəbul edilmiş qərarların icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-36/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-36/2022
13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver