Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-36/2024 10.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı ünvan 1 ünvanında yerləşən 0.05 ha həyatyanı torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə dair iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli 2-1(116)-788/2023 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri, F.Əzimov küçəsi, ev 33 A ünvanında yerləşən 0.05 ha həyatyanı torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə dair iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə iddiaçının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş və X7 kitabında xx.xx.2009-cu il tarixdə 2049 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı Mingəçevir şəhərində 500.18 kv.m ölçüdə həyətyanı torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ayrılmasına əsas kimi Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı qeyd edilmişdir. Torpaq sahəsində Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin 20 avqust 2009-cü il tarixli “Tikinti-quraşdırma işlərinin başlanmasına icazəsi əsasında fərdi yaşayış evi tikilmişdir. Qeyd edilən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq Çıxarış və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə imtina cavabı verilmişdir.
3. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, texniki sənəd ləğv olunmuş DTXK-nın Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş A seriyalı 220533 nömrəli 500.18 kv.m həyətyanı torpaq sahəsinə dair X7 kitabında xx.xx.2009-cu il tarixində 2049 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, naturada yerləşən üzərində mülkiyyət hüququ alınması tələb olunan torpaq sahəsindən 360 metr məsafədə yerləşir. Həmçinin, torpaq sahəsinin planının konfiqurasiya, mövcud vəziyyətin konfiqurasiyasından fərqlidir. Eyni zamanda sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Bütün bunları nəzərə alaraq ünvan 2 ünvanında yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət reyetsrində qeydiyyata alınması imkan xaricindədir.
4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 5 sentyabr 2023-cü il tarixli 2- 1(116)-788/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sübutları tam və hərtərəfli araşdırmamış, yalnız cavabdeh tərəfin imtinasına və xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsaslanmışdır. Belə ki, həmin rəyə əsasən iddia olunan torpaq sahəsinin 77,7 kv.m hissəsi başqa şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 121.78 hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı isə məhkəməyə sübutlar təqdim edərək qeyd edilən torpaq sahəsinin artıq uzun müddətdir ki, onun qanuni istifadəsində olduğunu və həmin torpaq sahəsində özü üçün fərdi yaşayış evi tikdirərək yaşadığını qeyd etmişdir. Qeyd edilən sübutların heç biri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə iddiaçının təqdim etdiyi və iş üçün əhəmiyyət kəsb edəcək sübutları araşdırmadan, yalnız cavabdeh orqanın təqdim etdiyi sübutlara əsaslanaraq iddianı rədd etmişdir. Halbuki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər torpaq və fərdi yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli 2-1(116)- 788/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 5 sentyabr 2023cü il tarixli 2-1(116)-788/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və nümayəndəsi, həmçinin vəkili məhkəmə iclasına gəlməmişdir.
10. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
11. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3- 60/2- 263/2023 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, Mingəçevir şəhər İH Başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı sərəncamına əsasən, İddiaçı 0.05 ha torpaq sahəsi verilmişdir. A seriyalı 220533 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı həyətyanı məqsədi ilə 500.18 kv. m torpaq sahəsi ayrılmış, X6 kitabında xx.xx.2009-cu il tarixli 2049 nömrə ilə uçota alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. Azərbaycan Respublikası Mingəçevir şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin 20 avqust 2009-cu il tarixli “Tikinti-quraşdırma işlərinin başlanmasına icazəsi sənədindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə fərdi yaşayış evinin tikintisi üçün icazə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1824/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının adına tərtib edilmiş A seriyalı 220533 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 500,18 kv. m torpaq sahəsi iddiaçının naturada göstərdiyi və iddia etdiyi, faktiki istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşmür. Aralarında hava xətti ilə 351 m məsafə mövcuddur. Sənəd üzrə verilmiş torpaq sahəsinin sahəsi A seriyalı 220533 nömrəli “Torpaq sahəsin plan və ölçüsü” sənədində qeyd edilmişdir (500,18 kv. m). Elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X4 X2 xəritəsinə əsasəsən İddiaçı adına tərtib edilmiş A seriyalı 220533 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeydə alınmış koordinatlar daxilində yerləşən 500,18 kv. m torpaq sahəsinin təyinatı yaşayış məntəqələrin "torpaqları, uqodiyası tikinti altında olan torpaqlar. A seriya 221533 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeydə alınmış koordinatlar daxilində yerləşən 500,18 kv. m torpaq sahəsi baza məlumatlarına əsasən başqa şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür.Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Torpaq sahəsinin döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi 530 kv. m torpaq sahəsinin təyinatı yaşayış məntəqələri torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsi Mingəçevir bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi ilə sənəz üzrə verilmiş torpaq sahəsi başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri üst-üstə düşür. Sənəd üzrə verilmiş 500.18 m torpaq sahəsinin 77.7 kv. m hissəsi **********960 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi ilə, 300.7 kv. m JN-2885 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə, qalan 121.78 kv hissəsi Mingəçevir bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə Mingəçevir Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət X3 Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə Mingəçevir şəhərində vətəndaşların xüsusi mülkiyyətinə həyətyanı torpaq sahəsinin verilməsinə dair siyahıda İddiaçı adının mövcud olub-olmaması, əgər mövcuddursa həmin siyahının təsdiq edilmiş surətinin təqdim edilməsi barədə sorğu edilmişdir. Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2023-cü il tarixli arxiv arayışına əlavə edilmiş Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, şəhər ərazisində qanuni istifadədə olan həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi qərara alınmışdır. xx.xx.2004-cü il tarixli məlumatın təsdiq edilmiş surətindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssislərinin şəhər ərazisində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin inventarlaşdırılmasının başa çatdırmaq üzrə olduğu bildirilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qeyd olunan sənədlər şəhər arxivində mühafizə olunduğundan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamı və təsdiq edilmiş siyahının əldə olunması üçün Azərbaycan Respublikası Dövlət X3 sorğu məktubu göndərilmişdir. Sorğu məktubuna cavab olaraq filialda mühafizə olunan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamı və ona əlavə edilmiş məlumatın surətləri göndərilmiş və sərəncama siyahı əlavə olunmadığı bildirilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
15. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər onun tərəfindən təqdim edilməmiş, araşdırma zamanı da belə sənədlərin olmadığı müəyyən edildiyindən inzibati orqanın müvafiq müraciətin təmin olunmasından imtinası qanuni olmuşdur. Odur ki,iddia təmin edilməli deyildir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1995-ci il təvəllüdlüdür. İddiaçı tələb hüququnun əsası kimi Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamına ilə verilmiş A seriyalı 220533 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə istinad edir. Həmin Sərəncama əsasən Mingəçevir şəhər sakinlərinin qanuni istifadəsində olan torpaq sahələrinin onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur.
24. Göründüyü kimi sözügedən Sərəncam verilərkən iddiaçı azyaşlı (9 yaşında) olmuş, onun istifadəsində torpaq sahəsinin olması, fərdi yaşayış evi tikilməsi üçün müraciət etmək imkanı, habelə evin tikintisini həyata keçirmək üçün mülki hüquqi fəaliyyət qabiliyyəti yaranmamışdır.
25. Digər tərəfdən iddiaçı tərəfindən təqdim edilən A seriyalı 220533 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar onun faktiki istifadə etdiyi torpaq sahəsinə deyil, başqa şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür.
26. İddia tələbinin fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair hissəsi ilə bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması öz təsdiqini tapmadığından iddia həmin hissəyə münasibətdə də uğurlu hesab edilmir.
27. Belə ki, apellyasiya şikayətinə baxılaraq, qanuni və obyektiv qərar qəbul edilməsi baxımından məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə Mingəçevir Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət X3 Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə Mingəçevir şəhərində vətəndaşların xüsusi mülkiyyətinə həyətyanı torpaq sahəsinin verilməsinə dair siyahıda İddiaçı adının mövcud olub-olmaması, əgər mövcuddursa həmin siyahının təsdiq edilmiş surətinin təqdim edilməsi barədə sorğu edilmişdir.
28. Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2023-cü il tarixli arxiv arayışına əlavə edilmiş Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, şəhər ərazisində qanuni istifadədə olan həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi qərara alınmışdır. xx.xx.2004-cü il tarixli məlumatın təsdiq edilmiş surətindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssislərinin şəhər ərazisində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin inventarlaşdırılmasının başa çatdırmaq üzrə olduğu bildirilmişdir.
29. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü ilo tarixli məktubundan görünür ki, qeyd olunan sənədlər şəhər arxivində mühafizə olunduğundan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamı və təsdiq edilmiş siyahının əldə olunması üçün Azərbaycan Respublikası Dövlət X3 sorğu məktubu göndərilmişdir. Sorğu məktubuna cavab olaraq filialda mühafizə olunan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamı və ona əlavə edilmiş məlumatın surətləri göndərilmiş və sərəncama siyahı əlavə olunmadığı bildirilmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.
31. Göründüyü kimi, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamına əsasən Mingəçevir şəhərində qanuni istifadədə olan həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi qərara alınsa da şəhər ərazisində qanuni istifadədə olan mülkiyyətə verilən həyətyanı torpaq sahələrinə aid siyahıda iddiaçının adı qeyd edilməmişdir.
32. Belə ki, qeyd edilən sərəncam ümumi xarakter daşıdığından həmin sərəncama əsasən iddiaçının şəhər ərazisində qanuni istifadədə olan mülkiyyətə verilən həyətyanı torpaq sahələrinə aid siyahıda adının olmaması mübahisə predmeti olan torpaq sahəsinin üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsasdır.
33. Beləliklə, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
34. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
35. Məhkəmə kollegiyası iş materiallarını, kollegiya tərəfindən edilən sorğunun nəticələrini nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır.
36. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Mingəçevir şəhəri, F.Əzimov küçəsi, ev 33 A ünvanında yerləşən 0.05 ha həyatyanı torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə dair iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportu verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli 2-1(116)-788/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.