Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-36/2025 29.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), X30 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon İngiloy Kötüklü kənd Nəsimi adına kolxozun xx.xx.2001-ci il tarixli 01 nömrəli ümumi yığıncaq protokolunun Qərarı əsasında Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasından iddiaçıya və X9, X19, X24, X20, X21, X4, X17, X10, X1, X12, X11, X13, X2 verilən əmlak paylarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2-1(116)-1686/2024 nömrəli qərarından İddiaçı tərəfindən apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax rayon İngiloy Kötüklü kənd Nəsimi adına kolxozun xx.xx.2001-ci il tarixli 01 nömrəli ümumi yığıncaq protokolunun Qərarı əsasında Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasından iddiaçıya və X9, X19, X24, X20, X21, X4, X17, X10, X1, X12, X11, X13, X2 verilən əmlak paylarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Qax rayonu İngiloy-Kötüklü kəndində yaşayır. Yaşadığı kənddə 1957-1978-cı illərdə mal tövləsi inşa olunmuş və Nəsimi adına kolxozun balansına verilmişdir. “Subyektlərə əmlak paylarının hesablanması və bölgüsünün aparılması’’ barədə kənd sakinlərinin 23 fevral 2001-ci il tarixli 1 nömrəli ümumi yığıncaq protokolunun qərarı ilə 25 nəfərə Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasından və əmlakdan əmlak payı verilmişdir. Qeyd edilənlər Arxiv çıxarışı ilə təsdiq edilir. Həmin şəxslərdən 13 nəfər aşağıda qeyd edilən şəxslər həmin dövrün milli valyutası ilə öz paylarından iddiaçının xeyrinə imtina edərək paylarını ona veriblər. X14 56 min manat, X25 3390 min manat, X28 169 min manat, X26 2003 min manat, X27 734 min manat, X6 3559 min manat, X22 734 min manat, X15 960 min manat, X5 1243 min manat, X23 1130 min manat, X16 2096 min manat, X18 1582 min manat, X7 2090 min manat. Həmin əmlakda ona da 5028 min manat dəyərində əmlak payı verilmişdir. Qeyd edilən əmlakda əmlak payı olan şəxslər yuxarıda qeyd etdiyi kimi öz paylarından Qax rayon Notariat Ofisində notarial qaydada ərizə verərək iddiaçının xeyrinə imtina etmişlər. İddiaçı əmlak payı verilən 13 nəfərin əmlak payı da daxıl olmaqla ümumilikdə Qax rayon İngiloy-Kötüklü kəndində kənd sakinlərinə əmlak payı kimi verilən ferma binasından öz payı və xeyrinə imtina edilən əmlak payları üzərində mülkiyyət huququnun dövlət reyestrində qeydə alınması və çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə imtina cavabı verilmişdir.
3. Cavabdeh iddiaya qarşı məhkəməyə münasibət bildirməmişdir.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Qax rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli arayışları. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qax rayon İngiloy Kötüklü kənd Nəsimi adına kolxozun Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 01 nömrəli protokolu aşkar edilməmişdir. - Qax rayon İngiloy Kötüklü kənd Nəsimi adına kolxozun Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 01 nömrəli protokolunun surəti.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 5 iyun 2024-cü il tarixli 2- 1(116)-1686/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayon İngiloy Kötüklü kənd Nəsimi adına kolxozun xx.xx.2001-ci il tarixli 01 nömrəli ümumi yığıncaq protokolunun qərarı əsasında Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasından iddiaçıya və X9, X19, X24, X20, X21, X4, X17, X10, X1, X12, X11, X13, X2 verilən əmlak paylarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı verilən əmlak paylarının əsasında Qax rayon İngiloy Kötüklü kəndində yerləşən mal tövləsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən ibarətdir. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesab etmişdir ki, iddia əsassızdır. - İddiaçı, tələbini sözügedən əmlak paylarının Qax rayon İngiloy Kötüklü kənd Nəsimi adına kolxozun xx.xx.2001-ci il tarixli 01 nömrəli ümumi yığıncaq protokolunun Qərarına əsasən ayrılması ilə əsaslandırır. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya həmin əmlak payların əsasında mülkiyyət hüququnun yaranmasına əsas olan şəhadətnamə verilməmişdir. Belə ki, “əmlak pay haqqının verilməsi barədə” Aktlarda da qeyd olunur ki, bu akt Dövlət Əmlak Komitəsi tərəfindən əmlaka sahiblik hüququnu təsdiq edən mülkiyyətə dair şəhadətnamənin verilməsi üçün əsasdır. Göründüyü kimi iddiaçının iddia etdiyi qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun yaranması üçün həmin payçılara müvafiq Şəhadətnamələr verilməli və iddiaçı o sənədləri payçılardan alqı-satqı qaydasında əldə etdiyi halda müvafiq hüquqmüəyyənedici sənədə malik olardı. İndiki halda nə iddiaçıya, nə də digər payçılara Şəhadətnamə verilməmişdir. İddiaçının əmlak paylarından istifadə etməsi, ona həmin əmlak paylarına mülkiyyət hüququnun əmələ gəlməsinə əsas vermir. Beləliklə, Qax rayon İngiloy Kötüklü kənd keçmiş “Nəsimi” adına kolxozun xx.xx.2001-ci il tarixli 01 nömrəli ümumi yığıncaq protokolunun Qərarı əsasında İddiaçı əmlak paylarının ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədlər mövcud olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 5 iyun 2024-cü il tarixli 2-1(116)-1686/2024 nömrəli qərarının ləğv edilərək iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, cavabdeh qurumun imtinasında göstərilən xüsusatlarla razılaşmadığından yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsinə 05 iyun 2024-cü ildə Şəki İnzibati Məhkəməsində hakim Fəxri Hacızadənin sədrliyi ilə baxılaraq iddia ərizəsinin təmin edilməməsi barədə 2- 1(116)- 1686/2024 nömrəli qərar qəbul edilmişdir. Aşağıdakı səbəblərə görə Şəki inzibati Məhkəməsinin qərarı ləğv edilməlidir və yeni qərar çıxarılmalıdır. Belə ki, məlumat üçün bildirir ki, o, milliyyətcə gürcü olmaqla Azərbaycan Respulbikasının vətəndaşıdır. Azərbaycan dilində ümumilikdə başa düşsə də, bir çox sözləri, xüsusilə də, hüquqi terminləri başa düşməkdə çətinlik çəkir. Hazırki məhkəmə prosesi zamanı dəfələrlə hakimə onu başa düşmədiyini bildirirərək ona tərcüməçi verilməsini xahiş etsə də, hakim onun həmin xahişlərini təmin etməmişdir. İddiasında və şikayətində göstərdiyi xüsusatlar iş materialları ilə tam şəkildə təsdiq edilməklə Qax rayon İngiloy Kötüklü kənd Nəsimi adına kolxozun xx.xx.2001-ci il tarixli 01 nömrəli ümumi yığıncaq protokolunun Qərarında və “əmlak pay haqqının verilməsi barədə” Aktlarda aydın şəkildə göstərilmişdir. - “Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması haqqında” Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur (8.0.1, 8.0.2, 8.0.3-cü maddələr). Cavabdeh qurum tərəfindən 12 fevral 2024-cü ildə verilmiş imtina məktubunda göstərilmişdir ki, müraciətə Qax rayonu, İngiloy Kötüklü kənd Nəsimi adına kolxozun 23 fevral 2001-ci il tarixli, 1 nömrəli yığıncağının protokolundan çıxarışlar, əmlakın onun adına rəsmiləşdirilməsinə etiraz edilməməsi barədə ərizələr əlavə edilsə də, əmlakdan pay aktları təqdim edilmədiyindən, subyektlərin əmlakdakı paylarının pulla ifadəsi göstərildiyindən, əmlakın onun adına rəsmiləşdirilməsinə etiraz edilməməsi barədə ərizələr hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığından və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli olduğundan ərizənin icrası mümkün olmamışdır. - Məhkəmənin qənaəti ilə ilk olaraq ona görə razılaşmır ki, cavabdeh qurumun imtinasında həmin xüsusatlar göstərilməmişdir. Həmçinin məhkəmə qərarında göstərmişdir ki, Qax rayon İngiloy Kötüklü kənd keçmiş “Nəsimi” adına kolxozun xx.xx.2001-ci il tarixli 01 nömrəli ümumi yığıncaq protokolunun Qərarı əsasında İddiaçı əmlak paylarının ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədlər mövcud olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. - Məhkəmənin həmin nəticəsini qətiyyən qanuni və əsaslı hesab etmir. Belə ki, yuxarıda da, göstərdiyi kimi Qax rayon İngiloy Kötüklü kənd Nəsimi adına kolxozun xx.xx.2001-ci il tarixli 01 nömrəli ümumi yığıncaq protokolunun Qərarında və “əmlak pay haqqının verilməsi barədə” Aktlarda aydın şəkildə ona və digər payçılara torpaq sahəsinin ayrılması göstərilmişdir. Həmçinin digər payçıların öz paylarından onun xeyrinə imtina etməsi işin mübahisəsiz halıdır. Həmçinin məhkəmənin gəldiyi nəticənin əsası o olmuşdur ki, ona verilmiş “əmlak pay haqqının verilməsi barədə” Aktlar Dövlət Əmlak Komitəsi tərəfindən əmlaka sahiblik hüququnu təsdiq edən mülkiyyətə dair şəhadətnamənin verilməsi üçün əsasıdır. O, məhkəmənin gəldiyi həmin nəticə ilə qətiyyən razılaşmır. Belə ki, Dövlət Əmlak Komitəsi tərəfindən şəhadətnamənin verilməməsi onun ziyanına şərh edilməməli, onun hüquqlarını pozmamalı idi. O, dəfələrlə istər Dövlət Əmlak Komitəsinə, istərsə də, hazırkı iş üzrə cavabdehə müraciətlər etsə də, onun müraciətləri təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarında həmin xüsusatları gözardı edərək münasibət bildirməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsi qərarının ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
12. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü
14. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, iddiaçının hüquqi marağı mübahisələndirilən qərarın ləğvi və iddiasının təmin olunması ilə bağlıdır. Odur ki, apellyasiya şikayəti qərarın ləğv olunması hissəsində əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2-1(116)-1686/2024 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.
16. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır.
17. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, Qax rayon İngiloy Kötüklü kənd keçmiş “Nəsimi” adına kolxozun xx.xx.2001-ci il tarixli 01 nömrəli ümumi yığıncaq protokolunun Qərarı əsasında İddiaçı əmlak paylarının ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədlər mövcud olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
18. Kollegiya qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
19. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).
20. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
21. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
22. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi üzrə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Belə ki, iş materiallarında olan kollegiyanın sorğusu əsasında Qax Rayon Dövlət Arxivinin 18 aprel 2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Qax rayon İngiloy Kötüklü kənd camaatının Nəsimi adına kolxozun yerli AİK üzvlərinin iştirakı ilə keçirilmiş 23 fevral 2001-ci il tarixli 01 saylı iclas (yığıncaq) protokoluna əsasən ümumi dəyəri 60500 min manat dəyərində olan ferma binası (mal damı) köməkçi avadanlıqlarla birlikdə həmin iclasın qərarına əsasən püşkatma (binalardan püşk№4) yolu ilə 46 (qırx altı) əmlakçıya pay olaraq verilib. (protokolun təsdiq edilmiş surəti əlavə edilmişdir). Sorğuda adları qeyd olunan İddiaçı, Abulaşvili Sauli, Babacanaşvili İliko, Abulaşvili Qia, Berikaşvili Suren, Babacanaşvili Masiko, Canaşvili Mariam və Babalaşvili Qiorqiyə aid “Əmlakdan pay verilməsi barədə Akt” Arxivə təhvil verilmədiyindən Qax rayon İngiloy Kötüklü kənd Nəsimi adına kolxozun yerli AİK sənəd materiallarında tapılmamışdır. Babalaşvili Valerian, Abulaşvili Zauri, Baxışov Adil, Abulaşvili Bondo, Berikaşvili Tavad və Nadiraşvili Variçkanın “Əmlakdan pay verilməsi barədə Akt”ın təsdiqlənmiş surəti məhkəməyə göndərilmişdir.
23. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin 13 mart 2025-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, ölçü işi aparılarkən məlum olmuşdur ki, sözü gedən ferma binasının divarları çay daşı, dam örtüyü şiferlə örtülüb. Tikinti altı sahəsi 0,1147 ha, ümumi sahəsi 1008,6 kv.m-dir. Ferma binasının şimal istiqamətindən 110 kv elektrik xətt keçir. Binanın 48 kv.m hissəsi elektrik xəttinin mühafizə zolağında yerləşir. 20,1 kv.m ümumi sahəsi icazəsiz artırılmışdır. 988,5 kv.m ümumi sahəsi köhnə tikilidir.
24. Göründüyü kimi iddiaçının iddia tələbində qeyd etdiyi Qax rayon İngiloy Kötüklü kəndində yerləşən ferma binasından iddiaçıya əmlak pay haqqının verilməsinə dair akt aşkar edilməmişdir. Həmçinin məhkəmə kollegiyasının araşdırması zamanı Qax rayon İngiloy Kötüklü kənd camaatının Nəsimi adına kolxozun yerli AİK üzvlərinin iştirakı ilə keçirilmiş 23 fevral 2001-ci il tarixli 01 saylı iclas (yığıncaq) protokolu da tədqiq edilmiş, həmin protokolda iddiaçının adına rast gəlinsə də, o, öz payını daha sonra notariat qaydada başqa şəxsə vermişdir.
25. Belə ki, iddiaçı, iddiasında və şikayətində qeyd edilən əmlakda əmlak payı olan şəxslərin öz paylarından Qax rayon Notariat Ofisində notariat qaydada ərizə verərək onun xeyrinə imtina etdiklərini, əmlak payı verilən 13 nəfərin əmlak payı da daxıl olmaqla ümumilikdə Qax rayon İngiloy-Kötüklü kəndində kənd sakinlərinə əmlak payı kimi verilən ferma binasından öz payı və xeyrinə imtina edilən əmlak payları üzərində mülkiyyət huququnun dövlət reyestrində qeydə alınması və çıxarış verilməsini tələb etsə də, araşdırma zamanı məlum olmuşdur ki, onun özü də Qax rayon Notariat Ofisində notariat qaydada ərizə verərək Qax rayon Dövlət Arxivi tərəfindən ona verilmiş xx.xx.2020-ci il tarixli, 189/1 saylı arxiv çıxarışına əsasən onun adına olan ******* manat dəyərində payını X8 adına rəsmiləşdirilməsinə etiraz etməmişdir.
26. Göründüyü kimi, iddiaçının adına arxiv çıxarışı olsa da, iddiaçının istinad etdiyi əmlak pay haqqının verilməsi barədə aktda onun adı aşkar edilməmişdir. Həmçinin iddiaçı, məhkəmə iclasında ona məxsus olduğunu iddia etdiyi əmlak pay haqqının verilməsi barədə aktı məhkəməyə təqdim edərək həmin aktda onun adının əvəzinə atası Berikaşvili Lamerin adının texniki səhv olaraq yazıldığını bildirmişdir. Lakin, bu halı təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir.
27. Beləliklə, Qax rayon İngiloy Kötüklü kənd keçmiş “Nəsimi” adına kolxozun xx.xx.2001-ci il tarixli 01 nömrəli ümumi yığıncaq protokolunun Qərarı əsasında İddiaçı əmlak paylarının ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədlər mövcud olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Odur ki, iddiaçının hazırkı iddia tələbinə dair subyektiv hüququ yaranmır.
28. Bundan başqa, iddiaçı məhkəmə kollegiyasının ilk iclaslarında tərcüməçi ilə təmin edilmiş, onun iştirakı ilə izahat vermiş, lakin sonrakı iclaslarda tərcüməçiyə ehtiyacı olmadığını bildirmişdir.
29. “Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd edilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
30. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır.
31. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır.».
32. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır.
33. Beləliklə, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə prosessual qanunvericiliyin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir.
35. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd olunmuş səbəblərdən (iddiaçının adına əmlak pay haqqının verilməsinə dair aktın olmaması) iddiaçının belə bir hüququnun mövcudluğu məhkəmə tərəfindən müəyyən olunmuş hallarla təsdiq olunmur.
36. Eyni zamanda qeyd olunmalıdır ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Həmçinin, nəzərə almaq lazımdır ki, iddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmçinin, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Ona görə də, məhkəmə tərkibi iddiaçının apellyasiya şikayətinin təmin edilərək iddia tələbinin təmin edilməsi barədə dəlillərinə münasibət bildirməyi zəruri hesab etmir.
37. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2-1(116)-1686/2024 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.
38. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2-1(116)-1686/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayon İngiloy Kötüklü kənd Nəsimi adına kolxozun xx.xx.2001-ci il tarixli 01 nömrəli ümumi yığıncaq protokolunun Qərarı əsasında Qax rayonu Kötüklü kəndində yerləşən ferma binasından iddiaçıya və X9, X19, X24, X20, X21, X4, X17, X10, X1, X12, X11, X13, X2 verilən əmlak paylarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.