Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-360/2020 09.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeleyində Dövlət X8 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X8 Zaqatala rayon Şöbəsinə qarşı “xx.xx.1990-cı ildən xx.xx.2006-cı il tarixədək X9 işlədiyi 15 il 2 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-816/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X8 Zaqatala rayon Şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci ildə anadan olmuş, xx.xx.1975-ci ildən başlayaraq müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi müddətlər əmək kitabçasında qeyd olunub. İddiaçı yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdə DSMF-nin Zaqatala rayon şöbəsinə pensiya təyin edilməsi üçün müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının X9 işlədiyi xx.xx.1990-cı ildən xx.xx.2006-cı il tarixədək olan müddətin əmək kitabçasında qeyd edilmədiyini əsas gətirərək iddiaçıya pensiya təyin olunmasından imtina etmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət edərək, “xx.xx.1990-cı il tarixdən xx.xx.2007-ci il tarixinədək X9 işlədiyim müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.1990-cı ildən xx.xx.2006-cı il tarixədək X9 işlədiyi 15 il 2 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin həmin tarixli iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: İddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2020-ci il tarixində yaranmışdır. İddiaçının şöbəyə təqdim etdiyi iş stajına dair sənədlərə əsasən xx.xx.2006-cı il tarixinədək ümumi sığorta stajı 25 il 1 ay 27 gün təşkil edir. İddiaçının mübahisələndirilməyən sığorta stajı 9 il 11 ay 27 gün, mübahisələndirilən sığorta stajı 15 il 2 ay təşkil edir. İddiaçının arxiv arayışına əsasən stajı 16 il 5 ay 24 gündür. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nun Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubu, Zaqatala rayon İH-nin Zəyəm kənd İƏD-nin xx.xx.2020-cil tarixli arayışı, DSMFnin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli ********** nömrəli arayışının surəti, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 51 saylı arxiv arayışlarının təsdiqlənmiş surətləri, əmək kitabçasının təsdiqlənmiş surəti, DSMF-nin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubu və xx.xx.2020-ci il tarixli akt aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 816/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Əmək və X4 Nazirliyi yanında Dövlət X8 Zaqatala rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək X10 işlədiyi 15 il 2 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X8 Zaqatala rayon Şöbəsi apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-816/2020 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, A. Əliyevin təqdim etdiyi əmək kitabçasının surətində xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Zaqatala rayonu Jdanov adna kolxozun üzvü olması barədə qeydlər aparılmışdır. «X2 Haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən əyər kolxoz üzvü müəyyən edilmiş əmək iştirakı minimumunu yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minumum əmək iştirakı normasına görə faktiki müddət nəzərə alınır. Sonradan araşdırma zamanı A. Əliyevin 1988-ci ildə 200 əmək iştirakının minumumuna qarşı 191 iş günü, 1989-cu ildə 200 əmək iştirakının minumumuna qarşı 168 iş günü 1990-cı idə 200 əmək iştirakının minumumuna qarşı 2 iş günü olmaqla onun həmin kolxozda işlədiyi faktiki iş siajı 1 il 7 ay olması müəyyən edilmişdir. Odur ki, A. Əliyevin iş stajına dair sənədlərdə xx.xx.2006-cı il tarixədək 24 il 10 ay sığorta stajı toplanılır. «X5» Azərbaycan Respublikası Qanununun 7-ci və 22-1.1-ci maddələrinin tələbləri təmin edilmədiyindən A. Əliyevin xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Odur ki, Dövlət X8 Zaqatala rayon şöbəsi yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-816/2020 nömrəli Məhkəmə Qərarını dəğv edərəlcƏmək və X4 Nazirliyi yanında Dövlət X8 Zaqatala rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək X9 işlədiyi 15 il 2 ay müddətin sosial sığorta stajına daxil edilməsi hissəsini qüvvədə saxlamaqla, xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi hissəsini ləğv edərək yeni qərarın qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeleyində Dövlət X8 nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-816/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 816/2020nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək X9 əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu, Dövlət Arxivinin Zaqatala rayon Filialının xx.xx.2020-ci il tarixli 51 nömrəli arxiv arayışı, xx.xx.2020-ci il tarixli aktla öz təsdiqini tapır. DSMF-nun Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, iddiaçının pensiya hüququ xx.xx.2020-ci ildə yaranmış və əmək kitabçasında olan qeydlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi sığorta stajı 25 il 1 ay 27 gündür. Göründüyü kimi iddiaçının tələbində qeyd olunan müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun “X5” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə nəzərdə tutulmuş 25 il sığorta stajı tamamlanacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “X7” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə, cavabdehin üzərinə iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək X9 işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoymaqda haqlı olmuşdur. Həmin Qanunun 19.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X8 Zaqatala rayon Şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-816/2020saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-360/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-360/2020
09.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver