Məhkəmə qərarları › İş №2-1(107)-361/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-361/2020

28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-361/2020 28.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Zaqatala rayon şöbəsinə qarşı “1973-1975, 1978-ci illərdə Zaqatala rayonu Danaçı kəndində “K.Marks” adlna kolxozda işlədiyi 2 il 11 ay, x xxxxxx 1987-ci ildən xx.xx.1999-cu il tarixədək Zaqatala rayon keçmiş X2 işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən mənə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-156/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Zaqatala rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. O, 1973-1975, 1978-ci illərdə Zaqatala rayonu Danaçı kənd “K.Marks” adına kolxozda kolxozçu işləməklə həmin kolxozun üzvü olmuşdur. Lakin həmin illərdə kolxozçu işləməyi barədə əmək kitabçasında qeydlər aparılmamışdır. Hazırda onun pensiya yaşı çatdığı üçün Azərbaycan Respublikası DSMFnun Zaqatala rayon şöbəsinə müraciət etmişdir. Lakin ona bildirmişlər ki, onun əmək kitabçasında həmin illər qeyd edilmədiyinə görə həmin kolxozdakı əmək fəaliyyətinin 1973-1975, 1978-ci illərini sığorta stajı kimi qəbul etmək qanuna uyğun deyil. Bununla da onun qanuni hüquqlarıı pozulmuşdur. Odur ki, bu faktı müəyyən etmək üçün məhkəməyə müraciət etməli olmuşdur. O, 1973-1975, 1978-ci illərdə Zaqatala rayonu Danaçı kənd “K.Marks” adına kolxozda kolxozçu işləməyi barədə əmək haqqı cədvəlinə dair arxiv arayışı götürmüşdür. Bundan başqa 1987-1999-cu illərdə Zaqatala rayon keçmiş X2 işləmişdir. Bu barədə əmək kitabçasındada qeydlər aparılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1973-1975, 1978-ci illərdə Zaqatala rayonu Danaçı kəndində “K.Marks” adına kolxozda işlədəyi 2 il 11 ay, x xxxxxx 1987-ci ildən xx.xx.1999-cu il tarixədək Zaqatala rayon keçmiş “Fındıq Sovxozu”nda kinomexanik işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin münasibəti:“X5” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 64 yaşı olmuş kişilər fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, xx.xx.2019-cu il tarixdən «X5» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə edilmiş dəyişikliyə əsasən fərdi hesabın sığorta hissəsində 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. «X5» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanların qeyri dövlət müəssisələrində çalışmasını göstərən qeydlərini yerində qarşılıqlı yoxlanması tələb olunur. İddiaçı əmək kitabçasının surətində qeyd edildiyi xx.xx.1987-ci il tarixindən xx.xx.1999-cu il tarixədək Zaqatala rayon keçmiş Fındıq sovxozunda işlədiyi iş stajının yoxlanması mümkün olmamışdır. İddiaçının yaşa görə əmək pensiyasını alması üçün yaşı xx.xx.2019-cu il tarixində çatmışdır. Bildiririk ki, R. Aslanovun Qanunun 7-ci maddəsində nəzərdə tutulmş 25 il sığorta stajının düzgünlüyü təsdiq edilmədiyindən yaşa görə əmək pensiyası təyin edilməsi Qanunvericiliklə mümkün deyil. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, “X5” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. X1 1973-1990-cı illərdə kolxozda və 1990-2003-cü illərdə Zaqatala Pambıq ATSC-də işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilmsi Qaydalara ziddir. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2- 1(116)-156/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Zaqatala rayon şöbəsinin üzərinə İddiaçı 1973- 1975, 1978-ci illərdə Zaqatala rayonu Danaçı kəndində “K.Marks” adına kolxozda işlədəyi 2 il 11 ay, x xxxxxx 1987-ci ildən xx.xx.1999-cu il tarixədək Zaqatala rayon keçmiş “Fındıq Sovxozu”nda kinomexanik işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyininqoyulması qərara alınmışdır. DSMF-in Zaqatala rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Ərizəçi İddiaçı «X5» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur.«X5» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 64 yaşı tamam olmuş kişilər 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ vardır. Onun şöbəyə təqdim etdiyi xx.xx.1987-ci il tarixdən xx.xx.1999- cu il tarixədək Zaqatala rayonu keçmiş Fındıq sovxozunda işləməsinə dair qeydlər aparılmış əmək kitabçasının surətini və Zaqatala rayon keçmiş K. Marks kolxozunda işləməsinə dair təqdim etdiyi iş stajını təsdiq edən arayışı təqdim edilmişdir.Bildirirlər ki, «X5» Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyalarının sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1 bəndində deyilir. Qanunun qüvvəyə mindiyi günədək sığota olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 4.2.7-ci bəndinə əsasən həmin stajın qarşılıqlı yerində yoxlanması tələb olunur. Zaqatala rayonu keçmiş Fındıq sovxozunda işləməsinə dair qeydlər aparılmış əmək kitabçasının surətinin yoxlanması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən Dövlət X6 Zaqatala rayon şöbəsi Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2- 1(116)-156/2020 saylı Qərarının ləğv edilməsinin xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, DSMFnin Zaqatala rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********0 nömrəli imtina məktubu, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 212 nömrəli arxiv arayışının təsdiqlənmiş surəti, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 212 nömrəli arxiv çıxarışı, ИТ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********5 nömrəli məktubu, DSMF-nin Zaqatala rayon şöbəsinin müvafiq aktlarının təsdiqlənmiş surətləri, H3 seriyalı ******* nömrəli hərbi biletin surəti, Zaqatala rayon Statistika İdarəsinin xx.xx.2020-ci il tarixli 44 nömrəli məktubu, Zaqatala rayon İH-nin xx.xx.2020-ci il tarixli 4/396 nömrəli məktubu, DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubu aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-156/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, cavabdeh Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Zaqatala rayon şöbəsinin üzərinə İddiaçı 1973- 1975, 1978-ci illərdə Zaqatala rayonu Danaçı kəndində “K.Marks” adına kolxozda işlədəyi 2 il 11 ay, x xxxxxx 1987-ci ildən xx.xx.1999-cu il tarixədək Zaqatala rayon keçmiş “Fındıq Sovxozu”nda kinomexanik işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki,iddiaçı 1973-1975, 1978-ci illərdə Zaqatala rayonu Danaçı kəndində “K.Marks” adına kolxozda, x xxxxxx 1987-ci ildən xx.xx.1999-cu il tarixədək Zaqatala rayon keçmiş “Fındıq Sovxozu”nda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 212 nömrəli arxiv arayışı və ИТ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti ilə öz təsdiqini tapır. İş materiallarında olan DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki,iddiaçının arxiv arayışına əsasən sığorta stajı 6 il 9 aydır. İddiaçının əmək kitabçasının surətində aparılmış qeydlərə əsasən 20 il 6 ay 6 gün sığorta stajı toplanılır. İddiaçının mübahisələndirilməyən sığorta stajı 8 il 9 ay 29 gün əmək kitabçasının surətinə əsasən və 2 il 5 gün hərbi xidmət dövrü il birlikdə cəmi 10 il 10 ay 4 gün (həmin staj 7822 manat sığorta kapitalına bərabərdir) təşkil edir. İddiaçının mübahisəli sığorta stajı 11 il 7 ay 16 gün əmək kitabçasının surətinə əsasən və 3 il kolxoz stajı ilə birlikdə 14 il 7 ay 16 gün (həmin staj 10530 manat sığorta kapitalına bərabərdir) təşkil edir. İddiaçının tələbində qeyd edilən müddət sığorta stajına daxil edilərsə yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “X5” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2019-cu il tarixdən yaranmışdır. “X5” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdi ki,iddiaçının tələbində qeyd olunan müddət (11 il 7 ay 16 gün əmək kitabçasının surətinə əsasən və 2 il 11 ay kolxoz stajı ilə birlikdə 14 il 6 ay 16 gün) onun mübahisələndirilməyən stajı ilə toplandıqda (10 il 10 ay 4 gün +14 il 6 ay 16 gün = 25 il 4 ay 20 gün) onun tələb olunan sosial sığorta stajı tamamlanır. Odur ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1973-1975, 1978-ci illərdə Zaqatala rayonu Danaçı kəndində “K.Marks” adına kolxozda işlədəyi 2 il 11 ay, x xxxxxx 1987-ci ildən xx.xx.1999-cu il tarixədək Zaqatala rayon keçmiş “Fındıq Sovxozu”nda kinomexanik işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 1973-1975, 1978-ci illərdə Zaqatala rayonu Danaçı kəndində “K.Marks” adına kolxozda, x xxxxxx 1987-ci ildən xx.xx.1999-cu il tarixədək Zaqatala rayon keçmiş “Fındıq Sovxozu”nda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 212 nömrəli arxiv arayışı və ИТ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti ilə öz təsdiqini tapır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Bundan başqa, iddiaçı iddia tələbində yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2019-cu ildə yaranmışdır. Qeyd olunan tarixə onun arxiv arayışları və əmək kitabçasına əsasən tələb olunan 25 il sığorta stajının olması müəyyən edilmişdir. “X5” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 64 yaşına çatmış kişilərin və 61,5 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı 1973-1975, 1978-ci illərdə Zaqatala rayonu Danaçı kəndində “K.Marks” adına kolxozda, x xxxxxx 1987-ci ildən xx.xx.1999-cu il tarixədək Zaqatala rayon keçmiş “Fındıq Sovxozu”nda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 212 nömrəli arxiv arayışı və ИТ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti ilə öz təsdiqini tapır. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Zaqatala rayon şöbəsinin apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-156/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar