Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-362/2020 09.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin tabeleyində Dövlət X7 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 Zaqatala rayon Şöbəsinə qarşı “xx.xx.2019-cu il tarixli 465 nömrəli arxiv arayışında qeyd olunan 1974-1998-ci illərdə Zaqatala rayon “Jdanov” adına kolxozda işlədiyi 25 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-175/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 Zaqatala rayon Şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxx 1958-ci il tarixində doğulmuşdur. Onun xx.xx.2019-cu ildə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Arxiv arayışından görünür ki, onun kifayət qədər əmək (sığorta) stajı var. Sənədlərini cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh ona əmək pensiyası təyin etməkdən və koxozda işlədiyi illəri sığorta stajı kimi qəbul etməkdən imtina etmişdir. Səbəbi isə arxivdə saxlanılan sənədlərdə qaralamalar və düzəlişlərin olmasıdır. O, "Jdanov" adına kolxozda işləmişdir. Qeyd olunan səbəbdən işlədiyi bəzi illəri cavabdeh sığorta stajı kimi qəbul etmir. Lakin bu faktlar onun hüquqlarını pozur. Belə ki, cavabdehin sığorta stajı kimi qəbul etmədiyi illərdə o, işləyərək əmək haqqı almışdır. İddiaçı xx.xx.2020-ci il tarixli birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.2019-cu il tarixli 465 nömrəli arxiv arayışında qeyd olunan 1974-1998-ci illərdə Zaqatala rayon “Jdanov” adına kolxozda işlədiyi 25 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin həmin tarixli iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin münasibəti: «X4» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 61 yaşı olmuş qadınlar fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, xx.xx.2019-cu il tarixdən «X4» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə edilmiş dəyişikliyə əsasən fərdi hesabın sığorta hissəsində 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. «X4» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanların qeyri dövlət müəssisələrində çalışmasını göstərən qeydlərini yerində qarşılıqlı yoxlanması tələb olunur. İddiaçının təqdim etdiyi iş stajına dair arayışda 25 il Zaqatala rayonu keçmiş “Jdanov” kolxozunda işləməsi barədə sığorta stajı vardır. İddiaçı 1974-1998-ci illərdə keçmiş “Jdanov” kolxozunda işlədiyi iş stajını rayon Arxivində yoxlanması zamanı 20 il iş stajının düzgünlüyü təsdiq edilmişdir. İddiaçı yaşa görə əmək pensiyası alması üçün yaşı xx.xx.2019-cu il tarixində çatmışdır. Bildiririk ki, İddiaçı Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş 25 il sığorta stajının düzgünlüyü təsdiq edilmədiyindən yaşa görə əmək pensiyası təyin edilməsi Qanunvericiliklə mümkün deyil. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 465 nömrəli arayışının təsdiqlənmiş surəti, DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********0 nömrəli imtina məktubu, DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubu, xx.xx.2019-cu il tarixli Akt, DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubu, cavabdehin nümayəndəsinin xx.xx.2020-ci il tarixli ərizəsi aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 175/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Əmək və X3 Nazirliyi yanında Dövlət X7 Zaqatala rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.2019-cu il tarixli 465 nömrəli arxiv arayışında qeyd olunan 1974-1998-ci illərdə Zaqatala rayon “Jdanov” adına kolxozda işlədiyi 25 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 Zaqatala rayon Şöbəsi apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-175/2020 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, ərizəçi İddiaçı «X4» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur. «X4» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 61 yaşı tamam olmuş qadınlar 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ vardır. Onun şöbəyə Zaqatala rayon keçmiş Jdanov kolxozunda işləməsinə dair təqdim etdiyi iş stajını təsdiq edən arayışlar təqdim edilmişdir. İddiaçı A. İsayeva Zaqatala rayonu Dövlət Arxivi tərəfindən verilmiş 1974- 1998-ci illərdə keçmiş Jdanov kolxozda kolxozçu işləməsinə dair xx.xx.2019-cu il tarixli 465 saylı arxivi arayışı təqdim etmişdir. Bildiririk ki, «X4» Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyalarının sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1 bəndində deyilir, ki Qanunun qüvvəyə mindiyi günədək sığota olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 4.2.7-ci bəndinə əsasən həmin stajın qarşılıqlı yerində yoxlanması tələb olunur. Yoxlama zamanı 1974, 1975, 1977, 1997, 1998-ci illərin iş stajının düzgünlüyü təsdiq edilməmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-175/2020 saylı qərarının ləğv edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin tabeleyində Dövlət X7 nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-175/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İddiaçı 1974-1998-ci illərdə Zaqatala rayon sabiq “Jdanov” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 11 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır. DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubundan görünür ki, iddiaçının təqdim etdiyi arayışa əsasən 25 il sosial sığorta stajı vardır. Cavabdeh qeyd etmişdir ki, İddiaçı 1974-1998-ci illərdə keçmiş “Jdanov” kolxozunda işlədiyi iş stajını rayon Arxivində yoxlanması zamanı 20 il iş stajının düzgünlüyü təsdiq edilmişdir. Bununla bağlı məhkəmə tərəfindən qaralamaların olduğu qeyd olunan şəxsi hesab kitabları və staj kitabı tələb olunmuş, cavabdehin nümayəndəsi ilə birlikdə məhkəmə iclasında həmin kitablara baxış keçirilmiş və qaralamaların olmadığı müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçının tələbində qeyd olunan müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun “X4” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə nəzərdə tutulmuş 25 il sığorta stajı tamamlanacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “X6” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının xx.xx.2019cu il tarixli 465 nömrəli arxiv arayışında qeyd olunan 1974-1998-ci illərdə Zaqatala rayon “Jdanov” adına kolxozda işlədiyi 25 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəli öhdəliyi qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 Zaqatala rayon Şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-175/2020saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-362/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-362/2020
09.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver