Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-363/2021 21.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı rayonu Buynuz kəndində yerləşən 1,0 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16.06.2021ci il tarixli, 2-1(116)-351/2021 nömrəli qərarından iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İsmayıllı Rayon Buynuz Bələdiyyəsinin 06.07.2005-ci il tarixli 5 nömrəli qərarı ilə İddiaçı Buynuz Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kəndaltı torpaq sahəsindən tikinti məqsədilə 1,0 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İsmayıllı Rayon Buynuz Bələdiyyəsinin 16.07.2005-ci il tarixli 7 nömrəli qərarı ilə İddiaçı Buynuz kəndinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kəndaltı torpaq sahəsindən 1,0 ha torpaq sahəsinin satılması yenidən qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi 28.08.2006-cı il tarixli 240 nömrəli rəy verərək İddiaçı Buynuz Bələdiyyəsinin 1,0 ha kəndaltı torpaq sahəsinin tikinti məqsədilə satılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən həmin 1,0 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd Buynuz Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən İsmayıllı Rayon Buynuz Bələdiyyəsinin bank hesabına 31.08.2006-cı ildə 572 manat pul ödənilmişdir. İsmayıllı Rayonu Buynuz Bələdiyyəsi ilə İddiaçı arasında 1,0 ha torpaq sahəsinin satılması barədə 31.08.2006-cı il tarixli "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmişdir. Qeyd olunan 1,0 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 21.06.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı sözügedən 1,0 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 24.09.2020-ci il tarixli **********58 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, torpaq sahəsinin yerləşdiyi ərazi elektron baza məlumatlarında X6 kimi öz əksini tapmışdır. Həmçinin faktiki torpaq sahəsi sənəd üzrə torpaq sahəsindən 0,2356 ha azdır. Bu səbəbdən "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi mümkün deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia belə əsaslandırılmışdır ki, cavabdehin imtina məktubunda torpaq sahəsinin X6 kimi qeyd olunması fikri ilə razı deyil. Göstərilən torpaq sahəsi meşə fondu yox, yaşayış məntəqəsi torpağına aiddir. Cavabdeh iddiaya qarşı rəsmi münasibət (etiraz) bildirməmişdir. Şəki İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(116)-351/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı rayonu Buynuz kəndində yerləşən 1,0 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməmiş, Prosessual xərclər İddiaçı aid edilsin və ondan 95 manat məbləğində pul alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, məhkəmə ilk növbədə iddiaçıya satılmış 1.0 ha torpaq sahəsinin döngə nöqtələrinin kordinatlarının müəyyən edilməli olması qənaətinə gəlmiş. Ona görə də məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinə bununla bağlı sorğu edilərək mütəxəssis rəyi alınmışdır. Şəki Layihə- Tədqiqat İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 30.03.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 1.0 ha torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib olunmadığı üçün döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyildir, onun faktiki istifadəsində olan 0.806 ha torpaq sahəsi isə həmin yerdən kənarda, 0.708 ha hissəsi X6 torpaqlarında, 0.026 ha hissəsi İsmayıllı Rayonu Topçu Bələdiyyəsinin mülkiyyətinə kənd təsərrüfatı təyinatlı uqodiyası əkin olan torpaqlarda yerləşir. Beləliklə, məkhəmə özgəsinə, yəni X5 və İsmayıllı Rayonu Topçu Bələdiyyəsinə məxsus olan torpaq sahəsinə İddiaçı adma “Torpaq sahəsinin planı və ölçüsünün tələb edilməsinin mümkünsüz olması qənaətinə gələrək iddianı təmin etməmişdir. Məhkəmənin bu qənaəti ilə razı deyil. Belə ki, o İsmayıllı rayon Buynuz Bələdiyyəsinə 01 iyul 2005-ci il tarixli ərizə ilə müraciət edərək bələdiyyənin kəndaltı torpaq sahəsindən 1,0 hektarının tikinti məqsədi ilə satılmasını xahiş etmişdir. Onun ərizəsinə Buynuz bələdiyyəsinin 06 iyul 2005-ci il tarixli 05 saylı iclasında baxılaraq həmin torpaq sahəsinin satılması qərara alınmışdır. Bu barədə Azərbaycan Respublikası DTKX İsmayıllı rayon şöbəsinin müvafiq rəyi alınmış və Bələdiyyə ilə aralarında 31.08.2006-cı il tarixli torpaqların satılmasına dair akt tərtib olunmuşdur. Torpağın dəyəri alıcı yəni, İddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. Həmin satın alınmış 1,0 hektar torpaq sahəsinə mülkiyyət hüququm daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, onun adına MU seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. Belə ki, 31.08.2006-cı il tarixində bələdiyyə ilə aralarında həmin 1.0 hektar torpaq sahəsinin satılmasına dair akt tərtib olunmuş, torpağın dəyəri tərəfindən bələdiyyənin hesabına ödənmiş, torpaq sahəsinə mülkiyyət hüququm daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilməklə həmin torpaq sahəsinə mülkiyyət hüququmun əmələ gəlməsi rəsmiləşdirilmişdir. Digər tərəfdən mülkiyyətində olan torpaq sahəsinin meşə fondunun torpaq sahəsinə aid olması ilə razı deyildir. Belə ki, bu hal, yəni göstərilən torpaq sahəsinin meşə fondu yox, yaşayış məntəqəsi torpağına aid olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Çünki Azərbaycan Respublikası likologiya və Təbii Sərvətlər Nazirliyinin X3 X1 rayon Məhkəməsində İsmayıllı rayon Buynuz Bələdiyyəsinə.Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Qəbələ Ərazi İdarəsinə qarşı X3 X2 meşəbəyliyinin 3 saylı dolayının meşə fonduna aid 1.0 hektar torpaq sahəsinə dair AR ƏMDK yanında DODRX Qəbələ Ərazi Dairəsi tərəfindən 21.06.2007ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı adma verilmiş Mil seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsində aparılmış tikililərin sökülüb götürülməsi və tikinti materiallarının həmin sahədən yığışdırılaraq ərazinin əvvəlki vəziyyətə gətirilməsi barədə iddiası məhkəmənin 17 mart 201 1-ci il tarixli, 2(037)-04/201 1 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Göstərilən məhkəmə mübahisəsi dövründə ekspert rəyi alınmışdır. Həmin ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ona bələdiyyə tərəfindən satılmış 1.0 hektar torpaq sahəsi vaxtilə təyinatına görə yaşayış məntəqəsi torpağı olmaqla İsmayıllı rayon Buynuz Bələdiyyəsinin mülkiyyətində olmuşdur və həmin mübahisəli torpaq sahəsinin meşə fondu torpağı ilə heç bir əlaqəsi yoxdur. Göstərilən məhkəmə qətnaməsi hazırda qanuni qüvvəsini almışdır. Məhkəmə iş üzrə digər sübutları diqqətdən kənarda qoymuş və yalnızca mütəxəssis rəyinə əsaslanaraq sözii gedən torpaq sahəsinin özgəsinə, yəni X5 və İsmayıllı Rayonu Topçu Bələdiyyəsinə məxsus olması qənaətinə gəlmiş və bu səbəblə də iddiam təmin edilməmişdir. Digər tərəfdən GPS aləti vasitəsilə təvin edilmiş kordinatlar doğru olsa belə həmin torpaq sahəsi hazırda İddiaçı mülkiyyətindədir və bu hal yuxarıda da qeyd etdiyi sübutlarla öz təsdiqini tapır. Lakin həmin torpaq sahəsinin X5 və İsmayıllı Rayonu Topçu Bələdiyyəsinə məxsus olmasına dair heç bir mötəbər sübut yoxdur. Qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(116)-351/2021 nömrəli qərarının ləğv edilməsini və iş üzrə iddiaçının iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(116)-351/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPMin 38.1-ci maddəsi). Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı haqlı olaraq təmin etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: İsmayıllı Rayon Buynuz Bələdiyyəsinin 06.07.2005-ci il tarixli 5 nömrəli qərarından görünür ki, İddiaçı Buynuz Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kəndaltı torpaq sahəsindən tikinti məqsədilə 1,0 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İsmayıllı Rayon Buynuz Bələdiyyəsinin 16.07.2005-ci il tarixli 7 nömrəli qərarından görünür ki, İddiaçı Buynuz kəndinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kəndaltı torpaq sahəsindən 1,0 ha torpaq sahəsinin satılması yenidən qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 28.08.2006-cı il tarixli 240 nömrəli rəyindən görünür ki, həmin şöbə İddiaçı Buynuz Bələdiyyəsinin 1,0 ha kəndaltı torpaq sahəsinin tikinti məqsədilə satılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən tərtib edilmiş və Buynuz Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş yerquruluşu layihəsindən çıxarışdan görünür ki, həmin sənəddə İddiaçı satılmış 1,0 ha torpaq sahəsi əks olunmuşdur. 31.08.2006-cı il tarixli 04 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən İsmayıllı Rayon Buynuz Bələdiyyəsinin bank hesabına 31.08.2006-cı ildə 572 manat pul ödənilmişdir. 31.08.2006-cı il tarixli "Torpaqların alqı-satqısına dair akt"dan görünür ki, həmin sənəd 1,0 ha torpaq sahəsinin İsmayıllı Rayonu Buynuz Bələdiyyəsi tərəfindən İddiaçı satılması ilə bağlı tərtib edilmişdir. MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, qeyd olunan 1,0 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 21.06.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, hüquqların dövlət qeydiyyatının aparılması üçün digər sənədlərlə yanaşı torpaq sahəsinin planı və ölçüsü də qeydiyyat orqanına təqdim edilməlidir. Hazırkı işdə 1,0 ha torpaq sahəsi ilə bağlı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat, "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmədən aparılmışdır. Lakin bununla belə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin həlli üçün məhz həmin normaya istinad edilməlidir. İşdən göründüyü kimi, torpaq sahəsi iddiaçıya satılan zaman Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən 1,0 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd Buynuz Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 30.03.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a əsasən İddiaçı mülkiyyətinə verilmiş 1,0 ha torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib olunmadığı üçün döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyildir. İddiaçının nümayəndəsi tərəfindən naturada göstərilmiş 0,8061 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə təyin edilmiş və müəyyən olunmuşdur ki, mərkəzin elektron məlumat bazasında öz əksini tapan İsmayıllı rayonu Buynuz kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən naturada ölçülmüş 0,8061 ha torpaq sahəsinin 0,7801 ha hissəsi X6 torpaqlarına, 0,026 ha hissəsi isə İsmayıllı Rayonu Topçu Bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı, uqodiyası əkin olan torpaqlarda yerləşir. Göründüyü kimi, mütəxəssis rəyi ilə müəyyən edildi ki, İddiaçı Buynuz Bələdiyyəsi tərəfindən satılmış 1,0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyil, onun faktiki istifadə etdiyi 0,8061 ha torpaq sahəsi isə həmin yerdən kənarda, 0,7801 ha hissəsi X6 torpaqlarında, 0,026 ha hissəsi İsmayıllı Rayonu Topçu Bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı, uqodiyası əkin olan torpaqlarda yerləşir. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən mötəbər sübutları təqdim edə bilmədiyindən, habelə məhkəmə araşdırması zamanı sözügedən qərarın qanunverciliyin tələblərinə əməl edilməklə qəbul edilməsi müəyyən edildiyindən apelyasiya şikayəti təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli olan qanunu düzgün tətbiq etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(116)-351/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-363/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-363/2021
21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver