Məhkəmə qərarları › İş №2-1(107)-364/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-364/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-364/2020 09.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı X5 nümayəndəsi X6 nun iştirakı ilə, İddiaçı "İddiaçı" MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı X3rşı "xx.xx.2019-cu il tarixli **********7837 nömrəli qərarın ləğv edilməsi və yeni qərar qəbul edilməsi" tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-518/2019nömrəli qərardadından iddiaçı "İddiaçı" MMC-nin nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala rayon Yuxarı Tala kəndində yerləşən "İddiaçı" MMC Şəki İnzibati-İqtisadi Məhkəməsinə xx.xx.2019-cu il tarixli şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı X5 xx.xx.2019-cu il tarixli **********7841 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ının ləğv olunmasını xahiş etmişdir. O, şikayətdə bildirmişdir ki, həmin qərar xx.xx.2019-cu ildə 13 saylı X5 əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində vergi qanunvericiliyinin pozulması barədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən vergi ödəyicisi nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericilik pozulmaqla aparılan əməliyyatlara görə 5198 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması barədə tərtib olunmuşdur. O, heç bir qanun pozuntusuna yol vermədiyi halda, vergi orqanı tərəfindən yoxlama qanunsuz keçirilmiş, nəzarət jurnalına qeydiyyat aparılmamış, auditor rəyi nəzərə alınmamışdır. Şərh olunan müraciət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1 və 27-ci maddələrinin tələblərinə uyğun tərtib edilmədiyinə, yəni müraciət iddia ərizəsi formasında deyil, şikayət formasında tərtib edildiyinə, həmçinin, iddiaçının və cavabdehin prosessual statusları, habelə, tələbə cavab verməli cavabdeh müəyyən edilmədiyinə və cavabdehə qarşı yönəlməli olan tələb mövcud olmadığına görə həmin Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, sadalanan formal xətaların aradan qaldırılması məhkəmənin xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçıya təklif edilmiş və bunun üçün 30 gün müddət təyin edilmişdir. İddiaçı "İddiaçı" MMC məhkəmənin məktubunu xx.xx.2019-cu ildə almış və xx.xx.2019-cu ildə inzibati prosessual qanunvericiliyin tələbinə cavab verən iddia ərizəsi tərtib edərək onu xx.xx.2019-cu ildə poçt vasitəsilə məhkəməyə göndərmişdir. Həmin iddia ərizəsində iddiaçı əvvəlki müraciətdə olduğu kimi cavabdehin xx.xx.2019-cu il tarixli **********7841 nömrəli qərarının deyil, xx.xx.2019-cu il tarixli **********7837 nömrəli başqa bir qərarının ləğvi tələbini irəli sürmüşdür. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı X9 iddiaya dair xx.xx.2019-cu il tarixli etirazında iddianın mümkün sayılmamasını xahiş edərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixli **********7837 nömrəli qərar iddiaçıya poçt vasitəsilə göndərilmiş və xx.xx.2019-cu ildə xəbərnaməyə imza etdirilməklə çatdırılmış, lakin iddiaçı 30 günlük iddia müddətini buraxmışdır. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı X5 xx.xx.2018-ci il tarixli qərarı ilə "İddiaçı" MMC-də xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Keçirilmiş operativ vergi nəzarətinin nəticəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı X9 tərəfindən xx.xx.2019-cu il tarixli **********7837 nömrəli və eyni tarixli **********7841 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"lar çıxarılmışdır. Birinci qərarla iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, 6792 manat, ikinci qərarla isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən, 5198 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. "İddiaçı" MMC-nin nümayəndəsi X8 xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzinə müraciət edərək 13 saylı X9 tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində "İddiaçı" MMC-nin vergi məsuliyyətinə cəlb olunmasından şikayət etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı X5 xx.xx.2019-cu il tarixli **********7837 nömrəli və eyni tarixli **********7841 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ları xx.xx.2019-cu ildə iddiaçı "İddiaçı" MMC-yə təqdim olunmuşdur. Cavabdeh bu barədə poçt xəbərnaməsinin surətini məhkəməyə təqdim etmişdir. İddiaçı məhkəməyə göndərdiyi xx.xx.2019-cu il tarixli şikayətlə bir vaxtda hər iki qərarı da məhkəməyə göndərmişdir. Şikayətin məhkəməyə göndərildiyi zərfin üzərindəki poçt ştampının tarixi xx.xx.2019-cu ildir. Cavabdehin xx.xx.2019-cu il tarixli **********7837 nömrəli və eyni tarixli **********7841 nömrəli qərarları iddiaçıya xx.xx.2019-cu ildən gec olmayaraq təqdim olunmuşdur. "İddiaçı" MMC-nin nümayəndəsi X8 xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinə yazılı izahat verərək bildirmişdir ki, "İddiaçı" MMC barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 004387 nömrəli aktı və onun əsasında çıxarılmış xx.xx.2019-cu il tarixli **********7837 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı mübahisələndirmir, həmin akt və qərardan şikayəti yoxdur. "İddiaçı" MMC-nin nümayəndəsi X8 xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinə yazılı ərizə verərək, "İddiaçı" MMC-nin cərimə edilməsi ilə bağlı Vergilər Nazirliyinə etdiyi şikayətlə əlaqədar bildirmişdir ki, aktın mal qalığı ilə bağlı hissəsindən heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli **********934400 nömrəli "İnzibati şikayətin təmin edilməsi haqqında qərar"ına əsasən, "İddiaçı" MMC barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 004387 nömrəli akt və həmin aktın əsasında 13 saylı X9 tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli **********7841 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar" ləğv edilmişdir. İddiaçı cavabdehin xx.xx.2019-cu il tarixli **********7837 nömrəli və eyni tarixli **********7841 nömrəli qərarlarından xx.xx.2019-cu ildə inzibati qaydada şikayət vermişdir. O, xx.xx.2019-cu ildə verdiyi yazılı izahatda cavabdehin xx.xx.2019-cu il tarixli **********7837 nömrəli qərarından şikayətinin olmadığını bildirmiş və xx.xx.2019-cu ildə məhkəməyə həmin qərarın ləğvi barədə iddia ərizəsi vermişdir. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-518/2019 nömrəli qərardadı ilə iddiaçı "İddiaçı" MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı X3rşı "xx.xx.2019-cu il tarixli **********7837 nömrəli qərarın ləğv edilməsi və yeni qərar qəbul edilməsi" barədə iddiası mümkün sayılmamışdır. İddiaçı "İddiaçı" MMC аpеlyаsiyа şikаyəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-518/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçının apelyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qeyd edilən qərardadı aşağıda göstərilən səbəblərə və hallara görə əsassız olduğundan ləğv edilməlidir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2019-cu il tarixli, 2-1 (84)-518/2019 saylı qərardadında hakim hesab etmişdir ki, İddiaçı MMC tərəfindən iddia müddəti ötürülmüş və onun bərpa edilməsi üçün üzrlü səbəb olmadığından iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. İnzibati prosessual məcəlləsinə əsasən hakim məhkəmədə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə olan halda məhkəmənin qərardadından görünür ki, qanunvericiliyin tələblərinə əsasən işə baxan hakim tərəfindən üzərinə həvalə edilmiş proses iştirakçılarına yardım etmək vəzifəsi əməl edilməmişdir. Hakim qərardadında göstərmişdir ki, İddiaçı MMC-nin iddia müddətinin ötürülməsi halı araşdırılarkən vəkil X10 deyil, iddiaçının üzərinə düşməsi kimi göstərmişdir. Məhkəmə iclasında hakim tərəfindən araşdırma aparılarkən İddiaçı MMC tərəfindən vəkil X2 iddia ərizəsi və digər prosessual səlahiyyətlərin verilməsi barədə mövcud etibarnaməni soruşmamış və tələb etməmişdir. Məhkəmə xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-518/2019 saylı qərardadında göstərmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı X5 xx xxxxxx 2019-cu il tarixli, **********7837 nömrəli qərarının ləğv edilməsi barədə müraciəti İddiaçı MMC tərəfindən xx xxxx 2019-cu il tarixədək edilməlidir. Məhkəmə iclasında işə baxan hakim bu halıda ətraflı araşdırmamış və yenə də qanunvericiliklə ona həvalə edilmiş proses iştirakçılarına yardım etmək vəzifəsinə əməl etməmişdir. Belə ki, İddiaçı MMC tərəfindən xx xxxxxx 2019-cu il tarixli, **********7837 nömrəli qərarının ləğv edilməsi barədə Vergilər Nazirliyinə ünvanladığı ərizənin tarixi xx xxxx 2019-cü il tarixdə olmuş və vergi əməkdaşı X4 izahat aldıqdan sonra izahatın doğruluğunu əlyazma ilə təsdiqlədikdə izahatın tarixini və gününüəlyazma ilə deyil özü tərəfindən bilərəkdən kompüyüter vasitəsi ilə 06 fevral kimi qeyd edərək çap etmişdir. Lakin, həmin qərarın ləğvi ilə bağlı ərizə xx xxxx 2019-cu il tarixdə olmuşdur. İzahatda qərardan şikayətimin olmaması məhkəmə mübahisəsinə aid edilə bilməz. Çünki, məhkəməyə qərarın ləğvi ilə bağlı iddia ərizəsi vaxtında verilmiş, yəni iddia müddəti 30 gün olduğundan həmin qərardan xx xxxxx 2019-cu il tarixə qədər şikayət müddəti nəzərə alınır. Məhkəməyə İddiaçı MMC-nin qərarın ləğvinə dair iddia ərizəsi vaxtında yəni xx xxxxx 2019-cu il tarixdə təqdim edilmişdir. Məhkəmənin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası Vergilər Nazirliynin 13 saylı X5 İddiaçı MMC-yə qarşı xx xxxxxx 2019-cu il tarixli, **********7837 və **********7841 saylı qərarları olmuşdur. Həmin qərarlardan xx xxxxxx 2019-cu il tarixdə 195 saylı çağrı mərkəzinə şikayətimi bildirdikdən sonra izahat alınması üçün Vergilər Nazirliyinə dəvət edilmişəm və izahatımı təqdim etdikdən sonra xx xxxxxx 2019-cu il tarixli, **********7841 saylı qərarın ləğv ediləcəyi və xx xxxxxx 2019-cu il tarixli, **********7837 saylı qərarın ləğvini məhkəmə mübahisəsi olduğu bildirildi. Bu səbəbdən də xx xxxxxx 2019-cu il tarixli, **********7837 saylı qərardan şikayətimin olmaması barədə izahatımda göstərilməsini bildirdilər. Lakin, buna baxmayaraq məhkəməyə müraciət etmək hüququ heç bir dövlət və qeyri dövlət təşkilatları tərəfindən məhdudlaşdırıla bilməz. Məhkəmənin icraatında proses iştirakçıları tərəfindən işə baxan hakimə İddiaçı MMC tərəfindən hər hansı hüququn könüllü şəkildə imtina etməsi barədə ərizəsi olmamış və Vergilər Nazirliyinə təqdim edilmiş “qərardan şikayətimin olmaması barədə” izahatda göstərilənlər İddiaçı MMC tərəfindən ərizə ilə təsdiq edilməmişdir. Hazırki, işin materiallarından göründüyü kimi İddiaçı MMC tərəfindən verilmiş iddia ərizəsi inzibati-prosessual qanunvericiliyin tələbləri pozulmamış, işə baxan hakim tərəfindən ona hər hansı pozuntunu aradan qaldırılmasında yardım göstərməmişdir. Belə ki, İddiaçı MMC-nin tərəfindən xx xxxxxx 2019-cu il tarixdə 195 saylı çağrı mərkəzinə müraciət edilmiş və həmin tarixdən sonra iddiaçının nümayəndəsi X8 Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəvət edilmiş, izahatı alınmış, həmin müraciəti ilə bağlı uzun müddət araşdırma aparılaraq müraciəti qismən təmin edilərək 13 saylı X5 xx xxxxxx 2019-cu il tarixli, **********7841 saylı qərarı ləğv edilmişdir. Bu hal onu göstərir ki, inzibati orqan müraciətin baxılmasını uzatmış və mart ayının sonlarında yekun qərar qəbul edərək qismən təmin etmişdir. Artıq digər xx xxxxxx 2019-cu il tarixli, **********7837 saylı qərardan məhkəməyə müraciət müddəti keçməmişdir və Şəki İnzibati- İqtisadi Məhkəməsinə vaxtında iddia ərizəsi ilə müraciət edilmişdir. Ona görə də, Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-518/2019 saylı qərardadının ləğv edilməsi və həmin işə mahiyyəti üzrə yenidən baxılması üçün Şəki İnzibati- İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-713/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər V.Məlikov (sədrlik edən və məruzəçi), G.Abbasov və R.Rəfiyev) iddiaçı "İddiaçı" MMC tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2- 1(84)-518/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardadan iddiaçı "İddiaçı" MMC-nin nümayəndəsi X8 və vəkil X1 şikayəti verərək, qərardadın ləğv olunmasını və işin yenidən baxılması üçün göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(102)-753/2020 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-713/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş materialları işə yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı X5 nümayəndəsi X6 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 518/2019nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "İddiaçı" MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kоllegiyаsı cavabdehin nümayəndəsinin izahatını dinləyib, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(102)- 753/2020 nömrəli qərarındakı göstərişlərini nəzərə alıb bu nəticəyə gəldi ki, birinci instаnsiyа məhkəməsi iddiаnı qeyd olunan əsasla mümkün sаymаmаqdа hаqlı оlmаmışdır. Birinci instаnsiyа məhkəməsi hаzırkı iddiаnın mümkün sаyılmаmаsı bаrədə gəldiyi nəticəni belə əsаslаndırmışdır ki, xx.xx.2019-cu il tarixli **********7837 nömrəli və eyni tarixli **********7841 nömrəli qərarları iddiaçıya xx.xx.2019- cu ildən gec olmayaraq təqdim olunmuşdur. "İddiaçı" MMC-nin nümayəndəsi xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinə yazılı izahat verərək bildirmişdir ki, "İddiaçı" MMC barəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 004387 nömrəli aktı və onun əsasında çıxarılmış xx.xx.2019-cu il tarixli **********7837 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı mübahisələndirmir, həmin akt və qərardan şikayəti yoxdur. "İddiaçı" MMC-nin nümayəndəsi xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinə yazılı ərizə verərək, "İddiaçı" MMC-nin cərimə edilməsi ilə bağlı Vergilər Nazirliyinə etdiyi şikayətlə əlaqədar bildirmişdir ki, aktın mal qalığı ilə bağlı hissəsindən heç bir şikayəti yoxdur. Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli **********934400 nömrəli "İnzibati şikayətin təmin edilməsi haqqında qərar"ına əsasən, "İddiaçı" MMC barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 004387 nömrəli akt və həmin aktın əsasında 13 saylı X9 tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli **********7841 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar" ləğv edilmişdir. İddiaçı cavabdehin xx.xx.2019-cu il tarixli **********7837 nömrəli və eyni tarixli **********7841 nömrəli qərarlarından xx.xx.2019-cu ildə inzibati qaydada şikayət vermişdir. O, xx.xx.2019-cu ildə verdiyi yazılı izahatda cavabdehin xx.xx.2019-cu il tarixli **********7837 nömrəli qərarından şikayətinin olmadığını bildirmiş və xx.xx.2019-cu ildə məhkəməyə həmin qərarın ləğvi barədə iddia ərizəsi vermişdir. Göründüyü kimi, iddiaçı cavabdehin **********7837 nömrəli qərarından şikayət instansiyasına verdiyi şikayəti xx.xx.2019-cu il tarixdə geri götürdükdən sonrakı 30 gün müddətində, yəni xx.xx.2019-cu ilədək iddia qaldıra biləcəyi halda, bunu xx.xx.2019-cu il tarixdə etmişdir və bununla da Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində müəyyən edilmiş iddia müddətini buraxmışdır. Birinci instansiya məhkəməsi həmçinin iddia müddətinin ötürülməsi və bunun səbəblərini tərəflərin iştirakı ilə araşdırmış və bu zaman iddiaçının nümayəndəsi iddianın məhkəməyə gec verilməsinin səbəbi kimi bildirmişdir ki, o, cavabdehin hər iki qərarından Vergilər Nazirliyinə şikayət etsə də, yoxlamanı aparmış müfəttişin cəzalanmasının qarşısını almaq üçün şikayəti geri götürmüş, sonra məhkəmədə iddia qaldırmaq üçün sənədləri Zaqatala rayonunda fəaliyyət göstərən vəkil X2 vermiş, lakin vəkil xx.xx.2019-cu ildə məhkəməyə göndərilmiş şikayətdə **********7837 nömrəli qərarın deyil, yalnız **********7841 nömrəli qərarın ləğvini tələb etmişdir. Müddətin buraxılmasının səbəbi vəkilin iddianı vaxtında verməməsi olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının bu dəlilini qəbul etməmiş və hesab etmişdir ki, iddia müddətinin buraxılmasının səbəbi üzrlü sayıla bilməz. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 30 günlük iddia müddəti ərzində iddiaçının məhkəməyə iddia verməsinə mane olan heç bir qarşısıalınmaz, yaxud gözlənilməz hadisə baş verməmişdir. İddiaçının iddia sənədlərini hazırlamağı tapşırdığı vəkilin iddianı vaxtında hazırlamaması müddətin buraxılmasının üzrlü sayılmasına əsas vermir. İddiaçı vəkil Şaban Məmmədova etibarnamə verməmişdir. Belə olan halda, vəkilin iddiaçının adından iddia ərizəsi vermək səlahiyyəti olmamışdır. Ona görə də iddia müddətinə riayət edilməsi öhdəliyi vəkilin deyil, iddiaçının üzərində olmuşdur. Məhkəmə kоllegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddiаnı qeyd оlunаn əsаsа görə mümkün sаymаmаqdа hаqlı оlmаmışdır. Belə ki, 13 saylı X9 tərəfindən xx.xx.2018-ci il tarixli qərarı ilə "İddiaçı" MMC-də operativ vergi nəzarəti həyata keçirilmiş, müəyyən olunmuş qanun pozuntularına görə İddiaçı MMC-nin barəsində xx.xx.2019-cu il tarixli **********7837 nömrəli və xx.xx.2019-cu il tarixli **********7841 nömrəli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarlar çıxarılmışdır. İddiaçının nümayəndəsi vergi məsuliyyətinə cəlb olunmasından xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinə şikayət etmişdir. İddiaçının nümayəndəsi şikayət instansiyasına şikayət etməklə yanaşı, xx.xx.2019cu il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2019cu il tarixli **********7841 nömrəli «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar»ının ləğv olunmasını xahiş etmişdir. İddiaçının müraciəti İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilmədiyinə görə, birinci instansiya məhkəməsi iddiaçıya məktub göndərərək, yol verilmiş formal xətaların aradan qaldırılmasını təklif etmiş və bundan sonra iddiaçının nümayəndəsi cavabdeh 13 saylı X3rşı xx.xx.2019-cu il tarixli iddia ərizəsi ilə Şəki İnziabti- İqtsadi Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli **********7837 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın müddətə görə mümkün sayılmaması barədə nəticəyə gələrkən birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddia, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Nəzərə alınmalıdır ki, iddia müddətlərinin hesablanması zamanı ilk növbədə müddətin axımının başlanğıcı müəyyən olunmalıdır. Çünki Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Bu baxımdan İPM-nin 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın verilməsi üçün müddətin axımının başlanğıcı, işin hallarından asılı olaraq iki qaydada müəyyən edilib: 1. İnzibati aktın təqdim (elan) olunduğu vaxtdan; 2. Şikayət instansiyasına şikayət verildiyi hallarda şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçı onun barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********7837 nömrəli qərardan şikayət instansiyasına şikayət etmişdir. Bu halda onun sözügedən qərarın mübahisələndirilməsi barədə iddia vermə müddətinin axımının başlanğıcı, şikayət instansiyası tərəfindən şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan hesablanmalıdır. Lakin iddiaçının həmin qərardan şikayəti üzrə şikayət instansiyası qərar qəbul etməmişdir. Göründüyü kimi, xx.xx.2019-cu il tarixli **********7837 nömrəli qərardan məhkəməyə mübahisələndirmə iddiasının verilməsi üçün iddia müddətinin axımı başlanmamışdır və İPM-nin 38.1-ci maddəsində göstərilən müddətin ötürülməsi barədə nəticəyə gəlmək üçün əsas olmamışdır. Doğrudur ki, şikayət instansiyasında, yəni Vergilər Nazirliyində iddiaçının şikayəti araşdırılarkən iddiaçının nümayəndəsi xx.xx.2019-cu ildə verdiyi yazılı izahatında cavabdehin xx.xx.2019-cu il tarixli **********7837 nömrəli qərarından şikayətinin olmadığını bildirmişdir. Lakin bu hal, inzibati orqanı şikayət üzrə qərar qəbul etməkdən azad edən hal deyildir. Çünki «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 78.1-ci maddəsinin tələbinə görə qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. Şikayətin maraqlı şəxs və ya onun nümayəndəsinin ərizəsinə əsasən geri götürülməsi isə, «İnzibati icraat haqqında» Qanunun 75.1.4-cü maddəsinə əsasən şikayətin baxılmamış saxlanması kimi hüquqi nəticə törədir. Bu halda da şikayət instansiyası, «İnzibati icraat haqqında» Qanunun 75.2-ci maddəsinin tələbinə əsasən şikayətin baxılmamış saxlanması haqqında qərar çıxartmalı idi. Göründüyü kimi şikayət instansiyası tərəfindən həyata keçirilən araşdırma hər bir halda qərar çıxarılmaqla yekunlaşmalıdır. Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.7.2-ci mаddəsində deyilir ki, inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Оnа görə də həmin Məcəllənin 87.6-cı mаddəsinə əsаsən, birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilməli və iş həmin məhkəməyə göndərilməlidir. Аpellyаsiyа şikаyətində birinci instаnsiyа məhkəməsinin qərаrdаdının ləğvi ilə yаnаşı, həmin işə mahiyyəti üzrə yenidən baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərаr qəbul edilməsi xahiş edildiyindən, lakin, işə mahiyyəti üzrə yenidən baxlması üçün birinci instаnsiyа məhkəməsi iddiаnın digər mümkünlük şərtlərini də yоxlаmаlı оlduğunа görə аpellyаsiyа şikаyəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində iddianın mümkün sayılması, habelə sonrakı prosessual hərəkətlərin davam etdirilməsi ilə bağlı qəbul edilən qərardaddan ayrıca şikayət verilməsi nəzərdə tutulmamışdır. Həmin məcəllənin 90.2-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiya məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd оlunаnlаrа əsаsən, məhkəmə kоllegiyаsı qərаrааldı: İddiаçı "İddiaçı" MMC-nin nümayəndəsi X13 оğlunun аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 518/2019nömrəli qərаrdаdı ləğv edilsin və iş Şəki İnzibаti Məhkəməsinə göndərilsin. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar