Məhkəmə qərarları › İş №2-1(107)-366/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-366/2020

05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-366/2020 05.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “2-ci qrup əlilliyə görə təyin olunmuş əmək pensiyasının qanunsuz hesab edilərək pensiya ödənişinin dayandırılması barədə xx.xx.2019-cu il tarixli qərarın ləğv edilərək əvvəlki qaydada əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan ödənişinin davam etdirilməsinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)- 81/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur. İddiaçıya xx.xx.2017-ci il tarixində ümumi xəstəlik səbəbindən iknci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF-nin İsmayıllı rayon şöbəsinə müraciət etmiş və xx.xx.2017-ci il tarixli qərarla ona əlilliyə görə pensiya təyin edilmişdir. Lakin cavabdeh orqanın xx.xx.2019-cu il tarixli qərarına əsasən əmək kitabçasında yazılmış qeydlərin şübhə doğurması səbəbi ilə pensiya ödənişi dayandırılmışdır. Odur ki, iddiaçı “2-ci qrup əlilliyə görə təyin olunmuş əmək pensiyasının qanunsuz hesab edilərək pensiya ödənişinin dayandırılması barədə xx.xx.2019-cu il tarixli qərarın ləğv edilərək əvvəlki qaydada əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan ödənişinin davam etdirilməsinin cavabdehin üzərinə qoyulması“ tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazı: DSMF-nin İsmayıllı rayon şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli **********5 nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili Nəzarət şöbəsi tərəfindən Nazirlik yanında Dövlət Sosial Müdaifə Fondu İsmayıllı rayon şöbəsinin xx.xx.2017-xx.xx.2019-cu il tarixədək olan dövr ərzində funksional vəzifələrin icrası vəziyyətinin araşdırılması zamanı pensiya işi nöqsanlı hesab edilmiş və əmək kitabçası üzrə xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixinədək “Baksəhiyyə Təmir-Tikinti İdarəsi”-dəki iş stajının yoxlanılması barədə şöbəyə tapşırıq verilmişdir. İş stajının yoxlanılması ilə əlaqədar Nazirlik yanında DSMF-nin Binəqədi rayon şöbəsinə sorğu göndərilmiş, lakin “Baksəhiyyə Təmir-Tikinti İdarəsi”-nin sənədləri mövcud olmadığı üçün yoxlamaq mümkün olmamışdır. Əlilliyə görə pensiya təyinatı məsələsinə şöbənin pensiya təyin edən komissiyasının xx.xx.2019-cu il tarixdə keçirilən iclasında baxılarkən sığorta stajı təsdiq olunmadığı üçün ona əlilliyə görə əmək pensiyası təyin edilməsi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2- 1(116)-81/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh əmək pensiyası təyin edən komissiyanın xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan ödənişinin davam etdirilməsi öhdəliyi qoyulması, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehndən ekspertiza tədqiqatının dəyəri olan 194 manat 52 qəpik pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qərara alınmışdır. DSMF-in İsmayıllı rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, aşağıdakı səbəblərdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik şəxsin İsmayıllı rayon filialının Şəki İnzibati Məhkəməsinin 2020-ci il xx xxxx 2020-ci il tarixli 2-1(116)-81/2020 nömrəli qərarının ləğv edilməsini zəruri hesab edir. İddiaçı İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunması ilə əlaqədar xx.xx.2017-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə ərizə ilə müraciət etmişdir. Vətəndaşın müraciətinə şöbənin pensiya təyin edən komissiyasının xx xxxxxxx 2017-ci il tarixdə keçirilən iclasında baxılaraq, ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1.-ci maddəsinə uyğun olaraq T.Flaşımova əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili nəzarət şöbəsi tərəfindən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu İsmayıllı rayon şöbəsinin xx.xx.2017- xx.xx.2019-cu il tarixdək olan dövr ərzində funksional vəzifələrin icrası vəziyyətinin araşdırması zamanı pensiya işi nöqsanlı hesab edilərək T.Flaşımovun 1991-1999-cu illər sosial sığorta stajının yoxlanılması barədə Nazirlik yanında DSMF-nin İsmayıllı rayon şöbəsinə tapşirıq verilmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1. bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Fləmin Qaydaların 4.2.7 bəndinə əsasən zəruri hesab olunan hallarda pensiya təyinatı sektorunun məsləhətçisi sənədlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Verilmiş tapşırığa əsasən iş üzrə inzibati icraata başlanılmaqla 1991-1999-cu illərin sosial sığorta stajının yoxlanılması ilə əlaqədar aidiyyaat üzrə sorğular göndərilmişdir. Lakin, dəfələrlə edilmiş cəhdlərə baxmayaraq X1 İdarəsinin arxiv sənədlərinin Bakı şəhəri Binəqədi rayonu ərazisində saxlanılmaması səbəbindən iş stajını yoxlamaq mümkün olmamışdır. Arxiv sənədlərinin harada olmasını barədə əlavə cəhdlər göstərilsə də bu barələ lazımi məlumat almaq mümkün olmamışdır. Təcrübədə arxiv sənədlərini bilərəkdən məhv edərək sonradan ayrı ayrı vətəndaşlara əsassız iş stajlarının yazılması hallarına rast gəlinir. İddiaçı xx.xx.1999-cu il tarixdən sonra işləməsi barədə hər hansı qeyd olmaması 1991- 1999-cı illərin iş stajının doğruluğuna şübhə yaratmışdır. Bu səbəbdən İddiaçı pensiya təyinatı məsələsinə şöbənin pensiya təyin edən komissiyanın xx.xx.2019-cu il tarixdə keçirilən iclasında təkrar baxılarkən, 1991-1999-cu illərin iş stajının ümumi iş stajına daxil edilməsi məqsədə uyğun hesab edilməmiş və pensiya ödənişinin dayandırılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosesual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosesual Məcəllənin 12.1 .-ci maddəsinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Eyni zamanda həmin məcəllənin 12.2,-ci maddəsinə əsasən Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə iş üzrə əmək kitabçasındakı qeyidlərin əsaslı olubolmaması barədə müvafiq ekspert rəyi alsa da X1 İdarəsinin Arxiv sənədlərinin harada saxlanıldığı barədə yıxarı Dövlət orqanlarından məlumat alınmasına səy göstərməyərək əmək kitabçasına istinad edərək əsassız qərar qəbul etmişdir. qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 386-cı və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-ci, 87-ci maddələrini rəhbər tutaraq, Şəki İnzibati Məhkəməsinin 2020-ci il 18 iyun tarixli 2-1(116)-81/2020 nömrəli qərarını ləğv edilməsini və iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-81/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh DSMF-in İsmayıllı rayon şöbəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh DSMF-in İsmayıllı rayon şöbəsi nümayəndəsi məhkəməyə teleqram göndərərək məkhəmə iclasının xx xxxxxxx 2020-ci il tarixə saat 16:00-18:00 aralığına salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara Onlara AZE seriyalı ******** nömrəli Şəxsiyyət Vəsiqəsinin surəti, Cavabdeh xx.xx.2019-cu il tarixli **********5 nömrəli imtina məktubu və xx.xx.2019-cu il tarixli qərarın təsdiqlənmiş surəti, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********3 nömrəli etiraz məktubu, DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********5 nömrəli vəsatəti, DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2017-ci tarixli 41 nömrəli qərarının surəti, iddiaçının DSMF-nin İsmayıllı rayon şöbəsinə təqdim etdiyi xx.xx.2017-ci il tarixli ərizənin surəti, TSEK-in sonuncu müayinəyə dair Elektron Hökümət Portalından çıxarışı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 201 nömrəli arayışının surəti, Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 1500 nömrəli arayışı, Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli **********688700 nömrəli arayışı, Bakı şəhər İH başçısının aparatının xx.xx.2019-cu il tarixli 7-3316/17 nömrəli məktubu, “NewMed” tərəfindən verilən xx.xx.2019-cu ilı tarixli çıxarışın surəti, Milli Onkologiya Mərkəzi tərəfindən verilən çıxarışın surəti, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 30245 nömrəli rəyi və rəyə dair 1 nömrəli cədvəl, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 30243/30543 nömrəli rəyi aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-81/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edilərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh əmək pensiyası təyin edən komissiyanın xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan ödənişinin davam etdirilməsi öhdəliyi qoyulması, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehndənekspertiza tədqiqatının dəyəri olan 194 manat 52 qəpik pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan cavabdehin arayışından (səh.17) görünür ki, İddiaçı müxtəlif idarə və təşkilatlarda işləməklə qazanmış olduğu sığorta stajı 5 il 11 ay 21 gün təşkil edir. Əmək kitabçasında qeyd olunmuş xx.xx.1991 ci il tarixdən xx.xx.1999-cu il tarixədək olanı iş stajı ümumi iş stajının tərkibində nəzərə alınmamışdır. Əgər İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan iş stajı təsdiqlənərsə, vətəndaşa əlilliyə görə əmək pensiyası təyin etmək mümkün olacaqdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 30245 nömrəli və xx.xx.2020-ci il tarixli 30243/30543 nömrəli rəylərində də əmək kitabçasında olan qeydlərin saxta olmaması müəyyən olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında olan qeydlərin mötəbər olmaması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İş materiallarında olan cavabdehin arayışından görünür ki, İddiaçı müxtəlif idarə və təşkilatlarda işləməklə qazamış olduğu sığorta stajı 5 il 11 ay 21 gün təşkil edir. Əmək kitabçasında qeyd olunmuş xx.xx.1991 ci il tarixdən xx.xx.1999-cu il tarixədək olanı iş stajı ümumi iş stajının tərkibində nəzərə alınmamışdır. Əgər T.S.Həşimovun xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan iş stajı təsdiqlənərsə, vətəndaşa əlilliyə görə əmək pensiyası təyin etmək mümkün olacaqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli qanunla 12.1-ci maddə yeni redaksiyada - “12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.” Əvvəlki redaksiyada deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Belə ki, iddiaçının əlilliyə görə pensiya almaq hüququ xx xxx 2017-ci il tarixdə yarandığından (həmin tarixə tələb olunan stajı toplandığından) mübahisəyə xx xxx 2017ci il tarixdə qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməlidir. Əmək Pensiyaları haqqında Qanununun 11.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuş, onun hüququ yarandığı xx xxx 2017-ci il tarixdə 49 yaşı olmuş və həmin tarixdən ona əlilliyə görə pensiya təyin edilməsi üçün 11 il 4 ay sosial sığorta stajı tələb olunur (49 il - 15 il = 34x4ay /12 = 11 il 4 ay). İddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçasınaəsasən isə iddiaçının həmin tarixə tələb olunan 11 il 4 ay sosial sığorta stajı tamamlanır. (mübahisələndirilməyən 5 il 11 ay 21 gün və mübahisələndirilən 7 il 1 ay 12 gün, cəmi 13 il 1 ay 3 gün) İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinin redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 30245 nömrəli və xx.xx.2020-ci il tarixli 30243/30543 nömrəli rəylərində də əmək kitabçasında olan qeydlərin saxta olmaması müəyyən olunmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlilliyə görə pensiyasını dayandırmasının səbəbi kimi cavabdeh tərəfindən göstərilən ““Baksəhiyyə Təmir-Tikinti İdarəsi”-nin sənədlərinin mövcud olmadığı üçün iş stajının yoxlamağın mümkünsüzlüyü” səbəbi əsassızıdır. Çünki, iddiaçının xx.xx.1991 ci il tarixdən xx.xx.1999-cu il tarixədək “Baksəhiyyə Təmir-Tikinti İdarəsi”-də iş stajının nəzərə alınmaması üçün heç bir əsas və ya bunun əksini sübut edən dəlil mövcud deyildir. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini, iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatı nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinçi instansiya haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli, DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli və cavabdehin üzərinə iddiaçının əlilliyə görə əmək pensiyasının dayandırıldığı vaxtdan ödənişinin davam etdirilməsi öhdəliyi qoyulmalıdır. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-81/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar