Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-366/2023 25.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı "cavabdehin xx.xx.2022-ci il tarixli **********751500 nömrəli şikayətin təmin edilməməsi barədə qərara əsasən ləğv edilməmiş xx.xx.2022-ci il tarixli **********927000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsi" tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2-1(116)-809/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа bахаrаq Müəyyən etdi: Şəki İnzibаti Məhkəməsinin (hakim Fəxri Hacızadə) 27 mart 2023-cü il tarixli, 2- 1(116)-809/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı "cavabdehin xx.xx.2022-ci il tarixli **********751500 nömrəli şikayətin təmin edilməməsi barədə qərara əsasən ləğv edilməmiş xx.xx.2022-ci il tarixli **********927000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsi" tələbinə dair iş üzrə iddiasının geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmşdır. İddiaçı аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2-1(116)-809/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşdə olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Şəki İnzibati Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2-1(116)-809/2023 nömrəli qərardadı 28 mart 2023-cü il tarixdə İddiaçınə məxsus şəxsi elektron kabinetinə yerləşdirilmişdir. İşdə olan zərfdən görünür ki, İddiaçı tərəfindən apellyasiya şikayəti 08 may 2023-cü il tarixdə göndərilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilməmişdir. İddiaçının apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması 25 may 2023cü il tarixə təyin edilmiş, o cümlədən iddiaçıya аpellyаsiyа şikаyətinin qаnunlа nəzərdə tutulmuş müddətdə verilməsini təsdiq edən sübutlаr mövcuddursа, оnlаrı məhkəməyə təqdim etmələri təklif edilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətini inzibati iş materialları ilə birlikdə araşdırdıqdan sonra hesab edir ki, aşağıda göstərilən səbəblərdən iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalıdır. Ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının 5.4.1-ci bəndinə əsasən, ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi məqsədilə məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi sahəsində “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə məhkəmələrin riayət etməsinin mütəmadi monitorinqi aparılması tapşırılmışdır. Həmin Fərmanın ... 7.5.2-ci bəndinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması məqsədilə tədbirlər görülməsi; 7.5.3. fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviqi üçün tədbirlər görülməsi tapşırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmənin yekun qərar və qərardadları “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirildikdən sonra iş üzrə tərəf olan inzibati orqan onlara məxsus elektron kabinet vasitəsilə məhkəmə aktları qəbul edilsə belə qəbul edildiyi tarixdən məhkəmənin yekun qərar və qərardadlarından qanunvericiliklə müəyyən olunmuş müddət ərzində şikayət verilməməsi ilə bağlı müəyyən mübahisələr yaranır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, göstərilən qanunvericiliyin müddəalarına əsasən elektron kabinetə yerləşdirilən məhkəmə sənədləri (məhkəmə bildirişləri, məhkəmə aktları və s.) həmin andan rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən apellyasiya şikəyəti verilərkən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən apellyasiya mümkün hesab edilməməlidir. Apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 83-cü maddəsinin tələblərinə riayət edilməməklə verilmişdir. İşə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını nəzərə alaraq, Azərbaycan Respublikası İPM-in 83-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-366/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-366/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver