Məhkəmə qərarları › İş №2-1(107)-366/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-366/2024

01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-366/2024 01.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X7 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “mərhum X2 adına şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(116)- 976/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “mərhum oğlu X5 şəhid və şəhid ailəsi statusunun verilməsinə dair qətnamə qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “mərhum X6 şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdi.

4. İddia ərizəsinin əsaslarına görə X14 xx.xx.2000-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, subay və tam orta təhsilli olmuşdur. R.N.İbrahimov 2019- cu ilin iyul ayının sonlarında könüllü müraciəti ilə-BQX-nin Qazax-rayonunda yeləşən hərbi-hissədə «gizirlərin hazırlıq» kursuna qəbul olmuş, 26 oktyabr 2019-cu il tarixdə həmin kursu bitirib kiçik gizir hərbi rütbəsi alaraq DSX-nin Xaçmaz rayonunda yerləşən nömrəsini bilmədiyi hərbi hissəyə təyinat alaraq orada xidmət etməyə başlamışdır. 2021-ci ilin yanvar ayının sonlarından isə oğlu DSX-nin Laçın rayonunda yerləşən hərbi hissəsində zastavanın baş çavuşu vəzifəsinə təyin olunmuşdur. 02 yanvar 2022-ci il tarixdə saat 20 radələrində əri Natiq İbrahimova mobil telefon vasitəsilə oğlu R.N.İbrahimovun qətlə yetirilməsi ilə bağlı məlumat verilmiş və növbəti gün, yəni 03 yanvar 2022-ci il tarixdə saat 16 radələrində onun nəşi gətirilərək təhvil verilməklə Mingəçevir şəhərində yeni salınmış qəbiristanlıqda dəfn olunmuşdur. Sonradan məlum olmuşdur ki, oğlu R.N.İbrahimov, eləcə də, xidmət yoldaşları baş leytenant Y.İ.İsmayılov və kiçik gizir A.F.Cəlilzadə xidmət yoldaşları kiçik gizir X11 tərəfindən qətlə yetirilmişlər. R.N.İbrahimov sakit və səmimi, böyük-kiçik yeri bilən, xeyirxah, pozitiv, zarafatcıl, vətənini və hərbi formanı sevən biri olmuşdur. X21 Xidmətində sərhəd qoşunlarının N saylı hərbi hissəsində düşmənlə üz-üzə dayanaraq Vətənə ləyaqətlə xidmət etmişdir. Dövlət Sərhəd Xidmətinin komandanlığı iddiaçıya bildirmişdir ki, onun oğlu R.İbrahimova şəhid statusu verilməsi ilə bağlı məhkəməyə müraciət etsin və sizə məhkəmədə bu statusun alınmasında bilavasitə kömək göstərəcək. Həmçinin o da bildirmişdir ki, oğlu kiçik gizir Rəfael İbrahimov xidmət başında qulluq edərkən həlak olmuşdur. Ona görə də onun fikrincə oğlu R.İbrahimova şəhidlik statusu verilə bilər. İddiaçının oğlu üçün dövlət tərəfindən verilən 11000 manat müavinət pulunu hər-hansı bir dövlət orqanından tələb etmir və bu ideayaya da, sahib insan deyil. Sadəcə oğlu R.İbrahimov Vətən yolunda sərhəddə ön sırada həlak olduğuna görə onu Mingəçevir şəhər Şəhidlər Xiyabanında şəhid kimi dəfn olunmasını rica edir. DSX-nın komandanın müavini onun oğlunun dəfnində iştirak edərkən onu şəhid kimi adlandırmış və qısa zaman kəsiyində ona həmin dəfn mərasimində bildirmişlər ki, onun oğluna şəhidlik statusu verilməlidir ona görə də, məhkəməyə müraciət etməsi tövsiyə edilərək birbaşa köməklik göstəriləcəyi bildirilmişdir.

5. Cavabdeh xx.xx.2024-cü il tarixli iddia tələbinə münasibətində qeyd etmişdir ki, mərhum kiçik gizir R.N.X12 Xidməti rəisinin xx.xx.2019-cu il tarixli 1497 ş/h №-li əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 36.1.3-cü maddəsinə müvafiq olaraq DSX-də 5 (beş) il gizir qismində həqiqi hərbi xidmətə qəbul edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin müavini - X3 xx.xx.2022-ci il tarixli 102 ş/h №-li əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 27-ci maddəsinin 27.1.6-cı bəndinə (günün nizam qaydası ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən) müvafiq olaraq xx.xx.2022-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır.

6. Habelə qeyd edirik ki, mərhum kiçik gizir R.N.İbrahimov barəsində Dövlət Sərhəd Xidmətinin aidiyyəti struktur qurumuna sorğu göndərilmiş və məlum olmuşdur ki, X8 barəsində hər hansı nüfüzdansalıcı, təqsirləndirici araşdırma materialı olmamış, ölümündən sonra şəxsi işi DSX-nin Kadrlar Baş İdarəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət X9 X1 İİ hissənin 19-cu maddəsində göstərilmişdir ki, X18 - Sərhəd Zastavasının bölməsi olub sərhəd zastavasının müəyyən sahəsində dövlət sərhədinin və təyin edilmiş dayaq məntəqəsinin (mövqeyinin) müdafiə və mühafizəsini həyata keçirir. X18 dövlət sərhədinin (mövqeyin) müdafiə və mühafizəsi üzrə xidməti-döyüş fəliyyətini istənilən şəraitdə fasiləsiz yerinə yetirir. Sərhəd Zastvasının dislokasiya yerində xidmətdə iştirak etməyən şəxsi heyəti ehtiyat qüvvəni təşkil edir. Ehtiyat qüvvə dövlət sərhədini gücləndirmək, sərhəd axtarışı, silahlı basqınları dəf etmə fitnələrin qarşısını alma əməliyyatlarını aparmaq habelə qəflətən ortaya çıxan digər tapşırıqları yerinə yetirmək üçün təyinatlı olduğu göstərilmişdir (maddə 28). Göstərilənlərə əsasən mərhum hərbi qulluqçu R.N.İbrahimovun hadisə zamanı yəni, xx.xx.2022-ci il tarixdə xidmət etdiyi yer Sərhəd Diviziyasının döyüş postu olmuş və Ermənistan Respublikası ilə üzbəüz yerləşmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 12 mart 2024-cü il tarixli, 2- 1(116)-976/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

9. İddiaçı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(116)-976/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(116)-976/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər.

12. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZ-İİ 236804 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2022cı il tarixdə vəfat etmişdir. - Füzuli Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1-(097)-81/2022 nömrəli hökmündən görünür ki, X11 xx.xx.2022-ci il tarixdə hərbi xidmətdə qulluq edən kiçik gizir X8 və qeyrilərini avtomat silahla qətlə yetirdiyindən Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.7-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən verilən apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023cü il tarixli 1-1(106)-12/2023 nömrəli qərarı ilə təmin edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissənin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissədə xidmət keçmiş mərhum kiçik gizir X8 xx.xx.2022-ci il tarixdə heç bir xidmət növünə cəlb olunmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 1.1. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər.

17. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət X9 xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

19. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanununun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar.

20. “Quru qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş təlimatının (briqada)” 8.2ci bəndinə əsasən döyüş təminatı – briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədilə keçirilən kompleks tədbirlərdir. Döyüş təminatı növlərinə aiddir: kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji) təminatı.

21. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2000ci il təvəllüdlü mərhum Rafail X12 Xidməti rəisinin xx.xx.2019-cu il tarixli əmri ilə DSX-də 5 (beş) il gizir qismində həqiqi hərbi xidmətə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə “Qubadlı” X10 Komandirinin əmri ilə 1-ci sərhəd komendantlığının 1-ci sərhəd zastavasının şəxsi heyətinin siyahısına daxil edilmiş və xidməti vəzifələrinin icrası zamanı vəfat etməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə “Qubadlı” X4 şəxsi heyətinin siyahısından çıxarılmışdır.

28. X14 xx.xx.2022-ci il tarixdə hərbi xidmətdə qulluq keçərkən X11 tərəfindən avtomat silahla qətlə yetirilmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanmış imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na istinad edərək X14a şəhid statusunun verilməsindən imtina etmiş, iddia tələbinə münasibətində mərhum hərbi qulluqçu R.N.İbrahimovun hadisə zamanı yəni, xx.xx.2022-ci il tarixdə xidmət etdiyi yerin Sərhəd Diviziyasının döyüş postu olmasını və Ermənistan Respublikası ilə üzbəüz yerləşməsini bildirmişdir..

29. Nəzərə alınmalıdır ki, mərhumun xidmət etdiyi döyüş postunun Ermənistan Respublikası ilə üzbəüz yerləşməsi onun vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu birmənalı sübut etmir. Yəni, X14un hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada “Şəhid” statusunun verilməsi üçün yetərli deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir.

30. Hazırkı işdə isə X14un xx.xx.2022-ci il tarixdə qətlə yetirilərkən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində hərbi hissənin döyüş təminatını və döyüş tapşırığını yerinə yetirmədiyi işin mübahisəsiz halıdır.

31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mərhum Valeh Kərimlinin hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə müəyyən edilmədiyindən cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur

32. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “mərhum X2 adına şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2-1(116)-976/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar