Məhkəmə qərarları › İş №2-1(107)-369/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-369/2020

05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-369/2020 05.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X5rşı “Göyçay rayonu Cəyirli kəndində yerləşən, istifadəsində olan, üzərində fərdi yaşayış evinin yerləşdiyi 0.29 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-450/2020 nömrəli qərarından iş üzrə İddiaçı apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxxxx 1956-cı il tarixdə Göyçay rayonunun Cəyirli kəndində anadan olmuş və doğulduğu gündən bu vaxta kimi Cəyirli kəndində yaşayır. Kolxoz fəaliyyət göstərdiyi vaxtdan onların yaşadığı təsərrüfatdakı torpaqdan əlavə istifadələrində 0,29 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi zəbt olunmuş torpaq sahəsi kimi iddiaçının adına qeydə alınmış və islahat zamanı onun pay torpaq sahəsindən 1x2 nisbətdə çıxılmışdır. 0,17 ha torpaq sahəsinə dair şəhadətnamə iddiaçıya verilsə də zəbt edilmiş kimi qeyd edilmiş 0,29 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd iddiaçıya verilməmişdir. Hazırda 0,29 ha torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Torpaq sahəsinin mülkiyyətinə verilməsi üçün Göyçay rayonu Cəyirli Bələdiyyəsinə müraciət etmiş, lakin bələdiyyənin verdiyi cavabdan məlum olur ki, həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində deyil. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X8 müraciət edərək rayonda aqrar islahatı aparılmazdan əvvəl istifadəsində olmuş, hüquq subyektlərinin siyahısında zəbt edilmiş sahə kimi qeyd edilən, hazırda istifadəsində və sahibliyində olan, üzərində evinin yerləşdiyi 0,29 ha torpaq sahəsi iddiaçının mülkiyyəti kimi qeydə alınmış və özünə dövlət reyestrindən çıxarışı və torpaq sahəsinin planı və ölçüsünün verilməsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli **********82 saylı məktubla iddiaçıya müraciətinin müsbət həll edilməsinin mümkün olmaması barədə cavab vermiş və imtinasını Göyçay rayonunun Cəyirli kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsi ilə bağlı 16 saylı X6 elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən heç bir məlumatın aşkar edilməməsi ilə əsaslandırmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 153.1-ci madddəsinin tələblərinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Göyçay rayonu Cəyirli bələdiyyəsinin xx xxxxxxx 2019-cu il tarixli 18 saylı məktubundan görünür ki, Göyçay rayon Cəyirli kəndində keçmiş Ş.İ.Xətai adına kolxozun ərazisində “Dəyirman dalı” adlanan ərazidə islahat aparılmazdan əvvəl istifadəsində olan 0,29 ha torpaq sahəsi Cəyirli Bələdiyyəsi yarandıqdan sonra 2002-ci ildə həyətyanı və zəbt torpaq sahələri DTXK-nin işçiləri tərəfindən ölçülüb dəqiqləşdirilərkən vətəndaşlara torpağın mülkiyyət hüququna dair şəhadətnamələr verilən zaman iddiaçı əvvəlcədən istifadə etdiyi 0,29 ha torpaq sahəsi ölçü işləri aparan əməkdaşlar tərəfindən ölçülərək təqdim olunan siyahıda göstərilmiş və ailə üzvləriylə birlikdə çöl sahədən verilən ərazidə hər bir subyektə adambaşına düşən 0,21 ha torpaq sahəsindən 1,8 norma daxilindən pay torpağından 0,52 ha torpaq sahəsi çıxılmasına baxmayaraq həmin torpaq sahəsinə texniki səhv üzündən şəhadətnamə verilməmişdir və hal-hazırda həmin torpaq sahəsi bələdiyyə xəritəsində boş torpaq sahəsi göstərilmişdir. Cavabdehin etirazının dəlilləri: Göyçay rayonu X1 xx.xx.1998-ci il tarixli 41 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinə Göyçay rayonu, Cəyirli kəndi ərazisindən 0.17 ha həyətyanı torpaq sahəsi ayrılmış və müvafiq qaydada torpağın mülkiyyətə verilməsinə dair JN-345F nömrəli şəhadətnamə verilmişdir. Əlavə olaraq bildiririk ki, Göyçay rayonu, Cəyirli kəndində yerləşən 0.29 hektar həyətyanı torpaq sahəsi ilə bağlı 16 saylı X6 elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən heç bir məlumat aşkar edilməmişdir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X9 Daşınmaz Əmlakın Dövlət Reyestrini tərtib edən və daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatını aparan orqandır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X9 torpaq islahatı aparılan zaman yol verilmiş nöqsanlara görə heç bir məsuliyyət daşımır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X9 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Şəki İnzibatiMəhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2-1(116)- 450/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X5rşı “Göyçay rayonu Cəyirli kəndində yerləşən, istifadəsində olan, üzərində fərdi yaşayış evinin yerləşdiyi 0,29 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-450/2020 nömrəli qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərarı aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. Şəki İnzibati Məhkəməsinin hakimi İlqar Cabbarov onun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X5rşı 0,29 ha torpaq sahəsinə mülkiyyət hüququmun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasını rədd edərkən gəldiyi nəticəni tələbdə qeyd olunan torpaq sahəsinin ona verilməsinə dair sübutun olmaması, torpaq sahəsinin uzun illər onun istifadəsində olmasının, torpaq sahəsi ona qanuni əsaslarla ayrılmadığından hüquqların dövlət qeydiyyatı üçün əsas ola bilməməsi ilə əsaslandırmış, onun hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətlərini qanunauyğun hesab etmişdir. İşin həqiqi halları ondan ibarətdir ki, o, xx xxxxxx 1956-cı il tarixdə Göyçay rayonunun Cəyirli kəndində doğulduğu gündən bu vaxta kimi Cəyirli kəndində yaşayır. Kolxoz fəaliyyət göstərdiyi vaxtdan onların yaşadığı təsərrüfatdakı torpaqdan əlavə istifadələrində 0,29 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi zəbt olunmuş torpaq sahəsi kimi onun adına qeydə alınmıış və islahat zamanı onun pay torpaq sahəmdən 1x2 nisbətdə çıxılmışdır. 0,17 ha torpaq sahəsinə dair şəhadətnamə ona verilsə də zəbt edilmiş kimi qeyd edilmiş 0,29 ha torpaq sahəsinə mülkkiyyət hüququnu təsdiq edən sənəd ona verilməmişdir. Hazırda da 0,29 ha torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Torpaq sahəsinin üzərində fərdi yaşayış evi var. Torpaq sahəsinin mülkiyyətinə verilməsi üçün Göyçay rayonu Cəyirli Bələdiyyəsinə müraciət etmiş, lakin Bələdiyyə ona həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmaması barədə cavab vermişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X8 müraciət edərək rayonda aqrar islahatı aparılmazdan əvvəl istifadəsində olmuş, hüquq subyektlərinin siyahısında zəbt etdiyi sahə kimi qeyd edilən, hazırda istifadəsində və sahibliyində olan, üzərində evinin yerləşdiyi 0,29 ha torpaq sahəsini onun mülkiyyəti kimi qeydə alıb, ona dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli **********82 saylı məktubla ona müraciətimin müsbət həll edilməsinin mümkün olmaması barədə cavab vermiş və imtinasını Göyçay rayonunun Cəyirli kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsi ilə bağlı 16 saylı X6 elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən heç bir məlumatın aşkar edilməməsi ilə əsaslandırmışdır. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 153.1 -ci madddəsinin tələblərinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Göyçay rayonu Cəyirli bələdiyyəsinin xx xxxxxxx 2019-cu il tarixli 18 saylı məktubundan görünür ki, Göyçay rayon Cəyirli kəndində keçmiş Ş.İ.Xətai adına kolxozun ərazisində “Dəyirman dalı” adlanan ərazidə islahat aparılmazdan əvvəl istifadəsində olan 0,29 ha torpaq sahəsi Cəyirli Bələdiyyəsi yarandıqdan sonra 2002-ci ildə həyətyanı və zəbt torpaq sahələri DTXK-nin işçiləri tərəfindən ölçülüb dəqiqləşdirilərkən vətəndaşlara Torpağın mülkiyyət hüququna dair şəhadətnamələr verilən zaman ona əvvəlcədən istifadə etdiyi 0,29 ha torpaq sahəsi ölçü işləri aparan əməkdaşlar tərəfindən ölçülərək təqdim olunan siyahıda göstərilmiş və ailə üzvlərimlə birlikdə çöl sahədən verilən ərazidə hər bir subyektə adambaşına düşən 0,21 ha torpaq sahəsindən 1,8 norma daxilindən pay torpağından 0,52 ha torpaq sahəsi çıxılmasına baxmasına baxmayaraq həmin torpaq sahəsinə texniki səhv üzündən şəhadətnamə verilməmişdir və hal-hazırda həmin torpaq sahəsi bələdiyyə xəritəsində boş torpaq sahəsi göstərilmişdir. Göründüyü kimi qeyd edilən 0,29 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil və uzun illərdir ki, onun istifadəsində və sahibliyindədir. O, iddia tələbinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etsə də hakim mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan yalnız cavabdeh orqanın imtinasında və iddia ərizəsinə etirazda göstərdiyi əsaslara istinad edərək iddia tələbimi təmin etməmişdir. Belə ki, cavabdeh orqan imtinasını Göyçay rayonunun Cəyirli kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsi ilə bağlı 16 saylı X6 elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən heç bir məlumatın aşkar edilməməsi ilə əsaslandırmış, iddia ərizəsinə etirazda isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X7 daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatını aparan orqan olduğunu, torpaq islahatı aparılan zaman yol verilmiş nöqsanlara görə heç bir məsuliyyət daşımamasını göstərmişdir. Hakim məhkəmənin öz təşəbbüsü ilə zəruri sübutları topladığını göstərsə də iddianı rədd edərkən yalnız onun təqdim etdiyi sübutlara və cavabdehin etirazına əsaslanmış, əlavə araşdırma aparmadan, zəruri sübutları toplamadan cavabdeh orqanın etirazında göstərdiyi əsaslara istinad edərək qanunsuz qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəmyə teleqram göndərərək ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmədiyini və onun iştirakı olmadan işə baxılıb şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Onlara Onlara iddiaçının AZE seriyalı 0******* nömrəli ş/v-nin surəti, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı X7 xx.xx.2019-cu il tarixli **********82 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Göyçay rayonu Cəyirli Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 18 nömrəli məktubu, 40808048 nömrəli akt, Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-3451 seriyalı 40808048 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, JN-386 seriyalı 40808048 nömrəli dövlət aktının təsdiqlənmiş surəti, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı X7 xx.xx.2020-ci il tarixli **********92 nömrəli etirazı aiddir. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-450/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Məhkəmə kollegiyasınını qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı haqlı olaraq təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin -139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.4-cü maddəsinə əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. -2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 8 əsas müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. -10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 1-ci maddəsinə əsasən, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən, torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdən ibarət olmuşdur. -14-cü maddəsinə əsasən, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. -20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X4, Naxçıvan Muxtar Respublikası X4, rayon və yerli aqrar islahat komissiyaları aparır. -22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X1 qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X2 şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət X2 şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət X4 daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət X1 qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. -49-cu maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. İnzibati iş üzrə iddiaçının 0,29 ha torpaq sahəsinin faktiki istifadəsində olmasına görə mübahisəli torpaq sahəsinə hüququnun yaranması ilə məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinin iddiaçının uzun illər istifadəsində olması o halda hüquqların dövlət qeydiyyatı üçün əsas ola bilər ki, həmin torpaq sahəsi qanuni əsaslarla iddiaçıya ayrılmış olsun. Belə halların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, əksinə müəyyən olunmuşdur ki, Göyçay rayonu,Cəyirli kəndində yerləşən 0.29 hektar həyətyanı torpaq sahəsi ilə bağlı 16 saylı X6 elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən heç bir məlumat aşkar edilməmişdir. Bundan əlavə Ölkədə aparılan aqrar islahatı zamanı iddiaçıya ailə üzvləri ilə birlikdə həyətyanı və kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahələri verilməmiş və adlarına “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair akt” tərtib olunmamışdır. Qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə qeyd edir ki, 0,29 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8ci və 10-cu maddələrinin (həmin maddələrdə qeyd edilir: 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 8 əsas müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur.) normalarının tələbləri baxımından və heç bir qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 0,29 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməmlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-450/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar