Məhkəmə qərarları › İş №2-1(107)-369/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-369/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-369/2025 28.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X9 ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “18 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə aldığı JN-0578 nömrəli Dövlət Aktında qeyd olunan 0,57 ha torpaq sahəsi üzərində faktiki istifadə vəziyyəti nəzərə alınmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması, çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2-1(116)-116/2025 nömrəli qərarından cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “18 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə JN-0578 KOD 40114018 olan Dövlət Aktı əsasında birgə mülkiyyət hüququ əsasında aldığı 0,57 ha torpaq sahəsinə torpağın Dövlət Aktında qeyd edilən plan cizgisində qeyd edilən və faktiki istifadə etdiyi ölçüləri əsasında torpağın plan və ölçüsü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 18 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə aldığı JN-0578 nömrəli Dövlət Aktında qeyd olunan 0,57 ha torpaq sahəsi üzərində faktiki istifadə vəziyyəti nəzərə alınmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması, çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən Balakən rayon Aqrar İslahat Komissiyasının 2002-ci il 26 sentyabr tarixli 09 nömrəli qərarı ilə JN0578 olan Dövlət Aktında cizgidə göstərilən sərhəd daxilində 0,57 hektar kənd təsərrüfatı istehsalı üçün torpaq sahəsi birgə mülkiyyət üzrə X6, X10 və X1 müİkiyyətinə verilmişdir. İddiaçı sözügedən torpaq sahəsini 2019-cu il tarixində alqı-satqı müqaviləsi ilə almışdır. Torpaq sahəsini alarkən cavabdeh orqanın mütəxəssisləri tərəfindən torpaq sahəsi ölçülmüş, torpaq sahəsinin faktiki olaraq sərhəd ölçüsü daxilində düzgün olması müəyyən edilmişdir. Torpaq sahəsinə planı və ölçüsü sənədinin və çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı ünvan 1i ünvanında yerləşən 0,57 ha torpaq sahəsinin idarənin xidməti istifadəsində olan torpaqların elektron uçot xəritələrində 0,5049 ha olması bildirilmişdir.

5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı JN- 0578 nömrəli "Dövlət Aktı” sənədinə əsasən torpaq sahəsinə dövlət reyestrindən çıxarışın rəsmiləşdirilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış kadastr ekspertizası zamanı məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı ünvan 2i ünvanında yerləşən 0,57 ha torpaq sahəsi ərazi idarəsinin xidməti istifadəsində olan torpaqların elektron uçot xəritələrində 0,5049 ha qeyd olunmuşdur. Qeyd olunan torpaq sahəsinin torpaqların elektron uçot xəritələrində qeyd olunmuş ölçüdə (0,5049 ha) qeydiyyata alınmasına isə iddiaçı razı olmamışdır. Bu səbəbdən də ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2- 3157/2023 (**********57) nömrəli məktub göndərilmişdir.

6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu; - JN-0578 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı; - AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi; - cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və həmin məktuba əlavə olunmuş mütəxəssis rəyi; - cavabdehin xx.xx.2025-ci il tarixli məktubu JN-579 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”; - xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış; - xx.xx.2024-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi.

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 06 mart 2025-ci il tarixli 2- 1(116)-116/2025 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə 18 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə aldığı JN0578 nömrəli Dövlət Aktında qeyd olunan 0,57 ha torpaq sahəsi üzərində faktiki istifadə vəziyyəti nəzərə alınmaqla İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ünvan 2i ünvanında yerləşən 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində faktiki istifadə vəziyyəti nəzərə alınmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmasına nail olmaqdır. - Cavabdehlə iddiaçı arasında mübahisənin yaranmasına səbəb iddiaçının faktiki istifadəsinə olan torpaq sahəsinin ölçüsünün sənəd üzrə torpaq sahəsindən az olması ilə bağlıdır. Belə ki, cavabdeh orqan sözügedən torpaq sahəsinin elektron uçot xəritələrində 0,5049 ha qeyd olunduğunu bildirir. - Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə cavabdeh orqandan mütəxəssis rəyi alınmışdır. Təqdim edilmiş ilkin mütəxəssis rəyində qeyd edilmişdir ki, JN-578 nömrəli Dövlət Aktının TEKUİS-də sahəsi 0.5049 ha olmaqla kənd təsərrüfatı təyinatlı əkin sahəsi kimi X7 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənilmişdir. İddiaçının faktiki istifadəsində olan 0.57 ha torpaq sahəsinin 0.0863 ha hissəsi TEKUİS məlumat bazasında 579 nömrəli mülkiyyətçi X2 və onun ailə üzvlərinin adına işlənilmişdir. - JN-0578 nömrəli Dövlət Aktında göstərilən 0.57 ha torpaq sahəsinin cizgisi TEKUİS məlumat bazasına əsasən digər mülkiyyətçinin adına işlənilmiş torpaq sahəsi ilə və ümumi istifadədə olan yollar ərazisi ilə üst-üstə düşür. TEKUİS məlumat bazasında həmin torpaq sahəsinin ölçüsü 0.5049 ha işlənilmişdir. - İş materiallarında olan mübahisəli əraziyə dair yerquruluşu planında JN-0578 nömrəli Dövlət Aktının islahat xəritəsində (DWJ) yerləşmə vəziyyəti təsvir edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə sözügedən Dövlət Aktının DWJ-də yerləşmə vəziyyəti müqayisələndirildikdə məlum olur ki, faktiki olaraq iddiaçının naturada istifadəsində olan torpaq sahəsi Dövlət Aktının cizgisi ilə uyğun olmasına baxmayaraq, yeni elektron uçot xəritəsində həmin torpaq sahəsi digər şəxsin adına işlənmişdir. - Balakən rayonu,Tülü kəndi ərazisində torpaq islahatı zamanı Məhətov (Mahatov) Ziyavəddin Abdusalam oğlunun və ailə üzvlərinin (subyekt sayı – 4 nəfər) mülkiyyətlərinə verilmiş JN-579 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədində qeyd olunan 0,75 ha torpaq sahəsinin ( 599 kv.m + 6864 kv.m) 0,0563 ha hissəsi xx.xx.2024-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin 0,6864 ha hissəsi Balakən regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 4Ə1796 reyestr nömrəli alq-satqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmiş və sonuncunun mülkiyyət hüququ qeydiyyata alınaraq rəsmiləşdirilmişdir. - Hazırkı işin hallarından görünür ki, cavabdeh orqan iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün sənəd üzrə (JN-0578 saylı Dövlət Aktına əsasən) nəzərdə tutulan ölçüyə – 5707,40 kv.m – tamamlanması istiqamətində hər hansı araşdırma aparmamışdır. Halbuki sözügedən torpaq sahəsinin W planşetində qeyd olunan sərhədləri və DWJ-dəki cizgisi üzrə mövqeyi aydın şəkildə müəyyən olunmuşdur. - Həmin sahənin kimə məxsus olması, yəni mülkiyyətçilərin dairəsi dəqiq məlumdur. Buna baxmayaraq, cavabdeh orqan torpaq sahəsinin başqa şəxsin adına TEKUİS sistemində uçota alınmasına istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən əsassız şəkildə imtina etmişdir. TEKUİS-də torpaq sahəsi adına uçota alınmış şəxslərin sözügedən torpaq sahəsinə heç bir hüquqi aidiyyəti yoxdur.

9. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 6 mart 2025-ci il tarixli 2-1(116)-116/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərarın icrası ilə bağlı faktiki istifadə vəziyyəti nəzərə alınmaqla işlənməsində - çıxarış və plan-ölçü ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixində **********17 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşmə (861 kv.mhissədə) vardır (üst-üstə düşmə ilə əlqədar sxem və müvafiq sənədlər əlavə olunur). Həmin dövlət qeydiyyatının üst-üstə düşən hissədə (xx.xx.2024-cü il tarixində **********17 reyestr nömrəli çıxarışın sənədinin) hüquq sahibinin (notariat qaydasında təsdiq edilmiş ərizə) razılığı olmadan və ya məhkəmə qərarı ilə ləğv, yaxud dəyişdirilmədən sözügedən məhkəmə qərarının icrası mümkün deyildir. - Belə ki, sənəd üzrə ölçüdə iddia olunan (faktiki) torpaq sahəsi ilə 0,0861 ha hissədə üst-üstə düşən hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi – **********17 olan çıxarış və ona dair müvafiq “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin qüvvədə olmasına baxmayaraq, həmin sənədlər məhkəmə qərarına əsasən ləğv olunmadan və ya dəyişdirilmədən, – məhkəmə iddia olunan (faktiki) 0,57 ha torpaq sahəsinin bütövlükdə iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədi ilə rəsmiləşdirilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. - Məhkəmə prosessual hüquq normasının pozuntusuna yol verərək nəzərə almamışdır ki, JN-0578 KOD40114018 olan Dövlət Aktı ilə iddia olunan (faktiki) 0,57 ha torpaq sahəsinin 0,0861 ha hissəsi (xx.xx.2024-cü il tarixində **********17 reyestr nömrəli) çıxarış sənədi ilə başqa mülkiyyətçilərə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Buna görə də, məhkəmə qərarının icrası mümkün olmayacaqdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X18 şikayətin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2-1(116)-116/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2- 1(116)-116/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. “Torpaq islahatı haqqında” Qanun: Maddə 12.1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Maddə 12.2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

19. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;

2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır;

20. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;

21. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt.

22. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı: Maddə 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3 torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını həyata keçirsin: ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi;

Apellyasiya şikayətinin mümkünlüyü

23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə 0,4837 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının faktiki istifadə vəziyyəti nəzərə alınmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır.

28. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ünvan 2i ünvanında yerləşən 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində faktiki istifadə vəziyyəti nəzərə alınmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmasından ibarət olmuş, birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsi naturada 0,57 ha mövcud olduğundan iddia həmin hissədə təmin edilmişdir. Şəki Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-369/2025 qərardadı ilə iddia tələbinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş 0,57 ha torpaq sahəsinin 0.0863 ha hissəsi üzrə iddia tələbi mümkün sayılmadığından yekunda iddia tələbinin 0,4837 ha təmin edilmiş hissəsi ilə bağlı cavabdehin apellyasiya şikayəti əsasında işə baxan apellyasiya məhkəməsinin baxış predmeti də həmin hissəsi üzrə birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığının yoxlanılmasından ibarətdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinin bir hissəsi üzrə (0,0863 ha) faktiki istifadə vəziyyəti və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat nəzərə alınmaqla, iddiaçının mülkiyyət hüququnun tanınması və reyestrdə qeydiyyatı barədə məhkəmə qərarının icrası mümkün deyildir. Cavabdehin mövqeyinə görə, xx.xx.2024-cü il tarixində **********17 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsinin plan-ölçüsü ilə iddia olunan (JN-0578 KOD 40114018 nömrəli Dövlət Aktı əsasında 0,57 ha sahə) torpaq sahəsinin müəyyən hissəsi üst-üstə düşür və bu, icra zamanı maneə yaradır. Cavabdeh iddia edir ki, həmin **********17 nömrəli çıxarışla təsdiq edilmiş hüquq qüvvədə olduğu halda, onun ləğvi və ya dəyişdirilməsi barədə məhkəmə qərarı olmadan yeni hüququn reyestrdə qeydiyyata alınması qanunvericiliyə ziddir.

30. Məhkəmə kollegiyası cavabdehin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş Balakən rayon Aqrar İslahat Komissiyasının 2002-ci il 26 sentyabr tarixli 09 nömrəli qərarı ilə JN0578 olan Dövlət Aktında cizgidə göstərilən sərhəd daxilində 0,57 hektar kənd təsərrüfatı istehsalı üçün torpaq sahəsi birgə mülkiyyət üzrə X6, X10 və X1 müİkiyyətinə verilmişdir.

31. AN-İ ******* nömrəli 18 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0,57 hektar kənd təsərrüfatı istehsalı üçün torpaq sahəsi İddiaçı satılmışdır.

32. İş materiallarına əlavə edilmiş cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 3-21-3- 47/2-2624/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, JN-578 nömrəli Dövlət Aktının TEKUİS-də sahəsi 0.5049 ha olmaqla kənd təsərrüfatı təyinatlı əkin sahəsi kimi X7 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə işlənilmişdir. İddiaçının faktiki istifadəsində olan 0.57 ha torpaq sahəsinin 0.0863 ha hissəsi TEKUİS məlumat bazasında 579 nömrəli mülkiyyətçi X2 və onun ailə üzvlərinin adına işlənilmişdir. JN-0578 nömrəli Dövlət Aktında göstərilən 0.57 ha torpaq sahəsinin cizgisi TEKUİS məlumat bazasına əsasən digər mülkiyyətçinin adına işlənilmiş torpaq sahəsi ilə və ümumi istifadədə olan yollar ərazisi ilə üst-üstə düşür. TEKUİS məlumat bazasında həmin torpaq sahəsinin ölçüsü 0.5049 ha işlənilmişdir.

33. İş materiallarına əlavə edilmiş cavabdeh orqanın 26 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Balakən rayonu,Tülü kəndi ərazisində torpaq islahatı zamanı Məhətov (Mahatov) Ziyavəddin Abdusalam oğlunun və ailə üzvlərinin (subyekt sayı – 4 nəfər) mülkiyyətlərinə verilmiş JN-579 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədində qeyd olunan 0,75 ha torpaq sahəsinin ( 599 kv.m + 6864 kv.m) 0,0563 ha hissəsi xx.xx.2024-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin 0,6864 ha hissəsi Balakən regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 4Ə1796 reyestr nömrəli alq-satqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmiş və sonuncunun mülkiyyət hüququ qeydiyyata alınaraq rəsmiləşdirilmişdir.

34. Həmçinin, apellyasiya məhkəməsinin 02 iyul 2025-ci il tarixli sorğusuna əsasən cavabdeh inzibati orqan tərəfindən məhkəmə kollegiyasına 23 sentyabr 2025-ci il tarixdə daxil olmuş mütəxəssis rəyindən görünür ki, X5 adına qeydə alınmış 0.6864 ha torpaq sahəsinə dair **********17 reyestr nömrəli çıxarışın koordinatları ilə JN-0578 nömrəli Dövlət Aktında qeyd olunan 0.57 ha torpaq sahəsinin və (və ya) İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatlarının üst-üstə düşən 0.0863 ha hissəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin 0.0863 ha hissəsi ilə bağlı qeyd edilməlidir ki, X5 adına qeydə alınmış 0.6864 ha torpaq sahəsinə dair **********17 reyestr nömrəli çıxarış hazırda qüvvədədir. Həmçinin İddiaçı JN-0578 nömrəli Dövlət Aktında qeyd olunan 0.57 ha torpaq sahəsinin və faktiki istifadə etdiyi torpaq sahəsinin 0.0863 ha hissəsinin, X5 adına qeydə alınmış 0.6864 ha torpaq sahəsinə dair **********17 reyestr nömrəli çıxarışın koordinatları ilə üst-üstə düşməsi müəyyən edilmişdir.

36. Bu əsasla Şəki İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilmişdir. Hazırda isə cavabdeh inzibati orqanın şikayətində göstərdiyi dəlillərə münasibətdə Şəki Apellyasiya Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli qərardadı ilə qiymət verilmiş, şikayəti o hissədə təmin edilmişdir. Lakin şikayətdə əlavə olaraq iddianın tam rədd olunmasını xahiş edirlər.

37. Məhkəmə kollegiyası da hesab edir ki, cavabdeh inzibati orqanın göstərdiyi dəlillər iddianın tam rədd olunması üçün əsas deyildir. Ona görə ki, cavabdeh inzibati orqan iddia tələbinin təmin olunan 0.4837 ha hissəsi ilə bağlı hər hansı tutarlı dəlil göstərməmişdir.

38. Məhkəmə kollegiyası da qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi qismən təmin edilməli, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə 0,4837 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının faktiki istifadə vəziyyəti nəzərə alınmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır.

39. Belə ki, ünvan 1ində yerləşən və Balakən rayon Aqrar İslahat Komissiyasının 2002-ci il 26 sentyabr tarixli 09 nömrəli qərarı ilə JN-0578 nömrəli Dövlət Aktında göstərilən sərhədlər daxilində 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında X6, X10 və X4 verilmişdir. İddiaçı həmin torpaq sahəsini 2019cu ildə bağlanmış notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə əldə etmiş, bununla da qanuni mülkiyyətçi statusunu qazanmışdır.

40. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.

42. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.

43. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada, hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.

44. Qeyd edilən hallara istinadən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsinin ayrılması barədə Balakən rayon Aqrar İslahat Komissiyasının 2002-ci il 26 sentyabr tarixli 09 nömrəli qərarının və JN0578 olan Torpağın mülkiyyət hüququna dair dövlət aktının hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni həmin qərar və onun verilməsinə əsas olmuş Torpağın mülkiyyət hüququna dair dövlət aktı öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Eyni zamanda, cavabdeh tərəfindən də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

45. Məhkəmə kollegiyasının qənaətinə görə həmin torpaq sahəsinin 0.4837 ha hissəsi üzərində iddiaçının adına çıxarışın verilməsini istisna edən hallar müəyyən edilmədiyindən, həmin dövlət aktı və alqı-satqı müqaviləsi mülkiyyətinə verilən torpaq sahəsi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3 və 8.0.5-ci maddələrinə əsasən iddiaçının adına çıxarışın verilməsi üçün yetərli əsas sayılmalıdır.

46. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.

47. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

48. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissəyə münasibətdə cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

49. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı, ünvan 2i ərazisində yerləşən və Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 09 nömrəli qərarı əsasında JN-0578 nömrəli Dövlət Aktında göstərilən sərhədlər daxilində olan 0,4837 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur.

50. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

51. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia qismən təmin edilməlidir.

52. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2-1(116)-116/2025 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia qismən təmin edilsin. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə 18 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə aldığı JN0578 nömrəli Dövlət Aktında qeyd olunan 0,4837 ha torpaq sahəsi üzərində faktiki istifadə vəziyyəti nəzərə alınmaqla İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi qoyulsun. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2025-ci il tarixli, 2- 1(107)-369/2025 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2-1(116)-116/2025 nömrəli qərarının qismən, yəni “cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə 18 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə aldığı JN-0578 nömrəli Dövlət Aktında qeyd olunan 0,57 ha torpaq sahəsinin üst-üstə düşən 0,0863 ha hissəsi üzərində faktiki istifadə vəziyyəti nəzərə alınmaqla İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması” hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə mümkün sayılmaması nəzərə alınsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar