Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-37/2020 16.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X9rşı "JN-556A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,14 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-323/2019nömrəli qərarından İddiaçı hüquqi varisi X18 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Təsviri hissə İddiaçı öz adına olan JN-556A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"ni cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X15 təqdim edərək, həmin sənəddə göstərilən 0,14 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2018-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, Mingəçevir şəhərinin elektron xəritə bazasında JN-556A nömrəli torpaq sahəsi öz əksini tapmamış, elektron adlı siyahıda İddiaçı adı qeyd edilməmiş, Mingəçevir şəhərinin torpaq şəhadətnamələrinin qeydiyyatı kitabında İddiaçı adına JN-556A nömrəli şəhadətnamənin olması barədə məlumat qeyd olunmamışdır. Bundan başqa, sözügedən şəhadətnamənin ikinci nüsxəsi Ərazi İdarəsinin arxivində mövcud deyil, eləcə də, həmin torpaq sahəsinin dövlət torpaqlarına aid olması, ərazidə yeraltı kanalizasiya vannalarının və təmizləmə qurğularının mövcud olması müəyyən edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, həmin torpaq sahəsi dövlət torpağı ola bilməz. Cavabdeh bunu desə də, bu faktı təsdiq edən sübutu ortaya qoya bilmir. Cavabdeh iddia ilə bağlı xx.xx.2019-cu il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, sözügedən sənədlə bağlı texniki məsələlər də meydana çıxmışdır. Belə ki, tərtib olunmuş şəhadətnamədə qeyri-qanuni dəyişiklik də edilmişdir. İdarənin elektron xəritə bazasında torpaq sahəsinin konfiqurasiyası ilə şəhadətnamədə göstərilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü bir-birindən çox fərqlidir. Şəhadətnamədə torpaq sahəsinin planında döngə nöqtələrinin literləri göstərilmədiyi halda, həmin səhifənin aşağı hissəsində qonşu torpaqlar olan hissədə həmin literlər qeyd olunmuşdur. Qonşu torpaqlar yazılan hissədə, həmçinin, döngə nöqtələrinin literləri arasında yerləşən və adına şəhadətnamə olduğu qeyd olunan mülkiyyətçilərin adları eyniadlı siyahıda qeyd olunan adları ilə tamamilə fərqlidir. Şəhadətnamənin iki nüsxədən ibarət tərtib olunduğu, həmçinin, onun kitabda 1605 nömrəsi ilə qeydə alındığı göstərilməsinə baxmayaraq, şəhadətnamənin ikinci nüsxəsi Ərazi İdarəsinin arxivində mövcud deyil. Şəhadətnamələrin qeydiyyatı kitabının 53-cü səhifəsinin 1605 nömrəsində X5 adına 3712A nömrəli şəhadətnamənin verilməsi qeyd olunmuşdur. İddiaçı iddianı məhkəməyə verdikdən sonra xx.xx.2019-cu ildə vəfat etdiyinə görə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən, o, hüquq varisi X18 ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının hüquq varisi X18 iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 isə birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı qəbul etməmiş və etirazın məzmununa uyğun izahat vermişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-323/2019 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X9rşı "JN-556A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,14 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı hüquqi varisi X18 inzibati orqan apelyasiya şikayəti verərək Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-323/2019 nömrəli qərarının ləğv edilməsi xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini belə əsaslandırmışdır ki, X17 Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 199 nömrəli sərəncamı ilə 0,14 ha torpaq sahəsi JN 556A kod 90200002 nömrəli şəhadətnaməyə əsasən atam İddiaçı mülkiyyətinə verilmişdir. Həmin vaxtdan 0,14 ha torpaq sahəsi atamın istifadəsində olmuşdur. Atam İddiaçı ərizə ilə DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət edərək, həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb çıxarışın verilməsini xahiş etmişdir. DƏDRX-nin 17 saylı Ərazi İdarəsi xx.xx.2018-ci il tarixli məktubla bildirmişdir ki, 0,14 ha torpaq sahəsi Mingəçevir şəhərinin elektron xəritə bazasında öz əksini tapmamış və həmin şəhadətnamənin ikinci nüsxəsi Ərazi İdarəsinin arxivində mövcud deyildir. Həmin imtina ilə razılaşmayaraq atam İddiaçı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “JN-556A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,14 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin' cavabdeh DƏDRX-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Atam İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Atam vəfat etdikdən sonra atamın hüquqi varisi kimi əvəz edilmişəm. 1 ildən artıq keçirilən məhkəmə prosesi nəhayət xx.xx.2019-cu il tarixdə yekunlaşmış və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1 (84)- 323/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. İşə baxan məhkəmə iddia tələbini rədd etməkdə,həmin şəhadətnamədə olan məlumatların həqiqətə uyğun olmadığını qeyd etməklə ədalətsiz qərar qəbul etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)- 323/2019 saylı qərarı qəbul edilərkən Azərbaycan Respublikasının Konstitusiyasının, “İnzbati İcraat haqqında “Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin müddəları kobud şəkildə pozulduğundan ləğv edilməli və iddia tələbi təmin edilməlidir. İddianın əsasını “JN-556A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə təşkil edir. X17 Hakimiyyəti Başçısının sərəncamı əsasında İddiaçı mülkiyyətinə 0,14 ha torpaq sahəsi verilmiş və həmin sərəncam əsasında İddiaçı adına“Torpağm mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanıb verilmiş və sözügedən şəhadətnamə kitabda qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən həmin şəhadətnamənin ikinci nüsxəsi tələb edilmiş və ikinci nüsxə olmadığından məhkəməyə təqdim edilməmişdir.Odur ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1 (84)-323/2019 saylı qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsi barədə qəbul edilməsinixahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı hüquqi varisi X18 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X13 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. JN-556A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, X17 Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 199 nömrəli sərəncamı ilə 0,14 ha torpaq sahəsi İddiaçı verilmişdir. AZ-İ seriyalı 995395 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, İddiaçı xx.xx.2019-cu ildə vəfat etmişdir. Əsaslandırma hissəsi İddiaçı hüquqi varisi X11 apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə hesab edir ki,birinci instansiya məhkəməsi iddia tələbin təmin etməməkdə haqlı olmuşdur. Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Sadalanan normalardan göründüyü kimi, torpaq islahatı zamanı torpaq sahəsinin vətəndaşın mülkiyyətinə verilə bilməsi üçün həmin torpaq sahəsinin islahatdan əvvəl onun qanuni istifadəsində olması tələb olunur. Lakin birinci instansiya məhkəməsi müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi torpaq sahəsi torpaq islahatından əvvəl onun qanuni istifadəsində olmamışdır. Məhkəmə tərəfindən iddiaçının hüquq varisinə belə bir sənəd vardırsa məhkəməyə təqdim etməsi təklif olunmuş, lakin o, xx.xx.2019-cu il tarixli ərizəsində belə bir sənədin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, belə olan halda, qeyd olunan 0,14 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ yarana bilməz. Bundan başqa, birinci instansiya məhkəməsinə təqdim olunmuş JN-556A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də aşkar edilmiş aşağıdakı uyğunsuzluqları da müəyyən edilmişdir. Belə ki, həmin şəhadətnamədə onun 1605 nömrə ilə kitabda qeydə alındığı yazılsa da, müəyyən edilmişdir ki, şəhadətnamələrin qeydiyyatı kitabında həmin nömrə altında olan qeydiyyat X14 adlı başqa bir şəxsə 3712A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin verilməsi barədədir. İddiaçı adına olan JN-556A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" həmin kitabda qeydə alınmamışdır. Bundan başqa, İddiaçı adına olan JN-556A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də "Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" səhifəsində döngə nöqtələrinin literləri göstərilmədiyi halda, həmin səhifənin aşağı hissəsində qonşu torpaqlar olan hissədə literlər qeyd olunmuşdur. Həmin səhifədə torpaq sahəsinin planında 556A nömrəli torpaq sahəsinin qonşusu kimi 533A, 561A və 557A nömrəli torpaq sahələri göstərilmiş, eyni zamanda, səhifənin aşağı hissəsində iddiaçının torpaq sahəsinin qonşu torpaqların mülkiyyətçiləri kimi X12, X6 və X2 adlı şəxslər qeyd edilmişdir. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən cavabdehə sorğu edilərək X7, X3 və X1 adlarına olan, həmçinin 533A, 561A və 557A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin surətləri tələb edildi. Cavabdehin xx.xx.2019-cu il tarixli cavab məktubundan aydın oldu ki, X7, X3 və X1 adlarına "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lər aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınaraq işə əlavə edilmiş 533A, 561A və 557A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin surətlərindən isə görünür ki, əvvəla, həmin sənədlər X7, X3 və X1 deyil, tamamilə başqa şəxslərin adlarınadır, digər tərəfdən, həmin sənədlərin heç birində qonşu kimi nə İddiaçı adı, nə də onun adına olan JN-556A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" göstərilməmişdir. Həmin sənədlərdəki "Verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" bölməsində olan sxemlərin heç biri iddiaçının adına olan JN-556A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dəki sxemə uyğun deyil. Göründüyü kimi, iddiaçının adına olan JN-556A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş məlumatlar həqiqətə uyğun deyil. Bu səbəbdən də həmin sənəddə göstərilən 0,14 ha torpaq sahəsinin yerinin, koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsassızdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı hüquqi varisi X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-323/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Gündüz Abbasov Rövşən Rəfiyev
Məhkəmə qərarları › İş №2-1(107)-37/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-37/2020
16.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver