Məhkəmə qərarları › İş №2-1(107)-37/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-37/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-37/2025 19.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X3 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı İsayev Məhəmmədəli Hümbət oğlunun cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Dövlət Vergi Xidmətinin inzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********199400 nömrəli, 11 saylı Vergilər Baş idarəsinin xx.xx.2023-cü il tarixli **********860700 və **********859300 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 iyun 2024-cü il tarixli 2-1(116)- 273/2024 nömrəli qərarından iş üzrə cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş аpellyаsiyа şikаyətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurasına qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “cavabdehin xx.xx.2023-cü il tarixli 3-21/2-1-13xx-xx/2023/3543 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə “hüquqi yardım” məktubu ünvanlanaraq iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmişdir.

3. İddiaçı xx.xx.2023-cü il tarixli iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “İnzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********199400 nömrəli qərarın ləğv olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir

4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2156/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

5. İddiaçı xx.xx.2024-cü ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Dövlət Vergi Xidmətinin inzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********199400 nömrəli qərarının ləğvi ilə bərabər, həm də 11 saylı Vergilər Baş idarəsinin xx.xx.2023-cü il tarixli **********860700 və **********859300 saylı qərarlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

7. İddiaçı xx.xx.2024-cü ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “cavabdehlər qismində Dövlət Vergi Xidmətinin və 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qeyd edilməsini, Dövlət Vergi Xidmətinin inzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********199400 nömrəli, 11 saylı Vergilər Baş idarəsinin xx.xx.2023-cü il tarixli **********860700 və **********859300 saylı qərarlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

9. İddia ərizəsinin əsaslarına görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********199400 nömrəli qərarı tam araşdırılmadan, birtərəfli, vergi ödəyicisinin sübutları əsasında deyil, proqnozlar və fərziyyələr əsasında çıxarılmış, prosesin səthi araşdırılmış, araşdırmada vergi məcəlləsinin müddəalarına istinad edilməmiş, vergi ödəyicisinin vəziyyətinə deyil qarşı tərəfə üstünlük verilməklə qəbul edilmişdir. Buna görə də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

10. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2005-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün "dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi" olduğu müəyyən edilmişdir. Fərdi sahibkar tərəfindən 2019cu ildə 193791,0 manat dəyərində və 2020-ci ildə 84755,0 manat dəyərində elektron qaimə-faktura təqdim edilməsinə baxmayaraq müvafiq dövrlər üzrə bəyannamələrin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********840500 nömrəli və xx.xx.2021-ci il tarixli **********611600 nömrəli məktublar göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu il üçün 6459,7 manat və 2020-ci il üçün 4226,5 manat analoji qaydada gəlir vergisi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********093900 nömrəli və xx.xx.2021-ci il tarixli **********695700 nömrəli qərarlar qəbul olunmuşdur. Sonradan fərdi sahibkar tərəfindən 2019-cu və 2020-ci illər üçün dəqiqləşmiş gəlir vergisi bəyannamələri təqdim edilmiş, yaranmış kənarlaşmalara əsasən vergi orqanı tərəfindən 2019-cu il üzrə 4844,65 manat və 2020-ci il üzrə 1612,0 manat gəlir vergisi hesablanmış və vergi ödəyicisinə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********624600 nömrəli və xx.xx.2022-ci il tarixli **********623900 nömrəli qərarlar göndərilmişdir. Daha sonra vergi orqanı tərəfindən həmin dövrlər üzrə kameral vergi yoxlaması ilə dəqiqləşmə aparılmış və 2019-cu il üzrə 9689,55 manat və 2020-ci il üzrə 3477,75 manat vergi məbləğləri hesablanmış və bu barədə fərdi sahibkara xx.xx.2023-cü il tarixli **********306900 nömrəli və **********307600 nömrəli qərarlar göndərilmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətin icra müddəti uzadılmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********885800 nömrəli, xx.xx.2023-cü il tarixli **********767000 nömrəli və xx.xx.2023-cü il tarixli **********991300 nömrəli məktublarlarla məlumat verilmişdir,

11. Kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması ilə əlaqədar məsələnin birgə araşdırılması məqsədilə “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********030800 nömrəli məktub göndərilərək, fərdi sahibkar xx.xx.2023-cü il tarixdə, saat 15:00 üçün şəxsən (və ya səlahiyyətli nümayəndəsi (vəkili) Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə dəvət olunmuşdur. Şikayətçi xx.xx.2023-cü il tarixdə inzibati binada olmuş və araşdırmaya uyğun sualları cavablandırmışdır.

12. Vergi ödəyicisi izahatında tərəfindən tikinti materialı olan qumun X2 adlı şəxsə məxsus qum karxanasından əldə etdiyini, ödənişin nağd qaydada həyata keçirildiyini, dəfələrlə müraciət etməsinə baxmayaraq, təqdim edilmiş quma görə elektron qaimə fakturanın fiziki şəxs tərəfindən təqdim edilmədiyini bildirərək hesablanmış vergi məbləğlərinin azalmasını xahiş etmişdir.

13. Araşdırma zamanı fərdi sahibkarın vergi ödəyicisi X1 (VÖEN **********) işçisi olduğu və əmək müqavilələrinə əsasən elektromexanik və mühasib vəzifəsində işlədiyi müəyyən edilmişdir.

14. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin inzibati şikayəti qismən təmin edilməlidir.

15. Belə ki, uçot baza məlumatlarının araşdırılması zamanı fərdi sahibkar tərəfindən elektron-qaimə fakturalar əsasında 2019-cu ildə 193791,0 manat və 2020-ci ildə 69555,0 manat dəyərində tikinti materialı olan qumun müxtəlif vergi ödəyicilərinə təqdim edildiyi, malların əldə edilməsi ilə bağlı hər hansı bir təsdiqedici sənədlərin (elektron qaimə faktura və ya elektron alış aktı) olmadığı, fəaliyyətinin tikinti materiallarının satışı olmasına baxmayaraq vergi orqanında uçota alınmış təsərrüfat subyektinin uçota alınmadığı, idxal əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir.

16. Fərdi sahibkar xx.xx.2022-ci ildə 2020-ci il üçün və xx.xx.2022-ci ildə 2019-cu il üçün dəqiqləşmiş gəlir vergisi bəyannamələrini təqdim edərək bəyannamənin “hesabat dövrünün gəlirləri” hissəsində 2019-cu il üçün 193791,0 manat və 2020-ci il üçün 69555,0 manat gəlir məbləği, bəyannamənin “hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər" hissəsində Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarına əsasən gəlir məbləğlərinə uyğun olaraq 2019-cu il üçün 161490,0 manat və 2020-ci il üçün 70625,0 manat xərc məbləği qeyd edərək 2019-cu il üzrə 1615,05 manat və 2020-ci il üzrə 706,5 manat gəlir vergisi bəyan etmişdir.

17. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2019-cu ildə təqdim edilmiş 193791,0 manat və 2020-ci ildə təqdim edilmiş 69555,0 manat dəyərində elektron qaimə fakturalar gəlir kimi nəzərə alınaraq Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar üçün nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi olan güzəşt hüququ nəzərə alınmaqla 2019-cu il üçün 9689,55 manat və 2020-ci il üçün 3477,75 manat əlavə gəlir vergisi məbləğləri hesablanmışdır.

18. Müraciətdə qaldırılmış məsələnin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə alınmış mallarla bağlı alqı-satqı müqavilələrinin, təhvil-təslim aktlarının, debitorkreditor borcları barədə təsdiqedici sənədlərin, xərc sənədlərin açıqlanması barədə sənədlərin, malların hərəkət cədvəlinin, bank hesablarından çıxarışın (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), bank ödəniş tapşırıqlarının (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə) və araşdırma üçün zəruri hesab edilən digər sənədlərin xx.xx.2022ci il tarixədək inzibati araşdırmaya təqdim edilməsi fərdi sahibkara bildirilsə də, hər hansı sənəd təqdim edilməmişdir.

19. Bu da fərdi sahibkar İddiaçı malları satan şəxslərin kimliyini müəyyənləşdirmək mümkün olmadığı üçün həmin şəxslərin vergidən yayınmasına şərait yaratmasına əsas verir.

20. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2020-ci ildə malların əldə edilməsi ilə bağlı xərclərinin olmamasına baxmayaraq, gəlir vergisi bəyannamələrində Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən xərclərin bəyan edilməsi vergi ödəyicisi tərəfindən süni şəkildə xərclərini artıraraq vergi tutulan gəlirlərinin azaldılmasına və bununla da büdcəyə ödənilməsi olan vergi məbləğinin yayındırılmasına səbəb olmuşdur.

21. Həmçinin, vergi ödəyicisi tərəfindən çəkilən xərclər mühasibat uçotu haqqında qanunvericiliyə və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq sənədləşdirilməli və iqtisadi cəhətdən əsaslandırılmalıdır, iqtisadi əsası olmayan xərclər (şişirdilmiş xərclər) xərclərdən çıxarılmalı və vergilər faktiki iqtisadi göstəricilər əsasında hesablanmalıdır.

22. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 89 nömrəli Qərarına əsasən 2018-ci ilin 1 yanvar tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir.

23. Qanunvericilikdə vergi ödəyicisinin əldə etdiyi gəliri (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda gəlirin (gəlirin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaq hüququ yalnız vergi orqanına verildiyindən vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

24. Cəmiyyət tərəfindən 2019-cu il üzrə təqdim edilmiş MDSS-digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər - kənd yerlərində (0734) bəyannaməsi üzrə 185,0 manat və 2020-ci il üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi üzrə 225,0 manat sığorta haqqı məbləğlərinin bəyan edildiyi müəyyən edilmişdir.

25. Beləliklə, fərdi sahibkar tərəfindən elektron-qaimə fakturalar əsasında 2019-cu ildə 193791,0 manat və 2020-ci ildə 69555,0 manat dəyərində malların təqdim edildiyini, malların əldə edilməsi ilə bağlı təsdiqedici sənədlərinin (elektron qaimə faktura və elektron alış aktı) araşdırmaya təqdim edilmədiyini, vergi ödəyicisinin fəaliyyətinin tikinti materiallarının satışı olmasına baxmayaraq vergi orqanında uçota alınmış təsərrüfat subyektinin uçota alınmadığını, vergi ödəyicisi tərəfindən Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına əsasən vergilərin hesablanması vergi orqanından tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmadığını və fərdi sahibkar tərəfindən 2019-cu və 2020-ci illərdə ödənilmiş sığorta haqqı məbləğləri nəzərə alaraq inzibati şikayət qismən təmin edilmiş və 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********306900 nömrəli qərarla hesablanan verginin 9,25 manat hissədə azaldılması, 9680,3 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılması və xx.xx.2023-cü il tarixli **********307600 nömrəli qərarla hesablanan verginin 11,25 manat hissədə azaldılması, 3466,5 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılması barədə vergi ödəyicisi barəsində “İnzibati şikayətin qismən təmin edilməsi haqqında" 06 fevral 2023-cü il tarixli **********199400 nömrəli qərar qəbul edilmişdir.

26. “İnzibati şikayətin qismən təmin edilməsi haqqında" 06 fevral 2023-cü il tarixli qərarın icrası ilə bağlı 11 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən fərdi sahibkarın 2019cu il fəaliyyət dövrünə görə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********860700 nömrəli və 2020-ci il fəaliyyət dövrünə görə isə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********859300 nömrəli qərarlar qəbul edilmişdir.

27. Göstərilənlərə əsasən iddiaçının iddiası iki səbəbdən mümkün sayılmamalıdır.

28. Belə ki, birincisi 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 3.1- 3.3-cü bəndinə əsasən İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir.

29. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş müddəalarla işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir.

30. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

31. X7 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

32. Plenum Qərarının 3.4-cü bəndində diqqət yetirilməli vacib məqam mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və həmin idda mümkün sayılmamalıdır.

33. İnzibati orqanının yəni, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi ödəyicisi barədə 2019-cu ilin gəlir vergisi üzrə qüvvədə olan xx.xx.2023-cü il tarixli **********860700 nömrəli 'Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" və 2020-ci ilin gəlir vergisi üzrə qüvvədə olan xx.xx.2023-cü il tarixli **********860700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarının olmasını nəzərə alaraq “İnzibati şikayətin qismən təmin edilməsi haqqında" Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 06 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair iddiası mümkün sayılmamalıdır.

34. İkincisi isə hazırkı iddia tələbi yuxarıda qeyd olunanlara əsasən əsassız və mümkün iddia olmamaqla yanaşı, həm də vergi ödəyicisi tərəfindən 11 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi ödəyicisi barədə qəbul etdiyi sonuncu ilkin inzibati akt olan xx.xx.2023-cü il tarixli **********860700 və **********860700 nömrəli qərarların mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür.

35. Belə ki, vergi ödəyicisi onun barəsində qəbul edilmiş qərarlardan elektron qaydada yuxarı inzibati orqana inzibati şikayətlər vermiş, həmin şikayətlərə baxılaraq “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 06 fevral 2023-cü il tarixli **********199400 nömrəli qərar qəbul edilmişdir.

36. Qeyd olunan 06 fevral 2023-cü il tarixli qərarın icrası ilə bağlı 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən fərdi sahibkarın 2019-cu il fəaliyyət dövrünə görə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023cü il tarixli **********860700 nömrəli və 2020-ci il fəaliyyət dövrünə görə isə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********859300 nömrəli qərarlar qəbul edilmişdir.

37. Sözügedən hər üç qərar vergi ödəyicisinə elektron qaydada göndərilmiş və vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə oxunmuşdur.

38. Yəni vergi ödəyicisi vergi orqanının “İnzibati şikayətin qismən təmin edilməsi haqqında" 06 fevral 2023-cü il tarixli **********199400 nömrəli qərarını, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********860700 nömrəli və 2020-ci il fəaliyyət dövrünə görə isə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********859300 nömrəli qərarlarını həmin qərarların almasından qanunvericiliklə müəyyən edilmiş 30 gün keçdikdən sonra sözügedən qərarın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır.

39. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı iddia ərizəsi əsassız, qanunvericiliyin tələblərinə tam zidd olduğundan və qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəmədə iddia qaldırılmadığından iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

40. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

41. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

42. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 6 iyun 2024-cü il tarixli 2- 1(116)-273/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

43. Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həmin qərardan apellyasiya şikayətləri vermişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

44. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixdə qəbul etdiyi **********860700 və **********859300 nömrəli qərarların mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin keçməsinə və bu halın cavabdeh tərəfindən məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq iddia mümkün hesab edilərək mahiyyəti üzrə baxılmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 iyun 2024-cü il tarixli 2-1(116)-273/2024 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

45. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi xidməti vəzifəsinə görə iddianın mümkünlük şərtlərini öncəliklə və birlikdə yoxlamalı olduğu halda yoxlamamış, birbaşa iddianın əsaslılığının yoxlanılmasına keçmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 iyun 2024cü il tarixli 2-1(116)-273/2024 nömrəli qərarının ləğv olunması və iddia tələbinin Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********199400 nömrəli qərarının ləğvi hissəsində mümkünsüz hesab edilməsi, iddia tələbinin Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********860700 və **********859300 nömrəli qərarlarının ləğvi hissəsində rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

46. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 iyun 2024-cü il tarixli 2-1(116)-273/2024 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

47. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 iyun 2024-cü il tarixli 2-1(116)-273/2024 nömrəli qərarının ləğv olunması və iddia tələbinin Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********199400 nömrəli qərarının ləğvi hissəsində mümkünsüz hesab edilməsi, iddia tələbinin Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********860700 və **********859300 nömrəli qərarlarının ləğvi hissəsində rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

48. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 iyun 2024-cü il tarixli 2-1(116)-273/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

49. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli 28 nömrəli qərarı, Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********199400 nömrəli İnzibati şikayətin qismən təmin edilməsi haqqında qərar (həmin qərara əsasən İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci və 09.12 2022-ci İİ tarixli inzibati şikayətləri qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş idarəsinə tapşırılmışdır ki, xx.xx.2023-cü il tarixli **********306900 nömrəli qərar 9,25 manat hissədə azaldılsın, 9680,3 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın və xx.xx.2023-cü il tarixli **********307600 nömrəli qərar 11,25 manat hissədə azaldılsın, 3466,5 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın; 2.2. Bu qərarın 2.1-ci bəndinin icrası ilə bağlı fiziki şəxs İddiaçı şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsini təmin etsin), xx.xx.2023-cü il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********859300 və **********860700 nömrəli qərarlar.

TƏTBİQ EDİLƏN HÜQUQ

50. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır.

52. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında məsələyə aşağıdakı qaydada qiymət verilmişdir: - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; - 2.2-ci bəndinə əsasən, işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

53. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

54. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür və qismən əsaslıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

55. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 6 iyun 2024-cü il tarixli 2-1(116)-273/2024 nömrəli qərarı ləğv edilərək, iddia mümkün sayılmamalıdır.

56. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

57. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

58. Birinci instansiya məhkəməsi ləğv edilməsi tələb olunan qərarların mübahisələndirilməsinə dair iddia müddətinin ötürülməsi ilə bağlı belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən qərarlar xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə qəbul edilmiş, iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Apellyasiya Şurasına şikayət verilmişdir. Sonuncunun qərarı isə xx.xx.2023-cü il tarixdə qəbul edilməklə, xx.xx.2023-cü il tarixdə iddiaçıya göndərilmişdir. "xxxx" MMC Milli Operatorun xx.xx.2023cü il tarixli məktubunda İqtisadiyyat Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış məktubun xx.xx.2023-cü il tarixdə iddiaçıya çatdırılması qeyd edilmişdir. Hazırkı iddia tələbi isə xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur.

59. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini nəzərə

60. Belə ki, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Dövlət Vergi Xidmətinin inzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********199400 nömrəli və 11 saylı Vergilər Baş idarəsinin xx.xx.2023-cü il tarixli **********860700 nömrəli və **********859300 nömrəli qərarlarının iddiaçıya göndərilməsinə dair vergi ödəyiciləri ilə yazışmalar barədə hesabata əsasən, Dövlət Vergi Xidmətinin inzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********199400 nömrəli qərarının iddiaçıya göndərilmə tarixinin xx.xx.2023-cü il, iddiaçı tərəfindən oxunma tarixinin xx.xx.2023-cü il, 11 saylı Vergilər Baş idarəsinin xx.xx.2023-cü il tarixli **********860700 nömrəli və **********859300 nömrəli qərarlarının iddiaçıya göndərilmə tarixinin xx.xx.2023-cü il, iddiaçı tərəfindən oxunma tarixinin xx.xx.2023-cü il olduğu müəyyən edilmiş, iddia ərizəsi isə birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə göndərilmiş, xx.xx.2023-cü il tarixdə isə birinci instansiya məhkəməsinə daxil olmuşdur.

61. Göründüyü kimi, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Bu baxımdan, nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

62. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qaldırılmış iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia növü “mübahisələndirmə haqqında” iddia olduğundan iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur.

63. İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

64. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********199400 nömrəli, 11 saylı Vergilər Baş idarəsinin xx.xx.2023cü il tarixli **********860700 və **********859300 saylı qərarlarından verilən iddia qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən onun mübahisələndirilməsi imkanı artıq itirilmişdir.

65. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

66. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini qismən əsaslı hesab edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ilk öncə iddianın qanunla müəyyən olunmuş müddətdə verilib-verilməməsini müzakirə etməli idi.

67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

68. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12-ci, 13-cü və 48-ci maddələrinə və “İnzibati icraat haqqında” Qanunun 72-ci maddəsinə əsasən, bu hala diqqət yetirmədən, inzibati iş üzrə mümkünlük məsələsi ilə bağlı kifayət qədər araşdırma aparmadan, iddia tələbinin mübahisələndirmə haqqında iddia növünə aid olmasını və iddianın qanunla müəyyən olunmuş müddətdə verilib-verilməməsini nəzərə almadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmışdır.

69. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən prosessual və maddi hüquq normaları pozulduğundan, apellyasiya şikayətləri qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 6 iyun 2024-cü il tarixli 2-1(116)- 273/2024 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Dövlət Vergi Xidmətinin inzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********199400 nömrəli, 11 saylı Vergilər Baş idarəsinin xx.xx.2023-cü il tarixli **********860700 və **********859300 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır.

70. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş аpellyаsiyа şikаyətiləri qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 6 iyun 2024-cü il tarixli 2-1(116)-273/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı İsayev Məhəmmədəli Hümbət oğlunun cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Dövlət Vergi Xidmətinin inzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********199400 nömrəli, 11 saylı Vergilər Baş idarəsinin xx.xx.2023cü il tarixli **********860700 və **********859300 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar