Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-370/2020 09.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Qəbələ X1rşı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 X15 X3 meşəbəyliyinin son 15 ildən artıq müddətdə istifadəsində və sahibliyində olan 99cu kvartalının 16-cı bölməsində yerləşən 0,80 hektar sahənin istirahət rekreasiya məqsədilə istifadəsinə verilməsinə dair müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-1158/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpelyаsiyаşikаyətinə dair işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Qəbələ X1rşı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 X15 X3 meşəbəyliyinin son 15 ildən artıq müddətdə istifadəsində və sahibliyində olan 99cu kvartalının 16-cı bölməsində yerləşən 0,80 hektar sahənin istirahət rekreasiya məqsədilə istifadəsinə verilməsinə dair müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(025)-792/2018 nömrəli qətnaməsi ilə iddiaçı X9 iddiası təmin edilərək, iddiaçı X12 ilə cavabdeh Qəbələ rayon Meşələrin Mühafizəsi və Bərpası Mərkəzi arasında bağlanmış 0,80 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixli 233 nömrəli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilərək həmin əraziyə qardaşı İddiaçı adına yeni icarə müqaviləsinin bağlanması, habelə gələcəkdə həmin əraziyə və ərazidə olan onun tərəfindən aparılmış mövcud tikililərə heç bir iddiasının olmayacağı barədə adından yazılaraq Bakı şəhəri 51 nömrəli Notariat kontorunda təsdiqlənmiş xx.xx.2013-cü il tarixli ərizə, habelə həmin ərizə əsasında onunla bağlanmış xx.xx.2007-ci il tarixli 233 nömrəli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və cavabdeh İddiaçı ilə yeni icarə müqaviləsinin bağlanması barədə X2 xx.xx.2013-cü il tarixli 453/ü nömrəli əmri və həmin əmrə əsasən cavabdeh Qəbələ rayon Meşələrin Mühafizəsi və Bərpası Mərkəzi ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 03 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 iddiasının təmin edilməsi, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən X7 məxsus obyekt («Su Tayı» İstirahət Mərkəzi) və obyektin yerləşdiyi 0,80 ha torpaq sahəsinin cavabdeh İddiaçı qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli 2(107)- 2411/2018 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı və vəkili X10 apellyasiya şikayəti təmin edilməyərək, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(025)-792/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə cavabdeh İddiaçı və vəkili Bağırov Amid Vahab oğlunun kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınınnın xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin qismən-üçüncü şəxs X6 İddiaçı və X11 qarşı obyektin qeyriqanuni sahiblikdən geri tələb edilməsi iddiasının təmin edilməsi hissəsində ləğv edilərək, mülki iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması, qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli 2(107)- 1772/2019 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı və vəkili X10 apellyasiya şikayəti qismən təmin edilərək Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(025)-792/2018 saylı qətnaməsi qismən yəni, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddiasının təmin edilərək Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən obyekt (“Su Tayı” istirahət mərkəzi) və obyektin yerləşdiyi 0.80 ha torpaq sahəsinin cavabdeh İddiaçı qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi hissəsində ləğv edilməsi, yeni qətnamə qəbul edilərək, iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs X6 və cavabdeh İddiaçı kassasiya şikayətləri təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli 2(107)- 1772/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 1158/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Qəbələ X1rşı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 X15 X3 meşəbəyliyinin son 15 ildən artıq müddətdə istifadəsində və sahibliyində olan 99cu kvartalının 16-cı bölməsində yerləşən 0,80 hektar sahənin istirahət rekreasiya məqsədilə istifadəsinə verilməsinə dair müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-1158/2020 nömrəli qərardadından apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-1158/2020 nömrəli qərardadının ləğv edilməsi və işə yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi X8 apelyasiya şikayətin təmin edilməsini vəŞəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-1158/2020nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh X15 Təsərrüfatı Mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər . Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 5.2-ci bəndinə əsasən Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 6.2-ci bəndinə əsasən eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Ona görə də iddiaçının diqqətinə çatdırılmışdır ki, hazırki tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan kommersiya və ya rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-1158/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-1158/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-370/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-370/2020
09.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver