Məhkəmə qərarları › İş №2-1(107)-370/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-370/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-370/2023 18.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “İddiaçı Dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun bərpa edilməsi və aylıq müavinətin dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iş üzrə aidiyyət məsələsinə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “İddiaçı Dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun bərpa edilməsi və aylıq müavinətin dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdi. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1247/2023 nömrəli qərardadına əsasən, həmin iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Göstərilən qərardad iddiaçının Kəlbəcər rayonu Babaşlar kəndində yaşayış yeri üzrə qeydiyyatda olsa da faktiki olaraq Mingəçevir şəhəri, AZ-DRESS vaqonlar qəsəbəsində yaşaması ilə əsaslandırılmış, İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisənin ərazi aidiyyətinin Şəki İnzibati Məhkəməsinə aid olması qeyd edilmişdir. Şəki İnzibati Məhkəməsi iş materialları ilə tanış olaraq aşağıdakı nəticəyə gəlmişdir. Şəki İnzibаti Məhkəməsinin (hаkim Fəxri Hacızadə) 25 aprel 2023-cü il tаrixli qərаrdаdınа əsаsən, İddiaçı Cavabdehnə qarşı “Dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun bərpa edilməsi və aylıq müavinətin dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı birdəfəlik aylıq yemək xərci pulunun bərpa edilməsi və aylıq müavinətin ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının tələbindən imtina etmiş, iddiaçı məhkəməyə müraciət edərək cavabdehin düzgün qərar qəbul etmədiyini bildirərək aylıq yemək xərci pulunun bərpa edilməsi və aylıq müavinətin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müəyyən edilir ki, Cavabdeh səlahiyyətinin əhatə etdiyi ərazi yalnız bir məhkəmənin (Gəncə İnzibati Məhkəməsinin) yurisdiksiyasına aiddir. Şəki İnzibati Məhkəməsi hazırkı işə baxmağa səlahiyyətli deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddənin birinci cümləsindən göründüyü kimi, mübahisələndirmə haqqında iddiaların ərazi aidiyyəti ilə bağlı əsas qayda bundan ibarətdir ki, bu qəbildən olan işlərə cavabdeh inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Həmin maddənin ikinci cümləsində olan istisnaya görə isə, əgər inzibati orqanın səlahiyyətinin əhatə etdiyi ərazi iki və daha çox məhkəmənin yurisdiksiyasına aiddirsə, bu halda, işə artıq cavabdehin deyil, hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 8.1.4-ci maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Yuxarıda göstərilən əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “İddiaçı Dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun bərpa edilməsi və aylıq müavinətin dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iş Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 80-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrааldı: İddiaçı Cavabdehnə qarşı “İddiaçı Dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun bərpa edilməsi və aylıq müavinətin dayandırıldığı vaxtdan hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iş aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar