Məhkəmə qərarları › İş №2-1(107)-370/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-370/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-370/2025 15.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin tərtib edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin *4.*3.2*25 il tarixli, 2-1(116)-2118/2*25 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. işin halları:

1. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin ərizəsi təmin edilməmişdir.

2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2*.12.2*24-cü il tarixli imtina məktubu onunla əsaslandırılmışdır ki, Qəbələ RPŞ tərəfindən 16.*9.2**5-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində iddiaçının doğum tarixi xx.xx.1955-ci il olaraq qeyd edilmişdir. Qəbələ rayon Bum qəsəbə icra nümayəndəliyi tərəfindən *3.*4.1967-ci il tarixdə tərtib edilmiş *6 nömrəli nikah haqqında akt qeydində isə doğum tarixi “24.*2.1935-ci il”, nikahdan əvvəlki soyadı “Əliyeva” kimi göstərilmişdir. Cavabdeh arxivində saxlanılan doğum haqqında akt qeydləri yoxlanılmış, lakin iddiaçının doğum haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2**1-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktının itmiş qeydinin bərpası, həmin qeydin həqiqətən mövcud olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verən şəxsin seçdiyi qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. X7 14-cü bəndinə əsasən isə, qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktının itmiş yazısının bərpası mümkün olmadıqda, bu hal yalnız məhkəmə qaydasında müəyyən edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən, doğum haqqında akt qeydi aşkar edilmədiyindən təkrar doğum şəhadətnaməsinin verilməsi mümkün deyildir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “doğulduğu tarixin 24 fevral 1935-ci il, nikahdan əvvəlki soyadı – Əliyeva, adının - Gül atasının adının - X5, anasının adının isə - X2 göstərməklə doğum haqqında akt qeydinin tərtib edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx xxxxxx 1955-ci ii tarixdə Qəbələ rayonun Həmzəlli kəndində doğulmuşdur. Qəbələ rayon Həmzəlli kənd inzibati Ərazi nümayəndəliyi tərəfindən ona doğum haqqında akt qeydi tərtib edilibedilməməsindən məlumatı yoxdur. Lakin Qəbələ rayon Polis şöbəsindən 11 sentyabr 2**5-ci il tarixdə Seriya AZE təşkil edən ******** nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Şəxsiyyət vəsiqəsində soyadı “Ağayeva” (ərinin soyadı olaraq) adı “Gül”, ata adı “Bəkir”, doğum tarixi isə xx.xx.1955-ci il göstərilmişdir. *3.*4.1967-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh 14 may 2*24cü il tarixdə verdiyi AZ-T *62**2 nömrəli “Nikah haqqında şəhadətnamə”də nikah bağlanması haqqında akt qeydləri kitabında *6 nömrəsi ilə qeydə alınmış nikah zamanı onun doğumunun tarixi 25 fevral 1935-ci il olaraq qeyd edilmişdir. Həmin doğumunun tarixi düzgün qeyd edilmiş tarixdir. Şəxsiyyət vəsiqəsində qeyd olunan xx.xx.1955-ci il tarixi isə səhv olaraq göstərilmişdir. Yaxın günlərdə pensiya təminatı və eləcə də torpaq mülkiyyətinə dair müəyən hərəkətləri etmək üçün müraciət edəndə ona məlum olmuşdur ki, təqdim etdiyi sənədlərdə uyğunsuzluqlar mövcuddur. Buna görə də, ona doğum haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, müraciəti təmin edilməmişdir.

5. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir.

6. Şəki İnzibati Məhkəməsinin *4.*3.2*25-ci il il tarixli, 2-1(116)-2118/2*25 nömrəli qərardadı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən iddianın mümkün sayılmamasına əsas olan halların iddiaçının diqqətinə çatdırılması, onunla müzakirə edilməsi, müvafiq təkliflər verilməsi və həmin halların aradan qaldırılması üçün *4 mart 2*25-ci il tarixili məhkəmə iclası təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmişdir. Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Dinlənilmə hüququ aşağıdakı komponentlərdən ibarətdir :

1. Məlumatlandırılma-iddiaçının prosesin gedişatı və qərarlarla bağlı məlumata çıxış imkanı təmin edilməlidir.

2. Şəffaflıq və iştirak-iddiaçı inzibati məhkəmə icraatında iştirak etmək və öz fikirlərini, arqumentlərini bildirmək imkanına malik olmalıdır. Lakin, iddiaçı iclasda iştirak etməməsinin üzrlü səbəbləri barədə məlumat vermədən məhkəmə iclaslarında iştirak etməmişdir. İddia ərizəsini iddiaçı imzalamamışdır. Göründüyü kimi iddiaçı qeyd olunan məhkəmə iclaslarında iştirak edəcəyi halda iddia ərizəsinə dair formal tələblər aradan qaldırıla bilərdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları və iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 46-cı maddəsinin tələbləri imperativ xarakter daşıyır və verilmiş ərizələrdə mütləq göstərilməlidir. Buna görə də iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımi qaydada qaldırılması da aiddir (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1* aprel 2*15-ci il tarixli 5 nömrəli Qərarı - bənd 16). Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin forma və məzmununa dair qanunvericiliyin tələblərinə əməl etmədiyindən və bununla bağlı iddiaçıya məhkəmə tərəfindən edilmiş müraciət nəticəsiz qaldığından iddia mümkün sayılmamalıdır.

8. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

a) apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının yaşadığı Həmzəlli kəndinin poçt xidməti şöbəsi ixtisara salınaraq Bum qəsəbəsinin poçt şöbəsinə birləşdirilmişdir. Buna görə də, ünvanına gələn məktub poçtdan ona təqdim edilməmiş, tərəfindən imzalanaraq qəbul edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmamış, iddia tələbi üzrə məsələlərə münasibət bildirə bilməmişdir. Həmçinin iddia ərizəsi imzalanmış, forma və məzmunca qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: 1*. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları:

11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3* gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 1* gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 3* gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1* aprel 2*15-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər — ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi — imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

13. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti məhkəmə aktının ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Odur ki, həmin hissədə birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş baxılması üçün geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

16. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

17. İş materiallarından görünür ki, iddia ərizəsi 28.*1.2*25-ci il tarixdə birinci instansiya məhkəməsinin icraatına daxil olmuşdur. İddia ərizəsi iddiaçı tərəfindən imzalanmamışdır.

18. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin imzalanmaması aşkar edildiyindən, iddianın mümkünsüzlüyünə səbəb olan halların iddiaçının diqqətinə çatdırılması, onunla müzakirə edilməsi və müvafiq təkliflərin edilməsi üçün məhkəmə hazırlıq iclası təyin edilmişdir.

19. 2*25-ci ilin *4 mart tarixinə təyin edilmiş hazırlıq icraatı çərçivəsində keçirilməsi nəzərdə tutulan məhkəmə iclasının bildirişi iddiaçıya 26 fevral 2*25-də göndərilmişdir. Sözügedən bildirişin iddiaçı tərəfindən alınıb-alınmaması iş materialları ilə müəyyən edilmir. İPM-nin 2*.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 2*. Məhkəmə bildirişinin təqdim edilmə müddəti dedikdə, bildirişin təqdim olunduğu və məhkəmə iclasının təyin olunduğu günlər arasındakı vaxt başa düşülür. Hazırkı iş üzrə iddiaçıya bildirişin göndərildiyi tarixlə məhkəmə iclası arasında müddət qısa olduğundan və bildirişdə iddia ərizəsində yol verilmiş xətaların aradan qaldırılması ilə bağlı hər hansı qeyd olmadığından məhkəmə kollegiyası hesab edir ki, nöqsanların aradan qaldırılması üçün iddiaçıya lazımi şəraitin yaradılması və bunun üçün ağlabatan vaxt təyin edilməsi müəyyən edilmir.

21. Nəzərə alınmalıdır ki, məhkəmə işin faktiki hallarının aydın şəkildə ifadə olunmasına, bu halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim edilməsinə yardım etməyə və öz fikirləri barədə tərəflərə məlumat verməyə borcludur. Məhkəmə, tərəflərə məhkəmənin hüquqi mövqeyinə reaksiya vermək imkanı yaratmalı və heç bir halda tərəflər üçün təəccüb doğuracaq, gözlənilməz qərarların qəbul edilməsinə yol verməməlidir. Yalnız belə olan təqdirdə tərəflər prosesdə məqsədəuyğun davrana bilərlər.

22. İnzibati Prosessual Məcəllənin 46-cı maddəsində iddia ərizəsinin tərtibi ilə bağlı göstərişlər qeyd edilmişdir. Həmin maddədə iddia ərizəsinin imzalanması ilə bağlı birbaşa tənzimləmə olmasa da, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Prosessual qanunvericilikdə iddia ərizəsinin imzalanması ilə bağlı tələbin müəyyən edilməsi, iddiaçının iradə ifadəsinin mövcudluğunu müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırkı iş üzrə iddia ərizəsinin imzalanmaması faktı nəzərə alınmaqla, irəli sürülmüş iddia tələbinə baxılması zamanı iddiaçının hüquqi marağının mövcudluğu məsələsinin müəyyənləşdirilməsi zəruridir. Odur ki, işə baxan hakim iddia ərizəsindəki qüsurları iddiaçının nəzərinə çatdırmalı və ona iddia ərizəsinin müvafiq tələblərə uyğunlaşdırılması üçün ağlabatan müddət təyin etməlidir.

23. İddiaçının məhkəmə iclasında iştirak edəcəyi halda formal tələblərin aradan qalxması ehtimalının mövcudluğu onu deməyə əsas verir ki, hazırkı işin konkret halından asılı olaraq məhkəmə, yardım etmək vəzifəsini məhkəmə iclası keçirmədən tərəflə apardığı yazışmalar vasitəsilə də, yerinə yetirə bilərdi.

24. Hər bir halda işin yuxarıda qeyd edilən halları nəzərə alınmaqla məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasının təyin edilməsi və iddiaçıya müvafiq bildirişin göndərilməsi dinlənilmə hüququnun təmin edilməsi üçün yetərli deyil. İstinad olunan Plenum qərarının 16.5-ci bəndinin tələbləri baxımından dinlənilmə hüququ o halda təmin edilmiş hesab edilə bilər ki, iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmış olsun.

25. Yalnız bu qaydada davranıldığı halda və iddia ərizəsindəki çatışmazlıqlar müəyyən edilmiş müddət ərzində aradan qaldırılmadıqda, məhkəmə iddiaçının dinlənilmə hüququnun təmin edilməsinə istinad edərək iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

26. İşin faktiki hallarına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi “doğulduğu tarixin 24.*2.1935-ci il, nikahdan əvvəlki soyadının “Əliyeva”, adının “Gül”, ata adının “X6”, anasının adının isə “X2” göstərilməklə doğum haqqında akt qeydinin tərtib edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi” barədədir.

27. İş materiallarından görünür ki, iddiaçı, şəxsiyyət vəsiqəsində doğulduğu tarixin xx.xx.1955-ci il göstərilməsinə baxmayaraq, faktiki olaraq 24.*2.1935-ci ildə doğulduğunu iddia edir.

28. Cavabdeh orqan isə iddiaçının doğum akt qeydinin ümumiyyətlə Cavabdeh arxivində olmamasını bildirir.

28. İddiaçının doğulduğunu iddia etdiyi – 1935-ci ilə aid akt qeydlərinin rayon arxivlərinə təhvil verilməsi ehtimalı olduğundan iddiaçıya münasibətdə 1935-ci ildə müvafiq akt qeydinin tərtib edilib-edilməməsi Qəbələ rayon Dövlət Arxivinə sorğu verilməklə dəqiqləşdirilməlidir. Belə ki, müvafiq akt qeydinin mövcudluğu aşkar edilərsə iddia tələbinin “akt qeydinin tərtib edilməsi” ilə bağlı hissəsində iddiaçının hüquqi müdafiə ehtiyacı aradan qalxacaq və yalnız iddia tələbinin müvafiq şəhadətnamənin verilməsi hissəsinə münasibətdə cavabdeh orqanın hərəkətləri mahiyyəti üzrə yoxlanacaqdır.

29. Sözügedən akt qeydi aşkarlanmadığı halda isə tələbin dəqiqləşdirilməsi üçün iddiaçıya hüquqi yardım göstərilə və irəli sürülmüş tələbin - “doğulduğu tarixin 24.*2.1935ci il, nikahdan əvvəlki soyadının “Əliyeva”, adının “Gül”, ata adının “X6”, anasının adının isə “X2” göstərilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi və bərpa edilmiş akt qeydinə uyğun müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində ifadə edilməsi təklif edilə bilər. 3*. Belə ki, konkret mübahisənin məzmunu və cavabdeh orqanın təqdim etdiyi imtina cavabı nəzərə alındıqda, iddiaçının irəli sürdüyü tələb – doğum haqqında şəhadətnamənin verilməsi – hüquqi baxımdan doğum akt qeydinin bərpası ilə birbaşa əlaqəlidir və bu həmin tələbə dair ilkin hüquqi şərtdir.

31. İddiaçının ilkin ərizəsində doğum akt qeydinin bərpasının ayrıca tələb kimi göstərilməməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın imtina cavabında doğum akt qeydinin mövcud olmaması və bərpasının mümkün olmaması əsas gətirilərək şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Odur ki, prosessual qənaət prinsipi baxımından tələb dəqiqləşdirildikdən sonra iddia tələbinə doğum akt qeydinin bərpası və bu əsasda doğum haqqında şəhadətnamənin verilməsi tələbi kimi məhkəmə tərəfindən hüquqi qiymət verilməsi mümkündür.

32. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, eyni zamanda iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Lakin, mübahisəyə mahiyyəti üzrə baxılmadığından və qərardad prosessual normaların tələbləri pozulmaqla qəbul edildiyindən, bu pozuntuların aradan qaldırılması üçün işin təkrar məhkəmə baxışına qaytarılması zəruridir. Odur ki apellyasiya şikayətinin “iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsi” ilə bağlı hissəsi təmin edilə bilməz.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şəki İnzibati Məhkəməsinin *4.*3.2*25-ci il tarixli, 2-1(116)-2118/2*25 nömrəli qərardadı ləğv edilir. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar