Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-374/2020 24.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi) Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi XN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-N(NN6)-NNN/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.N965-ci ildə Mingəçevir şəhərində anadan olmuş və hazırda həmin şəhərdə yaşayır. O, Mingəçevir Şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.N992-ci ildən xx.xx.N99N-cü ilədək N nömrəli hərbi hissədə, xx.xx.N994cü ildən xx.xx.N995-ci ilədək 4NN nömrəli hərbi hissədə, xx.xx.N995-ci ildən xx.xx.N996-cı ilədək N nömrəli hərbi hissədə xidmət keçmiş, N nömrəli hərbi hissə komandirinin əmri ilə xx.xx.N996-cı ildə həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. O, hərbi xidmətdə olduğu zaman radiostansiya rəisi olmaqla N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N20 nömrəli əmri ilə döyüş əməliyyatlarını təmin etmək məqsədilə xx.xx.N992-ci il tarixdən Ağdam rayonu döyüş əməliyyatları bölgəsində rabitə əlaqəsi yaratmaq üçün Ağdam rayonuna ezamiyyətə göndərilmişdir. Həmin hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N29 nömrəli əmrində iddiaçının xx.xx.N992-ci ildən ezamiyyətdən qayıtması barədə məlumat vardır. Bundan başqa, N nömrəli hərbi hissə komandirinin xx.xx.N99N-cü il tarixli 22 nömrəli əmrində iddiaçının Ağdam rayonu döyüş əməliyyatları bölgəsinə mühafizə etmək üçün göndərilməsi barədə məlumat vardır. Bundan başqa, N nömrəli hərbi hissə komandirinin xx.xx.N99N-cü il tarixli 50 nömrəli əmrində iddiaçının Ağdam rayonuna getmiş hesab edilməsi barədə məlumat vardır. İddiaçı hərbi biletində N nömrəli hərbi hissə komandirinin xx.xx.N99N-cü il tarixli 22 nömrəli əmri ilə xx.xx.N99N-cü ildən xx.xx.N99N-cü ilədək Ağdam rayonunda gedən döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilmiş və bu qeydlər N nömrəli hərbi hissə tərəfindən təsdiq olunmuşdur. Şəki İnzibati Məhkəməsinin (hakim V.Qasımov) xx xxxx 2020-ci il tarixli, 2-N(NN6)- NNN/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-N(NN6)-NNN/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hesab edirlər ki, məhkəmə qərarı qanunsuz və əsassız olduğunundan, qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan aşağıdakı səbəblərdən ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Həmin Qərara dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 422 №-li Qərarına əsasən: "... Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)”sözləri əlavə edilmişdir. İşin tam və hərtəfli araşdırılması üçün Müdafiə Nazirliyi Mərkəzi Arxivinə sorğu verilmiş, Arxiv tərəfindən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya təqdim edilmiş və iddiaçıya “Müharibə” veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsas olmuş xx xxxxxx 20N8-ci il tarixli arayışın surəti təqdim edilmişdir. Arxiv arayışında N nömrəli hərbi hisədə xidmət zamanı ezamiyyəti döyüş tapşırığı ilə bağlı olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N6-cı il tarixli 4N8 nömrəli Qərarının N-ci bədinin N.N.N-ci yarımbəndinə uyğun olaraq xx xxx N994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştrak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma kontuziya) almış hərbi qulluqçulara şamil edildiyindəniddiaçıya “Müharibə” veteram” adı və vəsiqəsinin verilməsini istisna etdiyindən Komissiya tərəfindən əsaslı olaraq iddiaçıya “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Bununla da Komissiyanın qərarı qanuni və əsaslıdır. Odur ki, yuxarıda qeyd olunanlarlı nəzərə alaraq Şəki İnzibati məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-N(NN6)-NNN/2020 saylı nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul etməyinizi Sizdən xahiş edilir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.N-cü mаddəsi). Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-N(NN6)-NNN/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: - İşdə olan, НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N99N-cü il tarixli 22 nömrəli əmri ilə xx.xx.N99N-cü ildən xx.xx.N99N-cü ilədək Ağdam rayonunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. - İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsininxx.xx.20N8-ci il tarixli NN6 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.N992-ci ildən xx.xx.N99N-cü ilədək N nömrəli hərbi hissədə, xx.xx.N994-cü ildən xx.xx.N995-ci ilədək 4NN nömrəli hərbi hissədə, xx.xx.N995-ci ildən xx.xx.N996-cı ilədək N nömrəli hərbi hissədə xidmətdə olmuş, N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə xx.xx.N996-cı ildə həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunaraq, qeydiyyatda olduğu Mingəçevir Şəhər Hərbi Komissarlığının sərəncamına göndərilmiş, siyahılardan və bütün növ təminatlardan çıxarılmışdır. - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.20N9-cu il tarixli N/Y-NNN04 nömrəli məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissədə xidməti zamanı onun Ağdam rayonuna ezam olunması döyüş tapşırığının icrası ilə bağlı olmadığından ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün deyildir. - İşdə olan, Azərbaycan Respublikası Qarabağ Hərbi Prokurorluğunun xx.xx.20N9cu il tarixli N6/5250 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Qarabağ Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material aşkar edilməmişdir. - İşdə olan, Şəki ŞRPŞ-nin xx.xx.2020-ci il tarixli N89-N75-N220 nömrəli məktubu ilə göndərilmiş tələbnamədən görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli ***-**** nömrəli məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 6N nömrəli əmrilə xx.xx.N992-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək rabitə bölüyünün radiostansiya rəisi vəzifəsinə təyin edilmişdir. Bundan sonra, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N20 nömrəli əmrilə İddiaçı döyüş əməliyyatlarını təmin etmək məqsədilə xx.xx.N992-ci il tarixdən Ağdam rayonuna ezam olunmuşdur. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən N0 gün müddətində (İPM-in 85.N-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.N-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-N(NN6)-NNN/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in N4.N-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, N.N və 8.N-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in N.N, 2.N, 2.2.N və N4.N-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in N5.N-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları göstərməyi zəruri hesab edir. Belə ki, "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun N-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində deyilir ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin N-ci hissəsinin dördüncü bəndində deyilir ki, bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən, Müdafiə Nazirliyi tərəfindən verilir. Göründüyü kimi iqtibas edilmiş normalardan göründüyü kimi, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara təkcə döyüş tapşırığının deyil, həm də döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara verilir. Hazırda, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci iltarixli 9/2-N852 nömrəli arayışında göstərilmişdir ki, radiostansiya rəisi olan çavuş İddiaçı döyüş əməliyyatlarını təmin etmək məqsədilə N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N20 nömrəli əmri ilə xx.xx.N992-ci il tarixdən Ağdam rayonuna ezam olunmuşdur. Həmin arayışda daha sonra deyilir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N29 nömrəli əmrində onun xx.xx.N992-ci il tarixdən ezamiyyətdən qayıtması barədə məlumat vardır. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.20N8-ci il tarixli 9/2-N47N5 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N20 nömrəli əmri ilə xx.xx.N992-ci il tarixdən Ağdam rayonu döyüş əməliyyatları bölgəsində rabitə əlaqəsi yaratmaq üçün ezamiyyətə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N29 nömrəli əmrində iddiaçının xx.xx.N992-ci il tarixdən ezamiyyətdən qayıtması barədə məlumat vardır. Həmçinin, N nömrəli hərbi hissə komandirinin xx.xx.N99N-cü il tarixli 22 nömrəli əmrində iddiaçının Ağdam rayonu döyüş əməliyyatları bölgəsinə mühafizə etmək üçün göndərilməsi barədə, xx.xx.N99N-cü il tarixli 50 nömrəli əmrində isə onun Ağdam rayonuna getmiş hesab edilməsi barədə məlumatlar vardır. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N99N-cü il tarixli 22 nömrəli əmri ilə xx.xx.N99N-cü ildən xx.xx.N99N-cü ilədək Ağdam rayonunda gedən döyüş əməliyyatlarında iştirak etməsi onun hərbi biletində də qeyd edilmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı N nömrəli hərbi hissədə xidməti zamanı Ağdam rayonuna ezam olunması döyüş tapşırığının icrası ilə bağlı olmadığından ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.N və 94.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-N(NN6)-NNN/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən N ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-374/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-374/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver