Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-374/2023 07.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı dövlət sosial yardım təyinatından imtina edilməsi barədə qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət edilən xx.xx.2022-ci il tarixdən hər ay üçün 295 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin təyin olunaraq xx.xx.2022-ci il tarixdən aztəminatlı ailəyə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(116)-1314/2023 nömrəli qərarından İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ünvanlı dövlət sosial yardım təyinatından imtina edilməsi barədə qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikası qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət edilən xx.xx.2022-ci il tarixdən hər ay üçün 295 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin təyin olunaraq xx.xx.2022-ci il tarixdən aztəminatlı ailəyə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İşin qısa mahiyyəti ondan ibarətdir ki,iddiaçının ailəsi orta aylıq gəlirləri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan sosial yardım almaq hüququna malik olan aztəminatlı ailədir.İddiaçı ünvanlı sosial yardım almaq üçün cavabdeh inzibati orqana qanunvericiliyin tələbinə uyğun olaraq ilkin olaraq 23 aprel 2022-ci il tarixdə VEMTAS elektron sistemi vasitəsilə müraciət etmiş, VEMTAS tərəfindən təmsilçinin (İddiaçı) xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kmi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi səbəbi ilə sosial yardımın təyin olunmasından imtina cavabı edilmişdir.
3. İddiaçı tərəfindən ünvanlı sosial yardımın təyin olunması üçün 19 may 2022-ci il, 26 may 2022-ci il, 27 iyun 2022-ci il və 04 oktyabr 2022-ci il tarixli müraciətləri VEMTAS elektron sistemi tərəfindən iddiaçı tərəfindən zəruri məlumatların qurumlarla yoxlanılmasından sonra tələbin təmin olunmasından imtina edilmişdir.Qeyd olunan imtina səbəbləri kimi iddiaçının müvafiq məlumatları öz təsdiqini tapmaması olmuşdur.
4. Cavabdeh məhkəməyə təqdim etdiyi 28 mart 2023-cü il tarixli etiraz məktubunda bildirir ki, İddiaçı ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ilk dəfə xx.xx.2022-ci il tarixli **********73001 nömrəli ərizə ilə müraciət etmişdir. Həmin müraciətə qanunla nəzərdə tutulmuş müddət ərzində baxılmış və xx.xx.2022-ci il tarixdə qurumlarla yoxlama əsasında VEMTAS tərəfindən təmsilçinin (İddiaçı) xx.xx.2015- ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi səbəbi ilə ÜDSY təyin edilməsindən imtina edildiyini bildirmişdir.
5. İddiaçı tərəfindən VEMTAS elektron sistemi vasitəsilə ÜDSY-i almaq üçün 10 dəfə fərqli tarixlərdə müraciət edilmişdir. Həmçinin qeyd edək ki, təmsilçinin sonuncu xx.xx.2023-cü il tarixli **********927 nömrəli müraciəti cavabdeh tərəfindən araşdırılır və hazırki tarixə qədər imtina verilməmişdir, yəni təmsilçinin müraciəti ilkin mərhələdən keçmişdir. Qeyd olunmalıdır ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə cavabdeh tərəfindən ərizə-bəyannamədə qeyd olunan məlumatlarda uyğunsuzluq aşkar edilməsi (VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmaması) səbəbilə (Qaydaların 3.7.1-ci bəndinə müvafiq olaraq) imtina verilməsi qanunauyğun olmuşdur. Qeyd etmək istəyirik ki, təmsilçinin sonrakı müraciətlərinə ilkin mərhələdə VEMTAS tərəfindən imtina verilməmişdir, həmin müraciətlərdə artıq VÖEN-lə bağlı məlumat ərizə-bəyannamədə təmsilçi tərəfindən doğru daxil edildiyindən, imtinalar fəqli əsaslarla xüsusilə maddi-məişət şəraitinin keçirilməsi ilə bağlı olmuşdur. Cavabdeh məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərərk iddianın rədd olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 29 mart 2023-cü il tarixli, 2- 1(116)-1314/2023 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmişdir.
9. İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(116)-1314/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci tarixli müraciətində ailə üzvləri barədə məlumat bölməsində ********* nömrəli telefon nömrəsini qeyd etmiş, faktiki yaşayış ünvanı barədə məlumatlarda isə telefon nömrəsinin olmadığını bildirmişdir. Lakin, maddi-məişət şəraitinin yoxlanılması zamanı yaşayış ünvanında telefon xətti aşkarlanmışdır. Göründüyü kimi təmsilçinin ərizəbəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı müəyyən edilmiş hallar üst-üstə düşmür. Bu da onu deməyə əsas verir ki, cavabdeh orqan haqlı olaraq “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.1-ci yarımbəndinə əsasən, təmsilçiyə ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina etmişdir. Növbəti dəfə təmsilçi xx.xx.2022-ci il tarixli **********958 nömrəli ərizə ilə müraciət etmişdir. Təmsilçiyə xx.xx.2022-ci il tarixdə maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması əsası ilə imtina edilmişdir. Təmsilçi xx.xx.2022-ci il tarixli **********958 nömrəli ərizə ilə yenidən müraciət etmişdir. Təmsilçiyə xx.xx.2022-ci il tarixdə başqa şəxsə aid olan telefon nömrəsi qeyd edildiyi üçün Qaydaların 3.7.1-ci yarımbəndinə müvafiq olaraq ÜDSY təyin edilməsindən imtina edilmişdir. Təmsilçi xx.xx.2022-ci il tarixli **********95805 nömrəli ərizə ilə yenidən müraciət etmişdir. Təmsilçiyə xx.xx.2023-cü il tarixdə maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmamasına görə imtina verilmişdir. Nəhayət təmsilçi sonuncu dəfə xx.xx.2023-cü il tarixli **********927 nömrəli ərizə ilə müraciət etmişdir. Belə ki, sözügedən müraciətə müvafiq qaydada baxılmış, VEMTAS tərəfindən imtina verilməmiş və təmsilçi növbəti mərhələyə, yəni maddi-məişət şəraitinin müayinəsi mərhələsinə keçə bilmişdir. Xüsusilə vurğulamağı zəruri hesab edir ki, iddiaçının təyinata namizəd olması birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmışdır (Yazılı və şifahi). Nəticədə iddiaçı maddi-məişət şəraitinin müayinəsi mərhələsini də keçmiş və İddiaçı xx.xx.2023-cü il tarixdə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. İddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli imtinanın əsasını iddiaçı ərizə-bəyannaməni doldurarkən faktiki yaşayış ünvanı ilə bağlı məlumatlarda yaşayış ünvanı kimi qeyd etdiyi mənzilin telefon nömrəsini qeyd etməməsi, maddi-məişət şəraitinin yoxlanılması zamanı evdə telefon xəttinin aşkar olunması təşkil edir. Həmçinin, iddiaçı şifahi izahatında (müayinə aktı ilə təsdiq olunur) evdə telefon xəttinin olduğunu, ancaq istifadə etmədiyini söyləməklə ərizə-bəyannaməni natamam doldurduğunu qəbul etmiş olur. Qeyd edir ki, iddiaçının müavinə aktına qeyd etdirdiyi nömrə başqa bir nömrədir. Həmçinin, iddiaçı müayinə aktı ilə tanış olub, müayinəni keçirən əməkdaşlara şifahi şəkildə bildirdiyi məlumatları öz imzası ilə də təsdiq etmişdir. İddiaçı təyinat aldığı (xx.xx.2023-cü il tarixli) müraciətində faktiki yaşayış ünvanı ilə bağlı məlumatlarda telefon nömrəsini (tel: 2********) qeyd etmiş və məlumatlar maddiməişət şəraitinin yoxlanılması zamanı təsdiq olunmuşdur.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, Şəki İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(116)-1314/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə1 tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, Şəki İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(116)-1314/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun: 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 3.5-ci maddəsində deyilir ki, Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1dən etibarən 1 (bir) il müddətinə təyin olunur. 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının: 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri ailə üzvünün əmək qabiliyyətini itirməsi, əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması, ailə üzvünün vəfat etməsi, ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün azadlıqdan məhrum edilməsi və ailə üzvünün olduğu yerin məlum olmaması səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. 1.3-cü bəndinə əsasən, sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. 3.2-ci maddəsinə əsasən, VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3-cü bəndinə əsasən, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Mərkəzin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4-cü bəndinə əsasən, mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddiməişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır.
17. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
18. İddiaçının və cavabdeh orqanın apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçlərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.
19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir.
24. Hazırkı qərarın 15 və 16-cı bəndlərində sadalanan normaların tələbindən göründüyü kimi, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım hüququna malikdirlər və sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına görə sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur və müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılaraq müvafiq qərar qəbul edilir.
25. İş materiallarından müəyyən edilir ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətlərindən iki əsas üzrə imtina edilmişdir: 1.VEMTAS elektron sistemi tərəfindən iddiaçının müraciətində sistemə daxil edilən məlumatların qurumlarla yoxlanılması əsasında; 2. Cavabdeh inzibati orqanın əməkdaşlarının yerində yoxlaması nəticəsindəmaddi-məişət əsasında.
26. İlk əvvəl qeyd etmək lazımdır ki,ünvanlı sosial yardımın təyin olunması üçün təmsilçi tərəfindən VEMTAS-a daxil olaraq tələb olunan məlumatları elektron formada doldurmaq və sonunda təsdiq etmək lazımdır.VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən müvafiq qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.
27. Məhkəmə kollegiyası birinci kateqoriyadan olan imtinalara münasibətdə qeyd edir ki, iddiaçı ilkin olaraq 23 aprel 2022-ci il tarixdə VEMTAS elektron sistemi vasitəsilə müraciət etmiş, VEMTAS tərəfindən təmsilçinin (İddiaçı) xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınsa da, gəliri barədə məlumatın təqdim edilməməsi səbəbi ilə sosial yardımın təyin olunmasından imtina cavabı verilmişdir.
28. İddiaçının 19 may 2022-ci il tarixli müraciəti onun vergi ödəyicisi kimi uçota alınsa da gəliri barədə məlumatın təqdim edilməməsinə, "xxxx" ASC tərəfindən təqdim edilən məlumata əsasən abonent kodu ilə bağlı uyğunsuzluğun aşkar edilməsinə əsasən təmin olunmamışdır.
29. İddiaçının 26 may 2022-ci il, 27 iyun 2022-ci il və 04 oktyabr 2022-ci il tarixli müraciətləri onun VÖEN-lə bağlı məlumatların öz təsdiqini tapmamasına əsasən təmin olunmamışdır.
30. İddiaçının ikinci kateqoriyadan olan 14 oktyabr 2022-ci il tarixli müraciəti iddiaçının telefon nömrəsinin yanlış qeyd edildiyi əsasında təmin edilməmişdir.
31. İddiaçı tərəfindən “Ərizə-bəyannamə”də göstərilən məlumatlardan ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 faizindən az olduğu (ailənin ümumi telefon xərci 30 manat, adambaşına telefon xərci 10 manat və s.) ailə üzvünün orta aylıq gəlirinin 116,85 manat olduğu müəyyən edilmişdir. İddiaçı məcburi köçün statusuna malik olmaqla, ailə başçının itirilməsinə görə sosial müavinət almaqla 8 yaşına çatmamış uşağa qulluq edən şəxs kateqoriyasına daxildir.
32. İddiaçının müxtəlif tarixli müraciətlərinə və cavabdehin imtina bildirişlərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən VEMTAS-a məlumatların natamam və ya doğru daxil edilməməsi öz təsdiqini tapır. Görünən əsaslarla tələbin təmin edilməsindən insan müdaxiləsi olmadan imtina olunmuşdur. Bu zaman müvafiq sistem vasitəsi ilə məlumatlar yoxlanılmış, daxil edilən məlumatlarla əldə olunan məlumatlar arasında uyğunsuzluq olduğundan növbəti mərhələyə keçmədən tələb təmin olunmamışdır.
33. Lakin, iddiaçının 14 oktyabr 2022-ci il tarixli müraciəti iddiaçının telefon nömrəsini yanlış olaraq qeyd edildiyi əsasında təmin edilməmişdir. Bu zaman ilkin olaraq VEMTAS-a daxil olunan məlumat yoxlanılmış, yerində maddi-məişət şəraitinin yoxlanılması zərurəti yaranmışdır. Göstərilən “telefon nömrəsinin yanlış daxil edilməsi” əsasında iddiaçıya ünvanlı sosial yardımın təyin olunmasından imtina edilmişdir.
34. Hazırkı qərarın 16-cı bəndində qeyd olunan “Qaydalar”ın 3.7-ci bəndinə uyğun olaraq cavabdehin imtinası əsaslı olmamışdır. Müvafiq sistem vasitəsilə yoxlanılmış məlumatlarda yanlışlıq aşkar olunmadığı halda yerində müayinə nəticəsində elektron məlumatlara aid yanlışlıq təsbit olunmuşdur.
35. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin olunmalı, 01 oktyabr 2022-ci il tarixindən etibarən iddiaçıya ünvanlı sosial yardımın təyin olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır.
36. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin ünvanlı dövlət sosial yardım təyinatından imtina edilməsi barədə qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası qanununun 3-cü və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət edilən xx.xx.2022-ci il tarixdən hər ay üçün 295 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin təyin olunaraq xx.xx.2022-ci il tarixdən aztəminatlı ailəyə birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının və cavabdeh inzibati orqanın apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
37. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(116)-1314/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.