Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-375/2021 01.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X17) “Zaqatala rayon AİK-nın 2003-cü il 25 sentyabr tarixli 110 saylı qərarının qanuna uyğun verilməməsinə, ailəsinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin qərar əsasında X12 verilmiş A seriyalı 460917 saylı torpaq sahəsinin plan və ölçü sənədinin ləğv olunması, həmin torpaq sahəsinin faktiki istifadələrində olan hissəsi üzərində mərhum anası X4 adına hüquqmüəyyənedici sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2-1(116)-1173/2020 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin ona məxsus miras payının 0.08 ha torpaq sahəsi üzərində əldə etdiyi plan və ölçü sənədinin etibarsız sayılması, qanuni, faktiki istifadələrində olan 0.08 ha torpaq sahəsinə cavabdeh X3suz əldə etdiyi plan və ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya 07.07.2020-ci il tarixdə yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, fiziki şəxs olan hazırkı cavabdehə qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Onun tələbində isə fiziki şəxs olan hazırkı cavabdehə qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. Həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçının nəzərinə çatdırılmışdır ki, ərizəsində iddia tələbi dəqiq ifadə olunmamışdır. Bundan başqa, tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Bu növ iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdə onun müraciətindən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. İddiaçı yardım məktubunda sadalanan nöqsanları aradan qaldıraraq 15.07.2020-ci il tarixli yeni dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Zaqatala rayon AİK-nın 2003-cü il 25 sentyabr tarixli 110 saylı qərarının qanuna uyğun verilməməsinə, ailəsinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin qərar əsasında X12 verilmiş A seriyalı 460917 saylı torpaq sahəsinin plan və ölçü sənədinin ləğv olunması, həmin torpaq sahəsinin faktiki istifadələrində olan hissəsi üzərində mərhum anası X4 adına hüquqmüəyyənedici sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, torpaq islahatı zamanı iddiaçı və onun ailəsinin mülkiyyətinə 0.20 ha həyətyanı, 1.22 ha pay torpağı, 1.02 ha bağ sahəsi verilmişdir. 1.02 ha bağ sahəsindən 0.67 ha bağ sahəsi iddiaçının 0.20 ha həyətyanı torpaq sahəsinə bitişikdir. Həmin torpaq sahəsi 1948-1950-ci illərdə valideynləri tərəfindən əkildiyi üçün kolxozdan alınacaq əmlak hesabına əmək tövhəsi əvəzinə iddiaçının ailəsinə (mərhum anası Soltanat Quniyevaya) verilmişdir. 13 iyun 1995-ci il tarixli Aktdan göründüyü kimi keçmiş “Şəfəq” adına kolxozunun YAİK-nın 17 aprel 1995-ci il tarixli 04 saylı qərarına əsasən həmişəlik iddiaçının ailə üzvlərinin istifadəsində olan torpaqdan 1.02 ha-sı X5 verilmiş, qonşu torpaq mülkiyyətlərinin sərhədlərinə mərz nişanələri vurulmuşdur. İddiaçı mərhum anası Soltanat Quniyevanın qanuni vərəsəsi olaraq Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli 110 saylı qərarı ilə DTXK-nın Zaqatala rayon şöbəsi tərəfindən X2 adına 18 iyul 2013-cü il tarixdə 221 nömrə ilə uçota alınaraq verilmiş AN seriyalı 460916 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin orqan çıxarışın verilməsindən imtina etmişdir. Belə ki, iddiaçının sənəd üzrə torpaq sahəsi 0.4715 ha göstərildiyi halda, faktiki istifadəsində olan torpaq sahəsi 0.5927 ha olmuşdur. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2-1(84)-878/2018 saylı qərardadı ilə İddiaçının eyni mübahisə predmetinə aid iddia tələbi mümkün sayılmamışdır. Daha sonra İddiaçı (bundan sonra iddiaçı) cavabdeh X16 və 3-cü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və Zaqatala Rayonu İcra Hakimiyyətinə qarşı “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 2003-cü il 25 sentyabr tarixli, 110 nömrəli qərarının qismən X12 torpaq verilməsi hissəsində ləğv edilməsi və həmin qərar əsasında X12 verilmiş AN 460917 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmişdir. Zaqatala rayon Məhkəməsinin 01.02.2019-cu il tarixli, 2(033)-90/2019 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(107)-1490/2019 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 18.02.2020-ci il tarixli, 2(102)-1314/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(107)- 1490/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2(107)-1017/2020 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala rayon Məhkəməsinin 01.02.2019-cu il tarixli, 2(033)- 90/2019 saylı qətnaməsi ləğv edilmiş və iddiaçının iddia tələbinə dair iş üzrə icraata xitam verilmişdir. İddia ərizəsi ilə bağlı məlumat verilir ki, iddiaçı Qunuyeva X8 rayonu, Mazıx kəndi ünvanında yerləşən 0,4715 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi üçün 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri və kadastr ekspertizası zamanı məlum olmuşdur ki, üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması nəzərdə tutulmuş torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq vardır. Belə ki, Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş AN 460916 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin ölçüsü 0.4715 ha göstərilmiş, lakin faktiki istifadədə olan torpaq sahəsinin ölçüsü isə 0.5927 ha təşkil edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya imtina bildirişi ünvanlanmışdır. 18 saylı Zaqatala Ərazi İdarəsinə Ləğv edilmiş DTXK-sı tərəfindən təhvil verilmiş ünvan 1i üzrə torpaq islahatı ilə bağlı arxiv məlumatlarına əsasən aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı daxil olmaqla ünvan 1ində X6 və onun ailə üzvlərinə (3 nəfərə) Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarı ilə 0,1951 ha həyətyanı, 0,4715 ha, 0,2803 ha və 0,2605 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə Ləğv edilmiş DTXK-si tərəfindən AN 116003, AN 460916, AN 460794 və AN 462442 “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. 0,1951 ha həyətyanı, 0,2803 ha və 0,2605 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışlarla rəsimləşdirilmişdir. Eyni zamanda hal-hazırkı iş üzrə 3-cü şəxs X12 və onun ailə üzvlərinə (3 nəfərə) Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarı ilə ünvan 1ində 0,1203 ha həyətyanı, 0,4895 ha, 0,1505 ha və 0,3794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə Ləğv edilmiş DTXK-si tərəfindən AN 116002, AN 460874, AN 460917 və AN 460918 “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. İş üzrə üçüncü şəxs etirazında qeyd etmişdir ki, iddiaçının ləğv olunmasını tələb etdiyi 460917 saylı torpaq sahəsinin plan və ölçüsü sənədi Zaqatala rayon AİK-nın 20 iyul 1996cı il tarixli JN-456 saylı dövlət aktına əsasən verilmişdir. JN-456 saylı dövlət aktı 03.06.1995-ci il tarixli yerli islahat komissiyasının aktına əsasən verilmişdir. Həmin aktlarla iddiaçının tələb etdiyi torpaq sahəsi üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinin plan cizgiləri daxilindədir. İddiaçı torpaq iddiaası ilə 2004-cü ildən məhkəmələrə müraciət edir. Müraciətin forması dəyişilsə də, məzmunu dəyişməmiş qalır. Bütün əvvəlki məhkəmələrin qərarlarından sonra Şəki İnzibati məhkəməsində İddiaçı 460917 saylı torpaq sahəsinin plan ölçüsü sənədinin ləğv edilməsi tələbi əsassızdır, heç bir hüquqi normalara sığmır. Təcavüzkar zəbt etdiyi 0,0610 kv.m. torpaq sahəsinin özünün xeyrinə sənədləşdirmək üçün növbəti dəfə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Üçüncü şəxs İddiaçı iddia tələbinin əsassız olduğunu ilk məhkəmədə 2004-cü ildə sübut etmişdir. Üçüncü şəxs iddiaçının tələbini əsassız olduğuna görə rədd edir və məhkəmədən ədalətli qərarın çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında 3-cü şəxs iddianın rədd olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2-1(116)-1173/2020 saylı qərarı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X17) “X12 verilmiş A seriyalı 460917 saylı torpaq sahəsinin plan və ölçü sənədinin ləğv olunması, həmin torpaq sahəsinin faktiki istifadələrində olan hissəsi üzərində mərhum anası X4 adına hüquqmüəyyənedici sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Üstündə 15 ədəd dəyəri ödədiyimiz əmlak payı, fındıq ağacları olan 0.08 ha torpaq sahəsi X4 həyətyani sahəsinə bitişikdir. 1948- 1950-ci illərdən onun icarəsinə verilmişdir. X23 komissiyasının 17 aprel 1995-ci il tarixli 4 saylı qərarına əsasən hazırlanmış, özəlləşəcək torpaqlarının bölgü layihəsinə müvafiq olaraq naturada ölçülərək X6 tanıdılmış və torpaq sahəsinə hal-hazırda vərəsə olaraq istifadə etməkdə davam edirəm. Yerli və rayon Aqrar islahat komissiyasının qərarları əsasında 10.12.1998-ci ildə 468 saylı KOD 40213018 dövlət qeydiyyatı kitabında 1 1395 №- ilə qeydiyyata alınıb. X21 Quniyevanın ailəsinə verilmişdir. Zaqatala rayon AİK-nın 1996-ci il 20 iyun tarixli 36 №-li qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 1.26 ha torpaq sahəsi vardır. X22 rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu reyestrdə İS -10866 №-li ilə qeyd edilərək informasiya sisteminə daxil edilib. Səlahiyyətli dövlət orqanlarının nümayəndələrinin imzaladığı 03 iyun 1995-ci il tarixli aktdan görünür ki, “Şəfəq” kolxozunun YAİK-nın 17.04.1995-ci il tarixli 4 saylı qərarı ilə kolxozun ərazisindən 1.22 ha torpaq sahəsini fermer təsərrüfatı yaratmaq üçün anam Soltanat Quniyevaya verilmişdir. Həmin torpaq sahəsinə mərz nişanları vurulmaqla yerində anam Soltanat Quniyevaya təhkim edildiyini torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair sənədlərin aidiyyatı dövlət orqanları tərəfindən təsdiq edildiyini, həmin sənədin verilməsinə əsas kimi Zaqatala rayon İcra Hakimiyyətinin 26 aprel 1995-ci il tarixli 3 saylı qərarını , həmçinin YAİK-nın 30 aprel 1995-ci il tarixli 5 saylı qərarının göstərdiyi torpaq sahəsinə dair əmlak vergisinin ödənilməsi 09 saylı kassa mədaxil orderi ilə müəyyən edilir ki, X10 tərəfindən ödənilməklə 2001-ci il üzrə 10000 ( on min ) manat təşkil edir. Zaqatala rayon Dövlət Arxivinin 07 dekabr 2019-cü il tarixli Arxiv arayışından görünür ki, xüsusi mülkiyyətində 1.22 ha kənd təsərrüfatı üçün yararlı torpaq sahəsi var. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 sentyabr 2019-cu il tarixli 15996 saylı ekspertizanın rəyindən də görünür ki, AR ƏMDK yanında DƏDRX-nin LT-nın mühəndisi Zaur Mollayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən iddiaçının mübahisələndirdiyi torpaq sahəsi naturada ölçülmüş, mübahisələndirilən 0,0610 ha torpaq sahəsi X11 tərtib olunmuş AN 460917 saylı Torpaq sahəsinin Plan və ölçü sənədində göstərilən cizginin daxilində yerləşir. Hal-hazıra qədər 72 ildir ki, ailəsi tərəfindən istifadədədir. Heç vaxt qonşusu Quniyev Şabanın istifadəsində olmamışdır. Şaban Quniyevə verilmiş norma daxili torpaq sahəsi belədir: Həyətyanı torpaq sahəsi 0,12 ha, cəmi torpaq sahəsi 1,14 ha, o cümlədən bağ 0,21 ha, əkin altı 0,81 ha, faktiki istifadəsində isə 4.5 ha vardır. Hesab edir ki, X1 üzrə də torpaq sahəsi normadan artıqdır, faktiki istifadəsində isə daha da artıqdır. Cavabdehin istifadəsində olan torpaqların araşdırılmasını bildirmişdir. X12 verilmiş AN 460917 nömrəli torpaq sahəsinin Plan və ölçüsü sənədində göstərilən cizginin daxilində yerləşən, iddiaçının ailəsinə aid, faktiki-istifadəsində olan 0.08 ha torpaq sahəsinin çıxarışla rəsmləşdirilməsi öhdəliyinin AR ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2-1(116)-1173/2021 saylı qərarını ləğv etməklə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara cavabdehin 27.02.2018-ci il tarixli **********15 nömrəli imtina məktubu, A seriyalı 116002 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, A seriyalı 460874 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, A seriyalı 460917 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, A seriyalı 460918 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, A seriyalı 116003 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, A seriyalı 460916 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, A seriyalı 460794 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, A seriyalı 462442 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surəti, cavabdehin 19.08.2020-ci il tarixli **********26 nömrəli münasibət məktubu, üçüncü şəxsin 24.08.2020-ci il tarixli etiraz məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2-1(116)-1173/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Birinci instansiya məhkəməsinin 23.11.2020-ci il tarixli qərardadı ilə iddia tələbi “Zaqatala rayon AİK- nın 2003-cü il 25 sentyabr tarixli 110 saylı qərarının qanuna uyğun verilməməsinə, ailəsinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. A seriyalı 116002 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 25.09.2003- cü il tarixli 110 nömrəli qərarı ilə 1203.93 kv.m həyətyanı torpaq sahəsi X11 mülkiyyətinə verilmişdir. A seriyalı 460874 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 25.09.2003- cü il tarixli 110 nömrəli qərarı ilə 4895 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 mülkiyyətinə verilmişdir. A seriyalı 460917 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 25.09.2003- cü il tarixli 110 nömrəli qərarı ilə 1505 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 mülkiyyətinə verilmişdir. A seriyalı 460918 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 25.09.2003- cü il tarixli 110 nömrəli qərarı ilə 3794 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 mülkiyyətinə verilmişdir. A seriyalı 116003 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 25.09.2003- cü il tarixli 110 nömrəli qərarı ilə 1951.36 kv.m həyətyanı torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. A seriyalı 460916 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 25.09.2003- cü il tarixli 110 nömrəli qərarı ilə 4715 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. A seriyalı 460794 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 25.09.2003- cü il tarixli 110 nömrəli qərarı ilə 2803 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. A seriyalı 462442 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın 25.09.2003- cü il tarixli 110 nömrəli qərarı ilə 2605 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. Torpaqdan pay almaq hüququ olan vətəndaşların siyahısında X10 0.20 ha, X12 0.12 ha həyətyanı torpaq sahəsi verildiyi qeyd edilmişdir. “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, 30.12.2005-ci ildə vəfat etmiş X2 vərəsələri oğlu X7, qızı İddiaçıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası iş materiallarında olan sənədlərdən müəyyən edir ki, iddiaçının ailə üzvlərinə hüquqmüəyyənedici sənədlər əsasında verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri yerindədir və həmin torpaq sahələrinin sənədləri məlumdur. Hazırda iddiaçı həmin torpaq sahələrindən əlavə olaraq ailə üzvlərinin istifadəsində olan torpaq sahəsinin 3-cü şəxsə ayrıldığını əsas gətirərək ona məxsus plan ölçü sənədinin ləğvini tələb edir. İddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi əslində 3-cü şəxsə sənəd üzrə verilmiş torpaq sahəsidir. Belə ki, sözügedən torpaq sahəsi iddiaçıya verilmiş torpaq sahəsinin hüdudları daxilində deyildir. Həmin torpaq sahəsinin iddiaçı tərəfindən istifadə edilməsi sözügedən torpaq sahəsinin 3-cü şəxsə verilməsinə əsas olan sənədlərin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinin onun qanuni istifadəsində olmasına dair məhkəməyə sübut təqdim etməmiş, əksinə həmin sahənin 3- cü şəxsin qanuni istifadəsində olması torpaq sahəsinin Planı və ölçüsü sənədi ilə rəsmiləşdirilmişdir. Qeyd olunan hal iş materilllarında olan sənəd və faktiki vəziyyəti əks etdirən sxematik planla təsdiq edilir. İş materiallarında olan sxematik plandan görünür ki, hazırda mübahisələndirilən torpaq sahəsi iddiaçıya verilən 4715 kv.metr torpaq sahəsi ilə həmsərhəddir və həmin ərazi sözügedən 4715 kv. metr torpaq sahəsinin daxilinə keçmir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ləğvi tələb olunan A seriyalı 460917 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi düzgün tərtib olunmuş, qeyd olunan plan ölçü sənədi tərtib olunarkən iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə müdaxilə edilməmişdir. İddiaçı anasının adına tərtib olunmuş plan ölçü sənədində qeyd olunan torpaq sahəsindən artıq torpaq sahəsi istifadə edir ki, onun da müəyyən hissəsi 3- cü şəxsin plan ölçü sənədində qeyd olunan sahə ilə üst-üstə düşür. Lakin qeyd olunan hal iddiaçıya 3-cü şəxsin qanuni tərtib olunmuş sənədinin ləğv edilməsini tələb etmək üçün hər hansı bir əsas vermir. Həmçinin mübahisəli torpaq sahəsinə dair iddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi üçün onun həmin torpaq sahəsinə mülkiyyət hüququ da qeydə alına bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2-1(116)-1173/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2-1(116)-1173/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-375/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-375/2021
01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver