Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-376/2021 30.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı qızı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X15 iştirakı ilə, İddiaçı qızının cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “mərhum əri X5 Balakən bələdiyyəsinin 11.10.2002-ci il tarixli 10 saylı protokol qərarına əsasən Balakən şəhəri, Yeni yaşayış massivindən satılmış 0.055 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)-694/2021 nömrəli qərarından Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı qızı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “0,055 ha torpaq sahəsinə plan-ölçü sənədinin hazırlanması, həmin torpaq sahəsinə və onun üzərində inşa edilmiş yaşayış evinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiçının iddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 11.03.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddiaçı qızı iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ilin iyul ayında vəfat etmiş əri X7 ilə 1996-cı ildə qeyri-qanuni ailə həyatı qurmuşdur. Həmin qeyri-qanuni qurulan ailəni 2014-cü ilin dekabr ayında rəsmi nikah bağlayaraq rəsmiləşdirmişlər. 1996cı ildə qeyri-qanuni ailə qurduqları zaman kirayədə yaşamış, ev və torpaq sahəsi yox idi. 1997-ci ildə iddiaçının indi yaşadığı və ev tikdiyi 0.055 ha torpaq sahəsini X10 adlı şəxsdən sənədsiz almışlar. C.Məmmədov onlara demiş ki, torpaq onun oğlunun adınadır, o da hal-hazırda Rusiyada həbsdədir. Həbsdən çıxmağa az vaxtı qalıb. O gələn kimi torpağın alqı-satqısını rəsmiləşdirəcəkdir. Yaşamaqları üçün fərdi yaşayış evləri olmadığı üçün iddiaçının əri və iddiaçı dərhal aldıqları torpaq sahəsində 1997-ci ildə yaşayış evi tikmişlər. 2000-ci ildə bələdiyyələr yarandıqdan sonra torpaq sahəsinin vergisini Balakən bələdiyyəsinə ödəmişlər. Sonradan Balakən bələdiyyəsindən iddiaçının evinə gələrək bildirmişlər ki, torpaq sahəsi sənədsizdir, buna baxmayaraq orada ev tikilmişdir. İddiaçı isə bildirmişdir ki, torpaq sahəsini hal-hazırda həbsxanada olan Məmmədov Rəşidin atası Məmmədov Cahangirdən almışdır. Bələdiyyə işçiləri iddiaçı və onun ailə üzvlərinə bildimişlər ki, X8 adına torpaq yoxdur. Bu səbəblə də torpaq sahəsini bələdiyyə ilə alqsatqı qaydasında əldə etməlidirlər. Bundan sonra torpaq sahəsi bələdiyyənin 11.10.2002-ci il tarixli 10 saylı protokol qərarı ilə iddiaçının mərhum ərinə satılmış, müvafiq sxem tərtib edilmiş və alqı-satqı hərəkətləri edilmişdir. DTXK tərəfindən torpaq sahəsinin sxematik planı hazırlanmışdır. İddiaçı mərhum əri X2 bələdiyyədən əldə etdiyi 0.055 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 08.09.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərizəyə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair bələdiyyənin qərarının əsli, alqı-satqı aktı, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd torpaq sahəsinin planı və ölçüsü, müvafiq sxem, plan və ya onlardan çıxarış, müvafiq icra hakimiyyəti orqanlarının rəyi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmamışdır. Daşınmaz əmlak üzərində hüququların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbində dəqiqləşdirmə aparmış və “mərhum əri X5 Balakən bələdiyyəsinin 11.10.2002-ci il tarixli 10 saylı protokol qərarına əsasən Balakən şəhəri, Yeni yaşayış massivindən satılmış 0.055 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan birinci instansiya məhkəməsinə ünvanladığı 07.05.2021-ci il tarixli, **********45 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı qızı mərhum əri X11 tərəfindən bələdiyyədən əldə etdiyi 0,055 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd olunan əmlakın qeydiyyatı üçün qanunla müəyyən edilmiş sənədlər təqdim edilmədiyindən iddiaçının ərizəsinin icrası mümkün olmamış və bu barədə iddiaçıya 08.09.2020-ci il tarixli, **********47 nömrəli məktub ünvanlanmışdır. İddia ərizəsi ilə bağlı birinci instansiya məhkəməsinin araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı ərizəsində qeyd olunan torpaq sahəsinin qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə nəzərdə tutulmuş əsaslardan biri 10-cu maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi barədə sənəd, torpaq sahəsinin planı və ölçüsü (qeyd olunan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem və ya torpaq sahəsinin ayrıc aktı (planı)) əlavə etməmişdir. Birinci instansiya məhkəməsi aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulmuş torpaq sahəsinə dair 29 noyabr 2007-ci il tarixinədək mövcud olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktı, 29 noyabr 2007-ci il tarixdən sonra isə hərrac protokolu və ya hərracın nəticələrinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və daşınmaz əmlakın qeydiyyatı üçün nəzərdə tutulan dövlət rüsumunun ödənilməsi barədə sənəd ərizəyə əlavə olunmamışdır. Şəki İnzbati-İqtisadi Məhkəməsinin 20.05.2015-ci il tarixli, 2-1(84)-50/2015 nömrəli qərarına əsasən ləğv edilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən 0,06 ha torpaq sahəsinin kateqoriyası - yaşayış məntəqələrinin torpaqları və məqsədli istifadə növü həyətyanıdır. Tələbdə qeyd olunan fərdi yaşayış evi ilə bağlı aparılan araşdırma zamanı məlumat aşkar edilməmişdir. Bildirilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, dövlət rüsumunun ödənilməsi barədə sənəd və müvafiq şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.01-ci, 8.0.3-cü və 8.0.9.2-ci maddələrinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, həmçinin daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd əsas sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara, xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bununla belə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsində qeyd olunur ki, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli Qanununun 3-cü hissəsində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə yeni redaksiyada verilmişdir (Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir). Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqhsatqı aktı tərtib edilir. Həmin Qanun 30 noyabr 2007-ci il tarixində qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Balakən bələdiyyəsinin 11.10.2002-ci il tarixli 10 saylı iclas protokolundan çıxarışdan görünür ki, iclasda Balakən rayonu, Mahamalar kənd sakini X6 0.055 ha həyətyanı torpaq sahəsinin alqı-satqı qaydasında satılması qərara alınmışdır. İş materiallarında olan 474153 nömrəli 14.10.2002-ci il tarixli kassa mədaxil qəbzinin surətindən görünür ki, N.Aslanov 0.055 ha torpaq sahəsinin dəyərini Balakən bələdiyyəsinin hesabına ödəmişdir. İş materiallarına əlavə edilən “ Balakən bələdiyyəsinə aid olan ərazidən Mahamalar kənd sakini X6 alqı-satqı ilə həyətyanı üçün ayrılmış torpaq sahəsinin sxemi”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.055 ha torpaq sahəsinə dair sxematik plan tərtib edilmişdir. İş materiallarında olan Balakən bələdiyyəsinin 25.08.2020-ci il tarixli 135 nömrəli məktubunda qeyd edilir ki, mərhum X3 adında 72 kv.m sahəsi olan fərdi yaşayış evi vardır. İş materiallarında olan Balakən bələdiyyəsinin 22.06.2016-cı il tarixli 114 nömrəli arayışının surətindən görünür ki, N.Aslanovun adında Balakən şəhər Qafqaz küçəsində 0.06 ha həyətyanı torpaq sahəsi və 72 kv.m ev vardır. İş materiallarında olan 12.08.2020-ci il tarixdə Balakən rayon qeydiyyat şöbəsi tərəfindən verilən 626 nömrəli arayışdan görünür ki, X12 25.07.2020-ci ildə vəfat etmişdir. İş materiallarında olan 990696 nömrəli “nikah haqqında şəhadətna”nin surətindən görünür ki, X12 24.12.2014-cü il tarixdə İddiaçı ilə nikah bağlamışdır. İş materiallarında olan “fikizi və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat” vəsiqəsinin surətindən görünür ki, Balakən rayonu, Qafqaz küçəsində yerləşən fərdi yaşayış evi mərhum X3 mülkiyyətindədir. Sənəddə torpaq sahəsinin 600 kv.m, tikintialtı sahənin 72 kv.m olması qeyd edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 04.03.2008-ci il tarixli, 2(019)11/2008 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, həmin qətnamə ilə iddiaçılar-qarşılıqlı iddia üzrə cavabdehlər X9 və X14 cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı X4 qarşı 0.006 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı X1 qarşılıqlı iddia üzrə cavabdehlər X13, X16 və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinə qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 20.05.2014-cü il tarixli, 2(019)- 314/2014 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməsi ilə iddiaçı X8 cavabdeh X4 qarşı Balakən şəhəri Qafqaz küçəsində yerləşən 0.06 ha torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi barədə iddia tələbi təmin edilmiş, cavabdeh X1 iddiaçı X8 mülkiyyətində olan Balakən şəhəri Qafqaz küçəsində yerləşən 0.06 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 16.09.2015-ci il tarixli, 2(107)128/2015 nömrəli qətnaməsi ilə təmin edilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 20 may 2014-cü il tarixli, 2(019)-314/2014 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə ilə iddiaçı X8 cavabdeh X4 qarşı “Balakən şəhəri Qafqaz küçəsində yerləşən 0.06 ha torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi" tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 20.05.2015-ci il tarixli, 21(84)-50/2015 nömrəli qərarı ilə X8 adına verilmiş A seriyalı 351464 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi, 18 avqust 2012-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında MA seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 24 iyun 2021-ci il tarixli, 2- 1(116)-694/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə İddiaçı qızının mərhum əri X5 Balakən bələdiyyəsinin 11.10.2002-ci il tarixli 10 saylı protokol qərarına əsasən Balakən şəhəri, Yeni yaşayış massivindən satılmış 0.055 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququnun qeydiyyata alınması, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi apellyasiya şikayəti verərək 24 iyun 2021-ci il tarixli, 2-1(116)-694/2021 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək qeyd etmişdir ki, İddiaçı qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “0,55 ha torpaq sahəsinə plan-ölçü sənədinin hazırlanması, həmin torpaq sahəsinə və onun üzərində inşa edilmiş yaşayış evinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” və daha sonra məhkəmə iclasında iddiaçı iddia tələbinə dəqiqiləşdirmə edərək “mərhum əri X5 Balakən bələdiyyəsinin 11,010.2002-ci il tarixli 10 saylı protokol qərarına əsasən Balakən şəhəri, Yeni yaşayış massivindən satılmış 0,055 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021ci il tarixli, 2-1(116)-694/2021 nömrəli qərarı ilə iddiaçının iddiası təmin edilərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə İddiaçı qızının mərhum əri X5 Balakən bələdiyyəsinin 11,010.2002-ci il tarixli 10 saylı protokol qərarına əsasən Balakən şəhəri, Yeni yaşayış massivindən satılmış 0,055 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququnun qeydiyyata alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmuşdur. Aşağıdakı göstərilən səbəblərdən hesab edirik ki, Şəki İnzibati Məhkəməsinin qeyd olunan qərarı ləğv edilməlidir. Belə ki, İddiaçı qızının mərhum əri X2 0,055 ha torpaq sahəsinə dair bələdiyyə ilə onun arasında bağlanmış 29 noyabr 2007-ci il tarixinədək mövcud olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq DTXK-si tərəfindən təsdiq edilmiş alqı-satqı aktı və ya mövcud qanunvericiliyinin tələblərinə görə notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi yoxdur. Bildirirk ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət reyestrində qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinin tələblərinə uyğun olaraq mövcud hüququmüəyyənedici sənədlər əsasında aparılır. İddiaçı qızının mərhum əri X2 0,055 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü (qeyd olunan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, torpaq sahəsinin ayrıc aktı (kadastr planı)) yoxdur. Həmçinin bələdiyyənin qərarı müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmadan qəbul edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 81, 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)- 694/2021 nömrəli qərarını ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X18 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)-694/2021 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qızı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)- 694/2021 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. Torpaq islahatı haqqında Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən İnzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. İş materiallarında olan məhkəmə qərarlarından da göründüyü kimi iddiaçının mərhum əri ilə müxtəlif şəxslər arasında mübahisəli torpaq sahəsinə dair mülki mübahisələr olmuş, axır nəticədə onun mərhum ərinin xeyrinə qərarlar qəbul olunmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 20.05.2015-ci il tarixli, 2-1(84)-50/2015 nömrəli qərarı ilə X8 adına verilmiş A seriyalı 351464 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi, 18 avqust 2012-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında MA seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Həmin işlər üzrə aparılan araşdırmalar zamanı da mübahisəli torpaq sahəsinin iddiaçının mərhum əri tərəfindən bələdiyyədən alınması təsdiqini tapmış, torpaq sahəsinin yeri məlum olmuşdur. Cavabdehin torpaq sahəsinin yerinin müəyyənləşdirilməsinə imkan verən sənədlərin təqdim olunmaması barədə dəlilini də məhkəmə ona görə əsassız hesab edir. Ona görə ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 20.05.2015-ci il tarixli, 2-1(84)50/2015 nömrəli qərarı ilə X8 adına verilmiş A seriyalı 351464 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi, 18 avqust 2012-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında MA seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış məhz iddiaçının bələdiyyədən aldığı torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə ləğv edilmişdir. Həmin çıxarış və plan-ölçü sənədinin əsasında torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi isə sadə texniki məsələdir. Həmçinin nəzərə alınmalıdır ki, torpaq sahəsinə dair bələdiyyə tərəfindən sxem tərtib edilmiş və torpaq şöbəsi tərəfindən təsdiqlənmişdir. Alqı-satqı aktının olmaması barədə hissədə isə məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən və məhkəmə qərarlarından müəyyən olunur ki, iddiaçının mərhum əri torpaq sahəsini almış və dəyərini ödəmişdir. əgər alqı-satqı aktı olmasa idi pulun ödənilməsi də mümkün olmazdı. Ümumiyyətlə qeyd olunmalıdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi qeydiyyat üçün əsas kimi alqı-satqı müqaviləsini deyil, qanunla müəyyən olunmuş qaydada bələdiyyə orqanı tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş qərarın (inzibati aktın) olmasını müəyyən etmişdir. Qanunun bu yanaşması ondan irəli gəlir ki, torpağın özgəninkiləşdirilməsi barədə qərar – bələdiyyə tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş, yəni “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparlmaqla qəbul olunur. Bu inzibati icraatda torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı, koordinatları müəyyən olunur, mavafiq orqanlararın rəyləri alınır, kollegial qərar qəbul olunur. Alqı-satqı müqaviləsi isə torpaqdan istifadə üzrə şərtləri, tərəflərin öhdəlk və vəzifələrini müəyyən edən əqddir. Göründüyü kimi qanun, bələdiyyə torpaqlarına mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi alqı-satqı müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verir. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(116)-694/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-376/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-376/2021
30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver