Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-376/2023 07.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavadehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Yevlax rayonu Səmədabad kəndində yerləşən, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarına əsasən JN-200 kod 90112018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə verilmiş 2,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun X4 məxsus olması barədə qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 mart 2023cü il tarixli, 2-1(116)-471/2023 nömrəli qərarından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Yevlax rayonu Səmədabad kəndində yerləşən, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarına əsasən JN-200 kod 90112018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə mülkiyyətlərinə verilmiş 2,13 ha torpaq sahəsinə X2, X3, İddiaçı3 və İddiaçı1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-471/2023 nömrəli qərardadı ilə iddia tələbi “Yevlax rayonu Səmədabad kəndində yerləşən, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarına əsasən JN-200 kod 90112018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə verilmiş 2,13 ha torpaq sahəsi üzərində X3, İddiaçı3 və İddiaçı1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır.
3. İddia ərizəsinin əsaslarına görə, iddiaçılar cavabdeh orqana müraciət edərək, Yevlax rayonu, Səmadabad kəndində yerləşən 2.13 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinə dair X2 adma dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsinə köməklik edilməsi xahiş etmiş, onlara elektron xəritə bazasında uyunsuzluq olması cəmi 0,46 ha torpaq sahəsinin mövcud olması və bir nəfər X2 adına olması, həmçinin torpaq sahəsinin planının fərqli olması, Yevlax rayonu Səmədabad kəndində yerləşən 2.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X2 adına dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi mümükünsüzlüyü bildirilərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun qanun üzrə vərəsəsi İddiaçı2dur. İddiaçılar hesab edir ki, Yevlax rayon Aqrar İslahat kommisiyasmın xx.xx.1998-ci il tarixli 34 №-li qərarına əsassən 2,13 ha torpaq sahəsi X2, X3, İddiaçı3 və İddiaçı1 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi Yevlax rayonu Səmədabad kəndində yerləşməklə bu barədə JN 200 Kod 90112018 №-li Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. İddiaçı3 və İddiaçı1 da həmin torpaq üzərində mülkiyyətçilərdən biridir. Mülkiyyətçilər X6 və X7 vəfat etmişlər. Onların adında olan torpaq sahəsi vərəsələrə aiddir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir.
4. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi JN-200 KOD 90112018 nömrəli dövlət aktında göstərilən mülkiyyətçilərin 4 nəfərdən ibarət olması, torpaq sahəsinin miqdarı və torpaq sahəsinin planı (cizgisi) ilə Yevlax rayonu, Səmədabad kəndinin ərazisi üzrə elektron xəritə bazasında (DWJ), arxiv materiallarında mövcud olan eyni adlı siyahıda, həmin sənədin 2-ci nüsxəsində və Dövlət Aktlarının qeydiyyat kitabında JN-200 nömrəli Dövlət Aktına dair məlumatlar arasında uyğunsuzluq vardır. Belə ki, arxiv məlumatlarına, elektron məlumat bazasına əsasən Yevlax rayonu, Səmədabad kəndində yerləşən 0.46 ha torpaq sahəsinin mülkiyyətçisinin bir nəfər X2 olduğu, həmçinin torpaq sahəsinin planının (cizgisi) fərqli olması aşkarlanmışdır. Belə olan halda mübahisə predmetinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ziddiyyət təşkil etdiyindən ərizənin icrası mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi dövlət aktı üzrə torpaq payı almış subyektlər siyahısı, torpaq sahəsinin miqdarı yuxarıda qeyd olunan əsaslara görə tam olaraq fərqlidir. Belə olan halda vətəndaşın təqdim etdiyi sənədin mötəbərliyinə ciddi şübhələr yaranır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 06 mart 2023-cü il tarixli, 2- 1(116)-471/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
6. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2-1(116)-471/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
7. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2-1(116)-471/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
TƏRƏFLƏRİN İZAHATLARİ
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2-1(116)-471/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.
10. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 18.07.2013-cü il tarixli 110 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X3 vərəsələri Yevlax şəhəri H.Hacıyev küçəsi 21 nömrəli evdə qeydiyyatda olan X6 və Yevlax şəhəri Q.Quliyev küçəsi ev 11 mənzil 6-da qeydiyyatda olan İddiaçı1dır. - AZ-İİ 222562 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. - JN-200 kod 90112018 nömrəli Dövlət Aktından görünür ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarı ilə X4 0,46 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2022-ci il tarixli 103/10 nömrəli məktubundan görünür ki, Yevlax Rayon Səmədabad kənd İƏD üzrə nümayəndəliyin 1991-1995, 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabları yoxlanılmış, X6, X7, İddiaçı3 və İddiaçı1 adına təsərrüfat və torpaq sahəsi aşkar edilməmişdir. - Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Səmədabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 16 nömrəli məktubundan görünür ki, Yevlax Rayon Səmədabad kəndinin 1995-2000-ci illər üzrə təsərrüfatbaşına kitabında X2, X7, İddiaçı3 və İddiaçı1 adına təsərrüfat rast gəlinmədi. Yuxarıda göstərilən vətəndaşlar Yevlax rayon Səmədabad kəndində qeydiyyatda olmayıb və yaşamayıblar. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********68 nömrəli məktubundan görünür ki, Yevlax rayonu, Səmədabad kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında X7, İddiaçı3 və İddiaçı1 adları aşkar edilməmişdir. Pay torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, X2 adının qarşısında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. - xx.xx.1998-ci il tarixli Yevlax rayon AİK-nın 34 nömrəli iclasının protokolundan görünür ki, torpaq islahatı ilə əlaqədar püşkatmanın keçirilməsi üçün hazırlanmış kompleks yerquruluşu layihə sənədlərinin, torpaq payı alan subyektlərin siyahısının və püşkatmanın nəticəsinin təsdiqi haqqında Səmədabad kollektiv təsərrüfatının X14 Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı təsdiq edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddə 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
14. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.
18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
21. Hazırkı iş üzrə imtina cavabı yalnız bir iddiaçının – İddiaçı2 adına verilsə də, məhkəmə qeyd edir ki, iddiaçılar mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olduqlarından və eyni faktiki və hüquqi əsaslara istinad etdiklərindən birgə iddiaçı qismində prosessual həmiştirakçılar kimi qəbul edilirlər. (İPM-in 1.1, 30.1, 30.2 və 52-ci maddələri) Odur ki, məhkəmə cavabdeh orqanın imtinasının bütün iddiaçılara münasibətdə verilməsini qəbul edərək iddia tələbinə mahiyyəti üzrə baxmışdır.
22. Həmçinin cavabdeh orqana edilmiş müraciət və cavabdeh orqanın imtinası 2,13 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olmuşdur. İddiaçılar cavabdeh orqana qarşı 2,13 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbini irəli sürsələr də, birinci instansiya məhkəməsi iddia ərizəsinin ifadə tərzinə bağlı olmadığından iddiaçıların nail olmaq istədikləri hüquqi nəticəyə uyğun olaraq iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması ilə bağlı müraciətin təmin edilməsindən imtinanın dəlillərini yoxlamışdır
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Belə ki, hazırkı qərarın 14-cü bəndində qeyd edilən maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı X14ı komissiyası tərəfindən müəyyən edilməlidir.
25. İş materialları ilə müəyyən edilir ki, iddiaçılar JN-200 kod 90112018 nömrəli Dövlət Aktının surətini təqdim edərək Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarı ilə X6, X7, İddiaçı3 və İddiaçı1 2,13 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsinin ayrılmasını bildirirlər. X8 əsli mövcud olmadığından və cavabdeh orqanda mövcud olan arxiv nüsxəsindən tamamilə fərqli olduğundan, məhkəmə təqdim edilən həmin sənədi iş üzrə mötəbər sübut olaraq qəbul etmir.
26. Eyni zamanda işdə mövcud olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli **********68 nömrəli məktubuna əlavə edilmiş pay torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, X2 adının qarşısında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Səmədabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 16 nömrəli məktubunda qeyd edilmişdir ki, Yevlax Rayon Səmədabad kəndinin 1995-2000-ci illər üzrə təsərrüfatbaşına kitabında X2 adına təsərrüfat rast gəlinmədi. Yuxarıda göstərilən vətəndaşlar Yevlax rayon Səmədabad kəndində qeydiyyatda olmayıb və yaşamayıblar. İşdə mövcud olan yeganə sənəd JN-200 kod 90112018 nömrəli Dövlət Aktıdır ki, həmin sənədlə də Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarı ilə X4 0,46 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilməsi sübut olunur.
27. Məhkəmə kollegiyası hesab edir ki, şərh olunanlara obyektiv hüquqi qiymət verərək birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, iddia olunan 2.13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə hüquqmüəyyənedici sənəd mövcud olmadığından cavabdeh orqan haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
29. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də kollegiya hesab edir ki, cavabdehin tələbdə qeyd olunan həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası əsaslı olmuşdur.
30. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Yevlax rayonu Səmədabad kəndində yerləşən, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarına əsasən JN-200 kod 90112018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə verilmiş 2,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun X4 məxsus olması barədə qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçların apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2-1(116)-471/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.