Məhkəmə qərarları › İş №2-1(107)-377/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-377/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-377/2020 30.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X4, cavabdehin Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 1980-1985-ci illərdə ucar rayon Bərgüşad kənd sabiq Qırmızı Oktyabr adına kolxozda işlədiyi 1 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx xxxxx 2019-cu il tarixdən yaşa görə pensiya təyin edilməsi tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il qərarından Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1963-cü il tarixdə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşdur. 1980-1985-ci illərdə Ucar rayonu Bərgüşad kənd sabiq “Qırmızı Oktyabr” adına kolxozda kolxozçu işləmişdir. Lakin onun xx.xx.1990-cı il tarixdə anadan olmuş qızı X1 imkanı məhdud olan uşaq olduğundan, hal-hazırda isə 1-ci qrup əlil olduğundan uşağı anadan olduqdan sonra heç bir yerdə işləyə bilməmiş və ona baxmaq məcburiyyətində qalmışdır. Belə ki, o, heç bir yerdə işləmədən xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək 16 yaşınadək sağlamlıq imkanı məhdud, xx.xx.2006-cı il tarixdən hal-hazıradək isə müddətsiz ümumi səbəbdən 1-ci qrup əlil uşağı X5 qulluq etmişdir. (Əslində o uşağı doğulan gündən indiyədək həmin uşağa qulluq edir. Sadəcə olaraq o bununla bağlı tərtib olunmuş və iddia ərizəsinə əlavə edilmiş akta əsasən yuxarıda qeyd etdiyi tarixləri göstərir. Həmin tarixlər arasında fasilələrin yaranmasına səbəb isə əlillik dərəcəsinin verilməsinin müddətinin başa çatması və yenidən uşağına əlillik dərəcəsi verilməsi ilə bağlı arada yaranan fasilələrdir). O, aidiyyəti sənədləri də təqdim edərək ona uşaqlıqdan əlil uşağın anası kimi yaşa görə pensiya təyin etməsi üçün cavabdeh dövlət orqanına müraciət etsə də həmin orqanın xx.xx.2019-cu il tarixli məktubu ilə bundan imtina olunmuşdur. Həmin imtinada inzibati orqan özü də göstərmişdir ki, “Əmək pensiyaları haqqında “Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyyə etmiş anaların bu qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır və həmin qanunun 21.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan 1-ci qrup əlilə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Burdan da görünür ki, cavabdeh inzibati orqan onun 1-ci qrup əlilə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddətinin sosial sığorta stajına daxil edilməli olmasını qəbul edir. Bununla belə həmin orqan imtinasını onunla əsaslandırmağa çalışır ki, onun 1980- 1985-ci illərdə Ucar rayonu Bərgüşad kənd sabiq “Qırmızı Oktyabr” adına kolxozda işləməyi əmək kitabçasında qeyd edilməmişdir. Halbuki, bununla bağlı arxiv arayışını o inzibati orqana təqdim etmişdir. İddiaçının nümayəndəsi X10 məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “iddiaçının 1980-1985-ci illərdə Ucar rayon Bərgüşad kənd sabiq “Qırmızı Oktyabr” adına kolxozda işlədiyi 1 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx xxxxx 2019-cu il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2- 1(116)-145/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Əmək və X6 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 1980-1985-ci illərdə Ucar rayon Bərgüşad kənd sabiq “Qırmızı Oktyabr” adına kolxozda işlədiyi 1 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx xxxxx 2019-cu il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-in Ucar rayon şöbəsi həmin qərardan narazı qalaraq apelyasiya şikayəti vermişdir. apelyasiya şikayətinin dəlilləri: Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı 1980-1985-ci illərdə Ucar rayon Bərgüşad kənd sabiq Qırmızı Oktyabr adına kalxozda işlədiyi illər əmək kitabçasında qeyd olunmamışdır. Halbuki əmək kitabçası kalxoz üzvülüyünə qəbul olunduqları vaxtdan, bütün kalxoz üzvləri üçün tərtib edilirdi. Ona görə də Şəki İnzibati Məhkəməsinin 2020-ci il 24 iyul tarixli 2-1(116)-145/2020 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-145/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən X10 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-145/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara DSMF-nin Ucar rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli **********7 nömrəli imtina məktubu, AZE seriyalı ******** nömrəli, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətləri, XV CQ seriyalı 289024 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, Cavabdeh xx.xx.2020-ci il tarxili məktubu və ona əlavə edilmiş X3 13 vərəq müavinət işinin təsdiq olunmuş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. əsaslandırıcı hissə: Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-145/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “X9” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, cavabdeh Əmək və X6 Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 1980-1985-ci illərdə Ucar rayon Bərgüşad kənd sabiq “Qırmızı Oktyabr” adına kolxozda işlədiyi 1 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx xxxxx 2019-cu il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan Ucar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 20 nömrəli arxiv arayışlarından görünür ki, İddiaçı 1980-1985-ci illərdə Ucar rayon Bərgüşad kənd sabiq “Qırmızı Oktyabr” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Ucar rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(063)-365/2019 nömrəli Qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Milli X12 rayon dövlət arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 20 nömrəli arxiv arayışının hüquq-müəyyənedici sənədin ərizəçi İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. İşdə olan Əmək və X6 Nazirliyi yanında Dövlət X11 Ucra rayon şöbəsinin xx.xx.2019-cu il tarixli aktından görünür ki, X7 uşaqlıqdan müddətli əlildir və kənar şəxsin köməyinə çox ehtiyacı var. İşdə olan Əmək və X6 Nazirliyi yanında Dövlət X11 Ucra rayon şöbəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, iddiaçı övladı X7 üçün Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Cavabdehndən xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək 16 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara ödənilən müavinət, xx.xx.2006-cı il tarixdən isə müddətsiz ümumi səbəbdən 1(birinci) qrup əlildir. Hazırda 150.0 (bir yüz əlli) manat məbləğində sosial müvainət, 100.0 (bir yüz) manat məbləğində Prezident təqaüdü alır. İşdə olan xx.xx.2019-cu il tarixli 030624 nömrəli əlillik vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Əmək və X6 Nazirliyi yanında Dövlət X11 Ucra rayon şöbəsi tərəfindən X5 İ qrup əlillik vəsiqəsi verilmişdir. İşdə olan Əmək və X6 Nazirliyi yanında Cavabdeh xx.xx.2020-ci il tarxili məktubundan görünür ki, Ucar rayon Bərgüşad kənd sabiq “Qırmızı Oktyabr” kolxozunda qadınlar üçün minimum adam günü norması 1980-1984-cü illərdə 200, 1985-ci ildə isə 140 adam günü olmuşdur. İşdə olan Əmək və X6 Nazirliyi yanında Dövlət SosialMüdafiə Fondunun Ucar rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı 1980- 1985-ci illərdə kolxozda işlədiyi müddətin onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs olduğu üçün, sağlamlıq imkanları məhdud İ qrup əlil uşağına xidmət müddəti nəzərə alınmaqla əmək pensiyası almaq hüququ yaranır. İşdə olan Əmək və X6 Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli 1-ci qrup əlilə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa və 70 yaşından yuxarı ahıla qulluq müddəti barədə aktdan görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək sağlamlıq imkanları məhdud uşağına və xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 1-ci qrup əlil uşağı X5 qulluq etmişdir. Əmək pensiyasının təyinatı zamanı sosial sığorta stajına hesablanacaq müddət 26 il 03 ay 21 gün təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2019-cu il tarixdən yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “X9” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi arayışlar nəzərə alınır. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, kolxozda işlədiyi müddət sığorta stajına daxil ediləcəyi təqdirdə onun xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ reallaşacaqdır. İddiaçı xx.xx.1963-cü il tarixində anadan olmuşdur. İşdə olan Cavabdeh xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı 1980-1985-ci illərdə kolxozda işlədiyi müddətin onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs olduğu üçün, sağlamlıq imkanları məhdud İ qrup əlil uşağına xidmət müddəti nəzərə alınmaqla əmək pensiyası almaq hüququ yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.2.4-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “X9” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1980-1985-ci illərdə Ucar rayon Bərgüşad kənd sabiq “Qırmızı Oktyabr” adına kolxozda işlədiyi 1 il 8 ay müddətin sosial sığorta stajına daxil edilməsi və iddiaçıya xx xxxxx 2019-cu il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyi qoyulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-145/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar