Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-377/2023 27.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 9 saylı Qəbələ Ərazi İdarəsi qarşı “iddiaçının mülkiyyətində olan, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 0.75 ha (3/4 hissə) bağ torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi olduğuna görə təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunması, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa düzəliş edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli 2-1(116)-767/2023 nömrəli nömrəli qərarından iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən 0,75 ha ona, 0,25 ha mərhum qardaşı X9 məxsus olmuş torpaq sahəsinin təyinatının həyətyanı torpaq sahəsi kimi göstərməklə cavabdehin 29 iyun 2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** saylı çıxarışa düzəliş edilməsini və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3821/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1023/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
4. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(107)-363/2022 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1023/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır.
5. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2768/2022 nömrəli qərardadı ilə cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir.
6. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək “cavabdehin verdiyi xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** saylı çıxarışa düzəliş edilərək 0.75 ha iddiaçının, 0.25 ha mərhum qardaşının mülkiyyətində olan və Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən, təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş bağ torpaq sahəsinin mövcud olan vəziyyətdə statusunun müəyyən edilməsi və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsi tərəfindən İPM-in 13-cü maddəsinə müvafiq olaraq iddia tələbinin qeyri-müəyyən olması ilə bağlı iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı tərəfindən növbəti dəfə tələb dəqiqləşdirilərək “0,75 ha iddiaçının, 0,25 ha mərhum qardaşının mülkiyyətində olan və Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 1 ha bağ torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi olduğuna görə təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunması və xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** nömrəli çıxarışa düzəliş edilməsi və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
8. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
9. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-767/2023 nömrəli qərardadı ilə iddia tələbinin “iddiaçının mərhum qardaşı X5 mülkiyyətində olan, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 0.25 ha (1/4 hissə) bağ torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi olduğuna görə təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunması və xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** nömrəli çıxarışa düzəliş edilməsi və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır.
10. İddia ərizəsinin əsaslarına görə Qəbələ rayonu Bum qəsəbə yaşayış məntəqəsi daxilində 0,75 ha iddiaçının, 0,25 ha mərhum qardaşı X6 adına olmaqla mülkiyyətlərində 1 (bir) hektar həyətyanı torpaq sahəsi vardır. Bu barədə onların adına 29 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış da verilmişdir. Mülkiyyətlərində olan torpaq sahəsi Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşməsinə və həyətyanı torpaq sahəsi olmasına baxmayaraq, qeyd olunan Çıxarışda kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuşdur. İddiaçı qeyd edir ki, həmin torpaq sahəsi ailə üzvlərinin həyətyanı torpaq sahəsi olmuşdur, Qəbələ Rayon Məhkəməsinin 20 iyul 2009-cu il tarixli 2/025-150 saylı qətnaməsi ilə mərhum anasının payı ailə üzvlərinin payına əlavə edilməklə və hər birinə 0,25 ha olmaqla 4 nəfər ailə üzvnün mülkiyyətinə verilmişdir. Hər birinə 0,25 ha verilməsinin səbəbi torpağın 4-cü kateqoriyaya aid olması olmuşdur. Sonradan 2 nəfər ailə üzvü öz paylarını iddiaçıya bağışlamış və iddiaçının həyətyanı torpaq sahəsi hal-hazırda 0,75 ha-dır. Həmin torpaq sahəsində 2000-ci ildə ailə üçün ev də tikilmiş, eyni zamanda mülkiyyətlərində və istifadələrində olan həmin həyətyanı torpaq sahəsi Bum qəsəbə sakinlərinin həyətyanı torpaq sahələri ilə əhatə olunmuşdur. Lakin xx.xx.2021-ci il tarixli çıxarışda torpaq sahəsinin təyinatı səhvən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunmuşdur. İddiaçı bu səbəblə analoji tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
11. Cavadeh xx.xx.2022-ci il tarixli **********46 nömrəli etiraz məktubunda imtina məktubunda göstərilənləri qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi 0,80 hektardır. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, uqodiyası daşlıq-qumluq olan ərazidir. Yeni tərtib edilmiş uçot materiallarına (TEKUİS) əsasən mülkiyyətçisi - bələdiyyə, təyinatı - yaşayış məntəqələrinin torpaqları, uqodiyasıçoxillik əkmələr olan torpaq sahəsi kimi baza məlumatlarında öz əksini tapmışdır. Digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçının iddia etdiyi torpaq sahəsi Qəbələ rayon Bum qəsəbəsi İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası daşlıq-qumluq olan yararsız ərazi olmaqla bələdiyyənin mülkiyyətinə aiddir. Həmçinin, həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmaqla 0,80 ha təşkil edir. **********52 reyestr nömrəli Çıxarış tərtib edilənədək və ondan sonra torpaq sahəsinin təyinatında, uqodiyasında dəyişiklik baş verməmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 1 mart 2023-cü il tarixli 2- 1(116)-767/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “0,25 ha (1/4 hissə) bağ torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi oldğuna görə təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunması, xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** nömrəli çıxarışa düzəliş edilməsi və yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
15. Həmin qərardaddan İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli 2-1(116)- 767/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
16. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 1 mart 2023-cü il tarixli 2- 1(116)-767/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 0,75 ha (3/4 hissə) bağ torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi olduğuna görə təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunması, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa düzəliş edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
17. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə iddiaya qarşı təqdim edilmiş etirazda iddiaçının və mərhum qardaşının mülkiyyətində olan 1 (bir) ha bağ torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq olduğu, 0,80 ha olduğu və həmin sahənin daşlıq-qumluq sahə olduğu qeyd olunmuşdur. Lakin iddiaçının sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 9 saylı ərazi idarəsi tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli **********44 nömrəli cavab məktubunda 1 (bir) ha torpaq sahəsinin xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən ¾ hissə İddiaçı, ¼ hissə X5 mülkiyyətinə verildiyi qeyd olunmuşdur. Mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli Çıxarışda kənd təsərrüfatı təyinatlı torpaq kimi təqdim olunmuşdur. Lakin cavabdeh həmin torpağın kənd təsərrüfatı təynatlı olması barədə məhkəməyə heç bir rəsmi sübut verməmişdir. Əslində isə həmin torpaq sahəsi Bum qəsəbə yaşayış məntəqəsinin daxilində yerləşir. Bu barədə Qəbələ rayon Bum qəsəbə bələdiyyəsinin verdiyi 07 yanvar 2022-ci il tarixli 01 nömrəli Arayış da sübut edir. Həmin Arayışda qeyd olunur ki, həmin torpaq sahəsi iddiaçının mərhum atasının istifadəsində olmuş bağ sahəsi olmuşdur və həmin bağın bir hissəsində 2000-ci ildə yaşayış binası və yardımçı binalar tikilmişdir və hal-hazırda yaşayış vardır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli 2-1(116)-767/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 1 mart 2023-cü il tarixli 2-1(116)-767/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
21. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
22. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi X11, İddiaçı, X7 və X3 ümumibirgə mülkiyyətində olmuşdur. - xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi X11 (1/4) və İddiaçı (3/4) paylı mülkiyyətindədir. - A 369313 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qəbələ rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2/025-150 saylı qərarına istinad olunmaqla Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 3300 kv.m torpaq sahəsi ilə bağlı X5 adına tərtib edilmişdir. - A 369314 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qəbələ rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2/025-150 saylı qərarına istinad olunmaqla Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 3300 kv.m torpaq sahəsi ilə bağlı X1 adına tərtib edilmişdir. - A 369315 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qəbələ rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2/025-150 saylı qərarına istinad olunmaqla Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 3400 kv.m torpaq sahəsi ilə bağlı İddiaçı adına tərtib edilmişdir. - cavabdeh orqanın təqdim etdiyi yerquruluşu planından görünür ki, İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş torpaq sahəsi 0,80 ha-dır. - “AZEMİS”-dən çıxarışdan görünür ki, mərhum X11 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. - xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Qəbələ rayonu Bum kəndində yerləşən ümumi sahəsi 1 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən X8 0.25 ha və X10 0.25 ha, cəmi 0.50 ha hissəsi İddiaçı bağışlanmışdır. - Məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 9 saylı Qəbələ Ərazi İdarəsinə mübahisə predmeti olan Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən 0.75 ha (3/4 hissə) torpaq sahəsinə aid hissədə elektron baza məlumatlarından çıxarışın təqdim edilməsi barədə sorğu göndərilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxssis rəyinə əlavədən görünür ki, İddiaçı tərəfindən göstərilən, faktiki naturada ölçülmüş iddiaçının istifadəsində olan 0,80 ha torpaq sahəsi Qəbələ rayonu Bum qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Qəbələ rayonu Bum qəsəbə İnzibati ərazi dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası daşlıq-qumluq olan Bum bələdiyyəsinin mülkiyyətinə aid ərazidir. Həmin torpaq sahəsi X2 X4 (TEKUİS) əsasən Qəbələ rayonu Bum qəsəbə İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası tikinti altı, islahat uqodiyası qumluq olan Bum bələdiyyəsinin mülkiyyətinə aid ərazidir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9 Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi
1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.
2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir.
3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar.
25. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarıştədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
26. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 113 №-li Fərmanına əsasən “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir (28 dekabr 2022-ci il tarixli 1922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286) ilə 2-ci hissəsinin beşinci abzasdan “7-ci maddəsinin ikinci hissəsində,” sözləri çıxarılmışdır və həmin abzasda “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir. Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi
1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.
2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; [18] yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri.
3. Ərazi quruluşu və inzibati ərazi bölgüsü müvafiq qanunla nəzərdə tutulmuş qaydada müəyyən edili
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
29. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
30. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
31. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
32. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia olunan torpaq sahəsi yaşayış məntəqəsi torpaqları daxilində çoxillik əkmələrə aid olan kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğundan və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş torpaq sahəsinin ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış üçün nəzərdə tutulan torpaq sahələrinə aid olması sübuta yetirilmədiyindən, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. İş materiallarından görünür ki, xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi X11, İddiaçı, X7 və X3 ümumibirgə mülkiyyəti üzrə dövlət qeydiyyatına alınmışdır. X11 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən birgə mülkiyyət üzrə Qəbələ rayonu Bum kəndində yerləşən ümumi sahəsi 1 ha olan torpaq sahəsinin onlara məxsus hissəsindən X8 0.25 ha və X10 0.25 ha, cəmi 0.50 ha hissəsi İddiaçı bağışlanmışdır. Torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunduğuna görə iddiaçı bu səbəblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. İddiaçının nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə iddiaçının mülkiyyətində olan, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 0.75 ha (3/4 hissə) bağ torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi olduğuna görə təyinatının həyətyanı torpaq sahəsi kimi qeyd olunması, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa düzəliş edilməklə yeni çıxarışın verilməsini xahiş etmişdir.
36. Cavadeh xx.xx.2022-ci il tarixli **********46 nömrəli etiraz məktubunda imtina məktubunda göstərilənləri qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi 0,80 hektardır. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı, uqodiyası daşlıq-qumluq olan ərazidir. Yeni tərtib edilmiş uçot materiallarına (TEKUİS) əsasən mülkiyyətçisi - bələdiyyə, təyinatı - yaşayış məntəqələrinin torpaqları, uqodiyasıçoxillik əkmələr olan torpaq sahəsi kimi baza məlumatlarında öz əksini tapmışdır. Digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçının iddia etdiyi torpaq sahəsi Qəbələ rayon Bum qəsəbəsi İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası daşlıq-qumluq olan yararsız ərazi olmaqla bələdiyyənin mülkiyyətinə aiddir. Həmçinin, həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmaqla 0,80 ha təşkil edir. **********52 reyestr nömrəli Çıxarış tərtib edilənədək və ondan sonra torpaq sahəsinin təyinatında, uqodiyasında dəyişiklik baş verməmişdir.
37. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi baxımından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 9 saylı Qəbələ Ərazi İdarəsinə mübahisə predmeti olan Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən 0.75 ha (3/4 hissə) torpaq sahəsinə aid hissədə elektron baza məlumatlarından çıxarışın təqdim edilməsi barədə sorğu göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxssis rəyinə əlavədən görünür ki, İddiaçı tərəfindən göstərilən, faktiki naturada ölçülmüş iddiaçının istifadəsində olan 0,80 ha torpaq sahəsi Qəbələ rayonu Bum qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Qəbələ rayonu Bum qəsəbə İnzibati ərazi dairəsinin sərhədləri daxilində, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası daşlıq-qumluq olan Bum bələdiyyəsinin mülkiyyətinə aid ərazidir. Həmin torpaq sahəsi X2 X4 (TEKUİS) əsasən Qəbələ rayonu Bum qəsəbə İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası tikinti altı, islahat uqodiyası qumluq olan Bum bələdiyyəsinin mülkiyyətinə aid ərazidir.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli Fərmanına əsasən, “Azərbaycan Respublikasında X2 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları təsdiq olunmuşdur. Fərmanın 2.3-cü bəndində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, X2 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi. Fərmanın 2.5-ci bəndində həmçinin, İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və X2 X4 daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin.
39. Məhkəmə kollegiyası qeyd edilən Fərmana əsasən belə nəticəyə gəlir ki, X2 uçotu informasiya sistemində yerləşdirilən koordinatlar dövlət tərəfindən tanınan və təmin edilən məlumatlar olduğundan, həmin koordinatlar torpaq mülkiyyətçisinin (istifadəçisinin) adına tərtib olunmuş hüquqi və texniki sənədlərdə qeyd olunan məlumatlarla ziddiyyət təşkil etdiyi halda, həmin sənədlərlə müvafiq düzəlişlər aparılmalı və yeni sənədlər verilməlidir.
40. Mübahisə predmeti olan torpaq sahəsi X2 X4 (TEKUİS) əsasən Qəbələ rayonu Bum qəsəbə İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası tikinti altı, islahat uqodiyası qumluq olan Bum bələdiyyəsinin mülkiyyətinə aid ərazi olduğundan, cavabdehin imtinası əsassız olmuşdur. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.
41. Belə ki, “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan, yəni torpaq sahəsinin X2 X4 (TEKUİS) əsasən Qəbələ rayonu Bum qəsəbə İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqlarına aid olması halı araşdırılmadan, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olması səbəbi ilə əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
42. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə iddiaçının mülkiyyətində olan, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 0.75 ha (3/4 hissə) torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi kimi düzəliş edilərək həmin torpaq sahəsinə dair yeni çıxarışın verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.
44. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2-1(116)-767/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə iddiaçının mülkiyyətində olan, Qəbələ rayon Bum qəsəbə yaşayış məntəqəsi daxilində yerləşən və Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin verdiyi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda təyinatı səhv olaraq kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd olunmuş 0.75 ha (3/4 hissə) torpaq sahəsinin mövcud vəziyyətdə olan statusunun həyətyanı torpaq sahəsi kimi düzəliş edilərək həmin torpaq sahəsinə dair yeni çıxarışın verilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.