Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-378/2024 21.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X11 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X3rşı “3 ay müddətinə vəkillik fəaliyyəti ilə məşğul olmasının dayandırılması haqqında xx.xx.2023-cü il tarixli 09 saylı iclas protokolu qərarının ona aid hissəsində qanunsuz sayılması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2-1(116)-349/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “3 ay müddətinə vəkillik fəaliyyəti ilə məşğul olmasnın dayandırılması haqqında 05 may 2023-cü il tarixli qərarının (09 saylı iclas protokolu) ləğv edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək, “3 ay müddətinə vəkillik fəaliyyəti ilə məşğul olmasının dayandırılması haqqında xx.xx.2023-cü il tarixli 09 saylı iclas protokolu qərarının ona aid hissəsində qanunsuzluğunun tanınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - o, 2020-ci ildən Mingəçevir şəhər Vəkil Bürosunda vəkil kimi fəaliyyətə başlamışdır. Vəkil kimi fəaliyyətə başladığı müddətdən hal-hazıradək həmişə AR Konistitusiyasının, AR CPM-nin, MPM-nin, İPM-nin və AR “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun formada işini quraraq, müraciət edən şəxslərə müqavilə əsasında və Mingəçevir şəhərində vəkillərin növbətçilik siyahısı əsasında dövlət hesabına icraatında olan işlər üzrə hər bir şəxsə keyfiyyətli hüquqi yardım göstərməklə onların hüquqlarını şərəflə və vicdanla müdafiə etmişdir. O, icraatında olan işlər üzrə ədalətli və prinsipial olmaqla insanların hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etmişdir. Son bir neçə ay ərzində onlarla işlər üzrə müdafiə etdiyi şəxsin xeyrinə cinayət işlərinin bəraətverici əsaslarla elə istintaq orqanlarında xitam olunmasını, məhkəmələrdə isə bəraət verilməsini təmin etmişdir. O, heç vaxt formal vəkilliklə məşğul olmamışdır.
5. Barəsində AR Vəkillər Kollegiyası İntizam Komissiyası tərəfindən intizam icraatı başlanmış konkret işlə bağlı qeyd edir ki, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olan və Ağdam rayonu Quzanlı məcburi köçkünlər qəsəbəsində yaşayan X14 xx.xx.2022ci il tarixdə Mingəçevir şəhər Vəkil Bürosuna gələrək və onunla vəkil kimi müqavilə bağlayaraq, Ağdam rayon PŞ-nin istintaq bölməsində AR CM-nin 221.3-cü maddəsi ilə barəsində istintaq olunan və təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunan oğlu X4 hüquqlarının müdafiə edilməsini və ona hüquqi yardım göstərməsini ona həvalə etmişdir.
6. Bundan sonra, o, Ağdam rayon PŞ-nin rəisi, polis polkovniki cənab P.İsmayılova 22 avqust 2022-ci il tarixli 711 saylı məktubla müraciət edərək və həmin məktuba ******* saylı vəkil orderi (əsli), vəkil və şəxsiyyət vəsiqəsinin surətlərini əlavə edərək təqsirləndirilən şəxs X4 barəsində istintaq olunan cinayət işi üzrə onu müdafiəçi qismində cinayət işinə buraxılmasını və təqsirləndirilən şəxs X12 ilə X5 görüşməyinə şərait yaradılmasını xahiş etmişdir. Ağdam rayon PŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Murad Behbudovun 23 avqust 2022-ci il tarixli qərarı ilə o, istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X4 müdafiəçisi kimi tanınmış və müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə AR ƏN-nin Penitensiar Xidmətinin 2 saylı X5 saat 12.00-dan 13.00-dək hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs-X12 ilə təklikdə konfendinsial görüşüb onunla ətraflı vəkil müsahibəsi aparmış və bundan sonra müdafiə taktikası quraraq istintaq hərəkətlərində iştirak etmişdir. O, müdafiəçi kimi işə buraxılarkən, istintaq orqanı tərəfindən aparılmamış və yaxud səthi aparılaraq alınmış ekspertiza rəyləri ilə razılaşmayaraq, təkrar ekspertiza keçirilməsi barədə vəsatətlər vermiş və vəsatətlər qəbul olunaraq təkrar ekspertizalar təyin olunaraq, ekspertiza rəyi alınmış və təqsirləndirilən şəxslə birlikdə qanunla müəyyən olunmuş formada tanış olmuşlar.
7. Hazırda dəqiq xatırlayır ki, xx.xx.2022-ci il tarixdə saat 12.00-da AR ƏN-nin Penitesiar Xidmətinin 2 saylı X5 hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs X12 ilə görüşmək və ekspertiza rəyi ilə onu tanış etmək üçün Ağdam rayon İB-nin bölmə rəisi Niyazi müəllimlə birlikdə təcridxanaya istintaq otağına getmiş və istintaq otağında təqsirləndirilən şəxs X12 ilə o, müdafıəçi kimi və İB-nin rəisi isə müstəntiq qismində görüşüb onu həmin gün saat 12.20-dan 13.00-dək rəylə tanış edərək, imza etdirdikdən sonra təcridxanadan çölə çıxmışlar.
8. Bildirmişdir ki, bundan sonra o, istintaq orqanı tərəfindən keçirilən bütün istintaq hərəkətlərində iştirak edərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək təqsirləndirilən şəxs X4 hüquqlarını layqincə müdafiə etmiş və ona keyfiyyətli hüquqi yardım göstərmişdir.
9. Təqsirləndirilən şəxs X12 AR ƏN-nin Penitesiar Xidmətinin 2 saylı X5 Ağdam rayon Prokurorluğuna növbəti istintaq hərəkətləri ilə bağlı etap olunmuş və növbəti istintaq hərəkətləri xx.xx.2022-ci il tarixə təyin olunmuşdur. O, xx.xx.2022-ci il tarixdə saat 17.00 radələrində Ağdam rayon Prokurorluğunun inzibati binasına gedərək, növbəti gün yəni, xx.xx.2022-ci il tarixdə saat neçədə olmağını soruşduqda, müstəntiq Sahil Məmmədli ona bildirmişdir ki, bir gün əvvəl təqsirləndirilən şəxs X6 prokurorluğun inzibati binasına gətirtmiş və öz xidməti iş otağında təqsirləndirilən şəxs Ələkbər Ələkbərovla onun atası Kərəm Ələkbərovu qanunsuz olaraq görüşdürüb və aralarında olan qeyri-prosessual söhbətlərdən sonra müdafiəçi İddiaçı təqsirləndirilən şəxs Ələkbər Ələkbərovun imtina etməsi barədə razılığa gəlinmiş və onun iştirakı olmadan təqsirləndirilən şəxs Ələkbər Ələkbərovdan müdafiəçidən imtina barədə ərizə alınmışdır.
10. O, bunu eşidəndən sonra, dərhal həmin gün Ağdam rayon prokuroruna müstəntiqin qanunsuz hərəkətləri barədə teleqram vuraraq şikayət etmişdir. Növbəti gün, xx.xx.2022-ci il tarixdə saat 17.00 radələrində Ağdam rayon Prokurorluğunda olarkən, təqsirləndirilən şəxs Ələkbər Ələkbərovdan müdafiəçidən imtina etməsi barədə ərizə alınmışdır. O isə həmin ərizənin altından müdafiəçi kimi təqsirləndirilən şəxs Ələkbər Ələkbərovun müdafiəsindən imtina etmədiyini və onun müdafiəsində iştirak edəcəyini bildirmişdir. Buna baxmayaraq, Ağdam rayon Prokurorluğu onun cinayət prosesindən iştirakına xitam verilməsi barədə 12 oktyabr 2022-ci il tarixdə qərar qəbul etmişdir. O, prosesdən kənarlaşdırıldıqdan sonra hansı istintaq hərəkətləri aparıldığını bilmir. Eyni zamanda, bu cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırlarkən, o məhkəmə prosesinə çağrılmamış və xx.xx.2022-ci il tarixdə saat 12.00-13.00-dək AR ƏN-nin Penitesiar Xidmətinin 2 saylı X1mağı və digər mübahisəli məsələlər barədə məhkəmədə dinlənilməmişdir. Hesab edir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi əsassız və qeyriobyektiv olaraq, xx.xx.2022-ci il tarixli iş № 1(100)-463/2022-ci il tarixli qərarının təsviri hissəsində (müəyyən etdi hissəsində) heç bir araşdırma aparmadan, İstintaq Təcridxanasının bir formal arayışına əsaslanaraq müəyyən etdi hissəsində, onun vəkil kimi adını bir abzasda çəkərək, guya xx.xx.2022-ci il tarixdə saat 12.55-dən 13.00dək təqsirləndirilən şəxs- Ələkbər Ələkbərovla istintaq hərəkətləri aparıldığı barədə özünün sübutlara söykənməyən mülahizələri ilə qərarın müəyyən etdi hissəsində göstərilmişdir. Lakin, məhkəmə bir həqiqəti bilməli idi ki, heç bir İstintaq təcridxanasında nahar fasiləsinə qısa müddət qaldıqda yəni, ən azı 30 dəqiqə nahar fasiləsinə qalmışdan gec olmayaraq şəxslər Təcridxanaya buraxılırlar və nahar fasiləsinə azı 5-10 dəqiqə qalmış Təcridxananı tərk etməlisən.
11. Buna baxmayaraq, sözügedən məhkəmə özünün əsassız və qeyri-obyektiv qərar qəbul etməsinə baxmayaraq, məhkəmə qərarının qərar verdi hissəsində, onun barəsində hər hansı bir tədbir görülməsi qənaətinə gəlməmiş və qərar verdi hissəsində onunla bağlı heç bir münasibət bildirməmişdir.
12. AR CPM-nin 300.3-cü maddəsində göstərilmişdir ki, “Bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə həmçinin məhkəməyədək icraat zamanı bu Məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır.”
13. AR Cinayət Prosessual Qanunvericiliyinin bu tələblərinə konkret və aydın göstərilmişdir ki, məhkəmə kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Buradan da, belə nəticəyə gəlmək olur ki, işə baxan məhkəmə onun hərəkətlərində kobud qanun pozuntusu müəyyən etməmiş və bu səbəbdən də onun vəkil kimi barəsində heç bir qərar qəbul etməmişdir.
14. O, həmin məhkəmə qərarının olması barədə yalnız 10 may 2023-cü il tarixdə AR Vəkillər Kollegiyasında olarkən və AR Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırovun qəbuluna girmək istəyərkən ona VK-sı Rəyasət Heyətinin sədr müavini cənab Aydın Axundov deyərkən bilmişdir.
15. Qeyd edir ki, onun barəsində AR X7 Komissiyası tərəfindən intizam icraatı başlanması barədə özünü telefonda Fazil müəllim kimi təqdim edən şəxs deyərkən bilmişdir. Lakin, AR X7 Komissiyasına dəvət olunmamış, formal olaraq tələb olunan bir izahat yazaraq, Mingəçevir şəhərindən Bakı şəhərinə işləyən taksi sürücüsü ilə göndərmişdir. Həmin izahatına onun əlində olan və təqsirləndirilən şəxs Ələkbər Ələkbərova göstərdiyi hüquqi yardımla bağlı olan sənədlərin surətlərini əlavə edərək göndərmişdir. Ancaq nədənsə özünü Fazil müəllim kimi təqdim etmiş həmin şəxs, onun göndərdiyi həmin sənədləri intizam Komissiyasına təqdim etməmiş, qeyri-obyektiv, səthi və reallığı əks etdirməyən rəy hazırlamışdır. Əgər o, barəsində araşdırma aparılan vəkil olaraq İntizam Komissiyasına dəvət olunsaydı və yaxud o, lazımı qaydada dinlənilsəydi, onda əsil həqiqət üzə çıxacaq idi və hər şey aydın olacaqdır və onun sözügedən məsələ ilə bağlı təqsirinin olmadığı müəyyən olunacaqdı.
16. Bundan başqa, qeyd edir ki, Qanunvericiliyin tələblərinə görə hər bir şəxsin barəsində olan təqsirləndirilən və digər araşdırılma materialları ilə bağlı istənilən dövlət və qeyri-dövlət orqanlarında dinlənilmək hüququ vardır. Lakin, İntizam Komissiyasında o, dinlənilmədən və araşdırma prosessindən kənarda qalaraq qeyri-obyektiv rəy hazırlanmış və barəsində vəkillik fəaliyyətinin 3 ay müddətinə məhdudlaşdırılması barədə AR Vəkillər X8 05 may 2023-cü il tarixdə ədalətsiz qərar qəbul edilmişdir. İşə baxan və xüsusi qərar çıxaran Gəncə Ağır Cinayətlər Məhkəməsi qərarında onun barəsində qərar verdi hissədə heç bir cümlə belə yazmamış, lakin, nədənsə bir vəkil kimi onun mövqeyindən çıxış etməli olan və həmçinin, onun haqlı olduğunu sübuta yetirməli olan AR VK-nın İntizam Komissiyası hansı səbəbdənsə birtərəfli və qərəzli mövqedə çıxış etmişdir.
17. O, bir vəkil (müdafiəçi) olaraq, AR Vəkillər X2 müraciət edərək, icraatında onlarla cinayət işi üzrə insanların hüquqlarını müdafiə etdiyini və onunla həmin şəxslərin müqavilə bağladığını bildirərək, AR VK Rəyasət Heyəti tərəfindən bu işin yenidən araşdırılmasını və onun iştirakı təmin edilməklə araşdırma apararaq ədalətli qərar qəbul edilməsini və təcili olaraq 05 may 2023-cü il tarixli AR VK Rəyasət Heyətinin qərarının ləğv edilməsini xahiş etmişdir.
18. Lakin 12 iyun 2023-cü il tarixdə AR VK-sı Rəyasət Heyətinə dəvət olunaraq, onun dəfələrlə təkidindən sonra cəmi 1-2 dəqiqə qısa çıxışından sonra, VK-sı Rəyaət Heyəti yalnız 3 cinayət işi üzrə vəkil kimi fəaliyyətinə həmin işlərə çıxmağına icazə vermişdir.
19. Hesab edir ki, bu ciddi qanun pozuntusudur və onun vəkil kimi və vətəndaşların da öz növbəsində hüquqlarının pozulması və məhdudlaşdırılmasıdır.
20. Onun icratında müqavilə əsasında və dövlət hesabına hüquqi yardım göstərdiyi və hüquqlarını müdafiə etdiyi və yekunlaşmaqda olan cinayət işləri, mülki işlər və inzibati məhkəmələrdə yekunlaşmaqda olan işlər vardır. Hazırda həmin işlərdən 10-a yaxını ağır cinayətlər üzrə ittiham olunan cinayət işləri idi. Həmin işlər üzrə bir çoxu məhkəmələrdə tərəfindən hüquqlarını müdafiə etdiyi şəxslərin təqsirsiz olduqları faktiki sübuta yetirilmiş və onlar məhkəmələrdə tərəfindən təqdim olunmuş sübutlar əsasında bəraət ala bilərdilər. Lakin, AR VK Rəyasət Heyətinin sözügedən qərarından sonra onun fəaliyyəti faktiki olaraq məhdudlaşmış və bu isə müdafiə etdiyi şəxslərdə çaşqınlıq yaradaraq, vəkillərə etimadı son dərəcə azaltmışdır. Hesab edir ki, bu vəkilliyin nüfuzuna mənfi təsir göstərir və şəxsən onun bir vəkil kimi bu günədək müdafiə etdiyi şəxslərin müdafiəsində göstərdiyi fədakarlığını heçə endirmiş və üzərinə kölgə salmış və işgüzar nüfuzuna mənfi təsir göstərmişdir. Eyni zamanda, müqavilələr əsasında hesabına ödənilmiş vəkil qonararlarının geri qaytarılması məsələləri ortaya çıxmış və tərəfindən həmin vəkil qonararlarının bir sırası geri qaytarılmış və ağır maddi duruma düşmüşdür. Bu isə ona bir ailə başçısı və 6 nəfərdən ifarət bir məcburi köçkün ailəsinə əlavə kəskin problemlər yaratmışdır.
21. Qeyd edir ki, dəfələrlə tələb etdikdən sonra, AR VK Rəyasət Heyətinin 05 may 2023-cü il tarixli qərarının surətini rəsmi olaraq, 26 may 2023-ci il tarixdə dəftərxanadan əlbəəl almışdır.
22. Hesab edir ki, bu məsələyə məhkəmə qaydasında baxılmalı və sözügedən 05 may 2023-cü il tarixli AR VK Rəyasət Heyətinin qərarı əsassız olduğundan ləğv edilməlidir. Cavabdeh orqan iddia tələbinə etirazda qeyd etmişdir ki, sözügedən intizam icraatı Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-463/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı əsasında Azərbaycan Respublikası Vəkillər X8 müvafiq qərarı ilə Ağdam rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X9 və Mingəçevir şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil İddiaçı barələrində başlanılmış və müvafiq araşdırma aparılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir.
23. Gəncə Ağır Cinayətlər Məhkəməsinin həmin qərarına əsasən, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilərək, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır.
24. Qərarın nəticə hissəsində qeyd edilən cinayət işi üzrə təqsirləndirilən şəxsin dövlət hesabına təyin edilmiş müdafiəçisi, Ağdam rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X13 tərəfindən Azərbaycan Respublikası CPM-in tələbləri kobud surətdə pozulduğundan barəsində intizam tənbehi tətbiq edilməsi xahiş olunsa da, təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müqavilə əsasında müdafiəçisi, Mingəçevir şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil İddiaçı tərəfindən də, pozuntuya yol verildiyi iş üzrə müəyyən edilmiş hal kimi öz əksini tapmışdır.
25. Belə ki, qərara əsasən, “Bundan başqa, iş materiallarında olan xx.xx.2022-ci il tarixli "ekspert rəyi ilə tanış olma haqqında", “təqsirləndirilən şəxsin ekspertizanın təyin edilməsinə dair qərarla tanış edilməsi haqqında" protokollardan görünür ki, iş üzrə ibtidai istintaq aparmış Ağdam RPŞ-nin İB-nin rəisi Niyazi Uzakov müdafiəçi İddiaçı iştirakı ilə təqsirləndirilən şəxs Ələkbər Ələkbərova xx.xx.2022-ci il tarixdə saxlandığı 2 saylı istintaq təcridxanasında məhkəmə lifli materiallar üzrə ekspertizanın xx.xx.2022-ci il tarixli 6/9265 saylı 5 vərəqədən ibarət rəyini elan etmiş, onu iş üzrə təyin edilmiş xx.xx.2022-ci il tarixli kompleks məhkəmə fiziki-texniki, bioloji materiallar və məhkəmə soyuq silah ekspertizalarının keçirilməsinə dair qərarlarla tanış etmiş, ona bununla bağlı hüquqlarını elan etmişdir. Hər iki protokolda prosessual hərəkətlərin keçirildiyi yer və tarix qeyd olunsa da, vaxt qeyd edilməmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin sorğusu əsasında 2 saylı istintaq təcridxanasından alınmış xx.xx.2022-ci il tarixli xx/xx-5978 saylı arayışla müəyyən olunmuşdur ki, Ağdam RPŞ-nin İB-nin rəisi Niyazi Uzakov və müdafiəçi İddiaçı 2 saylı istintaq təcridxanasında təqsirləndirilən şəxslə görüşləri xx.xx.2022-ci il tarixdə saat 12:55-də başlamış, 13:00-da başa çatmışdır. Sadə məntiqlə aydın olur ki, yuxarıda qeyd olunan bir neçə prosessual hərəkətin 5 dəqiqə ərzində icra olunması qeyri-mümkündür. Sözügedən protokolların da, uydurma faktlar əsasında tərtib edildiyi, müdafiəçinin də qeyd olunan protokollara qanunsuz olaraq imza etdiyi məhkəmənin apardığı araşdırma ilə aşkar olunmuşdur."
26. Vəkillərin İntizam Komissiyasında aparılan araşdırma zamanı Mingəçevir şəhər Vəkil Bürosunun vəkili İddiaçı həmin araşdırmada iştirakı təmin olunmuş, vəkil Komissiyaya müraciətlə bağlı yazılı izahatını və müvafiq sənədlərin (hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli 397 saylı müqavilənin, həmin tarixli ******* saylı vəkil orderinin, həmin tarixli 3419 saylı mədaxil qəbzinin və "müdafiəçinin cinayət prosesində iştirakına xitam verilməsi haqqında" istintaq orqanının xx.xx.2022-cı il tarixli qərarının) surətlərini təqdim etmiş, izahat və sənədlər iş materiallarına əlavə edilmişdir.
27. Vəkil İddiaçı öz izahatında Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarını ədalətsiz və qərəzli hesab edərək göstərmişdir ki, dəqiq tarixi xatırlamır, ola bilsin ki, xx.xx.2022-ci il tarixdə, ancaq dəqiq yadındadır ki, saat 12:00-da hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxslə görüşüb onu ekspertiza rəyləri ilə tanış etmək üçün Ağdam RPŞ-nin İB-nin rəisi Niyazi Uzakovla birlikdə 2 saylı Gəncə istintaq təcridxanasına getmiş və istintaq otağında təqsirləndirilən şəxsi saat 12:00-dan 13:00-a kimi rəylərlə tanış edərək imza etdirdikdən sonra təcridxanadan çıxmışlar, İB-nin rəisi Niyazi Uzakov ola bilsin ki, protokolda saatı səhvən düzgün yazmamışdır.
28. Lakin, onun təcridxanada olan müddəti ilə bağlı izahatında göstərdikləri məhkəmənin müvafiq sorğusu əsasında 2 saylı istintaq təcridxanasından alınmış xx.xx.2022-ci il tarixli xx/xx-5978 saylı arayışla öz təsdiqini tapmamışdır.
29. İntizam işinə Vəkillərin İntizam Komissiyasının xx.xx.2023-cü il tarixdə keçirilən iclasında baxılmış, iclasın yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, vəkillər Azər Şəkəralıyev və İddiaçı hər hansı üzrlü səbəb göstərmədən iclasda iştirak etməyə gəlməmişlər.
30. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan yekdilliklə belə nəticəyə gəlmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-463/2022 saylı xx.xx.2022-ci il hazırlıq iclasının qərarı ilə müəyyən edilmiş hallara görə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq zamanı ona Mingəçevir şəhər Vəkil Bürosunun vəkili İddiaçı tərəfindən müqavilə əsasında hüquqi yardımın göstərilməsi ilə bağlı öz peşə borcunu vicdanla yerinə yetirmədiyi məhkəmənin apardığı araşdırma ilə aşkar olunmuş, bununla da, təqsirləndirilən şəxsin müdafiəçisi qismində çıxış edən vəkil İddiaçı hüquqi yardımın yüksək keyfiyyətlə həyata keçirilməsi tələblərinə, vəkil andına və vəkil etikasına riayət etməyib, müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd hərəkət edərək, istintaq və ya digər prosessual hərəkəti aparan şəxsin nəzərini onun yol verdiyi qanun pozuntularına cəlb edərək buna etiraz etmək əvəzinə, müvafiq protokollara imza ataraq formal vəkillik fəaliyyəti ilə məşğul olmaqla, peşə fəaliyyətini həyata keçirərkən intizam pozuntusu sayıla biləcək hərəkətlərə yol verərək, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.9.4-cü, 92.9.6-cı, 92.10.1-ci, 92.11.1-ci, 92.11.2-ci maddələrinin, “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 3-cü maddəsinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2-ci, 1.3-cü, 2.2-ci, 2.3-cü, 3.4-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozmuşdur.
31. Yuxarıda qeyd edilən intizam araşdırmasının nəticəsinə dair Vəkillərin İntizam Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli rəy qəbul edilmiş və “Vəkillərin İntizam Komissiyası haqqında" Əsasnamənin 7.27-ci bəndinə əsasən, həmin rəy əsaslandırılmış şəkildə tərtib edildikdən sonra baxılması və müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikası Vəkillər X2 təqdim edilmişdir.
32. Azərbaycan Respublikası Vəkillər X8 xx.xx.2023-cü il tarixli qərarı ilə, yekdilliklə Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınmaqla, peşə borcunu həyata keçirərkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin müvafiq tələblərini pozduğuna görə, Mingəçevir şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkil İddiaçı 3 (üç) ay müddətinə vəkillik fəaliyyəti ilə məşğul olmasının dayandırılması qərara alınmışdır
33. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 22-ci maddəsinə əsasən: 1. Vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. İİ. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. Vİ. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: ... üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması.
34. "Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 6.4-cü bəndinə əsasən, bu Əsasnamədə qeyd olunan davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
35. Beləliklə, şərh edilənlərdən göründüyü kimi, sözügedən intizam icraatı üzrə araşdırma qanunvericiliyin tələblərinə uyğun olaraq vəkil İddiaçı iştirakı ilə aparılmış, intizam icraatının predmeti olan məsələ ilə bağlı vəkilin yazılı izahatı alınmış, intizam işinə Komissiyada və Rəyasət Heyətində baxılarkən əvvəlcədən məlumat verilərək dəvət olunmasına baxmayaraq, vəkil özü istər Komissiyanın, istərsə də Rəyasət Heyətinin iclaslarında hər hansı üzrlü səbəb göstərmədən iştirak etməmişdir.
36. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında onun hərəkətlərində kobud qanun pozuntusu müəyyən edilmədiyi və bu səbəbdən də barəsində hər hansı tədbir görülməsi xahiş olunmadığı halda, onunla bağlı da intizam araşdırmasının aparılması məsələsinə gəldikdə isə, qanunvericilik vəkilin haqqında intizam icraatının başlanmasını və məsuliyyətə cəlb edilməsini onun yol verdiyi pozuntunun adi (sadə), yoxsa kobud olub-olmamasından asılı etməmişdir. Qanunvericiliyə əsasən, peşə borcunu həyata keçirərkən vəkilin "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və digər qanunvericilik aktlarının tələblərinin vəkillərin davranış haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması hallarının aşkar olunması onun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi müəyyən olunmuşdur.
37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-48-ci maddələrinə əsaslanaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur.
38. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
39. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
40. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 22 aprel 2024-cü il tarixli 2- 1(116)-349/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
41. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
42. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2-1(116)-349/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
43. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2- 1(116)-349/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
44. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2-1(116)-349/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
45. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - 07.07.2022-ci il tarixli “Cinayət işi başlanması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, HK-1/953 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq edilməsi üçün icraata qəbul edilmişdir. - Ağdam RPŞ-nin İB-nin xx.xx.2022-ci il tarixli “müdafiəçinin təyin edilməsi haqqında” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Mingəçevir şəhərində fərdi qaydada fəaliyyət göstərən müdafiəçi İddiaçı təqsirləndirilən şəxs X4 hüquqlarını müdafiə etmək üçün müdafiəçi təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs X12 barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə istintaq olunan cinayət işi üzrə hüquqi yardım edilməsi və hüquqlarının müdafiəsi ilə əlaqədar 2 saylı istintaq təcridxanasına daxil olmağı barədə məlumat aşağıdakı kimidir:
1. xx.xx.2022-ciil tarixdə, saat 12:20-dən 12:45-dək həbs edilmiş şəxs Ə.K.Ələkbərova cinayət işi üzrə hüquqi yardım göstərilib.
2. xx.xx.2022-ci il tarixdə, saat 12:50-də müəssisəyə daxil olunub, saat 12:55dən 13:00-dək həbs edilmiş şəxs Ə.K.Ələkbərova cinayət işi üzrə hüquqi yardım göstərilib. - Azərbaycan Respublikası Vəkillər X8 05 May 2023-cü il tarixli 09 saylı iclas protokolundan çıxarışdan görünür ki, Vəkillərin İntizam Komissiyasının rəyi nəzərə alınmış, Gəncə Ağır Cinayətlər Məhkəməsinin müraciəti əsasında başlanılmış intizam icraatı üzrə, peşə fəaliyyətini həyata keçirərkən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-463/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə müəyyən edilmiş hallara görə Mingəçevir şəhər Vəkil Bürosunun vəkili İddiaçı vəkillik fəaliyyətinin 3 (üç) ay müddətinə, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılması qərara alınmışdır. - Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)-463/2022 nömrəli qərarında qeyd edilmişdir ki, iş üzrə ibtidai istintaq aparmış Ağdam RPŞ-nin İB-nin rəisi Niyazi Uzakov müdafiəçi İddiaçı iştirakı ilə təqsirləndirilən şəxs Ələkbər Ələkbərova xx.xx.2022-ci il tarixdə saxlandığı 2 saylı istintaq təcridxanasında məhkəmə lifli materiallar üzrə ekspertizanın xx.xx.2022-ci il tarixli 6/9265 saylı 5 vərəqədən ibarət rəyini elan etmiş, onu iş üzrə təyin edilmiş xx.xx.2022-ci il tarixli kompleks məhkəmə fizikitexniki, bioloji materiallar və məhkəmə soyuq silah ekspertizalarının keçirilməsinə dair qərarlarla tanış etmiş, ona bununla bağlı hüquqlarını elan etmişdir. Hər iki protokolda prosessual hərəkətlərin keçirildiyi yer və tarix qeyd olunsa da, vaxt qeyd edilməmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin sorğusu əsasında 2 saylı istintaq təcridxanasından alınmış xx.xx.2022-ci il tarixli xx/xx-5978 saylı arayışla müəyyən olunmuşdur ki, Ağdam RPŞ-nin İB-nin rəisi Niyazi Uzakov və müdafiəçi İddiaçı 2 saylı istintaq təcridxanasında təqsirləndirilən şəxslə görüşləri xx.xx.2022-ci il tarixdə saat 12:55-də başlamış, 13:00-da başa çatmışdır. - Gəncə Ağır Cinayətlər Məhkəməsinin müraciəti əsasında fərdi qaydada fəaliyyət göstərən vəkil X9 və Mingəçevir şəhər Vəkil Bürosunun vəkili İddiaçı barəsində başlanılmış intizam icraatı üzrə aparılmış araşdırmanın nəticəsinə dair Vəkillərin İntizam Komissiyasının xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:55-də başlamış, 13:00-da başa çatmaqla, qeyd olunan bir neçə prossesual hərəkətin 5 dəqiqə ərzində icra olunması qeyri-mümkündür. Belə olan halda, sözügedən protokolların uydurma faktlar əsasında tərtib edildiyi, buna baxmayaraq müdafiəçilərin də, qeyd olunan protokollara qanunsuz olaraq imza etdikləri məhkəmənin apardığı araşdırma ilə aşkar olunmuşdur. Hazırkı rəy müzakirə edilməsi və müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikası Vəkillər X2 təqdim edilməlidir.
TƏTBİQ EDİLƏN HÜQUQ
46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
47. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.
48. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun: 1-ci maddəsinin İİ hissəsinə əsasən, vəkillik qanunun aliliyi, ... prinsipləri əsasında fəaliyyət göstərir. 1-ci maddəsinin İİİ hissəsinə əsasən, vəkilliyin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi təşkil edir 3-cü maddəsinə əsasən, vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir 5-ci maddəsinin İ hissəsinə əsasən, vəkillik fəaliyyəti insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, ... əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. 14-cü maddəsinin İ hissəsinə əsasən, Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs “Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa" and içir. 16-cı maddəsinin İ hissəsinə əsasən, peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir, vəkil andına və vəkil etikasına riayət etməlidir; yalnız qanunun tələblərini rəhbər tutmalıdır. 22-ci maddəsinə əsasən: 1. Vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. İİ. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. İİİ. Vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən altı ay, törədildiyi gündən isə bir il müddətində tətbiq edilə bilər. Vİ. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: ... üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması.
49. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin: 1.2-ci bəndinə əsasən, hər bir vəkil qanunun aliliyi, ... prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur.
1. 3-cü bəndinə əsasən, hər bir vəkil, vəkil andına sadiq qalmalı peşə fəaliyyətində bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. 2.2-ci bəndinə əsasən, ... şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur.
2. 3-cu bəndinə əsasən, vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır.
3. 4-cü bəndinə əsasən, vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir 6.4-cü bəndinə əsasən, bu Əsasnamədə qeyd olunan davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
50. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin: 5.13-cü bəndinə əsasən, Vəkillər Kollegiyasının üzvləri vəkillik fəaliyyətini tənzimləyən qanunların və bu nizamnamənin tələblərinə əməl etmək, vəkillərin davranış qaydalarına riayət etmək vəzifəsi daşıyırlar.
51. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
52. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2-1(116)-349/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
53. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).
54. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
55. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
56. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
57. İş materiallarından görünür ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarda iddiaçının vəkillik fəaliyyətinin 3 (üç) ay müddətinə, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılması qərara alınmışdır. İddiaçı məhkəməyə müraciət edərkən sözügedən inzibati akt qüvvədə olsa da, məhkəmə araşdırmasının gedişatında (xx.xx.2023-cü il tarixdə) həmin inzibati akt hüquqi qüvvəsini itirdiyindən iddiaçının tələbi artıq qüvvədə olmayan inzibati aktın qanunsuz sayılmasına yönəlmişdir (İPM-nin 72-ci m.)
58. Belə ki, hazırda qanunsuz sayılması tələb edilən cavabdehin xx.xx.2023-cü il tarixli qərarının qəbulundan 1 ay, 21 gün sonra iddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və inzibati iş məhkəmə icraatına qəbul edildikdən sonra mübahisələndirilən inzibati akt qüvvədən düşmüşdür (müddət başa çatdığına görə).
59. İPM-in 72-ci maddəsinə əsasən inzibati aktın inzibati orqanın özü tərəfindən ləğv olunduğu və ya digər əsaslara görə qüvvədən düşdüyü hallarda, məhkəmə iddiaçının hüquqi marağını nəzərə alaraq onun ərizəsinə (vəsatətinə) əsasən həmin aktın etibarsız (qanunsuz) sayılması barədə qərar qəbul edir.
60. Nəzərə alınmalıdır ki, İPM-in 72-ci maddəsində təsbit edilmiş iddia “mübahisələndirmə haqqında” iddianın davamı sayılır. İPM-in 72-ci maddəsinə əsasən işin məhkəmənin icraatına daxil olmasından sonra inzibati aktın aradan qalxmasının müəyyən edilməsinə dair iddia digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşımır. Çünki inzibati aktın işin məhkəmənin icraatına daxil olmasından sonra qanunsuz sayılmasının müəyyən edilməsi, əslində artıq mövcud olan “mübahisələndirmə haqqında” iddianın davamıdır.
61. Sözügedən iddia növünə müraciət edə bilmək üçün iddiaçı artıq yol verilən qaydada “mübahisələndirmə haqqında” iddia qaldırmış olmalıdır. Çünki mümkün sayılmayan mübahisələndirmə haqqında iddiadan heç bir halda mümkün “müəyyən etmə haqqında” iddia yarana bilməz.
62. İş materiallarından görünür ki, mübahisələndirilən inzibati aktın qüvvəsi xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Odur ki, iddiaçı ilkin tələbində “mübahisələndirmə haqqında” iddia növünə uyğun həmin inzibati aktın ləğvini tələb etsə də, artıq həmin qərar hüquqi qüvvəsini itirdiyindən onun ləğv edilməsi icrası mümkün hüquqi nəticəyə səbəb olmayacaqdır. Yəni, iddiaçı hazırkı mübahisə ilə bağlı daha təsirli iddia növü seçmək iqtidarında deyil.
63. Mübahisələndirilən 05 may 2023-cü il tarixli əlverişsiz inzibati akt iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, iddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə məhkəməyə göndərilmişdir. Odur ki, iddiaçı “mübahisələndirmə haqqında” iddianın müddətlə bağlı xüsusi mümkünlük şərtinə əməl etmişdir. Buna görə də, hazırda irəli sürülmüş tələbin “mübahisələndirmə haqqında” iddianın müddətlə bağlı xüsusi mümkünlük şərtindən yan keçmək məqsədilə irəli sürülməsi müəyyən edilmir və artıq qüvvəsini itirmiş inzibati akta münasibətdə həmin inzibati aktın qanunsuz sayılması düzgün tələb edilmişdir.
64. Lakin, hər hansı bir inzibati aktın qanunsuz olmasının müəyyən edilməsi üçün şərt ondan ibarətdir ki, iddiaçı işin mahiyyəti üzrə qərar qəbul edilən an qanunsuz olmanın müəyyən edilməsində haqlı marağa malik olsun. Əgər belə bir maraq mövcud deyilsə, onda məhkəmənin işin mahiyyəti üzrə qərar qəbul etməsi üçün heç bir əsas olmayacaqdır. Başqa sözlə, iddiaçının hüquqları nəzərə alınmaqla işin mahiyyəti üzrə qərarın qəbul edilməsinə yalnız o zaman ehtiyac duyulur ki, həmin qərar iddiaçı üçün faydalı olsun. Müəyyən etmə haqqında iddiaya dair çıxarılmış məhkəmə qərarı hansısa bir şəkildə iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırmaq üçün münasib olmalıdır.
65. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, inzibati məhkəmə icraatı mümkün olmuş “mübahisələndirmə haqqında” iddianın davamı olaraq meydana çıxmış hazırkı tələbə “müəyyən etmə və ya tanınma haqqında” iddia növünün mümkünlük şərtləri şamil edilməlidir. Belə ki, iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçının inzibati aktın qanunsuzluğunun tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3. iddiaçının bu marağı inzibati aktın qanunsuzluğunun qısa müddətdə tanınması ilə bağlı olmalı; 4. iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir.
66. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün iddia deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da, onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur.
67. Sözügedən inzibati aktın qanunsuz sayılması ilə bağlı iddiaçının marağına münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının vəkillik fəaliyyətinin 3 ay müddətinə dayandırılması ilə bağlı intizam məsuliyyətinə cəlb edilməsi onunla bağlanmış müqavilələr əsasında hesabına ödənilmiş vəkil qonararlarının geri qaytarılması ilə bağlı mübahisələrə yol aça biləcəyindən, habelə sözügedən müddətdə və müddət başa çatdıqdan sonrakı dövrdə işgüzar nüfuzunun zədələnməsinə görə yeni müqavilələrin bağlanmasına maneçilik yaradacağından inzibati aktın qanunsuzluğunun qısa müddətdə tanınmasına iddiaçının kifayət qədər iqtisadi marağı mövcud olmuşdur. İddiaçının reabilitasiya marağının mövcudluğu nəzərə alaraq hesab edilməlidir ki, mübahisələndirilən qərar iddiaçının ictimai və işgüzar nüfuzuna ciddi ziyan vurulmasına səbəb olmaqla yanaşı, bunun təkrarlanması təhlükəsi mövcud olduğundan iddia tələbinin irəli sürülməsində iddiaçının marağı həm də, hüquqi xarakterli olmuşdur.
68. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 3-cü hissəsinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir.
69. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Artico İtaliyaya qarşı iş üzrə Qərarında göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin “ç” bəndində vəkilin təyin edilməsindən deyil, onun yardımından istifadə edilməsindən bəhs olunur. Vəkilin sadəcə təyin edilməsi səmərəli hüquqi yardımı təmin etmir. Çünki hüquqi yardım məqsədi ilə təyin edilən vəkil vəfat edə, ciddi xəstəliyə tutula, uzun müddət vəzifəsini icra etmə imkanına malik olmaya və ya bundan boyun qaçıra bilər. Belə halda dövlət orqanları bu barədə xəbərdar olduqda vəkili əvəz etməli və ya öz vəzifəsini icra etməyə məcbur etməlidirlər.
70. Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndində təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir (Avropa Məhkəməsinin Mayzit Rusiyaya qarşı iş üzrə 20 yanvar 2005-cı il tarixli Qərarı, § 65). Çəkişmə prinsipi baxımından bu müddəanın məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətdə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir (Avropa Məhkəməsinin Bulut Avstriyaya qarşı iş üzrə 22 fevral 1996-cı il tarixli Qərarı, § 47; Avropa Məhkəməsinin Popov Rusiyaya qarşı iş üzrə 13 sentyabr 2006cı il tarixli Qərarı, § 177).
71. Puatrimol Fransaya qarşı iş üzrə 23 noyabr 1993-cü il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) qeyd etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir (§34). Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər (İnsan hüquqları üzrə Avropa Komissiyasının Enslin, Baader və Raspe Almaniyaya qarşı iş üzrə 08 iyul 1978-ci il tarixli Qərardadı, 14 DR 64, səh. 114).
72. Pakelli Almaniyaya qarşı iş üzrə 25 aprel 1983-cü il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndi cinayət törədilməsində təqsirləndirilən şəxsin üç hüququna zəmanət verir: şəxsən özünü müdafiə etmək, özü tərəfindən seçdiyi müdafiəçiyə malik olmaq və müəyyən şərtlərlə pulsuz müdafiəçiyə malik olmaq. Özünü şəxsən müdafiə etmək istəməyən hər bir təqsirləndirilən şəxs özü tərəfindən seçdiyi müdafiəçinin xidmətlərindən istifadə etmək imkanına malik olmalıdır; müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ona pulsuz təqdim olunmalıdır (§ 31).
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 28 mart 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarını qanuna uyğun həyata keçirməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir.
74. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı 3 ay müddətinə vəkillik fəaliyyəti ilə məşğul olmasının dayandırılması haqqında cavabdehin xx.xx.2023-cü il tarixli 09 saylı iclas protokolu qərarının ona aid hissəsində qanunsuz sayılmasına nail olmaqdır.
75. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 22-ci maddəsinin Vİ hissəsindən görünür ki (İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər), aşkar edilmiş pozuntuya münasibətdə hansı intizam tənbehinin seçilməsi qanunla imperativ qaydada tənzimlənməmiş və vəkilə intizam tənbehləri tətbiq edilməsi ilə bağlı inzibati orqana mülahizə sərbəstliyi vermişdir.
76. “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir.
77. İnzibati aktlar əsasən səlahiyyət, forma, səbəb, məzmun və məqsəd ünsürlərinin vəhdətindən ibarətdir. Mübahisələndirilən inzibati akta münasibətdə inzibati aktın yuxarıda sadalanan ünsürlərində qüsurun mövcudluğu müəyyən edilmir.
78. Belə ki, inzibati orqan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 22-ci maddəsində təsbit edilmiş hakimiyyət səlahiyyətinin icrası qaydasında müvafiq inzibati aktı qəbul etmə haqqına malik olmuş, inzibati aktın forma ünsüründə hüquqi nəticəyə təsir edən qüsurlar aşkar edilməmiş, inzibati aktın qəbul edilməsinə əsas olmuş hüquqi əsas, məzmun və səbəb ünsürü arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri və inzibati aktın qəbul edilməsi ilə ictimai marağın təmin edilməsinə yönəlmiş yekun hədəf mövcud olmuşdur.
79. Hazırkı mübahisədə iddiaçının yol verdiyi pozuntunun xarakteri işin faktiki hallarına uyğun inzibati olaraq orqanın öz qiymətləndirməsinə əsasən müəyyən edilmiş və seçilmiş hüquqi nəticəyə münasibətdə diskresion səlahiyyət həyata keçirilmişdir. Yəni, inzibati orqan həm işin hallarını qiymətləndirmiş, həm də diskresion səlahiyyətlərindən istifadə etmək imkanından istifadə etmişdir. İşin faktiki hallarına münasibətdə subyektiv qiymətləndirmə mülahizə sərbəstliyi (İntizam Komissiyasının rəyi nəzərə alınmaqla) əsasında həyata keçirilmişdir.
80. İPM-nin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
81. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
82. İnzibati aktın mübahisələndirilməsi ilə bağlı iddiaçının başlıca dəlilləri mübahisələndirilən inzibati akt qəbul edilərkən dinlənilmə hüququnun təmin edilməməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)-463/2022 nömrəli qərarı ilə onun hərəkətlərində kobud pozuntunun müəyyən edilməməsi, qərarın “müəyyən etdim” hissəsində göstərilənlərin (xx.xx.2022-ci il tarixdə saat 12:55-dən 13:00-dək təqsirləndirilən şəxs Ələkbər Ələkbərovla istintaq hərəkətlərinin aparılması ilə bağlı) həqiqətə uyğun olmaması ilə bağlı olmuşdur.
83. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri tamamilə əsassız olmaqla mübahisələndirilən inzibati aktın qanunsuz sayılmasına əsas ola bilməz.
84. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Ağdam RPŞ-nin İB-nin xx.xx.2022ci il tarixli “müdafiəçinin təyin edilməsi haqqında” qərarı əsasında ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X4 hüquqlarını müdafiə elmək üçün müdafiəçi təyin edilmişdir.
85. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)-463/2022 nömrəli qərarında qeyd edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 12:55dən 13:00-dək təqsirləndirilən şəxs Ələkbər Ələkbərova saxlandığı 2 saylı istintaq təcridxanasında məhkəmə lifli materiallar üzrə ekspertizanın xx.xx.2022-ci il tarixli 6/9265 saylı 5 vərəqədən ibarət rəyi ona elan edilmiş, həmçinin iş üzrə təyin edilmiş xx.xx.2022-ci il tarixli kompleks məhkəmə fiziki-texniki, bioloji materiallar və məhkəmə soyuq silah ekspertizalarının keçirilməsinə dair qərarlarla tanış edilmişdir. Məhkəmənin qənaətinə görə göstərilən bir neçə prossesual hərəkətin 5 dəqiqə ərzində icra olunması qeyri-mümkündür. Belə olan halda, sözügedən protokolların uydurma faktlar əsasında tərtib edildiyi, buna baxmayaraq, müdafiəçinin də, qeyd olunan protokollara qanunsuz olaraq imza etməsi məhkəmənin apardığı araşdırma ilə aşkar olunmuşdur.
86. İddiaçı istinad olunan qərarın yalnız məzmununda yuxarıda qeyd edilən məlumatların öz əksini tapmasını və məhkəmə aktının “qərar verdi” hissəsində özünə münasibətdə intizam tənbehinin tətbiq edilməsi ilə bağlı hər hansı qeydin olmamasını bildirir.
87. Qeyd edilməlidir ki, cavabdeh orqanın intizam tənbehini tətbiq etməsinə əsas iddiaçı tərəfindən intizam pozuntusuna yol verilməsinin aşkar edilməsidir. Odur ki, intizam pozuntusu barədə məlumatların Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)-463/2022 nömrəli qərarının təsviri-əsaslandırıcı və ya nəticə hissəsində qeyd edilib-edilməməsinin heç bir hüquqi əhəmiyyəti yoxdur. Başqa sözlə, cavabdeh orqan intizam icraatını pozuntuya münasibətdə başlayır və əhəmiyyətli olan hal intizam pozuntusunun mövcud olub-olmamasıdır.
88. İddiaçı Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)- 463/2022 nömrəli qərarında ona münasibətdə kobud pozuntunun aşkar edilmədiyini bildirsə də, nəzərə alınmalıdır ki, iddiaçı barəsində vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması barədə intizam tənbehi ən minimal həddə (3 ay) tətbiq edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)-463/2022 nömrəli qərarında kobud pozuntuya yol verməsi müəyyən edilmiş vəkil barəsində isə cavabdeh orqan tərəfindən Vəkillər Kollegiyası üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. Odur ki, iddiaçıya münasibətdə bərabərlik hüququnun pozulması müəyyən edilmir.
89. Mübahisələndirilən inzibati akt qəbul edilərkən “dinlənilmə hüququnun təmin edilməməsi” ilə bağlı iddiaçının dəlilinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh orqan tərəfindən iddiaçıya “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinin tələbləri baxımından başlanılmış intizam icraatı barədə məlumat verilmişdir. İddiaçı tərəfindən cavabdeh orqana yazılı təqdim edilmiş izahatda o, işin halları ilə bağlı ətraflı məlumat vermişdir. Dinlənilmə hüququnun təmin edilməsi - barəsində inzibati icraat aparılan subyektə məlumat verilməsi və həmin icraat üçün əhəmiyyətli olan sübutların, mülahizələrin təqdim edilməsi imkanının yaradılmasında ifadə olunur. Yəni, bu zaman maraqlı şəxs öz mülahizələri və onda olan sübutları ilə icraatın gedişinə təsir göstərmək imkanı əldə edir. İddia ərizəsinin məzmununda iddiaçı özü də qeyd edir ki, o, barəsində intizam icraatının başlanması barədə məlumatlandırılmış, izahatını və göstərdiyi hüquqi yardımla bağlı digər sənədləri cavabdeh orqana göndərmişdir.
90. İddia ərizəsində iddiaçı təqsirləndirilən şəxs Ələkbər Ələkbərovla saat 12:20-dən 13:00-dək müdafiəçi qismində görüşdüyünü bildirir. İlkin icraat zamanı verdiyi izahatında isə iddiaçı, təqsirləndirilən şəxs Ələkbər Ələkbərovla saat 12:00-dan 13:00-dək müdafiəçi qismində görüşüb rəylərlə tanış etdiyini bildirmişdir. İddiaçının özü tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının xx.xx.2022-ci il tarixdə, saat 12:50-də müəssisəyə daxil olması, saat 12:55-dən 13:00-dək həbs edilmiş şəxs Ə.K.Ələkbərova cinayət işi üzrə hüquqi yardım göstərməsi öz əksini tapmışdır.
91. İddiaçı təqsirləndirilən şəxs Ələkbər Ələkbərovla müdafiəçi qismində görüşə saat 12:00 (12:20)-da başlamasına dair hər hansı sübut təqdim edə bilməmiş, mövqeyini subyektiv mülahizələrlə əsaslandırmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)-463/2022 nömrəli qərarında qeyd edilmiş məlumatlar iddiaçının özü tərəfindən təqdim edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubunda göstərilmiş məlumatlarla üstüstə düşür. Odur ki, cavabdeh orqan haqlı olaraq sadalanan bir neçə prossesual hərəkətin 5 dəqiqə ərzində icra olunmasını qeyri-mümkün hesab etmiş, sözügedən protokolların uydurma faktlar əsasında tərtib edilməsi, buna baxmayaraq, müdafiəçinin də, qeyd olunan protokollara qanunsuz olaraq imza etməsinin intizam pozuntusu olması qənaətinə gəlmişdir.
92. Tətbiq edilmiş intizam tənbehinin aşkar edilmiş intizam pozuntusuna mütənasibliyi baxımından birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, inzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, eləcə də, həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır. Mütənasiblik yararlılıq, zərurilik və uyğunluq kimi üç əlamətdən ibarətdir. İş materiallarından göründüyü kimi cavabdeh orqan iddiaçının formal vəkillik fəaliyyəti ilə məşğul olmasına istinad edərək onun vəkillik fəaliyyətinin 3 ay müddətinə dayandırılması barədə intizam tənbehi vermiş və bu zaman iddiaçının xeyrinə olan xüsusatları da, nəzərə almaqla yol verdiyi pozuntuya münasibətdə verilmiş tənbehi minimal həddə tətbiq etmişdir.
93. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun preambulasından görünür ki, Qanunun qəbul edilməsində məqsəd Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının təmin olunması və başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsidir.
94. 3-cü maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsi və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi vəkilliyin əsas vəzifəsidir.
95. Müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir.
96. Bu mənada təqsirləndirilən şəxsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir.
97. Cinayət prosesində müdafiəçinin iştirakının təmin edilməli olduğu hallar, onun hüquqları, vəzifələri, müdafiəçiyə qadağan olunan hərəkətlər və s. Cinayət Prosessual Məcəlləsinin 92-ci maddəsi ilə tənzimlənir.
98. Cinayət Prosessual Məcəlləsinin 92.3-cü maddəsində qanunverici xüsusi hallar müəyyən edərək müdafiəçinin cinayət prosesində iştirak etməsinin vacibliyini nəzərə almış və onun iştirakı olmadan cinayət prosesinin həyata keçirilməsini qadağan etmişdir.
99. Müdafiəçinin cinayət təqibi üzrə müdafiə funksiyasını lazımınca yerinə yetirməsini təmin etmək məqsədi ilə Cinayət Prosessual Məcəlləsinin 92.9-cu maddəsində onun bir sıra prosessual hüquqları nəzərdə tutulmuşdur. Müdafiəçi cinayət prosesini həyata keçirən orqanın təklifi ilə bu orqanın apardığı istintaq və ya digər prosessual hərəkətlərdə, habelə müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək; şübhəli və ya təqsirləndirilən şəxsə hüquqlarını yadına salmaq, istintaq və ya digər prosessual hərəkəti aparan şəxsin nəzərini onun yol verdiyi qanun pozuntularına cəlb etmək; cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkət protokolunda qeyd edilməsini tələb etmək; özünün və ya müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərin, habelə məhkəmə iclasının protokolları ilə tanış olmaq; iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokollarındakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək və s. hüquqları həyata keçirir.
100. Bununla yanaşı, vəkilin peşə fəaliyyətinin prinsip və qaydalarına, habelə cinayət təqibi üzrə icraatın qaydalarına riayət edilməsinin təmin olunması üçün Cinayət Prosessual Məcəlləsinin 92.11-ci maddəsində müdafiəçinin vəzifələri təsbit edilmişdir. Həmin maddəyə görə, müdafiəçi cinayət prosesində iştirak edərkən qanunun tələblərini rəhbər tutmaq; şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin müdafiəsini bütün qanuni üsullarla həyata keçirmək; onun vəziyyətində işin mümkün dərəcədə xeyrinə başa çatdırılması üçün müdafiə etdiyi şəxsə zəruri hüquqi məsləhətlər vermək və müdafiə tərəfin seçdiyi mövqe üzrə hərəkət etmək; cinayət mühakimə icraatı zamanı vəkil etikasına riayət etmək; şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsi üçün cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək və s. vəzifələri yerinə yetirməlidir.
101. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 16-cı maddəsinə əsasən isə peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməli; vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməli; yalnız qanunun tələblərini rəhbər tutmalıdır.
102. Konstitusiyanın 61-ci maddəsində nəzərdə tutulmuş keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi üçün Cinayət-Prosessual Məcəlləsinin 92.10-cu maddəsi ilə müdafiəçiyə müəyyən hərəkətləri etmək qadağan edilmişdir. Belə ki, həmin Məcəllənin 92.10.1 və 92.10.3-cü maddələrinə görə, müdafiəçiyə müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən ... onun hüquqlarının həyata keçirilməsinə mane olmaq ... qadağan olunur.
103. Cinayət Prosessual Məcəlləsinin qeyd olunan maddələri ilə müdafiəçiyə müəyyən hərəkətlərin qadağan edilməsi bu Məcəllənin 92.11-ci və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 16-cı maddələrində nəzərdə tutulan vəkilin keyfiyyətli hüquqi yardımın göstərilməsi ilə bağlı vəzifələrinin lazımınca həyata keçirilməsinə, eləcə də müdafiə etdiyi şəxsin qanuni mənafelərinin qorunmasına xidmət edir.
104. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunmuş 28 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, “CinayətProsessual Məcəlləsinin 92.10.1-ci maddəsinin təhlili belə qənaətə gəlməyə əsas verir ki, müdafiəçinin müdafiə etdiyi şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirak etməsi qanunvericiliyin tələbidir və ona belə hərəkətlərin aparılmasında iştirakdan imtina etmək müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə qadağan olunmuşdur. Belə imtina müdafiə olunan şəxsin qanuni mənafeyinə və cinayət-prosessual qanunvericiliyinin tələblərinə zidd olmaqla, müdafiəçinin qanunvericiliklə üzərinə qoyulmuş vəzifələrini lazımınca yerinə yetirməməsi kimi qiymətləndirilə bilər.
105. Bununla bağlı vurğulanmalıdır ki, şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin qorunması üçün müdafiəçi müdafiə etdiyi şəxsin iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirak etməklə öz prosessual vəzifələrini yerinə yetirir. Cinayət prosesində müdafiəçinin qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquqlarının və vəzifələrinin həyata keçirilməsinin təmin edilməsi son nəticədə ədalət mühakiməsinin həyata keçirilməsinə mühüm töhfə kimi çıxış edir”.
106. Göründüyü kimi təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq hüququ qanunvericilikdə təsbit edilmiş və müdafiəçinin cinayət prosesində iştirak etməsinin vacibliyi, onun iştirakı olmadan cinayət prosesinin həyata keçirilməsinin bir sıra hallarda mümkünsüzlüyü vurğulanmışdır. Konstitusion səviyyədə təsbit edilmiş yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi və müdafiəçinin cinayət təqibi üzrə müdafiə funksiyasını lazımınca yerinə yetirməsi üçün isə bu müdafiə real və səmərəli həyata keçirilməlidir.
107. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarında qeyd edilmişdir ki, hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir.
108. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsindəki mübahisələndirilən inzibati akt qəbul edilərkən cavabdeh orqan tərəfindən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmuş və diskresion hüquq həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilmişdir.
109. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı iddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvinə dair sübutlar təqdim edilməmiş, belə sübutlar müəyyən olunmamışdır.
110. Göründüyü kimi iddiaçının iddia tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur.
111. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş mübahisəli inzibati aktın ləğv edilməsinə dair iddia tələbi əsassız olmuşdur.
112. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
113. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2-1(116)-349/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.