Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-379/2020 01.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X7rşı (üçüncü şəxs X2) “İddiaçı və X1 adlarına ləğv edilmiş DTXK tərəfindən verilmiş seriya JN-127G kod 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qardaşı X1 adının çıxarılaraq anası X3 adının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-285/2020nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq bu qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı və X1 adlarına ləğv edilmiş DTXK tərəfindən verilmiş seriya JN-127G kod 40312018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qardaşı X1 adının çıxarılaraq anası X3 adının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İ.Cabbarov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 285/2020nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-285/2020nömrəli qərardadından İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı apelyasiya şikayətini vaxtında verə bilməməsini pandemiya və hüquqi savadının olmaması ilə izah edərək onun mümkün hesab edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının fikrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, apelyasiya şikayəti mümkün hesab edilməməlidir. Belə ki, Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra İPM) 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Lаkin iş mаteriаllаrı öyrənilərkən müəyyən edilmişdir ki, аpelyаsiyа şikаyəti məhkəmə qərardadından şikayət verilməsi üçün qаnunlа nəzərdə tutulmuş müddət burаxılmаqlа verilmiş, şikayətə isə apelyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair ərizə əlavə edilməmişdir. Apelyasiya şikayətinin mümkünlüyü ilə bağlı xx xxxxxxxx 2020-ci il tarixə məhkəmə iclası təyin edilmiş, iddiaçıya bu barədə rəsmi məlumat verilmiş, məhkəmə iclasında iştirak etməsi, həmçinin həmin vaxta kimi apelyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı xx.xx.2020-ci il tarixli məktubla iddiaçıya göndərilmiş, iddiaçı tərəfindən qərarın surətini xx.xx.2020-ci il tarixdə poçt göndərişi barədə xəbərnaməyə imza edərək qəbul etmişdir. Göründüyü kimi, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verilmə müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. İddiaçı mübahisələndirilən qərarın surətini xx xxxx 2020-ci il tarixdə rəsmi qaydada qəbul etdiyi halda həmin qərardaddan şikayəti xx.xx.2020-ci il tarixdə poçta vasitəsi ilə göndərmiş, apelyasiya şikayəti xx.xx.2020-ci ildə məhkəməyə daxil olmuş və bununla da qanunla müəyyən edilən şikayət vermə müddətini 19 gün ötürmüşdür. Ona görə də müəyyən edilir ki, iddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il qərardadından apelyasiya şikayətinin verilmə müddətini ən azı 19 gün ötürmüş, izah edilməsinə baxmayaraq, müddətin ötürülməsinin üzrlü hesab edə biləcək sübutları məhkəməyə təqdim etməmiş və müddətin bərpası barədə ərizə verməmişdir. İPM-ə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır (mad. 22.1). Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir (mad. 24.1). Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır (mad. 24.2). Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir (mad. 24.3). Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz (mad. 24.7). Apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır (mad 87.2). Apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir (mad. 87.3). Apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (mad. 87.4). Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiya məhkəməsi tərəfindən verilir (mad. 94.1). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il qərardadından İddiaçı tərəfindən vеrilmiş аpеlyаsiyа şikаyəti vermək üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və bu müddətin üzrlü səbəbdən buraxılması barədə ərizə və ya müvafiq sübutlar təqdim edilmədiyindən həmin apelyasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-285/2020nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Məhkəmə qərardadının tam formada təqdim edildiyi gündən on gün müddətində Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin İnzibаti kоllegiyаsınа (AZ-1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14, 1193-cü məhəllə) Şəki Аpelyаsiyа Məhkəməsi vаsitəsilə kаssаsiyа şikаyəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-379/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-379/2020
01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver