Məhkəmə qərarları › İş №2-1(107)-38/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-38/2021

09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-38/2021 09.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı rayonu İsmayıllı şəhərinin çıxış (Bakı, Şamaxı, Muğanlı, Şəki magistal yolunun sağ hissəsində) Cülyan kəndinə yaxın ərazidə yerləşən və xx.xx.2006-cı il tarixli JN 1332A (KOD ********) nömrəli şəhadətnamə əsasında mülkiyyətinə verilmiş 0.6 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-1138/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı nümayəndəsinin vasitəsi ilə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə rəsmi qaydada müraciət edərək DT və XK-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2006- ci il tarixli JN-1332A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun DƏDRX-də Dövlət qeydiyyatına alınmasını xahiş etmiş, lakin cavabdeh təşkilat xx.xx.2020-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciətini təmin etməmiş və göstərmişdir ki, ərazi idarəsinin arxivində saxlanılan arxiv materiallarına və elektron kadastr məlumat bazasına istinad edilərək tərəflərindən aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İsmayıllı şəhərində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 1332A (KOD ********) saylı şəhadətnamə əsasında mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsi xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin torpaq sahəsinə dair onun adına reyestr nömrəsi **********48 olan dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Ərazi idarəsinə təqdim etdiyi torpağın mülkiyyətə verilməsinə dair JN 1332A (KOD ********) saylı şəhadətnamə əsasında İsmayıllı şəhərində yerləşən, mülkiyyətində olan torpaq sahəsi xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlat reyestrində qeydiyyata alındığından JN 1332A (KOD ********) saylı eyni saylı şəhadətnamə əsasında mülkiyyətinə verilmiş digər torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə uyğun deyildir. Hesab edir ki, cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi idarəsinin ona məxsus torpaq sahəsi üzərindəki hüquqlarının Dövlət qeydiyyatına alnmasından imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Həmçinin bu imtina iddiaçının mülkiyyət hüququ kimi konstitusiya hüquqlarını kobud şəkildə pozur. Belə ki, iddiaçının müraciətinə baxılması ilə əlaqədar cavabdeh təşkilat tərəfindən "İnzibati İcraat haqqında" Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. Qanuna görə cavabdeh (inzibati orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatlar öz əksini tapmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. İddiaçı iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də görünür ki, İsmayıllı şəhərinin çıxış(Bakı, Şamaxı, Muğanlı Şəki magistral yolunun sağ hissəsində) hissəsində Cülyan kəndinə yaxın ərazidə yerləşən JN 1332A (KOD ********) saylı şəhadətnamə əsasında mülkiyyətinə verilmiş 0.6 ha həyətyanı torpaq sahəsini tam qanunvericiliyin tələbləri qaydasında əldə etmişdir. Cavabdeh təşkilat imtinasında yuxarıda qeyd edilmiş qanunun 15.1.1-ci maddəsinə istinad etmişdir. Əsas kimi isə JN 1332A (KOD ********) saylı şəhadətnamə əsasında mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsinin xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını göstərmişlər. Halbuki onun hal-hazırda üzərində hüquqlarının qeydiyyatının aparılmasını xahiş etdiyi torpaq sahəsi 0.12 ha deyil, 0.06 ha-dır. 0.12 ha İsmayıllı şəhərinin Talıstan kəndinə yaxın ərazisində (yəni şəhərin giriş hissəsinə yaxın) 0.06 ha torpaq sahəsi isə İsmayıllı şəhərinin Cülyan kəndinə yaxın ərazisində (yəni şəhərinin çıxış hissəsində) yerləşir. Bu torpaq sahələri tamamilə müxtəlif ərazilərdə yerləşir. Hər iki torpaq sahəsi arasındaki məsafə təxminən 4-5 km təşkil edir. Lakin görünən odur ki, İsmayilli rayonu ərazisinin müxtəlif istiqamətlərində yerləşən birinin ölçüsü 0.12 ha, digərinin ölçüsü 0.06 ha olan iki ayrı-ayrı torpaq sahələrinə müxtəlif tarixlərdə eyni saylı (JN 1332A (KOD ********) şəhadətnamə verilmişdir. 0.06 ha orpaq sahəsinə şəhadətnamə xx xxxxxx 2006-cı il tarixdə, 0.12 ha torpaq sahəsinə isə xx xxxx 2006-cı il tarixdə verilmişdir. Bu isə texniki yanlışlıqdır ki, bu da vətəndaş olaraq, mülkiyyətçi olaraq onun təqsiri üzündən baş verməmiş və bu yanlışlığı düzəltmək də iddiaçının səlahiyyəti çərçivəsində deyildir. Cavabdeh təşkilat torpaq üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alarkən və ya belə bir müraciətə baxarkən müraciətin predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazini həmin əraziyə baxış keçirərək müayinə etməklə müəyyən etməli idi. Əgər iddiaçının sonuncu müraciətinə baxarkən həmin müayinəni həyata keçirmiş olsa idi, yuxarıda qeyd etdiyi yanlışlığı aşkar edər və müəyyən edərdi ki, onun hazırda dövlət qeydiyyatına aldırmaq istədiyi torpaq sahəsi 0.12 ha deyil, 0.6 ha-dır. Həmin torpaq sahəsi İsmayıllı şəhərinin Cülyan kəndinə yaxın ərazisində (yəni şəhərinin çıxış hissəsində) yerləşir. Cavabdehin etirazının dəlilləri: İddiaçı X2 təqdim etdiyi JN-1232A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsində olan arxiv matriallannda mövcud deyil. Həmçinin Ərazi İdarəsinə təhvil vrilmiş Torpağın Mülkiyyətə Mülkiyyətə X1 qeydiyyat kitabında müvafiq qeydiyyat aparılmamışdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Eyni zamanda İsmayıllı şəhərində yerləşən 0.12 ha həyətynı torpaq sahəsinə JN-1332A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında dövlət reyestrindən çıxarış və plan ölçü sənədi verilmişdir. Torpaq sahəsinin sənəd üzrə sahəsi ilə faktiki torpaq sahəsi sahəsi təşkil edir. Ərazi İdarəsində Tiövcud olan elektron baza məlumatlarına əsasən torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir. Torpaq sahəsinin cənub sərhəddinin 5.2-14.6 metr məsafəsindən 35 UnKv (35000) elektrik xətti keçir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********06 nömrəli iddiaçıya göndərilən imtina məktubundan görünür ki, Ərazi İdarəsinin arxivində saxlanılan arxiv materiallarına və elektron kadastr məlumat bazasına istinad edilərək aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İsmayıllı şəhərində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 1332A (KOD ********) saylı şəhadətnamə əsasında mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsi müraciəti əsasında xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin torpaq sahəsinə dair reyestr nömrəsi **********48 olan dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Ərazi İdarəsinə təqdim etdiyi torpağın mülkiyyətə verilməsinə dair JN 1332A (KOD ********) saylı şəhadətnamə əsasında İsmayıllı şəhərində yerləşən, mülkiyyətində olan torpaq sahəsi xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından JN 1332A (KOD -0701004) saylı eyni saylı şəhadətnamə əsasında mülkiyyətinizə verilmiş digər torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydi) yata alınması qanunvericiliyin tələblərinə uyğun deyildir. İş materiallarında olan JN-1332A KOD 40701004 nömrəli “Torpağa mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İsmayıllı rayonu AİK-nın xx xxxxxx 2003-cü il tarixli 111 nömrəli qərarı ilə 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan AA seriyalı 016317 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin və RX seriyalı ******* saylı Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, İsmayıllı şəhərində yerləşən həyətyanı 0.12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2020-ci il tarixli **********98 nömrəli məktubundan görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “xxxx” MMC-nin arxivindən İsmayıllı rayonunun İsmayıllı şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəldən vətəndaş X3 aid hissədən çıxarışın qanunvericiliyə uyğun qaydada təsdiq edilmiş surəti təqdim edilir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və onun tabeliyində olan “xxxx” MMC-nin mövcud arxivlərində pay torpaq sahəsinin verilməsinə dair subyektlər siyahısından çıxarış və İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 111 nömrəli qərarı aşkar edilməmişdir. İş materiallarında olan İsmayıllı rayonunun İsmayıllı şəhəri vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi 0.06 ha qeyd olunmuşdur. İş materiallarında olan JN-1332A KOD 40701004 nömrəli “Torpağa mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İsmayıllı rayonu AİK-nın xx xxxxxx 2003-cü il tarixli 111 nömrəli qərarı ilə 0.12 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara iddiaçının AZE seriyalı ******** nömrəli ş/v-nin təsdiqlənmiş surəti, X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2020ci il tarixli **********06 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-1332A seriyalı 40701004 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, DƏDRX-nin Qəbələ Ərazi İdarəsinin AA seriyalı 016317 nömrəli torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surəti, DƏDRX-nin RX seriyalı ******* nömrəli çıxarış təsdiqlənmiş surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2020-ci il tarixli **********98 nömrəli məktubu və ona əlavə edilmiş arxiv sənədi, X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2020ci il tarixli **********51 nömrəli etirazı, İsmayıllı şəhəri, Ç.Əmrəliyev küçəsində yerləşən İddiaçı istifadəsində olan JN-1332A nömrəli şəhadətnamə ilə 0.06 ha həyatyanı torpaq sahəsinin yerləşmə sxeminin təsdiqlənmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(116)-1138/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı rayonu İsmayıllı şəhərinin çıxış (Bakı, Şamaxı, Muğanlı, Şəki magistal yolunun sağ hissəsində) Cülyan kəndinə yaxın ərazidə yerləşən və xx.xx.2006-cı il tarixli JN 1332A (KOD ********) nömrəli şəhadətnamə əsasında mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-1138/2020 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 1138/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası X4 Komitəsi yanında Daşınmaz Əmlakın Dcvlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ İsmayıllı rayonu İsmayıllı şəhərinin çıxış (Bakı, Şamaxı, Muğanlı, Şəki magistral yolunun sağ hissəsində) Cülyan kəndinə yaxın ərazidə yerləşən və xx.xx.2006-cı il tarixli JN 1332A (KOD ********) nömrəli şəhadətnamə əsasında mülkiyyətimə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, İsmayıllı şəhərində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 1332A (KOD ********) saylı şəhadətnamə əsasında mülkiyyətimdə olan 0.12 ha həyətyanı torpaq sahəsi xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin torpaq sahəsinə dair onun adına reyestr nömrəsi **********48 olan dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Ərazi idarəsinə təqdim etdiyi torpağın mülkiyyətə verilməsinə dair JN 1332A (KOD ********) saylı şəhadətnamə əsasında İsmayıllı şəhərində yerləşən, mülkiyyətində olan torpaq sahəsi xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dovlat reyestrində qeydiyyatan alındığından JN 1332A (KOD ********) saylı eyni saylı şəhadətnamə əsasında mülkiyyətimə verilmiş digər torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə uyğun deyildir. Ona eyni tarixli AİK qərarı ilə müxtəlif yerlərdə müxtəli yerlərdə müxtəlif ölçülərdə torpaq sahəsinin ayrılması qanunvericilik normaları baxımından mümkün deyil. Bundan başqa onun 0,06 ha torpaq sahəsinin faktiki istifadəsində olmasına görə mübahisəli torpaq sahəsinə hüququnun yaranması ilə məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinin onun uzun illər istifadəsində olması o halda hüquqların dövlət qeydiyyatı üçün əsas ola bilər ki, həmin torpaq qanuni əsaslarla ona ayrılmış olsun. Hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə tamamilə əsassızdır və iş üzrə qəbul edilmiş qərar apellyasiya qaydasında ləğv olunmalı və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 1332A (KOD ********) saylı şəhadətnaməyə diqqətlə nəzər saldıqda həmin şəhadətnamənin 1332 A deyil 1332 olduğu müəyyən edilir. Həmçinin JN 1332 (KOD ********) saylı şəhadətnamə JN 1332A (KOD ********) saylı şəhadətnamədən fərqli olaraq xx xxxxxx 2006-cı i tarixdə tərtib olunmuş, həmin şəhadətnamədə qeyd olunan torpaq sahəsinin ölçüsü, konfiqurasiyası və yerləşmə yeri JN 1332A (KOD ********) saylı şəhadətnamədə göstərilən torpaq sahəsinin ölçüsündən, konfiqurasiyasından və yerləşmə yerindən tamamilə fərqlidir. Bu isə o deməkdir ki, JN 1332A (KOD ********) saylı şəhadətnamə ilə JN 1332 (KOD ********) saylı şəhadətnamə ayrı-ayrı şəhadətnamələrdir. Qeyd etmək istərdi ki, Torpaq qanunvericiliyinin tələblərinə görə təsərrüfatda torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadələrində olan torpaq sahəsi onların mükiyyətinə AİK-nın vahid qərarı ilə verilir. Bu zaman həmin təsərrüfatda torpaq payı alan subyektlərin siyahısı tərtib olunaraq AİK tərəfindən təsdiq olunur. Yəni hər bir subyekt üçün ayrıca qərar qəbul edilmir. Vətəndaşın mülkiyyətinə təsərrüfat daxilində müxtəlif ərazilərdə yerləşən torpaq sahələri verilə bilər. Birinci instansiya məhkəməsi işə baxarkən həmin təsərrüfatın kompleks yerquruluşu xəritəsi və islahatla bağlı kompleks sənədləri aidiyyəti qurumlardan tələb etməmiş və iş üzrə ətraflı araşdırma aparmamışdır. Göründüyü kimi qeyd olunan torpaq sahəsinə dair JN 1332 (KOD ********) saylı şəhadətnamə ilə bağlı məhkəmə tərəfindən hər hansı araşdırma aparılmamış, yalnız cavabdehin imtina məktublarında qeyd olunanlar əsasında iş üzrə qərar qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş, İsmayıllı bələdiyyəsinin və cavabdehin nümayəndəsinin iddiaçı ilə birlikdə tərtib etdikləri xx xxxxxx 2020-ci il tarixli Aktda cavabdeh tərəfindən həmin torpaq sahəsinin digər mülkiyyətçilərin mənafeyinə toxunmadığı qeyd edilməklə Dövlət reyestrində qeydiyyata alınması məqsədə uyğun hesab edildiyi halda, 3 ay sonra, yəni xx.xx.2020-ci il tarixli məktubla müraciətimdən imtinasının heç bir hüquqi əsası yoxdur. Çünki cavabdeh müraciətimlə bağlı təqdim edilmiş sənədləri yerində araşdırmış, sənədin elektron bazada mövcudluğu yoxlanılmış, bundan sonra həmin torpaq sahəsinin Dövlət reyestrində qeydə alınması məqsədəmüvafiq hesab edilmişdir. Ona məxsus JN 1332 (KOD ********) saylı şəhadətnamənin arxa hissəsində şəhadətnamənin nömrəsi 1332 qeyd olunduğu halda həmin şəhadətnamənin ön hissəsində bu nömrənin 1332 A kimi qeyd olunması mənim günahım deyil. Bununla yanaşı məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istərdi ki, hazırki torpaq sahəsi Dövlət reyestrində qeydə alınmaqla mənim xüsusi mülkiyyətimdədir. Hazırki iddianın mahiyyəti həmin hüquaqa dair yeni növ reyestrdən çıxarış verilməsindən ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1 -ci maddəsinin tələbinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinin tələbinə görə bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Lakin birinci instansiya məhkəməsi tərəfində işə baxılarkən sözügedən torpaq sahəsinin mənim mülkiyyətimdə olması nəzərə alınmamış və qanunsuz qərarla daşınmaz əmlak üzərində mənim konstitusiya ilə qorunan mülkiyyət hüquqularım pozulmuşdur. Odur ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1138/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. İş materiallarında olan X4 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********51 nömrəli məktubundan görünür ki, iddiaçı X2 təqdim etdiyi JN-1232A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsində olan arxiv matriallannda mövcud deyil. Həmçinin Ərazi İdarəsinə təhvil verilmiş Torpağın Mülkiyyətə Mülkiyyətə X1 qeydiyyat kitabında müvafiq qeydiyyat aparılmamışdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçıya eyni tarixli AİK qərarı ilə müxtəlif yerlərdə müxtəlif ölçülərdə torpaq sahəsinin ayrılması yuxarıda qeyd olunan qanunvericilik normaları baxımından mümkün deyil. Bundan əlavə iddiaçının 0,06 ha torpaq sahəsinin faktiki istifadəsində olmasına görə mübahisəli torpaq sahəsinə hüququnun yaranması ilə məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinin iddiaçının uzun illər istifadəsində olması o halda hüquqların dövlət qeydiyyatı üçün əsas ola bilər ki, həmin torpaq sahəsi qanuni əsaslarla iddiaçıya ayrılmış olsun. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, 0.06 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı birinci instansiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilməmişdir. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-1138/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-1138/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar