Məhkəmə qərarları › İş №2-1(107)-38/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-38/2022

10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-38/2022 10.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" QSC) “27 iyul 2009-cu il tarixli ipoteka müqaviləsi əsasında qeydə alınmış Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda yerləşən 1 saylı fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(116)-412/2021 nömrəli qərarından üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X16 tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “27 iyul 2009-cu il və 05 avqust 2009-cu il tarixli ipoteka müqavilələri əsasında qeydə alınmış Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda yerləşən 1 saylı fərdi yaşayış evinin və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin (hakim Z.Quliyev) 05.08.2019-cu il tarixli, 2(046)-14/2019 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin cavabdehlər İddiaçı, X8 və X12 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk iddiası qismən təmin edilərək, 25.12.2012-ci il tarixli 26R000001877 saylı kredit razılaşması üzrə 18334,08 ABŞ dolları əsas, 16515,40 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 35849,48 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının İddiaçı tutulub "xxxx" QSC-yə ödənilməsi, ilk iddia tələbinin cavabdehlər X7, Kərimov Lətif İsmayıl oğluna və X12 münasibətdə və qalan hissədə təmin edilməməsi, iddiaçılar İddiaçı, X5 və Kərimov Lətif İsmayıl oğlunun cavabdehlər "xxxx" QSC-yə, Göyçay rayon Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsinə qarşı “ipoteka müqavilələrinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş ilkin iddia üzrə 30 manat dövlət rüsumunun 5 manatının "xxxx" QSC-yə aid edilməsi, 25 manatının İddiaçı tutulub "xxxx" QSC-yə ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçılara aid edilməsi, iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının İddiaçı tutularaq "xxxx" QSC-yə ödənilməsi, iş üzrə 400 manat məhkəmə qiymətləndirmə ekspertizası xərcinin 40 manatının "xxxx" QSC- dən, 360 manatının İddiaçı tutularaq Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Hüseynov, A.Mahmudov, V.Məlikov) 26.11,2019-cu il tarixli, 2(107)-3156/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Göyçay Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli, 2(046)-14/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli, 2(107)3156/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.06.2020-ci il tarixli Qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, 24 iyul 2009-cu il tarixli kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış 27 iyul 2009-cu il və 05 avqust 2009-cu il tarixli ipoteka müqavilələrində zəruri şərtlər göstərilmədiyindən və sonradan "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 25 dekabr 2012-ci il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair 21.03.2013-cü il tarixli 1877 saylı saziş üzrə cavabdeh-ipoteka qoyanlar Kərimov Lətif İsmayıl oğlunun və X5 razılığı alınmadığından ipoteka müqavilələr bağlanmamış hesab edilməlidir. Ona görə də işə baxan məhkəmələr hesab etmişdir ki, ilk iddia tələbinin cavabdehlər X7, Kərimov Lətif İsmayıl oğluna və X12 münasibətdə və Kərimov Lətif ismayıl oğluna və X7 məxsus fərdi yaşayış evlərinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun İddiaçı, Kərimov Lətif İsmayıl oğlundan, X2 və X9 ümumi qaydada tutulması, fərdi yaşayış evlərinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlərin həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və onların həmin əmlaklardan çıxarılması, əmlakların boşaldılaraq alıcıya təhvil verilməsi təmin edilməməlidir. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 25 dekabr 2012-ci il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə dair 21.03.2013-cü il tarixli 1877 saylı saziş üzrə cavabdehipoteka qoyanlar Kərimov Lətif İsmayıl oğlunun və X5 razılığı alınmaması səbəbindən ipoteka müqavilələri bağlanmamış hesab edildiyi üçün, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində ipoteka müqavilələri əsasında yüklü edilmiş daşınmaz əmlaklar girovdan azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən iddiaçı tərəfindən Göyçay şəhəri M.Ə Rəsulzadə küçəsi, 6-cı dalanda yerləşən, 1 saylı fərdi yaşayış evi və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində ipoteka yüklülüyündən azad edilməsi üçün cavabdeh inzibati orqana müraciət edilmişdir. İddiaçının müraciətini araşdıran cavabdeh inzibati orqan onun ərzəsinin təmin ediməsindən imtina etmişdir. Cavabdeh orqan 15.09.2020-ci il tarixli imtina məktubunda imtinanın hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 20.4cü maddəsinə istinad edərək, ipotekanın dövlət qeydiyyatının yalnız ipoteka saxlayanın və ya məhkəmə qərarı əsasında ləğv olunduğunu bildirmişdir. İddiaçı 08.04.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və “27 iyul 2009-cu il tarixli ipoteka müqaviləsi əsasında qeydə alınmış Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda yerləşən 1 saylı fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin 08.04.2021-ci il tarixli 2-1(116)-412/2021 nömrəli qərardadı ilə "xxxx" QSC iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh orqan birinci instansiya məhkəməsinə ünvanladığı 22.01.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 6-cı dalanda yerləşən, 1 saylı fərdi yaşayış evi və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində ipoteka yüklülüyünün azad edilməsinə köməklik göstərilməsi ilə bağlı 24.08.2020ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 20.4-cü maddəsində qeyd olunan hallar aşkar olunmadığı üçün vətəndaşın ərizəsinin icra olunması mümkün olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh orqan etiraz məktubunda iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan MH seriyalı ******* nömrəli 28.10.2006-cı il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Göyçay şəhəri, N.Nərimanov küçəsində X5 istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.m yaşayış, 76.5 kv.m köməkçi sahədən ibarət 111 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 126 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan MH seriyalı ******* nömrəli 15.07.2009-cu il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 81 kv.m yaşayış, 40 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi Kərimov Lətif İsmayıl oğlunun tam mülkiyyətindədir. İş materiallarında olan 20.10.1964-cü il tarixli “Müqavilənamə”nin təsdiq edilmiş surətindən görünür ki, X1 şəhəri, Kommunist küçəsi dalan 10 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evini Kərimov Lətif İsmayıl oğluna satmışdır. İş materiallarında olan Göyçay rayon XDS İcraiyyə Komitəsinin 17.03.1989-cu il tarixli 7 nömrəli iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, iclasda siyahıda adları göstərilən Göyçay şəhərində 90 nəfər vətəndaşa məxsus tikililərin şəxsi mülkiyyət hüququ ilə qeydə alınması qərara alınmışdır. İş materiallarında olan “Göyçay şəhərində vətəndaşlara məxsus yaşayış tikililərinin şəxsi mülkiyyət hüququ ilə qeydə alınması haqqında siyahı”nın təsdiq edilmiş surətindən görünür ki, həmin siyahıda 58-ci sırada Kərimov Lətif İsmayıl oğlunun adı qeyd edilmiş, adının qarşısında Kommunist küçəsində 8-ci dalanda yerləşən 1910-cu ildə 600 kv.m torpaq sahəsində inşa edilən 1 nömrəli fərdi yaşayış evinin olduğu qeyd edilmişdir. İş materiallarında olan Göyçay RİH Memarlıq və tikinti işləri şöbəsinin 25.06.2004cü il tarixli 60 nömrəli arayışının təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən 1 mərtəbəli 2 otaqdan ibarət, ümumi sahəsi 66.3 kv.m, yaşayış sahəsi 39.1 kv.m, köməkçi sahəsi 27.2 kv.m olan 1910cu ildə saman kərpicdən inşa edilmiş “A” yaşayış evi və 1980-cı ildə mişar daşından inşa edilmiş 1 mərtəbəli 1 otaqdan ibarət, ümumi sahəsi 54.7 kv.m, yaşayış sahəsi 41.9 kv.m, köməkçi sahəsi 12.8 kv.m olan “A1” yaşayış evləri Kərimov Lətif İsmayıl oğluna məxsusdur. İş materiallarında olan MH seriyalı ******* nömrəli 04.08.2009-cu il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 6-cı dalanda yerləşən Kərimov Lətif İsmayıl oğluna məxsus 1 nömrəli fərdi yaşayış evi 24.07.2009-cu il tarixli KX/M№15L000000706 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" Mingəçevir filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan MH seriyalı ******* nömrəli 04.08.2009-cu il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 6-cı dalanda yerləşən Kərimov Lətif İsmayıl oğluna məxsus 1 nömrəli fərdi yaşayış evi 24.07.2009-cu il tarixli KX/M№15L000000707 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" Mingəçevir filialının xeyrinə ipoteka yüklü edilmişdir. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli, 2(046)- 14/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə "xxxx" QSC-nin cavabdehlər İddiaçı, X7, Kərimov Lətif İsmayıl oğluna və X12 qarşı “İddiaçı, Kərimov Lətif ismayıl oğlundan, X2 və X9 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 26R000001877 saylı kredit razılaşması üzrə 18334 ABŞ dolları 08 sent əsas, 4708 ABŞ dolları 25 sent faiz, 16689 ABŞ dolları 87 sent cərimə borcu olmaqla, cəmi 39732 ABŞ dolları 20 sent borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Kərimov Lətif İsmayıl oğluna məxsus Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda yerləşən 1 mərtəbəli, 3 otaqlı 81 m2 yaşayış, 40 m2 köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə və X7 məxsus Göyçay şəhəri N.Nərimanov küçəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 44 m2 yaşayış, 76,5 m2 köməkçi sahədən ibarət 111 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, 39732 ABŞ dolları 20 sent borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun İddiaçı, Kərimov Lətif İsmayıl oğlundan, X2 və X9 ümumi qaydada tutulması, Kərimov Lətif İsmayıl oğluna məxsus Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda yerləşən 1 mərtəbəli, 3 otaqlı 81 m2 yaşayış, 40 m2 köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra İddiaçı və X5 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsinə və onların həmin əmlakdan çıxarılması, əmlakın boşaldılaraq "xxxx" QSC-yə təhvil verilməsi, X7 məxsus Göyçay şəhəri N.Nərimanov küçəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 44 m2 yaşayış, 76,5 m2 köməkçi sahədən ibarət 111 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X5 və Kərimov Lətif ismayıl oğlunun həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin əmlakdan çıxarılması, əmlakın boşaldılaraq "xxxx" QSC-yə təhvil verilməsi” tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, 25.12.2012-ci il tarixli 26R000001877 saylı kredit razılaşması üzrə 18334 (on səkkiz min üç yüz otuz dörd) ABŞ dolları 08 (səkkiz) sent əsas, 16515 (on altı min beş yüz on beş) ABŞ dolları 40 (qırx) sent faiz, 1000 (bir min) ABŞ dolları cərimə olmaqla, cəmi 35849 (otuz beş min səkkiz yüz qırx doqquz) ABŞ dolları 48 (qırx səkkiz) sent məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidinin manatla miqdarının İddiaçı tutulub "xxxx" QSC-yə ödənilməsi, ilkin iddia tələbinin cavabdehlər X7, Kərimov Lətif İsmayıl oğluna və X12 münasibətdə və qalan hissədə təmin olunmaması, İddiaçı, X5 cavabdehlər "AccessBank” QSC-yə, Göyçay rayon Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı ipoteka müqavilələrinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbinin təmin olunmaması, iş üzrə ödənilmiş ilkin iddia üzrə 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatının "xxxx" QSC-yə aid edilməsi, 25 (iyirmi beş) manatın İddiaçı tutulub "xxxx" QSC-yə ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçılara aid edilməsi, iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının İddiaçı tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli, 2(046)-14/2019 nömrəli qətnaməsindən həmin iş üzrə iddiaçı "xxxx" QSC-nin nümayəndəsi tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli, 2(107)-3156/2019 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli, 2(046)-14/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli, 2(107)3156/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSC tərəfindən verilən kasasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.06.2020-ci il tarixli, 2(102)-2350/2020 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.11.2019-cu il tarixli, 2(107)-3156/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 24 avqust 2021-ci il tarixli, 2- 1(116)-412/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə İddiaçı mülkiyyətində olan Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda yerləşən 1 saylı fərdi yaşayış evinə dair 27 iyul 2009-cu il tarixli ipoteka müqaviləsi əsasında qeydə alınmış ipotekanın dövlət qeydiyyatının ləğv olunması öhdəliyin qoyulması qərara alınmışdır. Üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X16 apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(116)-412/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs "xxxx" QSC apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-412/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərarı əsassızdır, buna görə də apellyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıda qeyd olunanlara görə razı deyilik. İddiaçı "xxxx" QSC ilə bağladığı 24.07.2009-cu il tarixli 15L000000706 saylı kredit xətti müqaviləsinə əsasən 100 (yüz) ay müddətinə 200000 (iki yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehipoteka verən İddiaçı ilə bağladığı 27.07.2009-cu il tarixli 15M000000128 saylı ipoteka müqaviləsi (Ucar rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilib) əsasında Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 81 m2 yaşayış, 40 m2 köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən 5 JMb-li reyestr kitabının 50 №-li vərəqində qeydiyyata alınmış və MH ******* №-li çıxarışa əsasən Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda 1 nömrəli fərdi yaşayış evinin İddiaçı kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Ona gərə də Şəki İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(116)-412/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(116)-412/2021 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 24 avqust 2021ci il tarixli, 2-1(116)-412/2021 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti qismən uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Belə ki, Azərbaycan Respublikası Kostitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlakı (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə əsasən hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən Dövlət reyestrinin hər bölməsi aşağıda göstərilən üç fəsildən ibarətdir: 13.9.1. obyektin ünvanı (olduğu yer), adı (növü), sahəsi, onun təyinatı və digər zəruri məlumatlar; 13.9.2. mülkiyyət və digər əşya hüquqları, hüquq sahibinin adı, fiziki şəxsin şəxsiyyət vəsiqəsindən məlumat və hüquqi şəxsin rekvizitləri. Hüquq sahibinin göstərdiyi ünvan, payın miqdarı, hüququ təsdiq edən sənədlərin adı və digər zəruri məlumatlar; 13.9.3. mülkiyyət və digər əşya hüquqlarının məhdudlaşdırılması (servitut, ipoteka, uzufrukt, etibarlı idarəetmə, icarə, istifadə, lizinq, daşınmaz əmlakın üzərində həbs qoyulması, daşınmaz əmlaka dair tələblər və sairə), məhdudiyyətin qüvvədə olduğu müddət, xeyrinə hüquq məhdudlaşdırılmış şəxslər, məhdudiyyətin yaranmasına əsas olan sənədin adı, onun qüvvədə olma tarixi, əqdlər üzrə öhdəliklərin icrasının şərtləri və müddəti. Həmin Qanunun 13.10-cu maddəsinə əsasən hüquqa, onun məhdudlaşdırılmasına və daşınmaz əmlak obyekti barədə əqdlərə dair hər bir yazıya (qeydə) ərizə jurnalındakı hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmiş ərizənin qeydiyyat nömrəsi verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. Həmin Qanununun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini düzgün olaraq təmin etsə də Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi 6-cı dalanda yerləşən 1 saylı fərdi yaşayış evini İddiaçı mülkiyyəti kimi göstərməklə səhfə yol vermişdir. Halbu ki, həmin fərdi yaşayış evinin mülkiyyətçisi iddiaçının atası Kərimov Lətif İsmayıl oğludur. Kərimov Lətif İsmayıl oğlu vəfat etmişdir. İddiaçı hal-hazırda həmin fərdi yaşayış evində yaşayır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(116)-412/2021 saylı qərarı iddianın təmin edilmiş hissəsində qismən-yəni iddiaçı “İddiaçı” sözləri “Kərimov Lətif İsmayıl oğlu” sözləri ilə əvəz edilərək dəyişdirilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X16 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(116)-412/2021 saylı qərarı iddianın təmin edilmiş hissəsində qismən-yəni iddiaçı “İddiaçı” sözləri “Kərimov Lətif İsmayıl oğlu” sözləri ilə əvəz edilərək dəyişdirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar