Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-38/2025 14.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X5 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X11 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixli **********5606301 reyestr nömrəli çıxarışa düzəliş edilərək, üçüncü şəxs X8 adının həmin çıxarışdan çıxarılması və ünvan 1 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 mart 2023-cü il tarixli 2-1(116)-969/2023 nömrəli qərarından iş üzrə üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, **********5606301 reyestr nömrəli çıxarışda zəruri düzəlişlər edilərək, üçüncü şəxsin adının çıxarılmasına və ünvan 2 ünvanında yerləşən 0,86 kv.m torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyri-yaşayış binasının vahid daşınmaz əmlak kimi adına qeydə alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-969/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər.
3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək xx.xx.2019-cu il tarixli, **********5606301 reyestr nömrəli çıxarışa düzəliş edilərək, üçüncü şəxs X8 adının həmin çıxarışdan çıxarılması və ünvan 1 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, üçüncü şəxs X7 0.86 km torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2003-cü il tarixdə tikintisinə başlanılmış yarmıçıq sexi satın almışdır. Buna görə aralarında Qax rayon Notariat kontorunda xx.xx.2004-cü il tarixli 212344 saylı müqavilə bağlanmışdır. İddiaçı həmin torpaq sahəsinə və orada inşa etdiyi avtomobil təmiri sexlərinə çıxarış almaq üçün DƏDRX-nə müraciət etmiş, xx.xx.2019-cu il tarixli **********56-06301 reyestr nömrəli çıxarış verilmişdir. Çıxarış verilərkən 0.0051 km torpaq sahəsini tam mülkiyyət hüququ ilə üçüncü şəxsin adına vermişlər. Lakin müqavilədə həmin torpaq sahəsi 0,86 km torpaq sahəsi qeyd edilmişdir. Cavabdeh alqı-satqı müqaviləsini nəzərə alaraq çıxarış verdiyi halda torpaq sahəsinə də çıxarış verməlidir. Eyni zamanda özünə məxsus olan çıxarışda üçüncü şəxsin adının olması ona hüquqlarını həyata keçirməkdə çətinlik yaradır. İddiaçı bu barədə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.
6. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, vətəndaş İddiaçı 16 noyabr 2022-ci il tarixdə ərizə ilə (daxilolma №-si **********) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən mülkiyyətinə dair çıxarışda X8 torpaq sahəsinə tam hüquq sahibi kimi qeydiyyatının əsassız və qanunsuz olması səbəbindən müvafiq qeydin silinməsini və İddiaçı adına qeyri-yaşayış sahəsinə və yerləşdiyi torpaq sahəsinə dair yeni çıxarışın verilməsini xahiş etmişdir. Ərazi İdarəsinin arxiv materiallarında İddiaçı adına qeyri-yaşayış binası tam, X8 adına isə torpaq sahəsi tam olaraq verilmiş, xx.xx.2019-cu il tarixli, **********56-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 619 inventar nömrəli texniki pasport mövcuddur. Sözügedən çıxarış qanunvericiliyin tələbləri nəzərə alınmaqla qeydiyyata alınmışdır. - Belə ki, iddiaçının mübahisələndirdiyi Qax rayon notariat ofisində bağlanmış xx.xx.2004-cü il tarixli, 4Ə-49 reyestr nömrəli alqı-satqı müqaviləsində alqı-satqı predmeti 2003-cü ildə tikintisinə başlanılmış yarımçıq sex olmuşdur. İşdə olan alqı-satqı müqaviləsindən göründüyü kimi satıcı - X12 alıcı - İddiaçı 86 kv.m torpaq sahəsində yerləşən yarımçıq sexi satmışdır. Həmin qeyri-yaşayış binası 72.1 kv.m iddiaçının hazırda tam mülkiyyətindədir. - İddiaçı mübahisələndirdiyi üçüncü şəxs X8 adına torpaq sahəsi Qax rayonu Qaxingiloy X1 51 kv.m torpaq ayrılması barədə 28 noyabr 2003-cü il tarixli, 12 nömrəli qərarı (Qaxingiloy Bələdiyyəsinin sədri Nəzirovun imzası və möhürü var), X2 nəzərdə tutulan 51 kv.m torpaq sahəsinin sxematik planı (Qaxingiloy Bələdiyyəsinin sədri - Ş.Nəzirov və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin mütəxəssisi F.Abbasovun imza və möhürləri var), X10 Toppax kəndi ərazisində sex tikintisi üçün ayrılmış 51 kv.m torpaq sahəsinin yerləşmə sxemi (RİH Tikinti və Memarlıq şöbəsinin müdiri M.Laçınov imza və möhür var) və X12 tərəfindən sex tikintisi üçün rayonun Toppax kəndi ərazisində satın almaq istədiyi 51 kv.m torpaq sahəsinə baxılması barədə Qax Rayon İcra Hakimiyyətinin rəyi (RİH Tikinti və Memarlıq şöbəsinin müdiri M.Laçınov imza və möhür var) əsasında qeydiyyata alınmışdır.
7. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2019-cu il tarixli 619 inventar nömrəli (**********56-06301 reyestr nömrəli) texniki pasportdan görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ölçüsü faktiki 84 kv.m, sənəd üzrə 51 kv.m, hüquq subyekti İddiaçı, həmin torpaq sahəsinin 33 kv.m-nin dövlət torpağı olması qeyd edilmişdir. - xx.xx.2019-cu il tarixli **********56-06301 reyestr nömrəli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi üzərində X8, 72,10 kv.m qeyri-yaşayış binası üzərində İddiaçı tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2004-cü il tarixli 212344 nömrəli müqavilədən görünür ki, X6 rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 103 saylı sərəncamı və Qax rayon TİB-nun xx.xx.2004-cü ildə verdiyi 934 saylı arayışa əsasən ona məxsus olan Qax rayonunun Toppax kəndində 86 kv.m torpaq sahəsində yerləşən 2003-cü ildə tikintisinə başlamış yarımçıq sexi İddiaçı satmışdır. - Azərbaycan Respublikası Qax rayon Qaxingiloy bələdiyyə sədrinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarından görünür ki, Qaxingiloy kənd sakini X10 Qaxingiloy bələdiyyəsinə məxsus alqı-satqı predmeti olan az yararlı torpaq sahəsindən sex tikmək məqsədilə 51 kv.m torpaq sahəsinin satılması qərarı alınmışdır.
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 06 mart 2023-cü il tarixli 2- 1(116)-969/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə xx.xx.2019-cu il tarixli, **********5606301 reyestr nömrəli çıxarışa düzəliş edilərək, üçüncü şəxs X8 adının həmin çıxarışdan çıxarılması və ünvan 1 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak kimi İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin qoyulması qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı bildirir ki, xx.xx.2004-cü il tarixli 212344 nömrəli müqavilə ilə Qax rayonunun Toppax kəndində (hazırda ünvan 1) yerləşən 86 kv.m torpaq sahəsini və yarımçıq sexi üçüncü şəxsdən alqı-satqı yolu ilə almışdır. İddiaçı, həmin daşınmaz əmlaka dair tərtib edilmiş çıxarışda cavabdeh tərəfindən torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyətçi olaraq qeyd edilməsini mübahisələndirir. Yəni iddiaçı, həmin yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsi ilə birgə ona satılmasını, buna görə də həm torpaq sahəsi, həm də tikili üzərində tam mülkiyyət hüququnun olmasını iddia edir. - İş materialları ilə müəyyən edilir ki, iddia olunan 51 kv.m torpaq sahəsi Qax rayon Qaxingiloy bələdiyyə sədrinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə X4 tikmək məqsədilə satılmışdır. xx.xx.2004-cü il tarixdə iddiaçı və üçüncü şəxs arasında alqı-satqı müqaviləsi bağlanarkən tikilinin yerləşdiyi 51 kv.m torpaq sahəsinə münasibətdə üçüncü şəxsin mülkiyyət hüququna qanuni gözləntisi olmuşdur. Cavabdeh orqan həmin torpaq sahəsinin üçüncü şəxsə bələdiyyə tərəfindən satılmasını mübahisələndirməmiş və hazırkı iş üzrə mübahisələndirilən çıxarışda torpaq sahəsi üzərində onun mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. İddia tələbinə etirazında cavabdeh orqan qeyd edir ki, üçüncü şəxs X8 adına torpaq sahəsi Qax rayonu Qaxingiloy Bələdiyyəsinin 28 noyabr 2003-cü il tarixli, 12 nömrəli qərarı ilə ayrılmış, satılması nəzərdə tutulan 51 kv.m torpaq sahəsinin sxematik planı, sex tikintisi üçün ayrılmış 51 kv.m torpaq sahəsinin yerləşmə sxemi və 51 kv.m torpaq sahəsinə baxılması barədə Qax Rayon İcra Hakimiyyətinin rəyi mövcuddur və qeydiyyat da məhz həmin sənədlər əsasında aparılmışdır. Məhkəmə qeyd edir ki, üçüncü şəxsin iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsaslar olsa da, cavabdeh orqan nəzərə almamışdır ki, artıq üçüncü şəxs həmin torpaq sahəsi üzərində yerləşən qeyriyaşayış sahəsini özgəninkiləşdirməklə, onun yerləşdiyi torpaq sahəsi ilə bağlı hüquqlarını da tam həcmdə iddiaçıya ötürmüşdür. - Məhkəmə hesab etmişdir ki, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi iddia olunan torpaq sahəsi üzərində bütövlükdə iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas olduğundan, cavabdeh orqan, xx.xx.2019-cu il tarixli, **********5606301 reyestr nömrəli çıxarışa üçüncü şəxsin adının daxil edilməsində səhvə yol vermişdir. Odur ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.
10. Üçüncü şəxs X12 həmin qərardan аpellyаsiyа şikаyəti və şikayətinə əlavə verərək Şəki İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2-1(116)-969/2023 nömrəli qərarının ləğv olunması və iddianın rədd olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2-1(107)-372/2023 nömrəli qərarı ilə üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 6 mart 2023-cü il tarixli 2-1(116)- 969/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Üçüncü şəxs tərəfindən həmin qərardan kassasiya şikayəti verilmişdir.
13. Kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2-1(102)- 828/2024 nömrəli qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2-1(107)- 372/2023 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin dəlilləri
14. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində də, alqı-satqı müqaviləsində də, layihə-smeta sənədləri barədə aktda da söhbət yalnız bir sexin (tikilinin) satın alınmasından gedir. Bu sonuncu sənəddə-aktda da göstərilir ki, onun iddiaçıya satdığı yarımçıq sexin şərq tərəfində bələdiyyə torpağı və işıq transformatoru yerləşir. O, sex tikməyə başlayarkən, artıq bünövrəsini qoyduğu sexdən yuxarıda-şərqdə onun Qaxingiloy bələdiyyəsindən aldığı artıq ikinci torpaq sahəsi vardır. Bu 51 (əlli bir) kv.m-lik torpaq sahəsinin nə iddiaçıya, nə də ki, onların bağladığı alqı-satqı müqaviləsinə aidiyyəti olmamışdır. Ona müqavilə üzrə 86 (səksən altı) kv.m-lik sahədə yarımçıq tikilmiş bir sexi satmışdır. Onun satdığı sexdən yuxarıda - şərqdə onun bələdiyyədən aldığı 2-ci, 51 kv.m-lik torpaq sahəsi və sonra boş torpaq sahələri idi, heç bir tikinti yox idi, ortada bir transformator vardır. O, iddiaçıya Qax rayon İH başçısının xx.xx.1997-ci il tarixli sərəncamı ilə verilmiş 86 kv.m-lik torpaq sahəsini satmışdır. 02 iyul 1999-cu ildə “Bələdiyyələr haqqında” Qanun qəbul edildikdən sonra isə o, Qaxingiloy bələdiyyəsinin 26 noyabr 2003-cü il tarixli qərarı ilə həm də bələdiyyədən 51 kv m-lik torpaq sahəsi almışdır. Yəni, o, İcra Hakimiyyətinin sərəncamı ilə verilən 86 kv.m-lik torpaq sahəsini iddiaçıya satmışdır, bələdiyyədən aldığı 51 kv.m-lik torpaq sahəsi isə onun aldığı 2-ci və hazırda mübahisələndirilən torpaq sahəsidir. Məhkəmənin xx.xx.2023cü il tarixli qərardadında və eləcə də, 06 mart 2023-cü il tarixli qərarında da göstərildiyi kimi, həmin ərazidə mübahisələndirilən torpaq sahəsinin 33 kv.m hissəsi Əmlak Məsələləri Dövlət Xidmətinin, 0.0051 ha (51 kv. m) hissəsi isə onun mülkiyyətində olan torpaq sahəsidir və bu barədə reyestrdəki qeyd həqiqi hesab olunur. Çünki iddiada bu barədə qeydin qeyri-dəqiqliyi mübahisələndirilməmiş, mübahisələndirilə bilməz də və qeyri-dəqiqlik hər hansı sübutlarla sübuta yetirilməmişdir. Ona görə də, həmin reyestrin məzmununun dəqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi də cavabdeh kimi iddiaya qarşı yazılı etirazını bildirmiş və məhkəmədə də etirazını bir daha əsaslandıraraq göstərmişdir ki, 12 saylı Şəki Ərazi İdairəsinin arxiv materiallarında İddiaçı adına qeyriyaşayış binası tam, X8 adına isə torpaq sahəsi tam olaraq verilmiş, xx.xx.2019-cu il tarixli **********56-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 619 inventar nömrəli texniki pasport mövcuddur. Sözügedən çıxarış qanunvericiliyin tələbləri nəzərə alınmaqla qeydiyyata alınmışdır. Belə ki, iddiaçının mübahisələndirdiyi Qax rayon Notariat Ofisində bağlanmış 18 mart 2004-cü il tarixli, 4Ə-49 reyestr nömrəli alqı-satqı müqaviləsində alqı-satqı predmeti 2003-cü ildə tikintisinə başlanılmış yarımçıq sex olmuşdur. İşdə olan alqı-satqı müqaviləsindən göründüyü kimi, satıcı-X12 alıcı-İddiaçı 86 kv.m torpaq sahəsində yerləşən yarımçıq sexi satmışdır. Həmin qeyri-yaşayış binası 72.1 kv.m iddiaçının hazırda tam mülkiyyətindədir. Burada söhbət ümumiyyətlə, bir yarımçıq sexin satılmasından gedir. O, ancaq bir sexin bünövrəsini qoymuşdur, divarlarını tikib, bir qapısını qoymuşdur, sexin yalnız üstü-dam örtüyü qalmışdır. Amma hazırda orada yan-yana iddiaçının iki ayrı-ayrı qapısı olan 2 (iki) sexi vardır. Daha sonra, cavabdeh DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi etirazında onu da bildirmişdir ki, İddiaçı mübahisələndirdiyi üçüncü şəxs X8 adına torpaq sahəsi Qax rayon Qaxingiloy X1 51 kv.m torpaq sahəsi ayrılması barədə 28 noyabr 2003-cü il tarixli, 12 nömrəli qərarı, X2 nəzərdə tutulan 51 kv.m torpaq sahəsinin sxematik planı, X10 Toppax kəndi ərazisində (2003-cü ildə həmin ərazi Toppax kəndinin ərazisi sayılırdı. Alqı-satqı müqaviləsində də bu ərazi Toppax kəndi kimi göstərilmişdir. Sonradan şəhərə aid edilmiş və İ.Dağıstanlı küçəsi-33 ünvanı kimi qeydə alınmışdır.) sex tikintisi üçün ayrılmış 51 kv.m torpaq sahəsinin yerləşmə sxemi (RİH Tikinti və Memarlıq şöbəsinin müdiri M.Laçınov, imza və möhür var) və X12 tərəfindən sex tikintisi üçün Toppax kəndi ərazisində satın almaq istədiyi 51 kv.m torpaq sahəsinə baxılması barədə Qax rayon İcra Hakimiyyətinin rəyi (RİH Tikinti və Memarlıq şöbəsinin müdiri M.Laçınov, imza və möhür var) əsasında qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi onun iddiaçının iddiasında mübahisələndirilməyən mülkiyyət hüququnun müqəddəratını mahiyyətcə həll etmədən, onu ləğv edə bilmədən, sadəcə olaraq, texniki bir proseduru - “...**********5606301 reyestr nömrəli çıxarışa düzəliş edilərək, üçüncü şəxs X8 adının həmin çıxarışdan çıxarılması və Qax şəhəri İ.Dağıstanlı küçəsi-33 ünvanında yerləşən 0.0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72.10 kv.m qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak kimi İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin qoyulması”- prosedurunu həyata keçirmişdir. Qərarın təsviri hissəsində məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər kimi 5 (beş) sənəd göstərilmişdir. Bu 5 (beş) sənəddən heç biri məhkəmənin qərarın nəticə hissəsində gəldiyi qənaət üçün qətiyyən əsas vermir. Belə ki, çıxarış texniki pasportu, texniki pasport da çıxarışı təkzib edir. Heç nə də yerində yoxlanılmamışdır.
Apellyasiya şikayətinə əlavənin dəlilləri
15. Üçüncü şəxs X12 apellyasiya şikayətinə əlavə olaraq qeyd etmişdir ki, ilk dəlil kimi həmin qərarın 3-cü səhifəsinin 8-9-cu bəndlərini, hansıları ki, məhkəmə araşdırmanın predmeti olduğunu göstərir. 2 (iki) bənddə 1-ci halda qanun sərəncamla 86 km.m, 2-ci halda qanuni qərarla ona verilmiş 51 kv.m torpaq sahəsinə münasibətdə bildirir. O, İddiaçı sərəncamla aldığı 86 kv.m-lik torpaq sahəsində tikdiyi 1 (bir), yarımçıq sexi satmışdır. Qaxingiloy kənd bələdiyyəsindən aldığı 51 kv.m-lik torpaq sahəsinin isə hazırki icraata heç bir aidiyyatı yoxdur. Şəki İnzibati Məhkəməsi işin hallarını düzgün, obyektiv araşdırmış və onun iddiaya qarşı yazılı etirazını da nəzərə almış olsaydı, özünün iddiaçı saydığı dırnaqarası “iddiaçı” İddiaçı 20 (iyirmi) il qabaq onu aldatdığı kimi, sonra da cavabdehi (DƏDRK PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsini) aldatmaq istədiyi kimi, hazırda da məhkəməni aldatmağa çalışmış və prodoksal haldır ki, buna da nail olmuşdur. Yazılı etirazında göstərmişdir ki, (səhifə -2, 2-ci abzas) şifahi razılaşmadan sonra o yarımçıq tikilinin bütün sənədlərini qovluğun içində İddiaçı vermişdir. Yazılı etirazın həmin səhifəsinin 5-ci abzasında göstərmişdir ki, nəhayət aradan 20 (iyirmi) il keçəndən sonra Fizuli (“iddiaçı”) torpaq sahəsini də sənədləşdirmək üçün ondan razılıq istədikdə, etiraz etməli oldu və indi də onun iddiasına qarşı etirazını bildirir. Şəki İnzibati Məhkəməsindən bildiriş və iddia ərizəsinin surəti gəldikdən sonra Qaxingiloy kənd Bələdiyyəsindən aldığı 51 kv.m-lik torpaq sahəsinin sənədlərinə baxdıqda -axtardıqda aydın olub ki, bələdiyyənin qərarı ilə aldığı 51 kv.m-lik torpaq sahəsinin sənədləri də 20 (iyirmi) il əvvəl İddiaçı verdiyi qovluğun içində gedibmiş. İndi də bundan sui-istifadə edən “iddiaçı” 20 (iyirmi) ildən sonra onun yanına gələrək bu torpaq sahəsini də öz adına sənədləşdirmək istəmişdir. Buna nail ola bilmədikdə, məhkəmədə uydurma iddia qaldırmışdır. Şəki İnzibati Məhkəməsi də açıqcasına “iddiaçı” İddiaçı tərəfini saxlayaraq, “iddiaçı tələbini dəqiqləşdirərək”, “iddiaçı” ərizəsinin əsaslarına görə”, “belə ki, iddiaçı bildirir ki,..” və s.bu kimi arqumentlərlə tamamilə əsassız iddianı əsaslandırmağa çalışmışdır. Alınan nəticə də göz qabağındadır:-51kv.m-də 72.10 kv.m qeyri-yaşayış binasını “yerləşdirmişdir”. İşin təkzibolunmaz hallarından biri budur ki, iddia ərizəsində də söhbət bir alqı-satqı müqaviləsindən, bir yarımçıq sexin satılıb-alınmasından gedir. Lakin həmin ərizədəcə bu bir sex, artıq “sexlərə” çevrilir. 2 (iki) ədəd çıxarış olmuşdur: biri-eyni ünvanda 86 kv.m-lik torpaq sahəsindəki yarımçıq sexə dair və 2-cisi-eyni ünvanda 51 kv.m-lik torpaq sahəsinin mülkiyyətçisi olan X8 adına olan çıxarış. Bu halı “iddiaçı” İddiaçı özünün iddia ərizəsində özü də fərqinə varmadan sanki etiraf edir. Belə ki, özünün süuraltı mövqeyini faş edərək, ayrı-ayrılıqda olan bu daşınmaz əmlakları, yəni 86 kv.m-lik torpaq sahəsindəki 72.1 kv.m-lik qeyri-yaşayış binasını və üçüncü şəxs kimi onun mülkiyyətindəki 51 kv.m-lik torpaq sahəsini bir-vahid daşınmaz əmlak kimi öz adına qeydə alınmasını istəyir. Yuxarıda qeyd etdiyi kimi, “iddiaçı tələbini dəqiqləşdirən” “iddiaçı” İddiaçı “dəqiqləşdirilməsinə” görə onun adına olan 51 kv.m-lik torpaq sahəsinin ona aidiyyatı olsaydı, 20 (iyirmi) ildən sonra iddiaçı yanına gələrək bu torpaq sahəsini də onun adına sənədləşdirilməsini təklif etməzdi. Digər tərəfdən, bu işin hallarının hüquqi baxımdan təhlilini qoyaq bir yana, axı, məhkəmənin araşdırmanın predmetləri saydığı sənədlərə görə (qərar, 3-cü səhifə, 8-9-cu abzaslar), eyni ünvanda sərəncamla verilmiş 86 kv.m-lik torpaq sahəsindəki yarımçıq sex və bələdiyyənin qərarı ilə ona satılmış 51 kv.m-lik torpaq sahəsinin birlikdə ümumi sahəsi 86+51=137 kv.m edir. Amma alqı-satqı müqaviləsi bir dənə olmuşdur, yalnız 86 kv.m-lik sahə üçün olmuşdur. Bəs, bu 51 kv.m-lik torpaq sahəsi hansı əsasla, hansı məntiqlə, hansı qanunla “iddiaçının” mülkiyyətinə verilməlidir. İddia ərizəsində də bir yarımçıq sexin alqı-satqısından söhbət gedir və elə oradaca (iddia ərizəsində) sexlər” cəmləşir, bir neçə olur. Məhkəmə araşdırmamışdır ki, bu sexlər hansı torpaq sahəsinin hesabına tikilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və əlavənin nəzərə alınmasını, apellyasiya şikayəti üzrə ədalətli və qanuni qərarın nəzərə alınmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(116)-969/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 245. (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 88. 3-cü bənd. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
24. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2004-cü il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri)
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ... Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb). ... Sadalan normaların hazırkı işə tətbiqi onu deməyə əsas verir ki, iddia olunan 51 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçıya keçməsi üçün, üçüncü şəxs həmin torpaq sahəsinin tam mülkiyyətçisi olmalı idi. Yəni, həmin torpaq sahəsi üzərində bütün hüquqlar üçüncü şəxsə məxsus olmalı idi ki, sonrakı alqı-satqı müqaviləsi ilə həmin hüquqlar iddiaçıya keçsin. Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir:
3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Torpaq Məcəlləsinin 88-ci maddəsin 3-cü bəndinin yeni redaksiyada verilmiş birinci abzasının tələbləri baxımından da, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçıya keçməsi üçün, həmin torpaq sahəsinin mülkiyyətçisinin (yəni tam həcmdə) üçüncü şəxs olması tələb olunurdu. Bu isə onu deməyə əsas verir ki, üçüncü şəxsin mülkiyyətçisi sayıldığı torpaq sahəsi üzərində mülkiyyət hüququ iddiaçıya keçmişdir.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
26. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
Apellyasiya şikayətinin mümkünlüyü
27. Üçüncü şəxs apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Bundan başqa, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 2-1(102)-828/2024 nömrəli qərarı ilə üçüncü şəxsin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2-1(107)-372/2023 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün göndərilməsi qərara alınmışdır.
32. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
33. Ali Məhkəmə hazırki iş üzrə qərarda qeyd etmişdir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, xx.xx.2004-cü il tarixli 212344 nömrəli alqı-satqı müqaviləsi ilə Qax rayonu, Toppax kəndində 86 kv.m torpaq sahəsində yerləşən, tikintisi 2003-cü ildə başlanmış yarımçıq sex iddiaçının mülkiyyətinə verilmişdir. Həmçinin, müqavilədə qeyd edilmişdir ki, torpaq sahəsi Qax rayon İHB-nın xx.xx.1997-ci il tarixli 103 nömrəli sərəncamı ilə üçüncü şəxsə məxsusdur. Bundan əlavə, ünvan 6 ünvanında yerləşən 0.0051 ha torpaq sahəsi üzərində üçüncü şəxsin, həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 72.10 kv.m olan qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarış, eləcə də qeyri-yaşayış binasına dair iddiaçının adına texniki pasport hazırlanmışdır. Digər tərəfdən isə, Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən üçüncü şəxsə sex tikmək məqsədilə 51 kv.m torpaq sahəsi satılması qərara alınmışdır. - İşin tərəflər arasında mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı məhz həmin alqı-satqı müqaviləsi ilə üçüncü şəxsdən satın aldığı qeyri-yaşayış sahəsinin (sexin) yerləşdiyi torpaq sahəsinin də ona məxsus olduğunu iddia etməklə, həmin torpaq sahəsi üzərində də mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb edir. Üçüncü şəxs isə iddiaçının tələbinə etirazını adına iki müxtəlif torpaq sahəsinin olması, iddiaçının iddia etdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin predmeti olan sexin yerləşdiyi torpaq sahəsi olmaması ilə əsaslandırır. - İşə baxan aşağı instansiya məhkəmələri, iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin eyniliyindən çıxış edərək və Mülki Məcəllənin 245-ci, Torpaq Məcəlləsinin isə 88-ci maddəsinə istinad edərək o qənaətə gəlmişlər ki, artıq üçüncü şəxs həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsini özgəninkiləşdirməklə, onun yerləşdiyi torpaq sahəsi ilə bağlı hüquqlarını da tam həcmdə iddiaçıya ötürmüşdür. - Aşağı instansiya məhkəmələrinin nəticəsi o halda əsaslı hesab edilə bilər ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin üst-üstə düşməsi faktı mötəbər sübutlarla öz təsdiqini tapsın. Apellyasiya instansiyası məhkəməsi yalnız yerli baxış həyata keçirməklə bu istiqamətdə araşdırma aparmış, mütəxəssis rəyi almamışdır. - Nəzərə alınmalıdır ki, üçüncü şəxsin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun iki torpaq sahəsi mövcud olmuşdur. Bunlardan biri xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin predmeti olmuş sexin yerləşdiyi, Qax rayon İHB-nın xx.xx.1997ci il tarixli 103 nömrəli sərəncamı ilə verilmiş 86 kv.m torpaq sahəsidir, hansı ki, həmin torpaq sahəsinə münasibətdə hal-hazırda iddiaçıya qarşı tələbi yoxdur. Digər torpaq sahəsi isə Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə verilmiş 51 kv.m torpaq sahəsidir, hansı ki, iddiaçının mübahisələndirdiyi sex həmin torpaq sahəsində yerləşmir. - Yuxarıda sadalanan ziddiyyətli halların üçüncü şəxs tərəfindən birinci instansiya məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətində qeyd olunmasına baxmayaraq, üçüncü şəxsin həmin dəlillərinə düzgün hüquqi qiymət verilməsi üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmamış, ziddiyyətli məqamlara tam aydınlıq gətirilməmişdir. - Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda bunları etməmiş, ilk öncə, xx.xx.2004-cü il tarixli 212344 nömrəli alqısatqı müqaviləsinin predmeti olmuş qeyri-yaşayış binasının (sexin, tikilinin) yerinin dəqiq müəyyən edilməsi, bundan sonra torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi ilə bağlı tam və hərtərəfli araşdırma aparmalı olduğu halda, araşdırmanı natamam aparmışdır.
34. Bununla belə, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq həmçinin aşağıdakıları qeyd etməyi zəruri sayır.
35. Belə ki, iddia olunan 51 kv.m torpaq sahəsi Qax rayon Qaxingiloy bələdiyyə sədrinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə X4 tikmək məqsədilə satılmışdır. xx.xx.2004-cü il tarixli 212344 nömrəli alqı-satqı müqaviləsi ilə Qax rayonu, Toppax kəndində 86 kv.m torpaq sahəsində yerləşən, tikintisi 2003-cü ildə başlanmış yarımçıq sex iddiaçının mülkiyyətinə verilmişdir. Həmçinin, müqavilədə qeyd edilmişdir ki, torpaq sahəsi Qax rayon İHB-nın xx.xx.1997-ci il tarixli 103 nömrəli sərəncamı ilə üçüncü şəxsə məxsusdur. Bundan əlavə, ünvan 6 ünvanında yerləşən 0.0051 ha torpaq sahəsi üzərində üçüncü şəxsin, həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 72.10 kv.m olan qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid çıxarış, eləcə də qeyri-yaşayış binasına dair iddiaçının adına texniki pasport hazırlanmışdır. Digər tərəfdən isə, Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən üçüncü şəxsə sex tikmək məqsədilə 51 kv.m torpaq sahəsi satılması qərara alınmışdır.
36. İddiaçı məhz həmin alqı-satqı müqaviləsi ilə üçüncü şəxsdən satın aldığı qeyriyaşayış sahəsinin (sexin) yerləşdiyi torpaq sahəsinin də ona məxsus olduğunu iddia etməklə, həmin torpaq sahəsi üzərində də mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb edir. Üçüncü şəxs isə iddiaçının tələbinə etirazını adına iki müxtəlif torpaq sahəsinin olması, iddiaçının iddia etdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin predmeti olan sexin yerləşdiyi torpaq sahəsi olmaması ilə əsaslandırır.
37. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinə və tikiliyə baxış keçirilmiş, fotoşəkillər çəkilərək mütəxəssis tərəfindən ölçü işləri aparılmışdır.
38. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-39/2-126/2025 nömrəli mütəxəssis rəyi tərtib edilmişdir. Həmin mütəxəssis rəyi ilə aşağıdakılar müəyyən edilmişdir:
1. Qax rayon İHB-nin xx.xx.1997-ci il tarixli 103 nömrəli sərəncamı ilə üçüncü şəxsə ayrıİmış, Qax rayonu Toppax kəndində 86 kv.m torpaq sahəsində yerləşən, tikintisi 2003cü ildə başlamış 18 mart 2004-cü il tarixli 212344 nömrəli alqı-satqı müqaviləsinin predmeti oİmuş qeyri yaşayış binasının (texniki-tikilinin) yerinin döngə koordinatları. X=660014.3012 Y=4587481.2496 X=660016.5065 Y=4587471.2908 X=660024.7285 Y=4587473.0 134 X=660022.5026 Y=4587483.0657.
2. 18 mart 2004-cü il tarixli 212344 nömrəli alqı-satqı predmeti oİmuş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi ilə Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsinin eyni yerdə (əgər həmin torpaq sahələri üst-üstə düşərsə hansı hissələrdə üstüstə düşmə vəziyyəti) yerləşib-yerləşməməsi qoşma vərəqdə sxemdə göstərilmişdir.
3. **********6-06301 nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dövlat Reyestrindən çıxarışda qeyd edilən 0.0051 ha torpaq sahəsinin döngə koordinatlari. X=660019.0853 Y=4587482.3090 X=660020.5339 Y=4587475.7674 X=660015.7498 Y=4587474.7080 X=660016.4633 Y=4587471.4861 X=660024.6646 Y=4587473.3022 X=660022.5026 Y=4587483.0657
4. **********56-06301 nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində çıxarışda qeyd edilən 0.0051 ha torpaq sahəsi, RİH tikinti və memarlıq şöbəsinin təsdiq etdiyi sxem əsasında işlənmişdir. İddia olunan qeyri yaşayış binasinin tikinti altı sahəsinin bir hissəsidir. 18 mart 2004-cü il tarixli 212344 nömrəli alqı-satqı predmeti oİmuş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi ilə Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə alqı-satqı satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsi eyni yerdə yerləşir.
39. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin üst-üstə düşməsi faktı mötəbər sübutlarla öz təsdiqini tapır.
40. Yəni, üçüncü şəxs onun iki torpaq sahəsinin mövcud olduğunu şikayətində qeyd etsə də, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin predmeti olmuş sexin yerləşdiyi, Qax rayon İHB-nın xx.xx.1997-ci il tarixli 103 nömrəli sərəncamı ilə verilmiş 86 kv.m torpaq sahəsi və Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə verilmiş 51 kv.m torpaq sahəsi eyni yerdə yerləşir. Həmin torpaq sahələri iddiaçının mülkiyyətində olan tikilinin (sexin) altında olan torpaq sahəsidir. 51 kv.m. torpaq sahəsi 86 kv.m. torpaq sahəsinin daxilində olmaqla üst-üstə düşür.(mütəxəssis tərəfindən tərtib edilmiş sxematik planda göstərilib).
41. Kollegiya tərəfindən yerində baxış zamanı da üçüncü şəxs bildirdi ki, sexin yerləşdiyi torpaq sahəsindən əlavə onun başqa yerdə torpaq sahəsi yoxdur. Qeyd etdi ki, həmin sexin yerləşdiyi torpaq sahəsini o, iddiaçıya satıb. Yəni, 86 kv.m. torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 72.10 kv.m olan qeyri-yaşayış sahəsi onun tərəfindən mübahisələndirilmir. 51 kv.m. torpaq sahəsinin isə yerini göstərə bilmədi, məhkəmə tərəfindən müəyyən edilməsini xahiş etdi.
42. Məhkəmə kollegiyası tərəfindən də xx.xx.2004-cü il tarixli 212344 nömrəli alqısatqı müqaviləsinin predmeti olmuş qeyri-yaşayış binasının (sexin, tikilinin) yeri dəqiq araşdırılaraq xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin predmeti olmuş Qax rayon İHB-nın xx.xx.1997-ci il tarixli 103 nömrəli sərəncamı ilə verilmiş 86 kv.m torpaq sahəsi və Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə verilmiş 51 kv.m torpaq sahəsinin (hər iki torpaq sahəsi eyni yerdə yerləşməklə üst-üstə düşür) üzərində olması müəyyən edildi.
43. Beləliklə, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə Qax rayon Qaxingiloy bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin eyniliyindən çıxış edərək və Mülki Məcəllənin 245-ci, Torpaq Məcəlləsinin isə 88-ci maddəsinə istinad edərək məhkəmə kollegiyası o qənaətə gəlir ki, artıq üçüncü şəxs həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsini özgəninkiləşdirməklə, onun yerləşdiyi torpaq sahəsi ilə bağlı hüquqlarını da tam həcmdə iddiaçıya ötürmüşdür.
44. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bu halı cavabdeh orqanın məhkəmə qərarı ilə razılaşaraq apellyasiya şikayəti verməməsi də bir daha təsdiq edir. Ona görə də, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
45. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
46. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, “xx.xx.2019-cu il tarixli, **********5606301 reyestr nömrəli çıxarışa düzəliş edilərək, üçüncü şəxs X8 adının həmin çıxarışdan çıxarılması və ünvan 1 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak kimi İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi barədə cavabdehin hərəkətləri qanunauyğun olmadığından, iddiaçı, həmin öhdəliyin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi də iddia tələbini haqlı olaraq təmin etmişdir. Ümumilikdə Kollegiya, üçüncü şəxsin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Odur ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, apellyasiya şikayətinin dəlilləri işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2-1(116)-969/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.