Məhkəmə qərarları › İş №2-1(107)-380/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-380/2020

01.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-380/2020 01.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili X20, 3-cü şəxslər X13 və X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X25rşı "JN-1xx xxx 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə onun və ailə üzvlərinin mülkiyyətində olan 3,18 ha torpaq sahəsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-16/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Yevlax rayonu "Qaraməmmədli" kollektiv təsərrüfatı yerli aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 4 nömrəli protokol qərarına əsasən, torpaq islahatı ilə əlaqədar hazırlanmış kompleks yerquruluşu layihə sənədləri və torpaq payı alacaq subyektlərin siyahısı təsdiq edilmişdir. Yevlax rayonu "Qaraməmmədli" kollektiv təsərrüfatı yerli aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 5 nömrəli protokol qərarına əsasən, keçirilmiş püşkatmanın nəticəsi barədə protokol təsdiq edilmiş, torpaq payı almaq hüququ olan, püşkatmada iştirak etmiş və naməlum səbəbdən püşkatmaya gəlməmiş subyektlərə topaq paylarının verilməsi məsləhət bilinmişdir. Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 32 nömrəli protokol qərarına əsasən, "Qaraməmmədli" kollektiv təsərrüfatı yerli aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli 4 nömrəli və xx.xx.1998ci il tarixli 5 nömrəli protokol qərarları təsdiq edilmişdir. Torpaq payı alacaq subyektlərin siyahısına İddiaçı, onun ailə üzvləri X2 və X6, habelə üçüncü şəxslər X13, X9, X11, İskəndərova (hazırda İsmayılova) Gülnar Adil qızının, X14 da adları daxil edilmişdir. İddiaçı, onun ailə üzvləri X2 və X6 adına JN-1xx xxx 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı", üçüncü şəxslər X13, X9, X11, İskəndərova (hazırda İsmayılova) Gülnar Adil qızının və X14 adına isə JN-1xx xxx 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X35 ərizə ilə müraciət edərək, JN-1xx xxx 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 3,18 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakn dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin həmin İdarə xx.xx.2018-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, həmin torpaq sahəsi JN-123 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na əsasən 2,24 ha torpaq sahəsi ilə üst-üstə düşür, həmçinin, elektron baza xəritəsində JN-124 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" mövcud deyil. Bundan sonra iddiaçı hazırkı iddia ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Odur ki, iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək, "JN-1xx xxx 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə onun və ailə üzvlərinin mülkiyyətində olan 3,18 ha torpaq sahəsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və xx.xx.2018-ci il tarixli etirazında bildirmişdir ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 32 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə verilmiş 3,18 ha torpaq sahəsi ilə bağlı tərtib olunmuş JN-124 nömrəli dövlət aktındakı torpaq sahənin planı (cizgisi) və ümumi sahəsi Yevlax rayonu Qaraməmmədli kəndinin elektron xəritə bazasındakı (DWG) cizgi ilə fərqli olmaqla JN-123 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" kimi göstərilən 2,24 ha torpaq sahəsi ilə üst-üstə düşür. X13 və ailə üzvlərinin adına tərtib olunmuş JN-1xx xxx 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 3,74 ha torpaq sahəsinin cizgisi isə Yevlax rayonu Bünyadabad kəndinin yaşayış məntəqələrinin torpaq sahəsinə düşür. İddiaçı və ailə üzvlərinin adları eyni adlı siyahıda qeyd olunmasına baxmayaraq elektron baza xəritəsində JN-124 seriyalı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" mövcud deyil. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxx 2020-ci il tarixli, 2- 1(116)-16/2020 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsslandırılmışdır ki, hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iddia tələbini rədd edərkən qeyd etmişdir ki, ekspert rəyi ilə və cavabdehin xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilərək işə tikilmiş sxemlə müəyyən olunur ki, iddiaçının məhkəməyə təqdim etdiyi JN- 124 saylı (kod 90106018) «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»ndakı sxemdə göstərilən 3,18 ha torpaq sahəsi elektron xəritə bazasında ümumiyyətlə yoxdur. Elektron xəritə bazasında həmin koordinatlarda JN-123 saylı (kod 90106018) «Torpağa mülkiyyət hüququna dair dövlət aktı» bütövlükdə və JN-122 saylı (kod 90106018) «Torpağa mülkiyyət hüququna dair dövlət aktı» hissəvi əks olunmuşdur. Bu hallar onu deməyə əsas verir ki, iddiaçının təqdim etdyi JN-124 saylı (kod 90106018) «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nın kağız variantında olan sxem ya əvvəldən, ya da sonradan dəyişdirilmişdir. O, bunu qətiyyən qəbul edə bilmir. Belə ki, onun tərəfindən təqdim edilmiş sxem tamamilə qanuni və əsaslıdır. Həmin sxem dövlət aktı bizə təhvil verilən zaman onun tərkib hissəsi kimi tərtib edilmiş və akta əlavə edilmişdir. Sonradan həmin sxemin dəyişdirilməsini giiman etmək və bu giimana əsaslanaraq qərar qəbul etmək qəbuledilməzdir. Hansı ki, həmin sxemin dəyişdirilməsi barədə nə cavabdeh, nə də işdə maraqlı olan üçüncü şəxslər tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qeyd olunan torpaq sahəsinin eletron xəritə bazasında göstərilməməsi isə onun deyil, məhz cavabdehin təqsiri ucbatından olmuşdur. Bu halda Qamnun da məhz onun haqlı olduğunu göstərir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında «Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsinə əsasən, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcsındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Bundan başqa məhkəmə iddia tələbini rədd edərkən həm də ona istinad etmişdir ki, iddiaçının və onun ailə üzvlərinin adına olan JN-124 saylı (kod 90106018) «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nda göstərilmiş torpağın ölçüsü həmin təsərrüfatda müəyyən edilmiş torpaq payının ölçüsünə uyğun deyil. Belə ki, həmin ərazidə adambaşına düşən torpaq payı norması 0,75-0,90 ha olmasına baxmayaraq 3,18 ha torasahəsini 3 nəfərə böldükdə iddiaçı və onun ailə üzvlərinə 1,06 ha torpaq sahəsinin verildiyi məlum olur. Bununla bağlı əvvəla onu qeyd edir ki, ona və ailə üzvlərinə verilən torpaq sahəsi kəndin ən yararsız hissəsindən verildiyi üçün onlara artıq normada, yəni adambaşına 1,06 ha torpaq sahəsi verilmişdir. Kənddə hətta elə ailələr var ki, onlara verilən torpaq sahəsi daha da yararsız olduğu üçün onlara adambaşına 1,20-1,30 ha torpaq sahəsi verilmişdir. Məhkəmənin bu əsaslandırması ilə bağlı onu da qeyd edir ki, onunla eyni zamanda bacısı X23 da məhkəmədə iddia qaldıraraq ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinə dair çıxarış verilməsini xahiş etmişdir. Həmin iddiada da məhz adambaşına düşən torpaq sahəsi 1,06 ha olmuşdur (9,54 ha torpaq sahəsi 9 nəfərə verilmişdir). Həmin iddia hazırkı işə baxan məhkəmə tərəfindən təmin edilmiş və cavabdeh inzibati orqan bununla razılaşaraq həmin qərardan apellyasiya şikayəti verməmişdir. Qərar qanuni qüvvəyə minmişdir. Hesab edir ki, eyni məhkəmənin bir məsələyə müxtəlif qərarlarda fərqli münasibət göstərməsi həm vahid məhkəmə mövqeyinin formalaşmasına, həm də inzibati praktiya ziddir. Bundan başqa, cavabdeh öz imtinasını bununla əsaslandırmışdır ki, həmin torpaq sahəsi elektron xəritə bazasında üçüncü şəxslərə məxsus olan torpaq sahəsi iləüst-üstə düşür. Əvvəla üçüncü şəxslərə həmin kənddən torpaq sahəsinin verilməsinin özü əsassız olmuşdur. Belə onların kəndində aqrar islahat komisshası tərəfindən yalnız xx xxxxxx 1996-cı ilə qədər qeydiyyatda olan şəxslərə torpaq sahəsi pavlanmışdır. Üçüncü şəxslər isə həmin kəndə bundan bır il sonra, yəni 1997-ci ildə qeydiyyata düşmüşlər. Buna qədən onlar Yevlax şəhərinin özündə qeydiyyatda olmuşlar. Həmçinin üçüncü şəxslərə mənsub olan JN-123 saylı (kod 90106018) «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nın 3-cü vərəqinə fikir versək görərik ki, onlara məxsus olan torpaq sahəsi X15 məxsus olan torpaq sahəsi ilə qonşuluqda yerləşir. Qaqarin Qarayevə məxsus olan torpaq sahəsi ilə ona məxsus olan torpaq sahəsinin arasında isə təxminən 2500-3000 metr məsafə vardır. Yəni əgər 3-cü şəxslərə məxsus hər hansısa bir torpaq sahəsi varsa belə, o sahə onun sahəsindən 2-3 km aralı olan məsafədə yerləşir. Cavabdehin bu əsasla onun tələbindən imtina etməsi və məhkəmənin iddianı təmin etməməsi tamamilə əsassızdır. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2- 1(116)-16/2020 nömrəli qərarının ləğv edilməsini və xx xxxxxxxx 1998-ci il tarixli JN-124 saylı (kod 90106018) «Torpağa mülkiyyət hüququna dair dövlət aktı» ilə mənim və ailə üzvlərim X4 və X7 mülkiyyətində olan 3,18 ha torpaq sahəsinə dair «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış»ın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Cavabdeh üzərinə qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X34 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X26 bildirdi ki, İddiaçı 1962-ci ildə Yevlax rayonu Qaraməmmədli kəndində anadan olmuş, hazırda da ailəsi ilə birlikdə orada yaşayır. Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 32 nömrəli qərarı ilə ona və ailə üzvləri X3 və X1 təsərrüfatı məhsulları istehsalı üçün 3.18 ha torpaq sahəsi verilmişdir. 1998-ci ildən bu günə kimi, İddiaçı ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində maneəsiz istifadə edir, əkib-becərir, dövlətin verdiyi güzəştli yanacaq pullarınıda alır. Birinci instansiya məhkəməsi qeyd edir ki, torpağın dövlət aktı cavabdehin elektron bazasında mövcud deyil. Birinci instansiya məhkəməsinin qərarının bu hissəsi ilə razılaşmadıqlarını qeyd edərək bildirir ki, həmin dövlət aktı səlahiyyətli şəxslər tərəfindən imzalanıb, möhürlənib təsdiq olunub və şəxs həmin ərazidə 22 ildir həmin torpaq sahəsindən istifadə edir. Cavabdehin məsuliyyətsizliyindən həmin torpaq sahəsi bazaya işlənməmişdir. İddiaçı bacısı X16 məhkəməyə iddia qaldıraraq ona və ailə üzvlərinə aid olan torpaq sahəsinə çıxarış verilməsini xahiş etmişdir. Həmin iddiada da məhz adambaşına düşən torpaq sahəsi 1,06 ha olmuşdur (9,54 ha torpaq sahəsi 9 nəfərə verilmişdir). Həmin iddia hazırkı işə baxan məhkəmə tərəfindən təmin edilmiş və cavabdeh inzibati orqan bununla razılaşaraq həmin qərardan apellyasiya şikayəti verməmişdir. Qərar qanuni qüvvəyə minmişdir. Üçüncü şəxslərə həmin Qaraməmmədli kəndində torpaq sahəsinin verilməsinin özü əsassız olmuşdur. Həmin kənddə aqrar islahat komissiyası tərəfindən yalnız xx xxxxxx 1996-cı ilə qədər qeydiyyatda olan şəxslərə torpaq sahəsi paylanmışdır. Üçüncü şəxslər isə həmin kənddə bundan bir il sonra 1997-ci ildə qeydiyyat düşmüşlər.Buna qədər üçüncü şəxslər Yevlax şəhərində qeydiyyatda olublar. Həmçinin üçüncü şəxslərə mənsub olan JN-123 saylı (kod 90106018) «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nın 3-cü vərəqinə fikir versək görərik ki, onlara məxsus olan torpaq sahəsi X15 məxsus olan torpaq sahəsi ilə qonşuluqda yerləşir. Qaqarin Qarayevə məxsus olan torpaq sahəsi ilə ona məxsus olan torpaq sahəsinin arasında isə təxminən 2500-3000 metr məsafə vardır. Yəni əgər 3-cü şəxslərə məxsus hər hansısa bir torpaq sahəsi varsa belə, o sahə onun sahəsindən 2-3 km aralı olan məsafədə yerləşir. Bu baxımdan da, apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı apelyasiya şikayətini müdafiə etdiyini və vəkili X20 verdiyi izahatla razı olduğunu əlavəsi olmadığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs X21 apelyasiya şikayətinə öz etirazini bildirirək bildirdi ki,1954-cü ildə həmin kənddə anadan olub. 1983-cü ilə qədər həmin kənddə yaşayıb. Sonra o pambıq məntəqəsində aqrar islahatda pambıq mühafizəsində işləyib. Bütün gecənin 20 saatını işlədiyi üçün Yevlax şəhərində müvəqqəti yaşayıb. 1993-cü ildə uşaqları orda məktəbdə oxuyub, özünün həmin kənddə evi var. İddiaçının bacısı X30 rayon İslahat Komissiyasının sədri, İddiaçı isə Yevlax rayon İslahat Komissiyasının üzvü olub. Həmin dövrdə də onlar onu sıxışdırıblar. Ekspertiza olunub, ekspertiza rəy verib. Məhkəmədən xahişi odur ki, düzgün araşdırılıb ona aid olan 20 ildir istifadə edə bilmədiyi torpaq sahəsi özünə qaytarılsın. 3-cü şəxs X24 apelyasiya şikayətinə öz etirazini bildirirək X8 verdiyi izahatla razı olduğunu əlavəsi olmadığını bildirdi. Əsaslandırma hissəsi İddiaçı apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apelyasiya şikayəti uğurlu olmayacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin məhkəmə kollegiyası tərəfindən aparılan gerçək vəziyyətindən bəlli olur ki, hazırkı məsələ ilə bağlı cavabdeh imtinasını belə əsaslandırmışdır ki, həmin JN1xx xxx 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndakı "Mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi) və torpağın ümumi sahəsi Yevlax rayonu Qaraməmmədli kəndinin elektron xəritə bazasındakı (DWG) cizgiyə uyğun deyil. Belə ki, JN-1xx xxx 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş sxem elektron xəritə bazasındakı (DWG) cizgidə olan JN-1xx xxx 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" kimi göstərilən 2,24 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdehin məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli məktubda əlavə olaraq deyilir ki, 3,18 ha torpağın həmin 2,24 ha hissəsi çıxılmaqla qalan 0,94 ha hissəsi elektron bazada JN-1xx xxx 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında X12 və ailə üzvlərinin mülkiyyətində olan 3,74 ha torpaq sahəsinin üzərində yerləşir. - İşdə olan, JN-124 seriyalı kod 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 32 nömrəli qərarı ilə İddiaçı, X5, X6 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3,18 ha torpaq sahəsi verilmişdir. İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X34 xx.xx.2018-ci il tarixli **********03 nömrəli etirazından görünür ki, Yevlax Rayon Aqrar slahat Komissiyasının xx.xx.1998-ci il tarixli 32 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə verilmiş 3,18 ha torpaq sahəsi ilə bağlı tərtib olunmuş JN-124 nömrəli dövlət aktındakı torpaq sahənin planı (cizgisi) və ümumi sahəsi Yevlax rayonu Qaraməmmədli kəndinin elektron xəritə bazasındakı (DWG) cizgi ilə fərqli olmaqla JN-123 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" kimi göstərilən 2,24 ha torpaq sahəsi ilə üst-üstə düşür. X13 və ailə üzvlərinin adına tərtib olunmuş JN-1xx xxx 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 3,74 ha torpaq sahəsinin cizgisi isə Yevlax rayonu Bünyadabad kəndinin yaşayış məntəqələrinin torpaq sahəsinə düşür. İddiaçı və ailə üzvlərinin adları eyni adlı siyahıda qeyd olunmasına baxmayaraq elektron baza xəritəsində JN-124 seriyalı "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" mövcud deyil. - İşdə olan, məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2020-ci il tarixli 21690 nömrəli ekspert rəyi alınmışdır. Həmin rəydə deyilir ki, İddiaçı və ailə üzvləri tərəfindən istifadə edilən torpaq sahəsi Yevlax rayonu Qaraməmmədli kəndi "Bakı" təsərrüfatı ərazisində torpaq islahatına dair kompleks yerquruluşu layihəsində JN-123 nömrəli dövlət aktında göstərilən 2,24 ha torpaq sahəsi ilə üst-üstə düşür. JN-124 nömrəli dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 3,18 ha torpaq sahəsi barədə Yevlax rayonu Qaraməmmədli kəndi "Bakı" təsərrüfatı ərazisində torpaq islahatına dair kompleks yerquruluşu layihəsində heç bir məlumat aşkar olunmadığına görə həmin torpaq sahəsi ilə JN-123 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Rəydə həmçinin deyilir ki, Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 32 nömrəli qərarı ilə JN-123 nömrəli dövlət aktına əsasən X13 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi Yevlax rayonu Qaraməmmədli kəndi "Bakı" təsərrüfatı ərazisində torpaq islahatına dair kompleks yerquruluşu layihəsində 2,24 ha göstərilməklə Yevlax rayonu Qaraməmmədli kəndində yerləşdiyi müəyyən olunur. Lakin JN-123 nömrəli dövlət aktında X22 və ailə üzvlərinə ayrılmış torpaq sahəsi 3,74 ha göstərilsə də, Yevlax rayonu Qaraməmmədli kəndi "Bakı" təsərrüfatı ərazisində torpaq islahatına dair kompleks yerquruluşu layihəsində 2,24 ha olduğu müəyyən olunur. - İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilərək işə tikilmiş sxemlə müəyyən olunur ki, iddiaçının məhkəməyə təqdim etdiyi JN1xx xxx 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndakı sxemdə göstərilən 3,18 ha torpaq sahəsi elektron xəritə bazasında ümumiyyətlə yoxdur. Elektron xəritə bazasında həmin koordinatlarda JN-1xx xxx 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" bütövlükdə və JN-1xx xxx 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" hissəvi əks olunmuşdur. Bu hallar onu deməyə əsas verir ki, iddiaçının təqdim etdiyi JN-1xx xxx 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın kağız variantında olan sxem ya əvvəldən, ya da sonradan dəyişdirilmişdir - İşdə olan, X42 Hakimiyyətinə sorğu edilərək alınmış xx.xx.2020- ci il tarixli 820 nömrəli arayışla müəyyən edilmişdir ki, rayonun Qaraməmmədli kollektiv təsərrüfatında (keçmiş "Bakı" kolxozu) torpaq paylarının ölçüsü 0,75 ha - 0,90 ha olmuşdur. Yevlax Rayon Qaraməmmədli Bələdiyyəsi xx.xx.2020-ci il tarixli arayışında eyni məlumatı vermiş, əlavə olaraq bildirmişdir ki, Qaraməmmədli kəndində heç bir vətəndaşa adambaşına 0,90 ha-dan artıq torpaq bölgüsü aparılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı təqdim etdiyi JN-1xx xxx 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda mülkiyyətçilərin sayı 3 nəfər göstərilmişdir. Təsərrüfatda islahat zamanı müəyyən edilmiş torpaq paylarının ölçüsü ilə hesabladıqda məlum olur ki, onlara 2,25 ha - 2,70 ha arasında torpaq sahəsi verilə bilərdi. JN-1xx xxx 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 3,18 ha-nı 3 nəfərə böldükdə İddiaçı və hər bir ailə üzvünə güya 1,06 ha torpaq sahəsinin verildiyi məlum olur. Bu isə yuxarıda qeyd olunan təsərrüfatda müəyyən edilmiş torpaq payı normasından xeyli artıqdır, bu səbəbdən onların mülkiyyətinə verilə bilməzdi. Halbuki, “X31” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 1-ci hissəsində göstərirlir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. İslahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Bu Qanunun 13-cü maddədinə görə torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyasıqeyd edir ki, iddiaçının təqdim etdiyi JN-1xx xxx 90106018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən məlumatlar Yevlax rayonu Qaraməmmədli kəndi "Bakı" təsərrüfatı ərazisində torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə zidd olduğuna görə həmin sənəddə göstərilmiş 3,18 ha torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasını iddia etmək üçün kifayət etmir. Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-16/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar