Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-380/2024 12.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və X2 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi ##.##.2019cu ildən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarından iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “1977-1979-cu il tarixdən Zaqatala rayonu “Jdanov” adına kolxozda kolxozçu, ## ### 1980-ci ildən ## ######## 1981-ci il tarixədək X5 Birliyi və X7 fəhlə, ##.##.1981-ci ildən ##.##.1984-cü il tarixədək Zaqatala * nömrəli orta məktəbində xadimə, ##.##.1985-ci ildən ##.##.2001-ci il tarixədək Zaqatala tikiş fabrikində fəhlə, ##.##.2003-cü il tarixdən ##.##.2003-cü il tarixədək Baş məşğulluq idarəsində, ##.##.2003-cü il tarixdən ##.##.2005-ci il tarixədək X11 stansiyasında fəhlə işlədiyi illəri faktiki müddəti nəzərə alınmaqla hüququnun yarandığı yaşa görə əmək pensiyası təyin edilməsi cavabdehə müraciət etdiyi tarixdən ##.##.2019-cu ildən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Işin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı 1977-1979, ##.##.1980-##.##.1981, ##.##.1981-##.##.1984, ##.##.1985-##.##.2001, ##.##.2003-##.##.2003, ##.##.2003- ##.##.2005-ci illər üzrə sosial sığorta stajı nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
3. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iş materiallarına əsasən iddiaçı İddiaçı cavabdeh Mərkəzi filiala müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Mərkəzi filial tərəfindən İddiaçı ümumi iş stajının 25 ildən az 23 il 6 ay 10 gün olduğu, həmçinin pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddindən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı imtina məktubu ilə bildirilmişdir.
4. Belə ki, İddiaçı təqdim etdiyi sənədlərə baxış keçirilən zaman onun əmək kitabçasının surətində ##.##.2003-cü il tarixdən ##.##.2005-ci il tarixədək X11 dövrlərin doldurulma qaydasının pozulduğu (işdən azad olma qeydində düzəliş olduğundan) üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 3.11-ci maddəsinə əsasən, əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işəgötürən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir.
6. Eyni zamanda bildirilmişdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.
7. Əlavə olaraq bildirilmişdir ki, ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.
8. Iddiaçı İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, ##.##.1957-ci il tarixdə anadan olmuş və qanunla müəyyən olunmuş pensiya yaşına ##.##.2022-ci il tarixdə çatmışdır.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydaları:
4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:
1. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən.
10. Iddiaçı İddiaçı mübahisələndirilməyən sığorta stajı 23 il 6 ay 10 gün təşkil edir.
11. Iddiaçının mübahisələndirilən sığorta stajı ##.##.2003-cü il tarixdən ##.##.2005-ci il tarixədək işlədiyi illərdir.
12. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının" 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qaydaların 3.2-ci bəndində qeyd olunur ki, işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: Işçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. Işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. “Iş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi. 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Eyni zamanda qeyd olunur ki, şahid ifadələri əsasında əmək kitabçasında hər hansı düzəlişlər edilməsi yolverilməzdir.
13. Yuxarıda qeyd olunanların əksinə iddiaçının ##.##.1983-cü il tarixdən ##.##.2000-ci il tarixədək işlədiyi dövrlərin mötəbərliyinə əsaslı şübhələr yaranmış və sığrota stajına daxil edilməsi qanunamüvafiq hesab edilməmişdir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur.
15. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır (Konstitusiya Məhkəməsinin Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair # ###### 2010-cu il tarixli Qərarı).
16. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir.
17. Eyni zamanda, qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.
18. Hazırda isə mövcud qaydalara uyğun olmadan hazırlanmış əmək kitabçasındakı qeydlərin cavabdeh tərəfindən əsaslı olaraq sosial sığorta stajına daxıl edilməyərək əmək pensiyasının təyin olunmaması qanuna uyğun olmuşdur.
19. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
20. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
21. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
22. Şəki Inzibati Məhkəməsinin (hakim Vüqar Musayev) ## #### 2024-cü il tarixli *-*(***)- ***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
23. Iddiaçı İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
24. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)- ***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilmiş, iddiaçı İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər nəzərə alınmaqla ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi ##.##.2019-cu ildən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
25. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə X4 Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
26. Iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı məhkəmə kollegiyasına “yeni açılmış hallara dair” ərizə təqdim edərək Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və həmin iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.
27. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi təmin edilmiş, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi ##.##.2019-cu ildən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə icraat təzələnmişdir.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI
28. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Inzibati Məhkəməsində 1975-1976-cı il tarixlərində Zaqatala rayon Muxax kəndi “Jdanov" kolxozunda kolxozçu işlədiyi illəri Azərbaycan Respublikası Milli Arxiv Idarəsi, Zaqatala Rayon Icra Hakimiyyəti, Zaqatala Rayon Dövlət Arxivindən ## ###### 2023-cü il tarixli 348-47RH /*/B-**/***/**** nömrəli ##.##.2024-cü il tarixli ***-**RH/*/B-**/***/**** nömrəli arayışları məhkəməyə təqdim etmişdir. X3 Məhkəməsi arxiv arayışlarını vaxtında təqdim etmədiyi üçün qəbul etməmişlər. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRIN IZAHATLARI
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi X12 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etdilər.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavebdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
31. Iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin ##.##.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı ##.##.1957-ci il tarixdə doğulmuşdur. - Zaqatala rayon Dövlət Arxivinin ##.##.2023-cü il tarixli arxiv arayışlarından görünür ki, iddiaçı, ##.##.1979-cu il tarixli *** nömrəli əmrə əsasən işə qəbul edilmişdir. Sözügedən arxiv arayışında qeyd edilmişdir ki, həmin idarənin 1979-cu ilin 2-ci yarısının əmr kitabı Dövlət Arxivində saxlanılmır. Lakin, əmək haqqının hesablanması kitablarında 1979-cu ilin oktyabr ayı daxil olmaqla əmək haqqı barədə qeydlər vardır. Iddiaçı Zaqatala çay fabrikinə ##.##.1980-ci il tarixli, ** №-li əmrlə işə qəbul edilmiş, ##.##.1981-ci il tarixdə *** №-li əmrlə işdən azad edilmişdir. - ИТ-İ ******* №-li əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi qeyd edilmişdir: ##.##.1981 - ##.##.1984, ##.##.1985 – ##.##.2001, ##.##.2003 – ##.##.2003, ##.##.2003 – ##.##.2005 (işdən azad olunma barədə qeydə sonradan müdaxilə edilmişdir). - Zaqatala rayon Dövlət Arxivinin ##.##.2023-cü il tarixli arxiv arayışından görünür ki, Zaqatala rayonu “Jdanov” adına kolxozda Bubuşova-İddiaçı əmək fəaliyyəti müddəti aşağıdakı kimi qeyd edilmişdir: 1977 – 241 gün, 1978 – 251 gün, 1979 – 216 gün. - Zaqatala Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, İddiaçı 1979-1981-ci illərdə X8 Birliyi və X7 işləməsi, Zaqatala rayon Dövlət Arxivi tərəfindən ##.##.2017-ci il tarixdə verilmiş 413 və ***A saylı arayışın İddiaçı məxsus olması və həmin illərin sığorta stajına daxil edilməsi faktı müəyyən edilmişdir. - Zaqatala Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, İddiaçı 1977-1979-cu illərdə Zaqatala rayonun "Jdanov" adına kolxozunda işləməsi faktı müəyyən edilmişdir. - Zaqatala rayon Dövlət Arxivinin ##.##.2023-cü il tarixli məktubundan görünür ki, Zaqatala rayon Inkubator quşçuluq stansiyasının 2003-2005-ci illərin sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir (əsas: inkubator quşçuluq stansiyasının arxiv sənədləri Fond:86, siyahı:2), Zaqatala rayon Muxax kənd “Jdanov” kolxozunda 1977-ci ildə qadınlar üçün minimum adam günü 160, 1978-1979-cu illərdə 180 minimum adam günü təyin edilmişdir (əsas: Zaqatala rayon Muxax kənd “Jdanov” adına kolxozun kolxozçulara əmək haqqının hesablanmasının staj kitabları, fond: 34, siyahı:2). - Zaqatala rayon X9 Hissəsinin ##.##.2023-cü il tarixli arayışından görünür ki, ##.##.2011-ci il tarixdə Zaqatala şəhəri Azərbaycan prospektində yerləşən Sərdar MMC-də (əvvəlki adı-X11 stansiyası) yanğın hadisəsi baş vermişdir. - cavabdehin ##.##.2023-cü il tarixli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçı İddiaçı ##.##.2018-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi Zaqatala rayon Dövlət Arxivinin ##.##.2023-cü il tarixli *-**-**RA/*/B**/***/**** nömrəli arayışının surətinə əsasən 1977- 1979-cu illərdə və ##.##.1980-ci il tarixindən ##.##.1981-ci il tarixinədək "Jdanov" adına kolxozda işlədiyi dövr, əmək kitabçasının surətinə əsasən ##.##.1981-ci il tarixindən ##.##.1984-cü il tarixinədək, ##.##.1985-ci il tarixindən ##.##.2001-ci il tarixinədək, ##.##.2003-cü il tarixindən ##.##.2003-cü il tarixinədək 20 il 2 ay 28 gün əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 23 il 6 ay 10 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü maddəsinə uyğun olaraq ##.##.2003-cü il tarixindən ##.##.2005-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (işdən çıxma qeydində düzəlişlər edildiyindən) riayət olunmamışdır. Bu səbəbdən qeyd edilən illər üzrə 2 il 3 ay 17 gün mübahisələndirilən dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində olan məlumata əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmamışdır.
TƏTBIQ EDILƏN HÜQUQ
32. Inzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
33. # ###### 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.
35. ##.##.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.
36. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin # ###### tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
37. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ
38. Iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının IPM və ya IPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
39. Iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (IPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
40. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (IPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin IPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
41. Iddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. Iddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
42. Məhkəmə kollegiyası qeyd edir ki, yeni açılmış hallar üzrə icraat təzələndikdən sonra iş üzrə ilkin məhkəmə araşdırması davam etdirilməli, əvvəlki məhkəmə qərarının qəbul edilməsinə əsas olmuş faktiki hallar yeni sübutlar nəzərə alınmaqla yenidən qiymətləndirilməlidir.
43. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
44. Iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
45. Iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 60,5 yaşda, yəni ##.##.2018-ci il tarixdə yaranacaqdır (iddiaçı ##.##.1957-ci ildə doğulub).
46. Iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır.
47. Işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir.
48. Iş materiallarından görünür ki, cavabdeh orqan iddiaçının 1977-1979, ##.##.1980- ##.##.1981, ##.##.1981-##.##.1984, ##.##.1985-##.##.2001, ##.##.2003-##.##.2003-cü illəri əhatə edən sosial sığorta stajını mübahisələndirmir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən də müəyyən edildiyi kimi iddiaçının ##.##.2003-cü ildən ##.##.2005-ci ilədək Zaqatala inkubator quşçuluq stansiyasında işləməsi ilə bağlı əmək kitabçasındakı qeydlərə sonradan müdaxilə edilməsi (əmək kitabçasında həmin qeydlərin icra edildiyi vərəq deşilmişdir) müəyyən edilmiş və həmin illər mötəbər sübut kimi qəbul edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, ##.##.2011-ci il tarixdə X11 stansiyasında yanğın hadisəsi baş verdiyindən artıq iddiaçının işdən azad olunma tarixinin yoxlanılması da mümkün deyildir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh orqan ##.##.2003-##.##.2005-ci illərin iddiaçının ümumi sosial sığorta stajına daxil etməməkdə haqlı olmuşdur.
50. Bundan başqa, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş yeni açılmış hallara dair ərizədə göstərilmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarına əsasən digər şəxslərlə yanaşı, İddiaçı Zaqatala rayon Dövlət Arxivinin adından ##.##.2023-cü il tarixli saxta arayışlar əsasında təsdiq edilmiş staj üzrə Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə təyin edilmiş pensiya işi üzrə X1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə) hissəvi xitam verilmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, İddiaçı iddia ərizəsində tələb etdiyi 60,5 yaşının tamam olduğu ##.##.2018-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçası, hərbi xidmət keçmiş şəxslər üçün hərbi biletin surəti, əyani təhsil müddətini təsdiq edən sənəd (diplomun surəti və ya təhsil müəssisəsindən arayış), əvvəlki iş yerindən və ya fəaliyyətini dayandırmış müəssisələr üçün dövlət arxivindən alınan rəsmi arayışların təqdim edilməsi tələb olunurdu. Nəticə etibarilə İddiaçı pensiya təyin edilməsi ilə bağlı aparılan inzibati məhkəmə icraatı zamanı işin araşdırılması və ədalətli həll olunması üçün qeyd olunan sənədlər həlledici əhəmiyyət kəsb etmişdir.
51. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Zaqatala rayon Dövlət Arxivinin ##.##.2023-cü il tarixli arxiv arayışlarının sonradan saxta sənədlər olması müəyyən edilmişdir. Belə ki, həmin arayışların məzmununda göstərilən əmək fəaliyyətləri əvvəlki məhkəmə araşdırması zamanı mövcud olmayan və ya həqiqəti əks etdirməyən məlumatlar əsasında təsdiqlənmişdir. Bu hal həmin sənədlərin iddiaçının sığorta stajını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilməsini istisna edir.
52. Kollegiya qeyd edir ki, iş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının 1977-1979-cu illərdeə Zaqatala rayonu “Jdanov” adına kolxozda işləməsi faktı və Zaqatala Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının 1979-1981-ci illərdə X8 Birliyi və X7 işləməsi, Zaqatala rayon Dövlət Arxivi tərəfindən ##.##.2017-ci il tarixdə verilmiş 413 və ***A saylı arayışın iddiaçıya məxsus olması və həmin illərin sığorta stajına daxil edilməsi faktı müəyyən edilmişdir.
53. Göründüyü kimi ##.##.2023-cü il tarixli arxiv arayışlarda əks olunan 1977-1979 və 1979-1981-ci illər üzrə əmək fəaliyyətinin mövcudluğu qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edildiyindən, həmin dövrlərin iddiaçının sığorta stajından çıxarılması üçün əsas mövcud deyildir.
54. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçıya məxsus əmək kitabçasında müdaxilə edilmiş qeydlərlə müəyyən edilən ##.##.2003- ##.##.2005-ci illər sosial sığorta stajı kimi nəzərə alınmadığı halda iddiaçının ümumi sosial sığorta stajı 24 il 6 ay 10 günə bərabər olduğundan və həmin müddət yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 ildən az olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
55. Beləliklə, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. Iddiaçı ona münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir.
56. Belə olan halda məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.
57. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanı nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi ##.##.2019-cu ildən hesablanaraq ödənilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
58. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.