Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-381/2020 11.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X7, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X16rşı ünvan 1, mənzil 35-də yerləşən mənzilin İddiaçı adına özəlləşdirərək həmin mənzilə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikаyətinə baxaraq, müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxx 2020-ci il tarixli 2-1(116)- 642/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X16rşı "ünvan 1/35-də yerləşən mənzilin öz adına özəlləşdirilməsi və həmin mənzilə dair"Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. işin halları: Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 269 nömrəli sərəncamına əsasən,Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş ünvan 1 nömrəli binanın 3-cü giriş, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 66,91 kv.m, yaşayış sahəsi 38,4 kv.m olan 2 otaqlı 35 nömrəli mənzil şəhidin həyat yoldaşı, ailə tərkibi 2 nəfərdən ibarət olan İddiaçı verilmiş, ailəyə mənzilə daimi yaşamaq hüququ verilən orderin verilməsinin təmin olunması qərara alınmışdır. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının imzası ilə iddiaçının adına xx.xx.2011-ci il tarixli 168 nömrəli order verilmişdir. Orderdə göstərilmişdir ki, İddiaçı 2 nəfərdən ibarət ailəsi ilə birlikdə qeyd olunan mənzili tutmağa ixtiyarı vardır. Orderdə ailənin tərkibi qrafasında İddiaçı və onun qızı X8 adları qeyd olunmuşdur. İddiaçı xx.xx.2020-ci ildə cavabdehə ərizə ilə müraciət edərək həmin mənzilin öz adına özəlləşdirilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********85 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Ərizəyə əlavə edilən order xx.xx.2011-ci ildə verilmişdir. xx.xx.2009-cu il tarixində qüvvəyə minmiş Mənzil Məcəlləsində yaşayış mənzilinə order verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilən səbəblərdən mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və iddiasını belə əsaslandırmışdır ki, həmin mənzil şəhid ailəsi olaraq ona Yevlax Şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 168 nömrəli orderi əsasında verilmişdir. Ona görə də həmin mənzilin adına özəlləşdirilərək "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilməlidir. Cavabdeh iddiaya etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və bildirmişdir ki, İddiaçı ünvan 1 nömrəli binanın 35 nömrəli mənzilinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün təqdim etdiyi sənədlər arasında Yevlax Şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 168 nömrəli orderi, həmin mənzil üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün xx.xx.2009-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə zidd olduğu üçün iddiaçının ərizəsinin icrası mümkün olmamış və müvafiq imtina məktubu verilmişdir. Qanunvericiliyə əsasən, yaşayış sahələrinə dair verilmiş orderlər sosial kirayə müqavilələri ilə əvəz olunmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. İddiaçı apellyasiya şikayəti və onun nümayəndəsi və vəkili X17 apellyasiya şikayətinə əlavə verərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-642/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişlər. apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslanmışdır ki, birinci instansiya məhkəməsi işə birtərəfli və səthi yanaşmış, işin həqiqi hallarını hərtərfli araşdırmamış və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verilməmişdir. O, şəhid ailəsidir. Həmin mənzil ona şəhid ailəsi olduğu üçün verilmişdir. Yaşadıqları binada onlarla mənzil vardır ki, həmin mənzillər özəlləşdirilmişdir və həmin mənzillərin statusu eynilə ona verilmiş mənzillərin statusu ilə eyni olmuşdur. Necə olur ki, binada eyni statusa malik olan mənzillərin bəziləri özəlləşdirilir, bəziləri yox. tərəflərin izahatları: Məhkəmə kolegiyasının iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili X17 apellyasiya şikayətinin və ona əlavənin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-642/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kolegiyasının iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə etmiş İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 269 nömrəli sərəncamından görünür ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş ünvan 1 nömrəli binanın 3-cü giriş, 4- cü mərtəbəsində yerləşən, ümumi sahəsi 66,91 kv.m, yaşayış sahəsi 38,4 kv.m olan 2 otaqlı 35 nömrəli mənzil şəhidin həyat yoldaşı, ailə tərkibi 2 nəfərdən ibarət olan İddiaçı verilmiş, ailəyə mənzilə daimi yaşamaq hüququ verilən orderin verilməsinin təmin olunması qərara alınmışdır. - İşdə olan, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının imzası ilə İddiaçı adına verilmiş xx.xx.2011-ci il tarixli 168 nömrəli orderdən görünür ki, İddiaçı 2 nəfərdən ibarət ailəsi ilə birlikdə qeyd olunan mənzili tutmağa ixtiyarı vardır, ailənin tərkibi İddiaçı və onun qızı X6 ibarətdir. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X19 xx.xx.2020-ci il tarixli **********38 nömrəli etiraz məktubundan görünür ki, İddiaçı ünvan 1 nömrəli binanın 35 nömrəli mənzilinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün təqdim etdiyi sənədlər arasında Yevlax Şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 168 nömrəli orderi, həmin mənzil üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə zidd olduğu üçün iddiaçının ərizəsinin icrası mümkün olmamış və müvafiq imtina məktubu verilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Qanunvericiliyə əsasən, yaşayış sahələrinə dair verilmiş orderlər sosial kirayə müqavilələri ilə əvəz olunmuşdur. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X19 xx.xx.2020-ci il tarixli **********38 nömrəli arayışdan görünür ki, ünvan 1 nömrəli binanın 35 nömrəli mənzil dövlət mülkiyyətindədir. Mənzilin yerləşdiyi 5 mərtəbəli bina Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ uğrundakı döyüşlərdə həlak olmuş şəhidlərin ailələri və əlillər üçün inşa olunmuşdur. -İşdə olan, Yevlax Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 488 nömrəli məktubundan görünür ki, ünvan 1 nömrəli ünvanda yerləşən çoxmənzilli yaşayış evi dövlət mülkiyyətində olmaqla sosial təyinatlı mənzil fonduna aiddir, Yevlax şəhəri 3 saylı Mənzil Təmir İstismar Sahəsinin balansındadır, iddiaçının istifadəsinə verilmişdir. -işdə olan Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin Yevlax şəhər filialından verilən 206 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı İ dərəcəli əlilliyə görə 252.95 manat pensiya alır. əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2-1(84)-424/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-nin 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilən hallara və iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh orqan mübahisə predmeti olan mənzili iddiaçının adına özəlləşdirməkdən imtina etməkdə haqlı olmamış və birinci instansiya məhkəməsi də əsassız olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 269 nömrəli sərəncamına əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş ünvan 1 nömrəli binanın 3-cü giriş, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 66,91 kv.m, yaşayış sahəsi 38,4 kv.m olan 2 otaqlı 35 nömrəli mənzil şəhidin həyat yoldaşı, ailə tərkibi 2 nəfərdən ibarət olan İddiaçı verilmiş, ailəyə mənzilə daimi yaşamaq hüququ verilən orderin verilməsinin təmin olunması qərara alınmışdır. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının imzası ilə iddiaçının adına xx.xx.2011-ci il tarixli 168 nömrəli order verilmişdir. Orderdə göstərilmişdir ki, İddiaçı 2 nəfərdən ibarət ailəsi ilə birlikdə qeyd olunan mənzili tutmağa ixtiyarı vardır. Orderdə ailənin tərkibi qrafasında İddiaçı və onun qızı X8 adları qeyd olunmuşdur. İddiaçı xx.xx.2020-ci ildə cavabdehə ərizə ilə müraciət edərək həmin mənzilin öz adına özəlləşdirilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********85 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Ərizəyə əlavə edilən order xx.xx.2011-ci ildə verilmişdir. xx.xx.2009-cu il tarixində qüvvəyə minmiş Mənzil Məcəlləsində yaşayış mənzilinə order verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilən səbəblərdən mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkün deyil. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin 1-ci abzasına əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşma çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinin 1-ci abzasına əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Həmin Qanunun 8-ci maddəsinin 3-cü abzasına əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsini, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncamı əlavə etməlidir. Həmin Qanunun 8-ci maddəsinin 4-cü abzasına əsasən mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6.1-ci maddəsinə əsasən maraqlı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda etimadın qorunması hüququna istinad edə bilməz. Həmin Qanunun 67.6.2-ci maddəsinə əsasən maraqlı şəxs səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda etimadın qorunması hüququna istinad edə bilməz. Həmin Qanunun 67.6.3-cü maddəsinə əsasən maraqlı şəxs inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli qərarının: 1.1-ci maddəsinə əsasasən şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 2.1-ci maddəsinə əsasən Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları-uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. 3.2-ci maddəsinə əsasən Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir; 3.2.16. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar; Göründüyü kimi, hazırda mübahisə predmeti olan Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 269 nömrəli sərəncamına əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş ünvan 1 nömrəli binanın 3-cü giriş, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 66,91 kv.m, yaşayış sahəsi 38,4 kv.m olan 2 otaqlı 35 nömrəli mənzil şəhidin həyat yoldaşı, ailə tərkibi 2 nəfərdən ibarət olan İddiaçı müddətsiz olaraq verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurduğu hallarda maraqlı şəxs öz etimad hüququna istinad edə bilməz. Eyni ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6.1-3-cü maddələrində sadalanmış halların mövcud olduğu təqdirdə maraqlı şəxs öz etimad hüququna istinad edə bilməz. Hazırkı işin predmetinə aid olan mənzilin verilməsi barədə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncam və order başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına heç bir zərər vurmamışdır, əksinə iddiaçıya şəhid ailəsi olduğu üçün ona mənzil verilməsi dövlət maraqlarına və ya ictimai maraqlara uyğun olmuşdur. Belə ki, şəhid ailəsi olan İddiaçı ölkədə aparılan sosial-iqtisadi islahat nəticəsində dövlət tərəfindən əvəzsiz olaraq onu almaq hüququ olan şəxslərin mülkiyyətinə verilmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi üzrə cavabdeh orqanın inzibati praktikası yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh orqan iddiaçının həmin mənzil üzərində hüquqlarının dövlət qeydiyyatından imtina etsə də, Yevlax şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 269 nömrəli sərəncamı əsasında verilmiş orderlər və forma 2 arayışları əsasında ünvan 1 nömrəli binada yerləşən 7 nömrəli mənzil X1, 18 nömrəli mənzil X4, 19 nömrəli mənzil X10, 20 nömrəli mənzil X13, 24 nömrəli mənzil X14, 26 nömrəli mənzil X3, 28 nömrəli mənzil X11 və 36 nömrəli mənzil X5 adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, artıq bu qəbil işlərdə cavabdeh inzibati orqanın inzibati praktikası mövcuddur və həmin binada yerləşən mənzillər cavabdeh orqan tərəfindən mülkiyyətm hüququ əsasında onların adına dövlət qeydiyyatına alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlməmişdir. Cavabdehin imtina üçün göstərdiyi dəlillər işin araşdırılan halları və mövcud qanunvericilik normalarına uyğundur. Buna görə də məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti olduğundan təmin edilməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-642/2020 saylı qərarı ləğv edilərək yeni qərar qəbul edilərək iddia təmin edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X16rşı ünvan 1, mənzil 35-də yerləşən mənzilin İddiaçı adına özəlləşdirərək həmin mənzilə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-642/2020 saylı qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X19 üzərinə ünvan 1, mənzil 35-də yerləşən mənzilin İddiaçı adına özəlləşdirərək həmin mənzilə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulsun. Qərаrdаn surəti tam formada təqdim olunduğu gündən 01 (bir) ay müddətində Şəki Apellyаsiyа Məhkəməsi (AZ-5507, Şəki şəhəri S.Mümtaz küçəsi) vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) şikаyət verilə bilər. Qərardan şikayət verilməzsə, onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2-1(107)-381/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-381/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver