Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-381/2024 13.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), X7 və X3 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2893768İddiaçı1 iştirakı ilə, İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinə qarşı 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-177/2023 nömrəli qərarından iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki İnzibati Məhkəməsinin 2inz(84)-1092/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə və torpaq sahəsinin planı və ölçüsünə əsasən mülkiyyətində olan Ağdaş rayonunun Kotanarx kəndi ərazisində yerləşən və mütəxəssislər tərəfindən sərhədləri müəyyən edilərək naturada ona tanıdılmış 0.43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə “hüquqi yardım” məktubu ünvanlanaraq iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmişdir. İddiaçının nümayəndəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Şəki İnzibati Məhkəməsinin 2inz(84)-1092/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə torpaq sahəsinin planı və ölçüsünə əsasən mülkiyyətində olan Ağdaş rayonunun Kotanarx kəndi ərazisində yerləşən və mütəxəssislər tərəfindən sərhədləri müəyyən edilərək naturada ona tanıdılmış 0.43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında adına qeydiyyata alınması vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1503/2022 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-177/2023 nömrəli qərardadı ilə Ağdaş rayonu Kotanarx bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Şəki İnzibati Məhkəməsinin 2inz(84)-1092/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə verilmiş A441150 nömrəli plan ölçü sənədində qeyd edilən torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq Ağdaş rayonunun Kotanarx kəndi ərazisində yerləşən 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 10 avqust 2012-ci il tarixli qərarı ilə Ağdaş rayonunun Kotanarx kəndi üzrə islahat zamanı torpaq payı almaq hüququ olan subyektlərə hesablanmış pay torpaq sahəsinə uyğun olaraq İddiaçı2 verilmiş 0.43 hektar pay torpaq sahəsinin Ağdaş rayon Kotanarx bələdiyyəsinin ehtiyat torpaq fondu hesabına ayrılıb verilməsi və həmin 0.43 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə tapşırılmışdır. Qərar qanuni qüvvəsini aldıqdan sonra Şəki İnzibati Məhkəməsinin göstərişinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Ağdaş rayonunun Kotanarx bələdiyyəsinin ehtiyat torpaq fondundan iddiaçıya 0.43 hektar torpaq sahəsi ayrılmış, sərhədləri müəyyən edilərək naturada ona tanıdılmış və bu barədə adına Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 677 nömrə ilə qeydiyyata alınmış seriya A 441150 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” işlənərək verilmişdir. Həmin torpaq sahəsini xüsusi mülkiyyət hüququ əsasında adına qeydə aldırmaq üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
8. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2ınz(84)-1092/2012 saylı 10 avqust 2012-ci il tarixli qərarı ilə iddaçı İddiaçı2 torpaq sahəsinin ayrılması qərara alınmışdır və həmin qərar aidiyyəti qaydada icra olunaraq iddiaçıya ləğv edilmiş X4 Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən AN441150 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Məlum olduğu kimi məhkəmənin qərarında torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da, həmin torpaq sahəsinin hansı mülkiyyət formasında ayrılması qeyd edilməmişdir. Belə olan halda məhkəmə qərarının icrasından da göründüyü kimi torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilməklə cavabdeh orqan kiyafətlənmişdir. Həmin torpaq sahəsi cavabdeh orqan tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı ölçüsü sənədindən göründüyü kimi Ağdaş rayonu Kotanarx bələdiyyəsinin ehtiyat fonduna aid kənd təsərrüfatlı təyinatlı sahədə yerləşən əraziyə plan-ölçü sənədi tərtib edilmişdir. Lakin yerində müayinə zamanı müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin yerləşdiyi ərazilər həm konfiqurasiya cəhətdən, həm də yerləşdiyi koordinatlarda uyğunsuzluqlar mövcuddur. Belə ki, torpaq sahəsinin planı-ölçüsü sənədində qeyd olunan koordinatları elektron xəritə baza məlumatlarına daxil etdikdə həmin kəndin digər sakinlərinin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən olunur. Göründüyü kimi ləğv olunmuş DT və XKnin Ağdaş rayon şöbəsi tərəfindən tərtib edilmiş plan-ölçü sənədində göstərilən torpaq sahəsi bələdiyyənin ehtiyat fonduna aid kənd təsərrüfatı təyinatlı kateqoriyasına aid edilir.
9. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Şəki İnzibati-İqtisadi Məhkəməsinin İNZ(84)-1092/2012 saylı 10 avqust 2012-ci il tarixli qərarından görünür ki, Ağdaş rayonunun Kotanarx kəndi üzrə islahat zamanı torpaq payı almaq hüququ olan subyektlərə hesablanmış pay torpaq sahəsinə uyğun olaraq İddiaçı2 verilməmiş 0,43 hektar pay torpaq sahəsinin Ağdaş rayon Kotanarx bələdiyyəsinin ehtiyat torpaq fondu hesabına ayrılıb verilməsi və həmin 0,43 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə tapşırılmışdır. - A441150 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şəki İnzibati- İqtisadi Məhkəməsinin İNZ(84)-1092/2012 saylı 10 avqust 2012-ci il tarixli qərarına əsasən İddiaçı2 4300 kv.m torpaq sahəsi ayrılmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli **********31 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, A 441150 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi Ağdaş rayonu, Kotanarx bələdiyyəsinin “X2 X5”ndə mövcud olan xəritəsində JN- 61, JN-66, JN- 68, JN-246C, JN-247C, JN-248C, JN-249C və JN-250C saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları əsasında mülkiyyətə verilmiş torpaq sahələri ilə üst-üstə düşür, Elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu, Kotanarx bələdiyyəsinin “X2 X5”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi 0.5667 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar, (ümumi istifadədə olan), uqodiyası təmiz örüş, mülkiyyətçisi Ağdaş rayonu Kotanarx bələdiyyəsi. Torpaq sahəsinin istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi torpaq sahəsinin döngə nöqtələri və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Digər subyektlərə məxsus torpaq sahələri ilə üstüstə düşmür. Ağdaş rayonu, Kotanarx bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür, İddiaçının naturada göstərdiyi 0.5667 ha torpaq sahəsi A 441150 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi A 441150 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsi ilə (əvvəlki DWJ məlumat bazasına uyğun olaraq) üst-üstə düşmür.
10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 fevral 2023-cü il tarixli 2- 1(116)-177/2023 nömrəli qərarı iddia tələbi təmin edilərək, cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə Şəki İnzibati Məhkəməsinin 2inz(84)-1092/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə verilmiş A441150 nömrəli plan-ölçü sənədində qeyd edilən torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq Ağdaş rayonunun Kotanarx kəndi ərazisində yerləşən 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı2 mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı Şəki İnzibati Məhkəməsinin 2inz(84)-1092/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə ona ayrılmış 0.43 ha pay torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Cavabdeh orqan sözügedən torpaq sahəsinin ayrılması ilə bağlı məhkəmə qərarında həmin torpaq sahəsi üzərində qeydə alınmalı hüquqla bağlı hər hansı qeydin olmadığını bildirir və hesab edir ki, məhz buna görə də torpaq sahəsinə yalnız plan-ölçü sənədinin hazırlanması ilə kifayətlənmişdir. Məhkəmə cavabdeh orqanın həmin dəlilini əsassız hesab edir. Belə ki, istinad olunan qərarda Ağdaş rayon Kotanarx kəndində aqrar islahat aparılan zaman adambaşına düşən torpaq payı 0.43 ha müəyyən edilmiş, İddiaçı2 adının texniki səhv nəticəsində pay torpaq almaq hüququ olan subyektlərin siyahısına salınmamasına hüquqi qiymət verilərək 0.43 ha pay torpaq sahəsinin Kotanarx bələdiyyəsinin ehtiyat torpaq fondu hesabına ayrılıb iddiaçıya verilməsi qərara alınmışdır. Yəni, torpaq sahəsinin iddiaçıya mülkiyyət hüququ ilə ayrılması sözügedən qərarda vurğulanmışdır. Cavabdeh orqan iddia olunan torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı, uqodiyasının isə örüş olmasını qeyd etsə də, işdə olan A441150 №-li plan ölçü sənədinin qaiməsində də 4300 kv.m torpaq sahəsinin örüş olduğunu qeyd etmişdir. Həmçinin cavabdeh orqan qeyd edir ki, həmin plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin koordinatları digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşür. Belə olan halda müəyyən edilir ki, Kotanarx kəndi üzrə digər subyektlərə verilmiş torpaq sahələrinin də uqodiyası örüş olmuş, lakin cavabdeh orqan həmin torpaq sahələrinə Dövlət Aktı tərtib etmişdir. Cavabdeh orqanın mütəxəssis rəyinə əlavə etdiyi yerquruluşu planı ilə müəyyən olunur ki, A441150 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsi 8 mülkiyyətçiyə aid torpaq sahəsinin ərazisindən keçməklə ərazinin istifadə vəziyyətinə və torpaqların bölgüsü qaydasına uyğun deyil. Bu isə həmin plan-ölçü sənədində qeyd edilmiş koordinatların düzgün olmamasını birbaşa sübut edir. Eyni zamanda cavabdeh orqan iddiaçının naturada istifadə etdiyi torpaq sahəsinin sxemini də məhkəməyə təqdim edir. Bununla belə A441150 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin məkan göstəriciləri ilə faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluğun istinad olunan 818№-li Fərmanın tələbləri baxımından aradan qaldırılmasını təmin etmir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndində X2 X5nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X2 X5ndə zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir. Odur ki, istinad olunan Fərmanın tələbləri baxımından iddiaçının texniki sənədlərindəki (plan-ölçü) məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsi olduğundan, iddiaçı, A441150 nömrəli plan ölçü sənədinin əsas döngə nöqtələrinin koordinatlarına uyğun düzəliş edilməklə faktiki istifadə vəziyyətinə uyğun qeydiyyatın aparılmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.
12. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2-1(107)-364/2023 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(116)-177/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
14. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan kassasiya şikayəti vermişdir.
15. Kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2-1(102)- 457/2024 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-364/2023 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün Şəki Apellyasiya məhkəməsinə göndərilməsi, şikayətin iddianın rədd edilməsi tələbinə aid hissədə təmin edilməməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini pozaraq qərar qəbul etmişdir. Belə ki, işin mahiyyətindən göründüyü kimi, həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olub, kənd təsərrüfatı təyinatlıdır və oxşar mübahisəyə dair Şəki İnzibati- İqtisadi Məhkəməsinin 2inz(84)-1092/2012 nömrəli məhkəmə qərarında həmin torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi nəzərdə tutulsa da, mülkiyyəi, mənsubiyyətinin müqəddaratı barəsində hər hansı bir qeyd verilməmişdir. Birinci instansiya məhkəməsi oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə iddiaçının nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Hazırkı halda da, ilk növbədə iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu (o cümlədən, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı hüquqmüəyyənedici sənədlərin qanunun tələblərinə uyğunluğu) müəyyən edilməlidir. Yalnız bundan sonra cavabdehin imtinasının əsaslı olub-olmadığına (imtinanın əsası kimi istinad etdiyi hallara) münasibət bildirilməlidir. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə əsasən prosedur qaydalara əməl edilməklə həyata keçirilir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd olunduğu kimi, plan-ölçü sənədi daşınmaz əmlakın texniki göstəricilərini, yerləşmə məkanını, koordinatlarını, o cümlədən çevrə və konfiqurasiyasını müəyyən edən texniki sənəddir. Birinci instansiya məhkəməsi bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinantlı torpaq sahəsinə birbaşa mülkiyyət hüququnu tanımaqla maddi hüquq normalarının tələblərini pozmuşdur. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56.3cü maddəsində qeyd olunur ki, Bələdiyyənin ehtiyyat fonduna aid kənd təsərrüfatı təyinatlı torpaq sahələri bir qayda olaraq icarəyə verilir. İşin mahiyyətindən də məlumdur ki, hazırda vətəndaşın üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün iddialı olduğu torpaq sahəsi, bələdiyyənin ehtiyyat fonduna aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aiddir ki, birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Birinci instansiya məhkəməsi həmçinin qərar qəbul edərkən prossesual hüquq normalarınında tələblərini pozmuşdur ki, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən eyni zamanda, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD saylı Qanununun 9-cu maddəsinin müddəalarında qeyd olunduğu kimi, Bələdiyyənin ehtiyyat fonduna aid kənd təsərrüfat təyinatlı torpaq sahələri bir qayda olaraq prosedur qaydalara əməl olunmaqla yalnız icarəyə verilir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən bu halı nəzərə almamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(116)-177/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2893768İddiaçı1 iddia tələbini və tələbin dəyişdirilməsi barədə ərizəni müdafiə edərək cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə Şəki İnzibati Məhkəməsinin 2inz(84)-1092/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə verilmiş A441150 nömrəli plan-ölçü sənədində qeyd edilən torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə, yəni Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin 05 avqust 2024-cü il tarixli rəyində göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğun olaraq Ağdaş rayonunun Kotanarx kəndi ərazisində yerləşən 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulması”nı xahiş etdi. Əlavə olaraq hazırki iddianın təmin edilməsini, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
19. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2024-cü il tarixli, 2-1(107)-381/2024 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2893768İddiaçı1 tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi və Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçının iştirakı ilə 43 sot torpaq sahəsinə münasibətdə yenidən mütəxəssis rəyi tərtib olunmalı, həmin torpaq sahəsi yerində göstərilərək aktlaşdırılmalıdır. Mütəxəssis rəyi tərtib olunduqdan sonra işə baxılmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X9 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxs Ağdaş rayonu Kotanarx Bəldiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... Maddə 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; ..... Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
26. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. 14-cü maddəsinə əsasən sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir.
27. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
28. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı: Maddə 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3 X2 X5nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4 ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5 ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi;
29. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında X2 X5nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır.
Apellyasiya şikayətinin mümkünlüyü
30. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
31. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
32. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
33. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəyişdirilməsi barədə ərizəyə uyğun olaraq iddia təmin edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
35. Belə ki, cavabdeh orqan apellyasiya şikayətində sözügedən torpaq sahəsinin ayrılması ilə bağlı məhkəmə qərarında həmin torpaq sahəsi üzərində qeydə alınmalı hüquqla bağlı hər hansı qeydin olmadığını bildirmiş və göstərmişdir ki, birinci instansiya məhkəməsi bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə birbaşa mülkiyyət hüququnu tanımaqla maddi hüquq normalarının tələblərini pozmuşdur.
36. Məhkəmə kollegiyası cavabdeh orqanın həmin dəlilini əsassız hesab edir. Belə ki, istinad olunan Şəki İnzibati Məhkəməsinin 2inz(84)-1092/2012 saylı xx.xx.2012-ci il tarixli qərarında Ağdaş rayon Kotanarx kəndində aqrar islahat aparılan zaman adambaşına düşən torpaq payı 0.43 ha müəyyən edilmiş, İddiaçı2 adının texniki səhv nəticəsində pay torpaq almaq hüququ olan subyektlərin siyahısına salınmamasına hüquqi qiymət verilərək 0.43 ha pay torpaq sahəsinin Kotanarx bələdiyyəsinin ehtiyat torpaq fondu hesabına ayrılıb iddiaçıya verilməsi qərara alınmışdır. Yəni, torpaq sahəsinin iddiaçıya mülkiyyət hüququ ilə ayrılması sözügedən qərarda vurğulanmışdır. Cavabdeh orqan iddia olunan torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı, uqodiyasının isə örüş olmasını qeyd etsə də, işdə olan A441150 №-li plan ölçü sənədinin qaiməsində də 4300 kv.m torpaq sahəsinin örüş olduğunu qeyd etmişdir.
37. Cavabdeh orqanın apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi bələdiyyənin ehtiyat fonduna aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və bu torpaq sahəsi mülkiyyətə verilə bilməz.
38. Məhkəmə kollegiyası cavabdeh orqanın həmin dəlili ilə razılaşmayaraq qeyd edir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin İNZ(84)-1092/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə məhz iddiaçıya Ağdaş rayonunun Kotanarx bələdiyyəsinin ehtiyat torpaq fondunun torpaqlarından 0.43 ha torpaq sahəsinin verilməsi qərara alınmış, həmin qərar qanuni qüvvəsini almışdır. Qanuni qüvvəyə minmiş qərarın icrası isə məcburidir.
39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.4-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məhz bələdiyyənin ehtiyat fondunun torpaqlarından 0.43 ha torpaq sahəsinin verilməsi məhkəmə qərarı əsasında baş vermiş, həmin məhkəmə qərarı hal-hazırda qüvvədədir. Ona görə də, cavabdeh məhkəmə qərarı ilə öz təsdiqini tapmış həmin halları mübahisələndirməkdə haqlı hesab edilə bilməz.
41. Bundan başqa, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2-1(102)-457/2024 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)- 364/2023 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün Şəki Apellyasiya məhkəməsinə göndərilməsi, şikayətin iddianın rədd edilməsi tələbinə aid hissədə təmin edilməməsi qərara alınmışdır.
42. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
43. Ali Məhkəmə hazırki iş üzrə 22 fevral 2024-cü il tarixli, 2-1(102)-457/2024 nömrəli qərarda qeyd etmişdir ki, işin müəyyən edilən hallarına görə iddiaçıya yuxarıda qeyd edilən məhkəmə qərarı əsasında 0.43 ha torpaq sahəsi ayrılsa da, iddiaçının faktiki istifadəsində 0.5667 ha torpaq sahəsi olduğu qeyd edilir. Lakin həmin torpaq sahəsi də iddiaçının adına tərtib olunmuş A 441150 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlardan kənarda yerləşir. - Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818 nömrəli Fərmanının tələbləri baxımından iddiaçının texniki sənədlərindəki (plan-ölçü) məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılmasının cavabdeh orqanın vəzifəsi olduğunu, ona görə də, iddiaçı, A441150 nömrəli plan-ölçü sənədinin əsas döngə nöqtələrinin koordinatlarına uyğun düzəliş edilməklə faktiki istifadə vəziyyətinə uyğun qeydiyyatın aparılmasının cavabdeh orqandan tələb etməkdə haqlı olduğunu qeyd etsə də, iddiaçıya ayrılmış 0.43 ha torpaq sahəsinin onun faktiki istifadəsində olan 0.5667 ha torpaq sahəsinin məhz hansı hissəsinə düşməsi ilə bağlı zəruri araşdırma aparmamışdır. - Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, torpaq sahəsi - yer səthinin bir hissəsi kimi sərhədləri, təyinatı və digər göstəriciləri olan fərdi-müəyyən (əvəzedilməz) əşyadır. - Əgər məhkəmə iddianı əsaslı hesab edərək cavabdehin üzərinə “plan-ölçü sənədində qeyd edilən torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulmalı olduğu barədə” nəticəyə gəlirsə, deməli iddiaçıya ayrılmış 0.43 ha torpaq sahəsinin onun faktiki istifadəsində olan 0.5667 ha torpaq sahəsinin məhz hansı hissəsinə aid edildiyini, iddiaçının qeydə alınmalı hüququ ilə əhatə edilən torpaq sahəsinin yerləşmə vəziyyətini (sərhədlərini), onun döngə nöqtələrinin koordinatlarını dəqiq müəyyən etməklə məhkəmə qərarında göstərməli, buradan, icrası mümkün olan, üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmalı olduğu torpaq sahəsi ilə bağlı yeni mübahisə predmeti yaratmayan qərar qəbul etməli idi. Hazırkı işdə bu, baş verməmişdir.
44. Ali Məhkəmənin həmin göstərişini nəzərə alan məhkəmə kollegiyası ilkin olaraq cavabdeh orqana müvafiq sorğu ilə müraciət edərək İddiaçı2 ayrılmış 0.43 ha torpaq sahəsinin onun faktiki istifadəsində olan 0.5667 ha torpaq sahəsinin məhz hansı hissəsinə aid edildiyini, iddiaçının qeydə alınmalı hüququ ilə əhatə edilən torpaq sahəsinin yerləşmə vəziyyətini (sərhədlərini), onun döngə nöqtələrinin koordinatları barədə məlumatın verilməsi barədə araşdırma aparmışdır.
45. Məhkəmə kollegiyası iclasında isə iddiaçının nümayəndəsinin iddia tələbinin dəyişdirilməsinə barədə ərizəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınaraq iddiaçının qeydə alınmalı hüququ ilə əhatə edilən torpaq sahəsinin yerləşmə vəziyyəti (sərhədləri), döngə nöqtələrinin koordinatları məhkəmə kollegiyasının sorğusuna əsasən tərtib edilmişdir.
46. Cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına göndərilmiş 05 avqust 2024-cü il tarixli, 3-21-3-35/2-3064/2024 nömrəli müşayiət məktubundan görünür ki, elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu Kotanarx bələdiyyəsinin “X2 X5”dəki xəritəsinə əsasən İddiaçı2 ayrılmış 0.43 ha torpaq sahəsinin onun naturada göstərdiyi və iddia etdiyi 0,5667 ha torpaq sahəsinin məhz hansı hissəsinə aid edildiyi, iddiaçının qeydə alınmalı hüququ ilə əhatə edilən torpaq sahəsinin yerləşmə vəziyyəti (sərhədləri), döngə nöqtələrinin koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
47. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanın tələbləri baxımından iddiaçının texniki sənədlərindəki (plan-ölçü) məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsi olduğundan, iddiaçı, A441150 nömrəli plan ölçü sənədinin əsas döngə nöqtələrinin koordinatlarına uyğun düzəliş edilməklə faktiki istifadə vəziyyətinə uyğun qeydiyyatın aparılmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.
48. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
49. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə Şəki İnzibati Məhkəməsinin 2inz(84)-1092/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə verilmiş A441150 nömrəli plan-ölçü sənədində qeyd edilən torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq Ağdaş rayonunun Kotanarx kəndi ərazisində yerləşən 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmamışdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Ona görə də, İPM-in 87.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbi təmin edilməlidir.
50. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı
Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2-1(116)-177/2023 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə “Şəki İnzibati Məhkəməsinin 2-1(84)-1092/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə verilmiş A441150 nömrəli plan-ölçü sənədində qeyd edilən torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə, yəni Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin 05 avqust 2024-cü il tarixli rəyində göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına (X-709198,54; 709218,33; 709201,62; 709182,07; 709164,09; 709152,75. Y- 4494441,23; 4494429,76; 4494336,25; 4494284,01; 4494268,81; 4494263,41.) uyğunlaşdıraraq Ağdaş rayonunun Kotanarx kəndi ərazisində yerləşən 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı2 mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.