Məhkəmə qərarları › İş №2-1(107)-382/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-382/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-382/2020 22.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət X19 və Reabilitasiya Xidmətinə və üçüncü şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına qarşı cavabdehin imtinasının ləğv edilməsi və X6 yenidən müayinə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı qızı X9 xx.xx.2003-cü ildə anadan olmuşdur. X9 "anadangəlmə hemipleqik spastik serebral iflic; sol tərəfli hemiparez; simptomatik epilepsiya" diaqnozu ilə "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" X21 dispanser qeydiyyatdadır. O, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi yanında Dövlət X20 Zaqatala rayon şöbəsindən xx.xx.2004-cü ildən sosial müavinət almışdır. Sonuncu dəfə ona Dövlət X19 və Reabilitasiya Xidmətinin sonuncu müayinəsinə dair arayışına əsasən xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək sosial müavinət ödənilmişdir. Bundan sonra növbəti müayinə vaxtı çatdığı üçün X1 imkanlarının məhdudluğu vəziyyətinin qiymətləndirilməsi üçün "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" X23 tərəfindən Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət X19 və Reabilitasiya Xidmətinə elektron qaydada 0344003AAHGK nömrəli göndəriş ünvanlanmışdır. Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət X19 və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, əlilliyin müəyyən olunmasından imtina edilmiş və bunun səbəbi kimi, "Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: son illərdə aldığı stasionar müalicə qeyd edilməyib, instrumental diaqnostik müayinələr və psixiatr rəyi yazılmayıb" göstərilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət X19 və Reabilitasiya Xidmətinə qarşı "X2 imkanının məhdudluğunun" müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra o, iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdehin imtinasının ləğv edilməsi və X6 yenidən müayinə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, qızı X7 həkim komissiyalarının rəyinə əsasən, sağlamlıq imkanları məhdud uşaq kimi müavinət təyin olunmuşdur. Lakin heç bir əsas və səbəb olmadan həmin müavinətin verilməsi dayandırılmışdır. X2 imkanları məhdudluğunun yenidən müəyyən edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan əsassız olaraq imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət X19 və Reabilitasiya Xidməti iddianı qəbul etməmiş və iddiaya qarşı xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli etirazlarında bildirmişdir ki, dövlət səhiyyə müəssisəsinin göndərişi natamam olduğuna görə göndəriş geri qaytarılmışdır. Səhiyyə müəssisəsi tərəfindən X9 müayinə edilərək keyfiyyətli və dolğun göndəriş rəsmiləşdiriləcəyi halda, sağlamlıq imkanları məhdudluğu onun iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcək. Üçüncü şəxs "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" X23 isə məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli məktubda bildirmişdir ki, göndərişdə heç bir natamamlıq yoxdur. Uşaq serebral iflici anadangəlmə xəstəlikdir, müasir təbabətdə tam müalicəsi mümkün deyil. İddiaçı iddiasında haqlıdır və onun övladı X4 imkanları məhdud uşaqdır. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-1(116)-386/2020 saylı qərarı ilə (hаkim Vidadi Qasımov) iddia təmin edilmiş, X6 əlilliyinin müəyyən olunmasından imtina barədə cavabdeh Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət X19 və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, X6 yenidən müayinə olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət X19 və Reabilitasiya Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət X19 və Reabilitasiya Xidməti Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-1(116)- 386/2020 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin qərarda qeyd olunur ki, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamış, işin hallarını özü üçün belə müəyyən etməmişdir. Nəticədə isə tamamilə qanunsuz və əsassız bir qərar qəbul edilmişdir. Məhkəmənin istinad etdiyi çoxsaylı qanunvericilik normaları məhkəmənin gəldiyi nəticəni əsaslandırmaq üçün kifayət deyil. Çünki həmin normalarda nəzərdə tutulmuş qaydalar cavabdeh tərəfindən pozulmamışdır. Məhkəmə o məqamı əsaslandırmalı idi ki, nəyə görə göndərişin tam doldurulması, imtina səbəblərinin aradan qaldırılması öhdəliyini 3-cü şəxs qismində prosesdə iştirak edən tibb müəssisəsinin üzərinə qoymur, əvəzində isə tam qanuni əsasla bütün prosedur qaydalarına əməl etməklə və əsaslandırmaqla imtina barədə qərar verən cavabdehin üstünə məcburi öhdəlik qoyur. Ona görə də, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-1(116)- 386/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-1(116)-386/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs Zaqatala Rayon Mərkəzi X17 X22 Məhkəməsinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məktubda göstərmişdir ki, xx.xx.2003-cü il təvəllüdlü X9 "Anadangəlmə hemiplegik spastik serebral iflic, sol tərəfli hemiparez simptomatik epilepsiya” diaqnozu ilə Zaqatala RMX-sı PHŞ-də dispanser qeydiyyatındadır. Xəstə xx.xx.2019-cu il tarixdən SİMU kimi sosial müavinət almışdır. xx.xx.2019-cu il tarixdə sənədləri onlayn şəkildə Əmək və X16 yanında Dövlət X19 Komissiyasına göndərilmiş və imtina cavabı verilmişdir. Zaqatala RMX publik hüquqi şəxs olaraq bildirir ki, əlillik vəziyyətinin qiymətləndirilməsi X10 səlahiyyətləri çərçivəsində deyildir. Qeyd olunanları nəzərə alaraq prossesə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsin baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına təqdim olunmuş və məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin materiallara X11 xx.xx.2019-cu il tarixli 949 nömrəli rəyi; Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət X19 və Reabilitasiya Xidmətinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubu; Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət X20 Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubu daxildir. Həmin sənədlərin məzmununa istinad olunur. Əsaslandırma hissəsi: Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının sosial təminat hüququnu pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı pensiya təyin edilməsi ilə bağlı əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu onun iş illərini sığorta stajına daxil etmədiyini bildirdiyindən hazırkı mübahisə yaranmışdır. Apelyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. İş materiallarına əlavə edilmiş X11 xx.xx.2019-cu il tarixli 949 nömrəli rəyindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə X12 müayinədən keçirilmiş və ona hemipleqik spastik serebral iflic, sol tərəfli hemiparez və simptomatik epilepsiyası diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət X19 və Reabilitasiya Xidmətinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, X3 imkanları məhdudluğu vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0344003AAHGK nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0344003AAHGK nömrəli göndərişin təhlili göstərir ki, xəstəlik xx.xx.2003-cü ildə, yəni anadangəlmə başlamışdır. Həmin göndərişdə nevropatoloqun rəyi epilepsiyanı təsdiq etmir, həmçinin epilepsiya köməkçi diaqnostik müayinə ilə, yəni EEQ müayinəsi ilə təsdiq edilmir. Həmçinin, göndərişin "Funksional pozğunluğu" və "xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri" bölməsində sol tərəfli hemiparez təsdiq edən müayinələr sümüküstlüyü vətər refleksləri, əzələ gücü barədə məlumatlar qeyd edilməmişdir. Eləcə də göndərişdə son illərdə xəstənin hansı müayinə və müalicələr keçməsi barədə məlumatlar göstərilməmişdir. Buna görə də sağlamlıq imkanları məhdudluğu təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət X20 Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, X7 xx.xx.2004-cü il tarixdən sağlamlıq imkanları məhdud uşaq kimi müavinət təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət X19 və Reabilitasiya Xidmətinin sonuncu müayinəsinə dair arayışa əsasən, ona xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək müavinət təyin olunmuşdur. İddia əsaslıdır. İddiaçının qızı X6 əlilliyi cavabdeh tərəfindən qiymətləndirildiyi vaxt (xx.xx.2019-cu il) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə" qüvvədə olmuşdur. Həmin Əsasnamənin 4.1-ci bəndinə görə, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.2-ci bəndinə görə, göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Həmin Əsasnamənin 4.16-cı bəndinə görə, TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmin Əsasnamənin 4.22-ci bəndinə əsasən, göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. Həmin Əsasnamənin 3.1.15-ci bəndinə görə, əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərilməsi TSEK-in vəzifələrindən biri kimi məzərdə tutulmuşdur. Sadalanan normalardan göründüyü kimi, Əsasnamədə səhiyyə müəssisəsinin göndərişi keyfiyyətsiz doldurulduğu halda, əlilliyin müəyyən olunmasından imtina etmək imkanı nəzərdə tutulmamışdır. Əsasnaməyə görə, bu halda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunmalı və göndəriş sistem tərəfindən geri qaytarılmalıdır. Eyni zamanda, əlilliyi qiymətləndirilən şəxsə dair tibbi-sosial ekspertiza üçün hər hansı bir sənədə zərurət yarandığı halda, TSEK bununla bağlı səhiyyə müəssisələrinə sorğu göndərməlidir. Cavabdeh iddiaya qarşı etirazlarında və apelyasiya şikayətində göndərişin geri qaytarıldığını bildirsə də, işdə olan "X5 sonuncu müayinəyə dair məlumatın verilməsi" sənədindən görünür ki, həmin sənəddə göndərişin geri qaytarılması barədə heç bir qeyd yoxdur, sənəddə yalnız əlilliyin müəyyən edilməsindən imtina olunduğu göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın 14.1.3-cü bəndinə görə, Azərbaycan Respublikası Əmək və X16 Nazirliyinin Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidməti inzibati orqan sayılır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununda deyilir ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. (1.1-ci maddə) Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. (1.2-ci maddə) İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. (24.1-ci maddə) İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (24.2-ci maddə) İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (24.3-cü maddə) Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. (24.4-cü maddə) Sadalanan normaların birgə təhlilindən görünür ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.9-cu maddəsində deyilir ki, nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. X14 2.2-ci maddəsində deyilir ki, normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V hissəsinin birinci cümləsində deyilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 10.1-ci maddəsinə görə, normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır. Qeyd olunan normalardan görünür ki, "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə" "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununa zidd olmamalıdır. Məhkəmə qeyd edir ki, belə olan halda, cavabdeh Azərbaycan Respublikası Əmək və X16 Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti "Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə"də araşdırma aparmaq vəzifəsinin olmamasına istinad edə bilməz, inzibati orqan olduğuna görə "İnzibati icraat haqqında" Qanunun tələblərinə riayət etməli və inzibati icraatı həmin Qanunda nəzərdə tutulmuş qaydada aparmalıdır. Lakin cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, əlavə sübutlara zərurət olmasına baxmayaraq onları öz təşəbbüsü ilə toplamadan əlilliyi müəyyən etməkdən imtina etmişdir ki, bu imtina qanuni sayıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 2.9-cu bəndinə görə, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Göründüyü kimi, hazırda qüvvədə olan normalarda da göndərişin natamam və ya yanlış doldurulması əlilliyin müəyyən olunmasından imtinaya deyil, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparılmaqla bu barədə bildirişin göndərişi rəsmiləşdirmiş komissiyaya göndərilməsinə əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət X19 və Reabilitasiya Xidməti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-1(116)-386/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar