Məhkəmə qərarları › İş №2-1(107)-382/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-382/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-382/2021 30.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: İsmayıllı bələdiyyəsi) “İsmayıllı şəhəri, Qarabağ qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(116)-224/2021 nömrəli qərarından cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: İsmayıllı rayonu, İsmayıllı bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı şəhəri, Qarabağ qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı fərdi yaşayış evinin tikilməsi üçün həyətyanı torpaq sahəsinin ona satılması məqsədilə 25.05.2011-ci il tarixdə İsmayıllı bələdiyyəsinə müraciət etmiş, bələdiyyənin 01.07.2011-ci il tarixli 08 nömrəli qərarı ilə iddiaçıya 0.06 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. İddiaçı torpaq sahəsinin dəyərini bələdiyyənin bank hesabına ödəmişdir. Tərəflər arasında alqı-satqı aktı tərtib edilmiş, torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, 0.06 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 20.08.2020-ci il tarixli, **********83 nömrəli imtina məktubunda qeyd etmişdir ki, İsmayıllı bələdiyyəsinin 01.07.2011-ci il tarixli qərarı “Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466-saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun, Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466-saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il, 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən bələdiyyələr torpaq sahəsi üzərində öz hüquqlarını dövlət qeydiyyatına aldırdıqdan sonra həmin torpaq sahəsinə dair qərar qəbul edə bilər. Cavabdeh orqan birinci instansiya məhkəməsinə ünvanladığı 13.10.2020-ci il tarixli **********83 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı Hüseynov X6 Bələdiyyəsindən alqı-satqı yolu ilə əldə etdiyi 0.06 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin və çıxarışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdən aydın olur ki, X2 Hüseyn Səfa oğluna 0,06 ha torpaq sahəsinin satılmasına dair 01.07. 2011-ci il tarixli 08 saylı qərarı “Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466-saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun, Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466- saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il, 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilər. Eyni zamanda bildirilir ki, alqısatqı predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldırdıqdan sonra alqı-satqı edə bilər. Eyni zamanda bildirilir ki, İddiaçı ilə əməkdaşlar telefon əlaqəsi saxlamış, iddiaçı Bakı şəhərində olduğunu bildirmiş və torpaq sahəsinə baxış keçirməyə və çöl ölçmə işlərinin aparılmasında iştirak edə bilmədiyini qeyd etmişdir. Bu səbəbdən də iddia edilən torpaq sahəsi barədə müfəssəl məlumatların əldə edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan İsmayıllı bələdiyyəsinin 01.07.2011-ci il tarixli, 08 saylı iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla İsmayıllı bələdiyyəsinin mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədilə İddiaçı satılmışdır. İş materiallarında olan İsmayıllı RİH Memarlıq və Tikinti Şöbəsinin İsmayıllı bələdiyyəsinə ünvanladığı 20.06.2011-ci il tarixli, 331 nömrəli məktubdan müəyyən edilir ki, Şöbə iddiaçıya həyətyanı məqsədilə 0.06 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir. İş materiallarında olan DTXK-nin bələdiyyəyə ünvanladığı 16.06.2011-ci il tarixli, 312 nömrəli məktubdan müəyyən edilir ki, Komitə iddiaçıya həyətyanı məqsədilə 0.06 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir. İş materiallarında olan 29.06.2011-ci il tarixli, 5 nömrəli qəbzdən görünür ki, iddiaçı torpaq sahəsini almaq üçün İsmayıllı bələdiyyəsinin "xxxx" ASC İsmayıllı filialına 720 (yeddi yüz iyirmi) manat haqq ödəmişdir. İş materiallarında olan 04.07.2011-ci il tarixdə tərtib edilən “Torpaqların alqısatqısına dair” aktdan görünür ki, İsmayıllı bələdiyyəsinin 01.07.2011-ci il tarixli 08 nömrəli qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi iddiaçıya satılmışdır. Aktda məsul şəxslərin imzaları və İsmayıllı bələdiyyəsi və DTXK-nın İsmayıllı şöbəsinin möhürü vardır. Akt İsmayıllı rayon Torpaq şöbəsində 06.07.2011-ci il tarixdə, 228 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan A seriyalı 369524 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı bələdiyyəsinin 01.07.2011-ci il tarixli, 08 saylı qərarı ilə həyətyanı məqsədilə satılmış 600 kv.m torpaq sahəsi iddiaçının mülkiyyətindədir. X9 Kadastrı kitabında 31.10.2011-ci il tarixdə 5950 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12.11.2020-ci il tarixli, **********89 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A seriyalı 369524 (**********0793) nömrəli plan-ölçü sənədi ilə İsmayıllı bələdiyyəsinin 01.07.2011-ci il tarixli, 08 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.06 hektar torpaq sahəsi və İddiaçı nümayəndəsi tərəfindən göstərilən, faktiki naturada ölçülmüş torpaq sahəsi İsmayıllı şəhər İnzibati Ərazi Dairəsinin sərhəddi daxilində yaşayış məntəqələrinə aid şəhərin perspektiv inkişafı üçün ayrılmış torpaqlarda yerləşir. Faktiki naturada ölçülmüş, sxemdə göstərilən 0.0821 hektar torpaq sahəsinin 72 kv.m hissəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmş A seriyalı 369523 ( **********0793) nömrəli plan-ölçü sənədi ilə, 365 kv m hissəsi isə A seriyalı 369524 nömrəli (**********0793) nömrəli plan-ölçü sənədi ilə üst-üstə düşür. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 06.05.2021-ci il tarixli, **********65 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçı tərəfindən faktiki naturada göstərilən 821 kv.m torpaq sahəsi ilə, iddiaçının adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A№ 369524 (**********0793) nömrəii plan-ölçü sənədində göstərilmiş 600 kv.m torpaq sahəsinin 365 kv.m hissəsi üst-üstə düşür. Üst-üstə düşən 365 kv.m torpaq sahəsi İsmayıllı şəhər İnzibati Ərazi Dairəsinin sərhəddi daxilində yaşayış məntəqələrinə aid şəhərin perspektiv inkişafı uçün ayrılmış İsmayıllı bələdiyyəsinin mülkiyyətinə aid torpaqlarda yerləşir və həmin 365 kv.m torpaq sahəsi açıq boş əraziyə düşür. Yerdə qalan 234,8 kv.m torpaq sahəsi İsmayıllı şəhər İnzibati Ərazi Dairəsinin sərhəddi daxilində kateqoriyası yaşayış məntəqələri torpaqları olmaqla şəhərin perspektiv inkişafı üçün ayrılmış İsmayıllı bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir və başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşmür. Sənəd üzrə yerdə qalan 234.8 kv.m torpaq sahəsinin koordinatları tərtib edilmiş sxemdə göstərilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 23 iyun 2021-ci il tarixli, 2- 1(116)-224/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı Bələdiyyəsinin 01.07. 2011-ci il tarixli 08 saylı qərarı ilə iddiaçıya satılmış İsmayıllı şəhəri, Qarabağ qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq çıxarışının verilməsi öhdəliyinin qoyulması, mütəxəssis rəylərinin verilməsinə çəkilən xərc cavabdeh orqanına aid edilməsi, mütəxəssis rəylərinin verilməsinə çəkilən xərcə görə 378 manat 20 qəpik cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X7 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi apellyasiya şikayəti verərək 23 iyun 2021-ci il tarixli, 2-1(116)-224/2021 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək qeyd etmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia qaldırıb, İsmayıllı şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin adma qeydə alınıb reyestrindən çıxarış verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 23.06. 2021-ci il tarixli, 2-1(116)- 224/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, 0.06 ha həyətyanı torpaq sahəsinin İddiaçı adına qeydə alınıb çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən Şəki İnzibati Məhkəməsinin 23.06. 2021-ci il tarixli, 2-1(116)-224/2021 nömrəli qərarı ləğv olunmalıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon İsmayıllı Bələdiyyəsinin 01.07 2011-ci il tarixli, 08 saylı qərarı ilə ona satılmış. Alqı- satqı aktı tərtib edilmiş. DTXK-si tərəfindən həmin 0.06 ha torpaq sahəsinə plan və ölçü sənədi hazırlanmışdır. Həmin torpaq sahəsi qanuni əsaslarla ona satılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İsmayıllı rayonu X2 Hüseyn Səfa oğluna 0,06 ha torpaq sahəsinin satılmasına dair 01.07. 2011-ci il tarixli, 06 saylı qərarı "Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə "23 oktyabr 2007-ci il, 466- saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun, Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə "23 oktyabr 2007-ci il, 466- saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2007- ci il, 271 saylı sərəncamından irəli gələn tələblərə cavab vermir. Eyni zamanda bildirmək istəyirik ki, İddiaçı ilə əmkadşlarımız əlaqə saxlalamış Bakı şəhərində olduğunu bildirmiş və torpaq sahəsinə baxış keçirməyə və çöl ölçmə işlərinin aparılmasında iştirak edə bilmədiyini bildirmişdir.Bu səbəbdən də iddia edilən torpaq sahəsi barədə müfəssəl məlumatlar əldə etmək mümkün olmamışdır. Bundan sonra məhkəmə Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-dən mütəxəssis rəyi istəmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastrı və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC məhkəməyə müvafiq rəyin verilməsini təmin etmişdir. Mütəxəssis rəyinin verilməsinə çəkilmiş 378 manat 20 qəpik xərcin də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına köçürülməsini qarara almışdır. Hesab edirik ki, qeyd olunan mütəxəssis rəyinin verilməsinə çəkilmiş xərclərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən tutulması da əsassızdır. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilər. Eyni zamanda bildiririk alqı-satqı predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra alqı- satqı edə bilər. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız X4 iddia tələbini təmin etmişdir. Bu səbəbdən də, həmin Məhkəmə tərəfindən qəbul olunmuş 23 iyun 2021-ci il tarixli, 2-1(116)-224/2021 nömrəli qərar ləğv olunmalı, iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul olunmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 81, 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(116)-224/2021 nömrəli qərarını ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(116)-224/2021 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirəm. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. Torpaq islahatı haqqında Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən İnzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(116)-224/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar