Məhkəmə qərarları › İş №2-1(107)-382/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-382/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-382/2022 17.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, onların nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X1 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X27 və həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, iddiaçılardan İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2-1(116)-652/2022 nömrəli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarının ləğv edilməsi, X1 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət Hüququna X27 və həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, İddiaçı1 mülkiyyətində olan 1,12 ha torpağa, İddiaçı2 mülkiyyətində olan 4,40 ha torpaq sahəsinə plan-ölçü sənədi, İddiaçı3 mülkiyyətində olan 4,06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədini verilməsi vəzifəsinin, öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin 2-1(116)-652/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X2, X10, X6, X3, X19, X20 və X21 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara xx.xx.2022-ci il tarixdə iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi yardım edilmiş, iddiaçıların etibarnamə üzrə nümayəndəsi (vəkili), xx.xx.2022-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X1 adına hazırlanmış JN0048 nömrəli Torpağa Mülkiyyət hüququna X27 və həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, iddiaçılardan İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-652/2022 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı qəbul edildikdən sonra üçüncü şəxsə 11 hektar torpaq sahəsinə hazırlanmış JN-0048 kod 40500018 nömrəli "Torpağa Mülkiyyət Hüququna X31"nm 2-ci nüsxəsində əsas kimi Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı deyil, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı qeyd edilmişdir. JN-0048 kod 40500018 nömrəli "Torpağa Mülkiyyət Hüququna X31”nın 2-ci nüsxəsi hazırlanan zaman həmin ərazidə digər vətəndaşların adına olan Dövlət Aktlarında göstərilən torpaq sahələrinin üstünə işlənməli deyildi. Nəticədə bu gün də qüvvədə olan, iddiaçılara məxsus JN-0082 kod 40500018, JN-0083 kod 40500018 və JN-0085 kod 40500018 nömrəli Dövlət Aktlarında göstərilən torpaq sahələrinin üstünə, 4 ildən sonra yalnız torpağın ölçüsünün 1.11 hektardan 11 hektara dəyişməklə JN-0048 kod 40500018 nömrəli "Torpağa Mülkiyyət Hüququna X31"nm 2-ci nüsxəsi hazırlanmışdır. Oğuz Rayon Baş Daşağıl kənd X29 Komissiyasının xx.xx.2002-ci il tarixli 27 nömrəli qərarına əsasən digər bir şəxsə və onun ailəsinə (Akt № 48) "Məyəl yeri" adlı sahədən 10 pay (11 hektar) torpaq verilməsi, yuxarıda göstərilənlərlə əlaqədar "Məyəl yeri" adlı sahədən bölgü xəritəsində torpaq payı göstərilən digər ailələrin torpaq sahəsinin yerinin dəyişiləcəyi nəzərə alınaraq bu ailələrin torpaq sahəsi ilə təmin olunmasının rayon torpaq şöbəsindən xahiş edilməsi, qərarla əlaqədar rəy bildirilməsinin rayon torpaq şöbəsindən xahiş edilməsi və qərarın təsdiqinin Oğuz Rayon Aqrar İslahat Komissiyasından xahiş edilməsi qərara alınmışdır. Lakin həmin qərarın icra olunub-olunmadığı, iddiaçılara (və ya digər şəxslərə) başqa sahədən torpaq verilib verilmədiyi məlum deyil. Cavabdeh tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin üstünə düşən, heç bir hüquqmüəyyənedici sənədə əsaslanmayan JN-0048 kod 40500018 nömrəli "Torpağa Mülkiyyət Hüququna X31"nın 2-ci nüsxəsinin bazada əks olunub-olunmadığını araşdırmadan, iddiaçıların mülkiyyətinizdə olan 9.58 hektar torpağın 7.23 hektar hissəsi də daxil olmaqla 11 hektar torpağa başqa bir şəxsin mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarış verilmişdir. Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 27 saylı qərarı ilə Daşağıl kənd X29 Komissiyasının xx.xx.2002-ci il tarixli 27 saylı iclas qərarı, Oğuz rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin rəyinin nəzərə alınması, bir qrup Daşağıl kənd sakinlərinə Daşağıl Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən verilməsi nəzərdə tutulan torpaq sahəsi, baş planda kolluq və qeyri növ torpaq sahəsi kimi göstərilmiş, faktiki isə əkinə yararlı olan torpaq sahəsindən verilməsi qərara alınmışdır." (Bir qrup Daşağıl kənd sakinlərinin siyahısında iddiaçıların adlarının olub-olmaması müəyyən deyil). Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinin 08 dekabr 2021-ci il tarixli 78 nömrəli arayışında göstərilir: “Baş Daşağıl kəndi X29 Komissiyasının xx.xx.2002-ci il tarixli 27 nömrəli iclas qərarı Baş Daşağıl Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 27 nömrəli iclasında müzakirə edilərək qərar verilmişdir. Qərarda göstərilir ki. Baş Daşağıl kənd sakinlərinə X13, X16 torpaq verilməmiş və torpaqları kəsr verilmiş X4, X7 bələdiyyənin baş planında kolluq və qeyri növ torpaqlarından (yəni həmin torpaqlar faktiki əkin sahəsidir) göstərilən şəxslərə torpaq verilsin. Arayışın 2-ci bəndində qeyd edilir: "Məktubda adları çəkilən şəxslərin torpaq sahəsi dövlət tərəfindən aşağıdakı kimi verilmişdir. İddiaçı2 xx.xx.1998-ci il JN-0085 nömrəli aktla 4.3972 ha, İddiaçı1 xx.xx.1998-ci il JN-0082 nömrəli aktla 1.12 ha, İddiaçı3 xx.xx.1998-ci il JN-0083 nömrəli aktla 4.06 ha. Bu torpaqlar bələdiyyə xəritəsində faktiki vardır. Ötən dövr ərzində İddiaçı2 922 manat, İddiaçı1 147 manat, İddiaçı3 189 manat vergi ödəmişdir." Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinin 08 dekabr 2021-ci il tarixli 78 nömrəli arayışının məzmunundan aydın olur ki, Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 27 nömrəli qərarı ilə Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinin mülkiyyətində olan torpaqlardan iddiaçılara deyil, başqa şəxsə və digər Daşağıl kənd sakinlərinə torpaq sahəsi verilməsi qərara alınmışdır. Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarına əsasən Oğuz rayon Daşağıl kənd X29 Komissiyasının xx.xx.2002ci il tarixli 27 saylı iclas qərarı və Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 27 saylı qərarı təsdiq edilmiş, bu məsələ ilə əlaqədar rayon torpaq və xəritəçəkmə şöbəsinin rəyi nəzərə alınaraq, bu qərardan irəli gələn sənədlərin hazırlanıb Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməsini təmin etmək rayon torpaq və xəritəçəkmə şöbəsinə tapşırılmış, torpaq sahəsinin yerinin dəyişdirilməsi və torpaq payı veriləsi ailələrin mülkiyyət hüququna X27 hazırlanması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilmişdir. Göründüyü kimi Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı ilə həm Oğuz rayon Daşağıl kənd X29 Komissiyasının xx.xx.2002- ci il tarixli 27 saylı iclas qərarı (həmin qərar başqa şəxsə "Məyəl yeri" adlı ərazidən torpaq verilməsi və "Məyəl yeri" adlı ərazidə torpaq payı verilmiş vətəndaşların torpağının yerinin dəyişdirilməsi barədədir) və Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 27 saylı qərarı (qeyd edilən qərar isə üçüncü şəxsə və digər şəxslərə bələdiyyə mülkiyyətində olan digər torpaqlardan torpaq verilməsi barədədir) təsdiq edilmişdir. Müxtəlif məzmunlu həmin iki qərar Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq olunmuşdur. Bələdiyyə qərarının isə Aqrar İslahat Komissiyasının qərarı ilə təsdiq olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdehin yanlış hərəkəti nəticəsində iddiaçıların mülkiyyət hüququ pozulmuş və iddiaçılar öz mülkiyyətindən məhrum olmuşlar. Göstərilənlər nəzərə alınaraq iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh iddia tələbinə münasibətində qeyd etmişdir ki, “Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi, X1 adının, hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət Hüququna X27 və həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın ləğv edilməsi 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətinin icrası mümkün olmamışdır. İddiaçı2 iddia etiyi 4.40 ha torpaq sahəsindən 3.36 ha hissəsi, X5 iddia etdiyi 1.12 ha torpaq sahəsindən 0.71 ha hissəsi, X14 iddia etiyi 4.06 ha torpaq sahəsindən 3.16 ha hissəsi JN-48 saylı torpağa mülkiyyət hüququna X31 əsasında X1 və ailə üzvülərinin adına xx.xx.2007-ci il tarixdə **********61 reyestr nöməli Çıxarışla daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı 11.0 ha torpaq sahəsinin üzərinə düşür. Respublika üzrə bu tipli problemlərin həlli məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Oğuz rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək, həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və halhazırda kameral işlər həyata keçirilir və vətəndaşın nəzərinizə çatdırılmışdır ki, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qeyd olunan məsələ ilə bağlı müraciətlərinə təkrar baxılacaqdır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Üçüncü şəxs iddia tələbinə etirazında iddia tələbinin mümkün sayılmamasını xahiş etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 19 sentyabr 2022-ci il tarixli 2- 1(116)-652/2022 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X1 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X27 və həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, iddiaçılardan İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi mümkün sayılmamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin qərardaddan apellyasiya şikayəti vermişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci və 22-ci maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Belə ki, həmin maddələrin hazırki işə heç bir aidiyyatı yoxdur. Çünki iddiaçılar islahat zamanı adlarına yazılmış və Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətlərinə verilmiş torpaq sahələrinə mülkiyyət sənədləri qüvvədə olduğu halda cavabdehin qanunsuz hərəkəti nəticəsində onların torpaq sahələrinə üçüncü şəxslərin adına heç bir hüquqmüəyyənedici sənəd olmadan çıxarış və plan-ölçü sənədi vermişdir. Bundan başqa həmin torpaq sahələri torpaq islahatı zamanı dövlət tərəfindən əvəzsiz olaraq iddiaçıların mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinə iddiaçıların və ailə üzvlərinin adına mülkiyyət sənədi (Dövlət Aktı) hazırlanmış, sonradan həmin sənədlər qüvvədə ola-ola eyni koordinatlara üçüncü şəxslərin adına qanunsuz və əsassız, hüquqmüəyyənedici sənədlər olmadan Dövlət Aktı və çıxarış hazırlanmışdır. Şəki İnzibati Məhkəməsi isə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin iddiaçıların adına olan mülkiyyət sənədləri qüvvədə ola-ola həmin sənədlərin mötəbərliyini əsassız olaraq şübhə altına alaraq qeyd edilən sənədlərdə göstərilən koordinatlara üçüncü şəxslərin adına mülkiyyət sənədi (çıxarış) hazırlamasını düzgün hesab etmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci və 22-ci maddələri hazırki işə tətbiq edilə bilməz. Çünki üçüncü şəxsin adına olan JN-0048 nömrəli Dövlət Aktının həm 1-ci həm də 2-ci nüsxəsinin verilməsinə əsas kimi Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı göstərilmişdir. Əslində isə Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı ilə üçüncü şəxsə 1.11 ha torpaq sahəsi verilmişdir, həmin qərar heç kim tərəfindən mübahisələndirilməmişdir və hal-hazırda da qüvvədədir. Həmin qərar bizim hüquq və mənafelərimizə toxunmur. Biz iddiaçıların mülkiyyətində olan torpaq sahələrinə üçüncü şəxslərin adına sənəd hazırlanmasına səbəb olmuş Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarına gəldikdə isə bu qərar icra olunmamış və heç bir hüquqi nəticə yaratmamışdı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci tarixli 5 nömrəli Qərarı məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Məhkəmə tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3-cü maddəsinin tələbi də pozulmuşdur. Qeyd edilən normaya əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Əvvəla üçüncü şəxslərin həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün heç bir əsas mövcud deyil. Çünki onlara torpağın çıxarışı, planı və ölçüsü ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsinin arayışı və sxemi əsasında verilmişdir. Arayış və sxem isə hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Digər tərəfdən cavabdeh inzibati orqanın da dəfələrlə qeyd etdiyi kimi biz iddiaçıların torpaq sahələrinə verilmiş mülkiyyət sənədləri bazada öz əksini tapır, üçüncü şəxslərə verilmiş mülkiyyət sənədi isə bazada mövcud deyil. Həm də cavabdeh inzibati orqan verdiyi imtinalarda və etirazlarda torpağın bizə məxsus olmadığını qeyd etmir. X30 və Çıxarışın ləğv olunmasının onların səlahiyyətinə aid olmadığını bildirir və məhkəməyə müraciət etməyi tövsiyyə edir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2- 1(116)-652/2022 nömrəli qərardadının ləğv edilməsini və iş üzrə müvafiq prosessual hərəkətlərin davam etdirilməsi üçün işi Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardadın çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1, İddiaçı2 və İddiaçı3, onların nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2-1(116)-652/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPMin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının nəticəsi ilə razılaşmır. Belə ki, birinci məhkəməsi belə qənaətə gəlmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi Oğuz rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir və ləğvi tələb edilən sənədlərin verilməsinə əsas olmuş Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarının mübahisələndirilməsi imkanı artıq itirilmişdir. Odur ki, müvafiq qərar qüvvədə olduğundan onun əsasında verilmiş JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X31 və həmin Dövlət Aktı əsasında verilmiş çıxarış da mübahisələndirilə bilməz. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçıların hüquqi marağı Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X1 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X27 və həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, iddiaçılardan İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə nail olmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci və 22-ci maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Belə ki, həmin maddələrin hazırkı işə heç bir aidiyyatı yoxdur. Çünki iddiaçılar islahat zamanı adlarına yazılmış və Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətlərinə verilmiş torpaq sahələrinə mülkiyyət sənədləri qüvvədə olduğu halda cavabdehin qanunsuz hərəkəti nəticəsində onların torpaq sahələrinə üçüncü şəxslərin adına heç bir hüquqmüəyyənedici sənəd olmadan çıxarış və plan-ölçü sənədi vermişdir. Bundan başqa həmin torpaq sahələri torpaq islahatı zamanı dövlət tərəfindən əvəzsiz olaraq iddiaçıların mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinə iddiaçıların və ailə üzvlərinin adına mülkiyyət sənədi (Dövlət Aktı) hazırlanmış, sonradan həmin sənədlər qüvvədə ola-ola eyni koordinatlara üçüncü şəxslərin adına qanunsuz və əsassız, hüquqmüəyyənedici sənədlər olmadan Dövlət Aktı və çıxarış hazırlanmışdır. Birinci instansiya məhkəməsi isə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin iddiaçıların adına olan mülkiyyət sənədləri qüvvədə ola-ola həmin sənədlərin mötəbərliyini əsassız olaraq şübhə altına alaraq qeyd edilən sənədlərdə göstərilən koordinatlara üçüncü şəxslərin adına mülkiyyət sənədi (çıxarış) hazırlamasını düzgün hesab etmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci və 22-ci maddələri hazırkı işə tətbiq edilə bilməz. Çünki üçüncü şəxsin adına olan JN-0048 nömrəli Dövlət Aktının həm 1-ci həm də 2-ci nüsxəsinin verilməsinə əsas kimi Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı göstərilmişdir. Əslində isə Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 nömrəli qərarı ilə üçüncü şəxsə 1.11 ha torpaq sahəsi verilmişdir, həmin qərar heç kim tərəfindən mübahisələndirilməmişdir və hal-hazırda da qüvvədədir. Həmin qərar iddiaçıların hüquq və mənafelərinə toxunmur. İddiaçıların mülkiyyətində olan torpaq sahələrinə üçüncü şəxslərin adına sənəd hazırlanmasına səbəb olmuş Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 nömrəli qərarına gəldikdə isə bu qərar icra olunmamış və heç bir hüquqi nəticə yaratmamışdır. Göründüyü kimi, iddiaçılar iddia ərizəsində AİK-nın qərarı əsasında verilmiş JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X31nı və onun əsasında verilmiş çıxarışı tam şəkildə deyil, dövlət aktı və çıxarışın hazırlanmasında səhvə yol vermiş cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirmişlər. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi iddiaçılara məxsus torpaq sahəsi ilə üçüncü şəxs X1 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X31nda göstərilən torpaq sahəsinin bağlılığı barədə tam araşdırma aparmamış nəticədə iddia tələbini mümkün hesab etməmiş, bununla da qanunvericiliyin tələblərinə uyğun olmayan qərardad qəbul etmişdir. İPM-in 2.2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İPM-in 87.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Apellyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2-1(116)-652/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayon Baş Daşağıl kəndi ərazisində yerləşən 11.0 ha torpaq sahəsinə üçüncü şəxs X1 adına hazırlanmış JN-0048 nömrəli Torpağa Mülkiyyət hüququna X27 və həmin Dövlət Aktı əsasında verilmiş çıxarışın iddiaçıların və onların ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, iddiaçılardan İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 1.12 ha torpaq sahəsinə, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 4.40 ha torpaq sahəsinə plan-ölçü sənədləri, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətində olan 4.06 ha torpaq sahəsinə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılsın. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar