Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-383/2020 21.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X14, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDRXnin 18 saylı X21 nümayəndəsi Ömərov Rafayel Ömər oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X18rşı "mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədlərin (texniki pasportun) tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-219/2020 nömrəli qərarından iş üzrə cavabdeh ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X30 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim V.K.Qasımov) xx xxxx 2020-ci il tarixli, 2-1(116)- 219/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədlərin (texniki pasportun) tərtib edilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X21 üzərinə qoyulması qərara alınmışdır. İşin hаllаrı: Zaqatala Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 nömrəli qərarı ilə Şabanova Tövrüz Nurullah qızına tikinti məqsədilə 0,03 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN-00xx xxx 40201004 nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Şabanova Tövrüz Nurullah qızı həmin 0,03 ha torpaq sahəsini xx.xx.2005-ci il tarixli alqısatqı müqaviləsi ilə X2. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 244 nömrəli Sərəncamı ilə X5 mülkiyyətindəki həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 85,7 kv.m, yaşayış sahəsi 48,6 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. ünvan 2 ünvanındakı 0,03 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 58,9 kv.m yaşayış, 38,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı ildə ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Sözügedən ev və torpaq sahəsi ilə bağlı X5 adına xx.xx.2006-cı ildə texniki pasport da tərtib edilmişdir. X10 göstərilən 0,03 ha torpaq sahəsini və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evini xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı satmışdır. ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı ildə ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı həmin fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədlərinin (texniki pasportun) tərtib edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli **********85 nömrəli məktubla bildirmişdir ki, texniki pasportun verilməsi nəzərdə tutulan fərdi yaşayış evinin 6 kv.m hissəsi JN-0005 nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən 0,03 ha torpaq sahəsinin cizgilərindən kənarda yerləşdiyi üçün ərizənin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçı Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququ xx.xx.2006-cı ildə qeydiyyata alınmış və bu barədə ona MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Buna baxmayaraq cavabdeh əsassız olaraq texniki pasportun hazırlanmasından imtina etmişdir. Cavabdeh iddiaya xx.xx.2019-cu il tarixli etirazında imtina məktubunun dəlillərinə əsaslanmış və bildirmişdir ki, iddiaçının faktiki fiziki sərhədlər daxilində istifadəsində olan 0,0284 ha torpaq sahəsi mövcuddur. Lakin iddiaçı özünə məxsus olan 0,03 ha torpaq sahəsinin yerində əskik olan 16 kv.m hissəsini JN-0005 nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilən ölçülərə uyğun olaraq həmin torpaq sahəsinə bitişik olan fiziki sərhəd daxilində qonşusu X15 faktiki istifadəsində olan torpaq sahəsindən verilməsini tələb edir. İddiaçı qonşusu X22 həmin hissənin iddiaçıya verilməsinə etiraz edir. İddiaçının qonşusu X15 və digərlərinin fiziki sərhəd daxilində olan 0,08845 ha torpaq sahəsinin 0,07995 ha hissəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqları xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə aktı qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-219/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X30 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyаsiyа şikаyətinin və proses iştirakçılarının dəlilləri: Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Zaqatala şəhəri Kiçikxanlı küçəsi, 35 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində hüquqlar Zaqatala rayon Zaqatala bələdiyyəsinin xx xxxxxx 2004-ci tarixli, 07 nömrəli qərarı əsasında ləğv edilmiş DTXK-nin Zaqatala rayon şöbəsi tərəfindən Şabanova Tövrüz Nurullah qızının adına JN-0005 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə “tikinti məqsədləri üçün” rəsimləşdirilmişdir. Həmin torpaq sahəsi notarial qaydada təsdiq edilmiş xx xxxx 2005-ci il tarixli, 4Ə-274 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1. Bundan sonra, sözügedən Zaqatala şəhəri Kiçikxanlı küçəsi, 35 ünvanında 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi üzərində X5 hüquqları xx xxxx 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışla rəsimləşdirilmişdir. X5 adına rəsimləşdirilmiş 0,03 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair tərtib edilmiş “texniki pasport”un torpaq sahəsinin planı hissəsində 0,03 ha torpaq sahəsinin yerləşmə ölçüləri ilə JN-0005 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən ölçülər uyğun olmamışdır. X10 tərəfindən Zaqatala şəhəri Kiçikxanlı küçəsi, 35 ünvanında 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi notarial qaydada təsdiq edilmiş xx xxxx 2006-ci il tarixli, 4Ə-174 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən İddiaçı satılmişdır. Həmin daşınmaz əmlak üzərində iddiaçının hüqquqları xx xxxxxx 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışla rəsimləşdirilmişdir. Təkrar texniki pasportun verilməsi ilə bağlı daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, İddiaçı faktiki fiziki sərhədlər daxilində istifadəsində 0,0284 ha torpaq sahəsi mövcuddur. Lakin, iddiaçı özünə məxsus olan 0,03 ha torpaq sahəsinin yerində əskik olan 16 kv.m hissəsini JN-0005 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən ölçülərə uyğun olaraq həmin torpaq sahəsinə bitişik olan, fiziki sərhədlər daxilində qonşusu X15 faktiki istifadəsində olan torpaq sahəsindən verilməsini tələb edir. İddiaçı qonşusu X22 həmin hissənin iddiaçıya verilməsinə etiraz edir. İddiaçının qonşusu X22 və ailə üzvlərinin fiziki sərhədlər daxilində olan 0,08845 ha torpaq sahəsinin 0,07995 ha hissəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqları xx xxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsimləşdirilmişdir. Məhkəmə həmin işə baxan zaman cavabdeh tərəfindən verilmiş məlumatlara münasibət bildirməmişdir. Belə ki, 18 saylı X21 istifadəsində olan mövcud məlumatlarda iddia predmetinə aid olan 16 kv.m torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olan, yaşayış məntəqələrinin torpaqları təyinatlı sahə olduğunu nəzərə almamış və nəticədə bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsini iddiaçının adına başqa formada texniki pasportun tərtib edilməsi ilə bələdiyyəni mülkiyyətindən məhrum etmişdir. Həmçinin məhkəmə hüquq və vəzifələrinə toxunan bələdiyyəni prosesə cəlb etməmişdir. Halbuki, məhkəmə xidməti vəzifəsinə görə işin obyektiv həlli üçün mübahisəyə baxarkən hüquq və maraqlarına toxunan şəxləri məhkəmə prosesinə cəlb etməlidir. Bundan başqa, məhkəmə inzbati mühakimə icraatı qaydasında baxılan iddianı hüquqi cəhətdən yoxlamamışdır. İddiaçının müvafiq subyektiv hüququnun olubolmamasını, mübahisənin inzbati məhkəmənin səlahiyətlərinə aid olub-olmamsını, hazırkı iddianı qaldırarkən iddia müddətinin ötürülüb-ötürülməməsini araşdırmamışdır. Belə ki, Zaqatala şəhəri Kiçikxanlı küçəsi, 35 ünvanında 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi üzərində X5 hüquqları xx xxxx 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışla rəsimləşdirilmişdir. X5 adına rəsimləşdirilmiş 0,03 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair tərtib edilmiş “texniki pasport”un torpaq sahəsinin planı hissəsində 0,03 ha torpaq sahəsinin yerləşmə ölçüləri ilə JN-0005 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən cizgilər uyğun işlənməmişdir. X10 tərəfindən Zaqatala şəhəri Kiçikxanlı küçəsi, 35 ünvanında 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi notarial qaydada təsdiq edilmiş xx xxxx 2006-ci il tarixli, 4Ə-174 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmişdır. Sonuncunun həmin daşınmaz əmlak üzərində hüquqları xx xxxxxx 2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışla rəsimləşdirilmişdir. Göründüyi kimi, iddiaçı həmin evi və evin yerləşdiyi torpaq sahəsini alarkən evin yerləşdiyi torpaq sahəsi X5 adına tərtib edilmiş “texniki pasport”un torpaq sahəsinin planı hissəsində 0,03 ha torpaq sahəsinin yerləşmə vəziyəti ilə razılaşmış və alqı-satqı müqaviləsinin xx xxxxxx 2006-cı il tarixdə dövlət reyestrində qeydiyyatı zamanı öz adına “texniki pasport” tərtib etdirməmişdir. İddiaçının məhz həmin texniki pasportun 13 il keçdikdən sonra fərqli cizgilərlə (başqa mülkiyyətçinin torpaq sahəsini zəbt etməklə) tərtib olunmasını tələb etməsinin əsassız olduğunu məhkəmə nəzərə almamışdır. Həmçinin məhkəmə qərarında texniki pasportun hansı formada və ölçülərdə tərtib edilməsi göstərilməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarının cavabdeh tərəfindən icrası mümkünsüzdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 18 saylı X21 nümayəndəsi Ömərov Rafayel Ömər oğlu apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-219/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X23 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-219/2020 nömrəli qərarının isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apelyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş Zaqatala rayonu Zaqatala bələdiyyəsinin nümayəndəsi və X19 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X30 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-219/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apelyаsiyаinstаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. İşdə olan xx.xx.2006-cı il tarixli 4Ə-174 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X3 şəhəri Kiçikxanlı küçəsi ev 35 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evini İddiaçı satmışdır. İşdə olan MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evinə İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı ildə qeydiyyata alınmışdır. İşdə olan RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 5 ünvanında yerləşən 0,07995 ha torpaq sahəsinə X22, X7 və X24 ümumi birgə mülkiyyət hüququ, həmin torpaq sahəsində olan fərdi yaşayış evinə X15 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X21 xx.xx.2019-cu il tarixli **********92 nömrəli etiraz məktubundan görünür ki, iddiaçının faktiki fiziki sərhədlər daxilində istifadəsində olan 0,0284 ha torpaq sahəsi mövcuddur. Lakin iddiaçı özünə məxsus olan 0,03 ha torpaq sahəsinin yerində əskik olan 16 kv.m hissəsini JN-0005 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən ölçülərə uyğun olaraq həmin torpaq sahəsinə bitişik olan fiziki sərhəd daxilində qonşusu X15 faktiki istifadəsində olan torpaq sahəsindən verilməsini tələb edir. İddiaçı qonşusu X22 həmin hissənin iddiaçıya verilməsinə etiraz edir. İddiaçının qonşusu X22 və ailə üzvlərinin fiziki sərhədlər daxilində olan 0,08845 ha torpaq sahəsinin 0,07995 ha hissəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqları xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X25 və qeyrilərinin adına olan JN-1880A kod 40201004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,08 ha torpaq sahəsi və Şabanova Tövrüz Nurullah qızının adına olan JN-00xx xxx 40201004 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 0,03 ha torpaq sahəsi üst-üstə düşmür. Şabanova Tövrüz Nurullah qızının adına olan JN-00xx xxx 40201004 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 0,03 ha torpaq sahəsi X5 adına olan xx.xx.2006-cı il tarixli texniki pasportda göstərilən 300 kv.m torpaq sahəsinin 277 kv.m hissəsi ilə üst-üstə düşür. JN-1880A kod 40201004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,08 ha torpaq sahəsi X15 adına olan xx.xx.2019-cu il tarixli texniki pasportda göstərilən 0,07995 ha torpaq sahəsinin 549 kv.m (0,0549 ha) hissəsi ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsi mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində sübutları qiymətləndirərək hesab etmişdir ki, cavabdehin hazırda iddiaçıya texniki pasport vermək məqsədilə apardığı ölçmə işlərində meyar kimi yenidən həmin "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na istinad etməsi və özünün yaratdığı uyğunsuzluğa görə məsuliyyəti iddiaçının üzərinə qoyması qanuni sayıla bilməz. Cavabdehin həmin hərəkəti iddiaçının hüquqlarını pozur. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdehin bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi fərdi yaşayış evinə onun mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almış, lakin evin inventarlaşdırılmasını aparmaqdan və texniki pasport tərtib etməkdən imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş və xx.xx.2020-ci ilədək qüvvədə olmuş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 2.0.3-cü bəndinə görə, daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasının və texniki sənədlərin tərtib edilməsinin təmin olunması həmin Xidmətin fəaliyyət istiqamətlərindən biridir. Əsasnamənin 3.0.24-cü bəndinə görə, Xidmətin vəzifələrindən biri fərdi yaşayış evlərinin inventarlaşdırılmasının həyata keçirilməsi, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsinin təmin olunmasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"nin 3.0.23cü bəndinə görə, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin, torpaq sahələrinin planının və ölçüsünün tərtib edilməsi, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarının hazırlanması Xidmətin vəzifələrinə aid edilmişdir. Sadalanan normalardan görünür ki, istər əvvəlki, istərsə də indiki Əsasnamədə daşınmaz əmlakın inventarlaşdırılmasının aparılması və texniki sənədlərin, o cümlədən texniki pasportun hazırlanması cavabdehin vəzifəsi kimi nəzərdə tutulmuşdur. Cavabdeh orqanın iddiaçıya texniki pasport verməkdən imtinası ilə bağlı dəlilləri bundan ibarətdir ki, iddiaçının evinin 6 kv.m hissəsi Şabanova Tövrüz Nurullah qızının adına olan JN-0005 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 0,03 ha torpaq sahəsinin cizgilərindən kənarda yerləşir. Həmin dövlət aktında qeyd olunan 0,03 ha torpaq sahəsinin sənəd üzrə və faktiki ölçüsü 0,0284 ha olan sahələri arasında uyğunsuzluq vardır. İddiaçı fiziki sərhədlər daxilində istifadəsində olan 0,0284 ha torpaq sahəsi mövcuddur. İddiaçı 0,03 ha torpaq sahəsinin əskik olan 16 kv.m hissəsini JN-0005 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən ölçülərə uyğun olaraq həmin torpaq sahəsinə bitişik olan, fiziki sərhədlər daxilində qonşusu X15 faktiki istifadəsində olan torpaq sahəsindən verilməsini tələb edir, X22 isə buna etiraz edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının adına olan 0,03 ha torpaq sahəsi əvvəl Zaqatala Bələdiyyəsinə məxsus olmuş, Bələdiyyə tərəfindən Şabanova Tövrüz Nurullah qızına, onun tərəfindən X6, sonuncu tərəfindən isə iddiaçıya satılmışdır. Həmin torpaq sahəsi ilə bağlı Şabanova Tövrüz Nurullah qızının adına JN-00xx xxx 40201004 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı", X5 adına MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" və xx.xx.2006-cı il tarixli texniki pasport tərtib edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməsini belə əsaslandırmışdır ki, müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlət və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydiyyatı üçün əsas hesab olunur. İddiaçının evinin 6 kv.m hissəsinin Şabanova Tövrüz Nurullah qızının adına olan JN-0005 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 0,03 ha torpaq sahəsinin cizgilərindən kənarda yerləşməsinin iddiaçıya texniki pasport verilməsinə mane olması barədə cavabdehin dəlili tamamilə əsassızdır. İddiaçıya texniki pasport verilməsinə onun qonşusu X15 etiraz etməsi barədə cavabdehin dəlili isə X15 məhkəməyə göndərdiyi yazılı izahatla təkzib edilir. Ona görə də məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıya məxsus olan fərdi yaşayış evinin inventarlaşdırılmasını aparmaqdan və texniki pasport tərtib etməkdən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən, inzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi göstərilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarının tələblərindən görünür ki, müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlət və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydiyyatı üçün əsas hesab olunur. Birinci instansiya məhkəməsi mübahisənin düzgün araşdırılması və qanuni nəticəyə gəlinməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə xx.xx.2020-ci il tarixli məktub ünvanlayaraq, JN-1880A kod 40201004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin X26, X16 və X17 adına, RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın isə başqa şəxslərin, yəni X22, X7 və X24 adına verilməsinə dair ziddiyətin və 16 m2 torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində kimin mülkiyyəti kimi qeydiyyat alınması, eləcə də həmin 16 m2 torpaq sahəsinə X15 hüquqlarının olub-olmaması barədə arayışların məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X21 xx.xx.2020-ci il tarixli **********09 nömrəli məktubundan görünür ki:
1. İddiaçı 0,03 ha torpaq sahəsinin əskik olan 16 kv.m hissəsi üzərində X15 mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin 16 kv.m torpaq sahəsi X15 fiziki sərhədlər daxilində faktiki istifadəsindədir;
2. 18 saylı X21 istifadəsində olan mövcud məlumatlarda iddia predmetinə aid olan 16 kv.m torpaq sahəsi - bələdiyyə mülkiyyətinə aid olan yaşayış məntəqələrinin torpaqları təyinatlı sahədir. Bələdiyyənin həmin torpaq sahəsi üzərində hüquqları dövlət reyestrində qeydiyyata alınmamışdır;
3. X22 və ailə üzvlərinin JN-1880A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin mülkiyyətçilər siyahısında göstərilən adlarında olan texniki səhvlər Zaqatala Rayon İcra Hakimiyyətinin Zaqatala şəhər inzbati ərazi dairəsinin xx xxxxxx 2019-cu il tarixli, 253, 254 və 255 saylı arayışlarına uyğun olaraq aradan qaldırılmış və dövlət reyestrində xx xxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə xx.xx.2020ci il tarixli məktub ünvanlayaraq mütəxəssis qarşısında iş üzrə zəruri suallar qoyulmuş və həmin suallar əsasında mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsini xahiş etmişdir. ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X21 xx.xx.2020-ci il tarixli **********70 nömrəli məktubuna əlavə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu X9 Layihə-Tədqiqat İdarəsinin rəyindən və torpaq sahəsinin yerləşmə sxemlərindən görünür ki:
1. X25 və qeyrilərınin adına olan JN-1880A KOD 40201004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi və Şabanova Tövrüz Nurullah qızının adına olan JN-00xx xxx 40201004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 0.03 ha torpaq sahəsi üst-üstə düşmür;
2. Şabanova Tövrüz Nurullah qızının adına olan JN-0005 nömrəli KOD 40201004 Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 0.03 ha torpaq sahəsi ilə X5 adına olan xx.xx.2006-cı il tarixli texniki pasportda göstərilən 300 kv.m (0.03 ha) torpaq sahəsi 277 kv.m (0.0277 ha) hissədə (ölçüdə) üst-üstə düşür;
3. JN-1880A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi ilə X15 adına olan xx.xx.2019-cu il tarixli texniki pasportda göstərilən 0.07995 ha torpaq sahəsi 549 kv.m (0.0549 ha) hissədə (ölçüdə) üst-üstə düşür. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə X22, X7 və X32 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. Üçüncü şəxs qismində cəlb edilmiş X22 birinci intstansiya məhkəməsinə göndərdiyi xx.xx.2020-ci il tarixli yazılı etirazında bildirmişdir ki, o, ünvan 6 ünvanında yaşayır, qızı X32 ailə quraraq Bakı şəhərində yaşayır, qayınanası X7 isə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi onun qaynının arvadı Şabanova Tövrüz Nurullah qızının mülkiyyətində olmuş, alıcılar 2 dəfə alqı-satqı etmişlər. Bundan başqa iş materialları ilə müəyyən edilmişdir ki, Harun Nurayev mülkiyyətində olan 0,07995 ha torpaq sahəsində yerləşən evini X4. Apelyasiya baxışı zamanı Zaqatala rayonu Zaqatala Bələdiyyəsi və X19 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Apelyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs Zaqatala rayonu Zaqatala Bələdiyyəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, digər üçüncü şəxs X19 da məhkəmə iclasına gəlməmişdir. Hazırkı məhkəmə iclasında iştirak edən iddiaçı bunu onunla Zaqatala rayonu Zaqatala Bələdiyyəsi və X19 arasında torpaq mübahisəsinin olmaması, buna görə də onların hazırkı işin nəticəsində hüquqi maraqlarının olmaması ilə izah etmişdir. Məhkəmə kollegiyası işin şərh edilən hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə düzgün nəticəyə gəlmiş, apelyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, əvvəla, ƏMDX-nin yanında DƏDRX-nin 18 saylı X21 xx.xx.2020-ci il tarixli **********09 nömrəli məktubundan və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu X9 Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyindən məlum olur ki, üçüncü şəxslər X25 və qeyrilərınin adına olan JN-1880A KOD 40201004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi və Şabanova Tövrüz Nurullah qızının adına olan JN-00xx xxx 40201004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən (hazırda iddiaçıya məxsus olan) 0.03 ha torpaq sahəsi üst-üstə düşmür. Digər tərəfdən, istinad edilən mütəxəssis rəyinə əlavə olunmuş “torpaq sahələrinin naturada və sənəd üzrə yerləşmə vəziyyətlərinə dair” sxemlərdən görünür ki, üçüncü şəxs X15 adına olan xx.xx.2019-cu il tarixli texniki pasporta əsasən onun mülkiyyətində 0.07995 ha torpaq sahəsinin olmasına baxmayaraq, faktiki istifadəsində 0,08845 ha, yəni 0.00850 ha (85 kv.m) artıq torpaq sahəsi vardır və iddiaçıya məxsus olan torpaq sahəsinin də əskik gələn 16 kv.m (0.00160 ha) hissəsi H.Nurayevin (indi isə yeni mülkiyyətçi olan, sonradan üçüncü şəxs qismində cəlb edilmiş X11) faktiki istifadəsindədir. Torpaq sahəsinin (və ya onun bir hissəsinin) başqa şəxsin qeyri-qanuni istifadəsində olması qanuni mülkiyyətçinin həmin torpaq sahəsi (və ya onun bir hissəsi) üzərində hüquqlarını tanımamağa, o cümlədən bu hüquqları müvafiq qaydada dövlət qeydiyyatına almaqdan imtina etməyə əsas vermir. Mütəxəssis rəyinə əsasən, JN-0005 nömrəli KOD 40201004 Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 0.03 ha torpaq sahəsi ilə X5 adına olan xx.xx.2006-cı il tarixli texniki pasportda göstərilən 300 kv.m (0.03 ha) torpaq sahəsi 277 kv.m (0.0277 ha) hissədə (ölçüdə), JN-1880A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi ilə X15 adına olan xx.xx.2019-cu il tarixli texniki pasportda göstərilən 0.07995 ha torpaq sahəsi 549 kv.m (0.0549 ha) hissədə (ölçüdə) üst-üstə düşür. Göründüyü kimi, cavabdeh inzibati orqanın əməkdaşları X5 və X15 adlarına texniki pasport tərtib edərkən torpaq sahələrinin müvafiq sənədlərdəki koordinatlarını deyil, naturada yerləşmə vəziyyətlərini əsas götürmüşlər. Halbuki, X15 istifadəsində olan torpaq sahəsinin naturada yerləşmə vəziyyəti həmin torpaq sahəsinin sənəddəki koordinatlarından əhəmiyyətli dərəcədə fərqləndiyinə görə onun adına texniki pasport tərtib olunmasından imtina edilməli idi. Cavabdeh inzibati orqan tərəfindən X5 adına texniki pasportun səhv tərtib olunması hazırkı mübahisənin yaranmasına səbəb olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsinə əsasən, dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X18rşı "mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədlərin (texniki pasportun) tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiası əsaslıdır və birinci instansiya məhkəməsi həmin iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas müəyyən etməyərək bu qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDRX-nin 18 saylı X30 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-219/2020 nömrəli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərаrdаn surəti tam formada təqdim olunduğu gündən 01 (bir) ay müddətində Şəki Apelyаsiyа Məhkəməsi vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə şikаyət verilə bilər.
İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov