Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-383/2025 19.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə İlqar qızının iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İcbari Sığorta Məsələləri üzrə Mərkəzi Filialına qarşı “11000 (on bir min) manat sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesində) və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “11000 (on bir min) manat sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ###### 1985-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. ##.##.2006-cı il tarixdə Mingəçevir şəhər hərbi komissarlığından həqiqi hərbi xidmətə çağrılmışdır. ##.##.2007-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Sonradan 2014-cü ilin iyul ayından etibarən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu olaraq xidmət etməyə başlamışdır. 2016-cı ilin noyabr ayından etibarən isə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətini davam etdirmişdir. ##.##.2017-ci il tarixdə düşmən tərəfindən atılmış atəş nəticəsində “Sol əlin korqəlpə yaralanması” diaqnozu ilə xəsarət almışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikası tərəfindən verilmiş, ## ##### 2024-cü il tarixli, *** saylı arayışdan da görünür ki, o, ##.##.2017-ci ildə düşmən tərəfindən atılmış atəş nəticəsində “Sol əlin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” səbəbdən yüngül dərəcədə xəsarət almışdır. O, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək 11000 (on bir min) manat sığorta ödənişinin verilməsini xahiş etsə də, cavabdeh tərəfindən ona ünvanlanmış ## #### 2024-cü il tarixli (ona ## ###### 2024-cü il tarixdə təqdim edilmişdir) imtina məktubunu belə əsaslandırmışdır ki, xidməti vəzifələrinizin icrası ilə əlaqədar yüngül dərəcədə xəsarət almanız ##.##.2017-ci il tarixində baş vermiş və həmin tarixdə sığorta haqları xidmət keçdiyi sığortalı qurum tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi üçün tərtib edilmiş arayışın istinad edildiyi 2017-ci ilə aid sənədlərlə birlikdə “xxxx” ASC-yə müraciət etmək tövsiyə olunur. - O, cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək 11000 (on bir min) manat sığorta ödənişinin verilməsini xahiş etsə, cavabdeh tərəfindən ona ünvanlanmış ## ###### 2024-cü il tarixli (ona ## ###### 2024-cü il tarixdə təqdim edilmişdir) imtina məktubunu belə əsaslandırmışdır ki, “Dövlət icbari şəxsi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ### tarixli **** nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## #### 2022ci il tarixli, **** nömrəli Fərmanının (bundan sonra-Fərman) 2-ci hissəsinə əsasən, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ### tarixli **** nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən aşağıdakı redaksiyada verilməsi qərara alınmışdır: “Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il ######ın #-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilir” Fərmanın 3-cü hissəsinə əsasən, aşağıdakı məzmunda 2.8-ci bəndin əlavə edilməsi qərara alınmışdır: “sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il ######ın ##-dən sonraya aid dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il ######ın #-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il ######ın #-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.” Ərizəyə əlavə olunmuş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən “Xəsarətin dərəcəsinə və səbəbinə dair” ##.##.2024-cü il tarixli arayış əsas götürülür. Qeyd edilən arayışın verildiyi tarix ##.##.2024-cü il tarixinə təsadüf edildiyindən, Fərmana edilmiş dəyişikliyə əsasən, ona sığorta ödənişinin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməlidir. Bu səbəbdən sığorta ödənişinin alınması üçün aidiyyəti üzrə Fonda müraciət etməyi tövsiyə olunur. - O, yenidən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək 11000 (on bir min) manat sığorta ödənişinin verilməsini xahiş etsə də, cavabdeh tərəfindən ona ünvanlanmış ## ######## 2024-cü il tarixli (ona ## ####### 2024-cü il tarixdə poçt vasitəsilə gəlmişdir) imtina məktubunu belə əsaslandırmışdır ki, ##.##.2017-ci il tarixində hərbi xidmət dövründə baş vermiş hadisə nəticəsində yüngül dərəcəli qiymətləndirilən xəsarət almışdır. Qeyd edilmişdir ki, həmin tarixdə sığorta haqları xidmət keçdiyi sığortalı qurum tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilib. Qeyd olunan səbəbdən ona dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi mümkün hesab edilməmişdir.
3. Cavabdeh orqanın iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2024-cü il tarixdə cavabdeh orqana müraciət edərək ona dövlət icbari şəxsi sığorta ödənişinin verilməsini xahiş etmişdir. Cavabdeh orqanın ##.##.2024-cü il tarixli *-**-*/*-Ə- ******/**** nömrəli məktubu ilə iddiaçıya 11000 (on bir min) manat sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İddiaçı İddiaçı məxsus ##.##.2024-cü il tarixli *** nömrəli arayışın surətinə əsasən o, ##.##.2017-ci il tarixdə düşmən tərəfindən atılmış atəş nəticəsində "Sol əlin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” səbəbindən yüngül dərəcədə xəsarət almışdır. Fondun müvafiq məktubu ilə iddiaçının xidməti vəzifələrinin icrası ilə əlaqədar yüngül dərəcədə xəsarət almasının ##.##.2017-ci il tarixdə baş verməsi və həmin tarixdə sığorta haqlarının xidmət keçdiyi sığortalı qurum tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə görə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin iddiaçıya ünvanladığı ## ###### 2024-cü il tarixli məktubu ilə 11000 (on bir min) manat sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Bildirilmişdir ki, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən əsas sənəd “Xəsarətin dərəcəsinə və səbəbinə dair” ##.##.2024-cü il tarixli arayışdır. Qeyd edilən arayışın verildiyi tarix ##.##.2024cü il tarixinə təsadüf etdiyindən sığorta ödənişinin verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməlidir. Yuxarıda qeyd edilmiş hallardan da aydın olduğu kimi iddiaçının xidməti vəzifələrinin icrası ilə əlaqədar yüngül dərəcədə xəsarət alması ##.##.2017-ci il tarixdə baş verdiyindən, İddiaçı 11000 (on bir min) manat sığorta ödənişinin verilməsi ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin səlahiyyətlərinə aiddir. Bundan narazı qalan iddiaçı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki inzibati Məhkəməsinə müraciət etmişdir. - “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının ## ### 1997-ci il tarixli, ***-IQ nömrəli Qanununun 2.1.6-cı maddəsinə əsasən sığorta hadisəsi dedikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal nəzərdə tutulur. Qanunun 4.1-ci maddəsinə əsasən sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Qanunun 5-ci maddəsində nəzərdə tutulan hallardan biri də maddənin d) bəndində göstərilən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməməsidir: Bu zaman: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Həmin Qanuna əsasən sığorta ödənişi dedikdə isə sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti nəzərdə tutulur. - Qanunun 2.1.9-cu maddəsindən də aydın olduğu kimi sığorta ödənişinin verilməsi üçün Qanunda nəzərdə tutulan sığorta hadisəsi baş verərsə, sığorta ödənişinin verilməsi həyata keçirilir. Müvafiq hadisə ilə bağlı xəsarətin dərəcəsinə və səbəbinə dair verilmiş arayışın tarixi ##.##.2024-cü il olsa da, arayışın məzmunundan da göründüyü kimi hadisə ##.##.2017-ci il tarixdə baş vermişdir. İddiaçıya münasibətdə nəzərdə tutulan sığorta hadisəsi isə 5-ci maddənin d bəndində nəzərdə tutulmuşdur. Beləliklə, İddiaçı on bir min manat sığorta ödənişi bütövlükdə yox, yalnız aldığı yüngül xəsarətə görə müvafiq məbləğin 5 faizi ödənilə bilər. Həmin məbləğin ödənilməsi isə hadisə ##.##.2017-ci il tarixdə baş verdiyindən ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin səlahiyyətinə aiddir. Bu səbəbdən də, cavabdeh orqan tərəfindən verilən imtina məktubu faktlarla əsaslandırılmış və qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir.
4. Cavabdeh olmuş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Ləğv prosesində) iddia tələbinə münasibət bildirməmişdir.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) ## #### 2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesində) qarşı “11000 (on bir min) manat sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
6. Daha sonra, həmin qərardaddan verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
7. Daha sonra, həmin qərardaddan verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) ## #### 2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə iddiaçı İddiaçı 550 (beş yüz əlli) manat sığorta ödənişinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xidməti vəzifələrinin icrası ilə əlaqədar aldığı xəsarətə uyğun sığorta ödənişinin verilməsinə nail olmaqdır. - İddiaçı tərəfindən təqdim edilmiş “Xəsarətin dərəcəsinə və səbəbinə dair” Mərkəzi Hərbi Poliklinikanın ##.##.2024-cü il tarixli arayışına əsasən, iddiaçı ##.##.2017-ci il tarixdə düşmən tərəfindən açılmış atəş nəticəsində sol əlin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları səbəbilə yüngül dərəcəli xəsarət almışdır. - Həmin arayış sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən sənəd hesab olunduğundan və sənədin tarixi 2020-ci il ## ######dan sonraya – konkret olaraq ##.##.2024cü ilə təsadüf etdiyindən, sığorta ödənişinin dövlət icbari şəxsi sığortası üzrə Fondun vəsaiti hesabına verilməsi hazırkı cavabdeh tərəfindən təmin edilməlidir. - Sığorta ödənişinin məbləğinə gəldikdə isə, qanunvericiliyin tələbinə əsasən yüngül dərəcəli xəsarət hallarında 11.000 manatlıq sığorta məbləğinin 5 faizi, yəni 550 manat ödəniş təyin olunmalıdır. Beləliklə, iddiaçının 550 manat məbləğində sığorta ödənişinə dair tələbi əsaslı olduğundan iddia həmin hissədə təmin edilməlidir.
10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının qismən təmin olunmuş hissədə ləğv edilməsini, iddia tələbinin tam təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. - Belə ki, iddiaçının xidməti vəzifələrinin icrası ilə əlaqədar yüngül dərəcədə xəsarət alması ##.##.2017-ci il tarixində baş verdiyi və həmin tarixdə sığorta haqları xidmət keçdiyi sığortalı qurum tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənildiyi üçün müvafiq sığorta ödənişinin ödənilməsi vəzifəsi sözügedən Kommersiya Şirkətinə məxsusdur. - “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsindən də aydın olduğu kimi sığorta ödənişinin verilməsi üçün Qanunda nəzərdə tutulan sığorta hadisəsi baş verərsə, sığorta ödənişinin verilməsi həyata keçirilir. Müvafiq hadisə ilə bağlı xəsarətin dərəcəsinə və səbəbinə dair verilmiş arayışın tarixi ##.##.2024-cü il olsa da, arayışın məzmunundan da göründüyü kimi hadisə ##.##.2017-ci il tarixdə baş vermişdir. İddiaçıya münasibətdə nəzərdə tutulan sığorta hadisəsi isə 5-ci maddənin d bəndində nəzərdə tutulmuşdur. Sığorta ödənişinin ödənilməsi isə hadisə ##.##.2017-ci il tarixdə baş verdiyindən ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin səlahiyyətinə aiddir. Bu səbəbdən də, cavabdeh orqan tərəfindən verilən imtina məktubu faktlarla əsaslandırılmış və qanuvericiliyin tələblərinə uyğun tərtib edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
13. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə İlqar qızı izahat verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun, Fondun İcbari Sığorta Məsələləri üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi ilə bağlı vəsatətin təmin edilməsini, həmçinin şikayətin təmin edilərək Şəki İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının qismən təmin olunmuş hissədə ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi.
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2026-cı il tarixli iclas protokolunun qərardadı ilə *-*(***)-***/**** nömrəli iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İcbari Sığorta Məsələləri üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı iştirak etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
18. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4-1. Sığortaolunanın hüquq və vəzifələri 4-1.1. Sığortaolunanın aşağıdakı hüquqları vardır: 4-1.1.1. dövlət icbari şəxsi sığorta etdirməyi sığortalıdan tələb etmək; 4-1.1.2. sığortaçıdan və sığortalıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək; 4-1.1.3. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə verilməsini sığortaçıdan tələb etmək; 4-1.1.4. yazılı müraciət əsasında hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə sığortaçıdan və ya sığortalıdan məlumat almaq. 4-1.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır: 4-1.2.1. sığortaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri və məlumatları sığortaçıya bu Qanunla müəyyən olunmuş qaydada tam və düzgün təqdim etmək; 4-1.2.2. fərdi məlumatları dəyişildikdə həmin dəyişikliklərə dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda bu barədə 5 iş günü müddətində sığortalıya yazılı məlumat vermək. 4-1.3. Bu Qanunun 4-1.1.2-ci, 4-1.1.3-cü və 4-1.2.1-ci maddələri sığortaolunanın sığorta ödənişi almaq hüququ olan vərəsələrinə də şamil edilir Maddə 5. Sığorta hadisələri və ödənişləri Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə-40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir.
19. Azərbaycan Respublikasi Prezidentinin ## ### 2021-ci il **** №-li Fərmanı: 2.8. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il ######ın ##-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il ######ın #-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il ######ın #-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
Apellyasiya şikayətinin mümkünlüyü
21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olsa da, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya 550 (beş yüz əlli) manat sığorta ödənişinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İcbari Sığorta Məsələləri üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
23. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Dövlət Sosial Müdafiə Fondunun İcbari Sığorta Məsələləri üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 2-ci maddəsində Filialın fəaliyyət istiqamətləri müəyyən edilmişdir. Həmin maddənin 2.1.1-ci bəndinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə Fondun səlahiyyətləri daxilində icbari sığortalar üzrə sığorta ödənişlərinin verilməsinin təmin edilməsi məhz İcbari Sığorta Məsələləri üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aid edilmişdir.
24. Beləliklə, qeyd olunan normadan açıq şəkildə görünür ki, icbari sığortalar üzrə sığorta ödənişlərinin həyata keçirilməsi və təmin olunması funksiyası cavabdeh qurum kimi Fondun İcbari Sığorta Məsələləri üzrə Mərkəzi Filialı tərəfindən icra edilməlidir.
25. Bununla belə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı İddiaçı 550 (beş yüz əlli) manat sığorta ödənişinin verilməsi hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
26. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
29. Belə ki, cavabdeh orqan apellyasiya şikayətinin dəlili olaraq göstərmişdir ki, iddiaçıya münasibətdə sığorta hadisəsi ##.##.2017-ci il tarixdə baş vermiş, ##.##.2024-cü il tarixli “Xəsarətin dərəcəsinə və səbəbinə dair” arayış isə yalnız həmin hadisəni təsdiq edən sənəd olmuşdur. Bu səbəbdən də, sığorta hadisəsinin baş verdiyi tarix nəzərə alınmaqla sığorta ödənişinin həyata keçirilməsi vəzifəsi ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə aid olduğundan, iddiaçıya ünvanlanmış imtina məktubu qanuni və əsaslı hesab edilməlidir.
30. Məhkəmə kollegiyası ilk növbədə bildirir ki, normativ hüquqi aktlarla Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarət funksiyasının həvalə olunması həmin qurumun inzibati orqan kimi tanınması və fəaliyyətinin inzibati icraat xarakteri daşıması nəticəsinə gəlmək üçün kifayət etmir. Sözügedən qurumun fəaliyyəti publik idarəetmə səlahiyyətlərinə deyil, mülki dövriyyədə iştirak edən subyekt kimi qanun və müqavilələrdən irəli gələn öhdəliklərə əsaslanır. Bu səbəbdən də həmin qurum inzibati mübahisə yaradan publik səlahiyyət daşıyıcısı hesab edilə bilməz və onun fəaliyyəti inzibati hüquqi münasibətlər deyil, mülki hüquqi münasibətlər çərçivəsində qiymətləndirilməlidir.
31. Kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikasi Prezidentinin ## ### 2021ci il **** №-li Fərmanının 2.8-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2020-ci il ######ın ##-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il ######ın #-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il ######ın #-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.
32. İddiaçı tərəfindən təqdim edilmiş “Xəsarətin dərəcəsinə və səbəbinə dair” Mərkəzi Hərbi Poliklinikanın ##.##.2024-cü il tarixli arayışına əsasən, iddiaçı ##.##.2017-ci il tarixdə düşmən tərəfindən açılmış atəş nəticəsində sol əlin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları səbəbilə yüngül dərəcəli xəsarət almışdır.
33. Həmin arayış sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən sənəd hesab olunduğundan və sənədin tarixi 2020-ci il ## ######dan sonraya – konkret olaraq ##.##.2024cü ilə təsadüf etdiyindən, sığorta ödənişinin dövlət icbari şəxsi sığortası üzrə Fondun vəsaiti hesabına verilməsi ilə bağlı tələb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı yönəlməlidir.
34. Göründüyü kimi, cavabdehin sığorta ödənişinin ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilməli olması barədə arqumenti əsaslı hesab edilə bilməz.
35. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli * nömrəli Qərarında məhkəmələrə iddianın mümkünlük şərtlərini, o cümlədən cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və mübahisənin inzibati məhkəmə aidiyyətinə daxil olub-olmamasını yoxlamaq vəzifəsi həvalə edilmişdir.
36. Məhz həmin hüquqi mövqeyə uyğun olaraq, Şəki İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “11000 manat sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
37. Daha sonra, həmin qərardaddan verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
38. Bununla yanaşı, cavabdeh tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayəti üzrə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
39. Göründüyü kimi, həm birinci instansiya məhkəməsi, həm apellyasiya instansiyası, həm də kassasiya instansiyası tərəfindən ardıcıl və vahid hüquqi mövqe ifadə olunmuş, cavabdehin sığorta ödənişinin həyata keçirilməsi vəzifəsinin Dövlət Sığorta Kommersiya Şirkətinə aid olması barədə dəlillərinin hüquqi əsasa malik olmadığı müəyyən edilmişdir. Bu səbəbdən cavabdehin hazırkı iş üzrə irəli sürdüyü analoji məzmunlu arqumentlər də əsaslı hesab edilə bilməz.
40. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri, həmçinin imtinası əsassızdır.
42. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını (“ona 550 (beş yüz əlli) manat sığorta ödənişinin verilməsi öhdəliyi”) təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
43. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia qismən təmin edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İcbari Sığorta Məsələləri üzrə Mərkəzi Filialının üzərinə iddiaçı İddiaçı 550 (beş yüz əlli) manat sığorta ödənişinin verilməsi öhdəliyi qoyulmalıdır.
44. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İcbari Sığorta Məsələləri üzrə Mərkəzi Filialının üzərinə iddiaçı İddiaçı 550 (beş yüz əlli) manat sığorta ödənişinin verilməsi öhdəliyi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.