Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-384/2020 09.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, üçüncü şəxs X2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı "Cavabdeh xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarının ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(84)-183/2019 nömrəli qərarına düzəliş edilməsi barədə üçüncü şəxs X2 ərizəsi ilə bağlı Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(84)-183/2019 nömrəli qərardadından iş üzrə üçüncü şəxs X4 tərəfindən verilmiş apelyasiya şikаyətinə аçıq məhkəmə iclаsındа baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı "Cavabdeh xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarının ləğv edilməsi tələbinə dair" iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(84)183/2019 nömrəli qərarına əsasən, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 JN seriyalı 1061 nömrəli, 1062 nömrəli və 1063 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktları ilə mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşən və X=735247.8348 Y=4503229.1232, X=735240.9851, Y=4503188.3412, X=735223.5340, Y=4503194.0029, X=735230.4212, Y=4503235.0036, X=735230.4212, Y=4503235.0036, X=735223.5340, Y=4503194.0029, X=735219.8679, Y=4503195.1924, X=735226.7616, Y=4503236.2394 və X=735226.7616, Y=4503236.2394, X=735219.8679, Y=4503195.1924, X=735216.3972, Y=4503196.3184, X=735223.2979, Y=4503237.4091 koordinatlarda yerləşən 0,0752 ha, 0,0158 ha, 0,27 ha torpaq sahələrinə münasibətdə ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Sözügedən qərarın surəti inzibati məhkəmə icraatının iştirakçılarına poçt vasitəsi ilə göndərilmiş, üçüncü şəxs X3 isə xx xxxx 2019-cu il tarixində imza etdirilməklə təqdim olunmuşdur (iş vərəqi 81). Həmin məhkəmənin qərarından qanunla müəyyən edilmiş müddət ərzində apelyasiya şikayəti verilməmiş və xx xxxx 2019-cu il tarixində qərardan çıxarış icra edilməsi üçün Cavabdehnə göndərilmişdir. Bundan sonra üçüncü şəxs X4 xx xxxx 2020-ci il tarixində Şəki İnzibati Məhkəməsinə ərizə göndərərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(84)- 183/2019 nömrəli qərarının nəticəvi hissəsində buraxılmış yanlışlığa, yəni "0,27 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsi" hissəsində düzəliş edilərək, "0,0150 ha torpaq sahəsinə münasibətdə ləğv edilsin" kimi yazılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(84)-183/2019 nömrəli qərardadı ilə (hakim V.K.Qasımov) ərizə təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(84)-183/2019 nömrəli qərardadından üçüncü şəxs X4 аpelyаsiyа şikаyəti verərək həmin qərаrdadın ləğv edilməsini və ərizəsinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xаhiş etmişdir. Üçüncü şəxs X4 ərizəsini belə əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, xx.xx.2013-cü ildə tərtib edilmiş **********45 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” və RX seriyalı ******* nömrəli çıxarış əsasında Cavabdeh mülkiyyətinə verilmiş 1,0 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin koordinaatları JN seriyalı 1061 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 1,03 ha torpaq sahəsinin 0,0752 ha hissəsi, JN seriyalı 1062 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə X1 mülkiyyətinə verilmiş 0,27 ha torpaq sahəsinin 0,0158 ha hissəsi və JN seriyalı 1063 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə İddiaçı2 mülkiyyətinə verilmiş 0,27 ha torpaq sahəsinin 0,0150 ha hissəsi ilə üst-üstə düşür. Şəki İnzibati-İqtisadi Məhkəməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsaslanaraq yekun nəticəyə gəlsə də, qərarın nəticəvi hissəsində yanlışlığa yol verərək, Cavabdeh xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 JN seriyalı 1061 nömrəli, 1062 nömrəli və 1063 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktları ilə mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşən 0,0752 ha, 0,0158 ha, 0,27 ha torpaq sahələrinə münasibətdə ləğv etmişdir. Hazırkı apelyasiya baxışı üzrə məhkəmə iclаsındа üçüncü şəxs X4 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(84)-183/2019 nömrəli qərardadının ləğv edilməsini və ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin üzrlü səbəbdən olması haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qərar qəbul edilməsini mümkün hesab etdi. Məhkəmə kollegiyası üçüncü şəxs X2 izahat və çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, üçüncü şəxs X4 tərəfindən verilmiş apelyasiya şikаyəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(84)-183/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə öz qərarının mətnində olan aşkar yazı və hesab səhvlərini və ya digər aşkar yanlışlıqları düzəltməyə borcludur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, məhkəmə qərarının mətninə düzəliş barədə məhkəmə qərardad qəbul edir. Qərardad şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İPM-in 77.1 və 77.2-ci maddələrinə görə isə, bu Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə qərarının təsviri hissəsində başqa yanlışlıqlar və aydın olmayan məqamlar olduqda, məhkəmə qərarının təqdim olunduğu gündən 2 həftə ərzində proses iştirakçıları tərəfindən zəruri düzəlişlərin edilməsi barədə ərizə verilə bilər. Məhkəmə sübutları araşdırmadan düzəlişlər barədə ərizəyə dair qərardad qəbul edir. Həmin qərardaddan şikayət verilə bilməz. İstinad edilən normalardan aydın olur ki, məhkəmə qərarının mətnində olan yalnız aşkar yanlışlıqların düzəldilməsinə yol verilir. Məhkəmə qərarının oxunması zamanı birbaşa nəzərə çarpmalıdır ki, qərarda nə isə açıq-aşkar səhv yazılmışdır və bu səhv texniki xarakter daşıyır. Məzmun və məna səhvləri İPM-in 76.1-ci maddəsinin təsiri altına düşmür. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarında Cavabdeh qərarı JN seriyalı 1061 nömrəli, JN seriyalı 1062 nömrəli və JN seriyalı 1063 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktlarında nəzərdə tutulmuş torpaq sahələri ilə üst-üstə düşən hissələrdə ləğv edilmişdir. Üçüncü şəxs X4 hazırkı ərizəsində məhkəmə qərarında bu sənədlərdən yalnız biri, yəni JN seriyalı 1063 nömrəli dövlət aktı ilə bağlı hissədə səhvə yol verildiyini bildirmişdir. Onun ərizəsinə görə, Cavabdeh qərarı həmin dövlət aktı ilə 0,27 ha hissədə deyil, 0,0150 ha hissədə üst-üstə düşür. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh qərarında göstərilən torpaq sahəsi ilə JN seriyalı 1063 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinin üst-üstə düşən hissəsi işdə olan bir neçə sənəddə müxtəlif ölçülərdə qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində (iş vərəq 56) həmin ölçü 0,0150 ha göstərildiyi halda, həmin Xidmət tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli sxemdə (iş vərəq 70) bundan 10 dəfə az, yəni 0,00150 ha göstərilmişdir. Rəy və sxem arasında belə bir ciddi uyğunsuzluğun olmasına baxmayaraq, məhkəmənin qərarında bu ziddiyyətə qiymət verilməmiş və bu rəqəmlərdən hansının düzgün olması müəyyən edilməmişdir. Məhkəmə qərarının təsviri hissəsində yalnız mütəxəssis rəyinin məzmunu göstərilmiş, əsaslandırma hissəsində həmin rəyə heç bir münasibət bildirilməmiş, məhkəmənin rəylə razılaşıbrazılaşmaması göstərilməmiş, torpaq sahələrinin üst-üstə düşən hissələri dəqiqləşdirilməmiş, sxemə isə məhkəmə qərarında ümumiyyətlə toxunulmamışdır. Göründüyü kimi, işə baxılarkən Bələdiyyə qərarında göstərilən torpaq sahəsi ilə JN seriyalı 1063 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinin üst-üstə düşən hissəsi müəyyən edilməmişdir. Qərarın nəticəvi hissəsində üst-üstə düşən torpaq sahəsinin 0,27 ha kimi göstərilməsinin səhv olmasını iddia etmək üçün həmin sahənin düzgün ölçüsü müəyyən edilmiş olmalı və iş materiallarında, eləcə də məhkəmə qərarının təsviri və əsaslandırma hissələrində öz əksini tapmalıdır. Lakin qeyd olunduğu kimi, qərarın təsviri və əsaslandırma hissələrində torpaq sahələrinin üst-üstə düşən hissələri müəyyən edilməmiş qalmışdır. Belə olan halda, qərarın nəticəvi hissəsində üst-üstə düşən torpağın 0,27 ha yazılması açıq texniki səhv kimi qiymətləndirilə bilməz. Həmin rəqəmin, üçüncü şəxsin tələb etdiyi kimi, 0,0150 ha rəqəmi ilə əvəz edilməsi üçün nəinki kifayət qədər əsas yoxdur, hətta bununla bağlı işdə ziddiyyətli sübutlar vardır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası məhkəmə qərarının mətnində düzəliş aparılmasının mümkünsüzlüyü barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(84)-183/2019 nömrəli qərarı xx xxxx 2019-cu il tarixdən qanuni qüvvəsini almışdır. Göründüyü kimi, qərar qanuni qüvvəyə minib icraya yönəldiləndən 1 ildən artıq müddət keçəndən sonra üçüncü şəxs R.Səfərova həmin qərardakı yanlışlığın düzəldilməsi barədə müraciət etmişdir. Halbuki, İPM-in yuxarıda istinad edilmiş 77.1-ci maddəsinə görə üçüncü şəxs R.Səfərovanın məhkəmə qərarını aldığı gündən 2 həftə ərzində həmin qərarda zəruri düzəlişlərin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilərdi. Həmin normanın mənasına görə, məhkəmənin qərarı qanuni qüvvəsini alanadək onda buraxılmış səhv və yanlışlıqlar düzəldilə bilər. Qərar qanuni qüvvəsini alandan sonra isə onda düzəliş edilməsinə yol verilmir. Оnа görə də məhkəmə kоllegiyаsı bu qənаətə gəlir ki, üçüncü şəxs X4 tərəfindən verilmiş apelyasiya şikаyəti əsassız olduğundan təmin edilməməli, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(84)-183/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə sаxlаnmаlıdır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87, 89, 90 və 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı qərаrа аldı: Üçüncü şəxs X4 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(84)-183/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə sаxlаnsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2-1(107)-384/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-384/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver