Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-384/2023 20.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X4 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, ********** nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışına əsasən mülkiyyətinə verilmiş ünvan 1 ünvanı M.Ə.Rəsulzadə 169 mənzil 4) ünvanında yerləşən mənzilin 83,4 kv.m əlavə olunmuş sahəsi və 17 kv.m sahəsi üzərində paylı mülkiyyət hüququnun ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışda qeyd edilmiş daşınmaz əmlakla birlikdə qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2-1(116)-426/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2022-ci il tarixli, ********** nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində çıxarışına əsasən mülkiyyətinə verilmiş ünvan 1 ünvanı M.Ə.Rəsulzadə 169 mənzil 4) ünvanında yerləşən mənzilin 83,4 kv.m əlavə olunmuş sahəsi və 17 kv.m qeyri-yaşayış sahəsinin reyestrdə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-426/2023 nömrəli qərardadı ilə X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
3. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbini dəqiqləşdirərək “xx.xx.2022-ci il tarixli, ********** nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində çıxarışına əsasən mülkiyyətinə verilmiş ünvan 1 ünvanı M.Ə.Rəsulzadə 169 mənzil 4) ünvanında yerləşən mənzilin 83,4 kv.m əlavə olunmuş sahəsi və 17 kv.m sahəsi üzərində paylı mülkiyyət hüququnun ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışda qeyd edilmiş daşınmaz əmlakla birlikdə qeydiyyata alınaraq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-426/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
5. İddia ərizəsinin əsaslarına görə, ünvan 2 ünvanda yerləşən, 1924-cü ildə tikilmiş iki mərtəbəli yaşayış evinin ikinci mərtəbəsində yerləşən 4 saylı mənzil iddiaçının mərhum atası X3 istifadəsinə verilmiş, sonradan isə mənzillərin özəlləşməsi əsası ilə mülkiyyətinə keçmişdir. Həmin mənzilə dekabr 2001-ci ildə fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu işlənilmiş və texniki pasportda bütövlükdə yaşayış evinin sahəsi göstərildiyi halda, mənzilin 124.3 kv metr sahəsi mərhum atasının mülkiyyətinə verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla (qeydiyyat vəsiqəsi ilə) rəsmiləşdirilmişdir.
6. Mənzilin qalan 83.4 kv.m səhəsi isə əlavə tikililər kimi göstərilməklə sonradan həmin hissə mərhum atasının mülkiyyətinə verilməmişdir. Atası 2006-cı ildə yaşayış evini iddiaçıya və qardaşı Azad Əbdürrəhimova bağışlamış və bundan sonra evin 1/2 hissəsi iddiaçının, 1/2 hissəsi isə qardaşının olmaqla paylar müəyyənləşdirilmişdir.
7. Eyni zamanda ikinci mərtəbədə yerləşən otağın altında 17 kv.m sahəsi olan qeyriyaşayış sahəsi, 60 ildən artıqdır ki, ailəsi tərəfindən köməkçi sahə (saxlanc yeri (padval), hamam, 30 ilə yaxın müddətdə şəxsi qaraj) kimi istifadə edilmişdir.
8. Hazırda isə qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Hansi ki, 2001-ci ildə işlənilmiş texniki pasportda həmin qeyri-yaşayış sahəsi öz əksini tapmışdır.
9. İddiaçı atasından miras qalan yaşayış evi və 17 kv.m qeyri-yaşayış sahəsinin mülkiyyətinə verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.
10. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə DƏDKR-in 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, Şəki şəhəri M.Ş.Həmidov küçəsi 20 saylı binanın 2-ci mərtəbəsində yerləşən və paylı mülkiyyətində olan 4 nömrəli mənzilin texniki pasportunda 83.2 kv.m. hissənin zəbt kimi göstərildiyini, eyni zamanda binanın 1-ci mərtəbəsində yerləşən 21.5 kv.m sahəsi olan otağın əvvəlki texniki pasportda göstərildiyi halda xx.xx.2022-ci il tarixli dövlət reyestrindən çıxarışda, texniki pasportda əksini tapmadığını bildirmiş və həmin hissələr üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış verilməsini xahiş etmişdir.
11. Lakin ərizəçinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına uyğun olmadığına görə, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il 439 nömrəli Fərmanının 5-ci bəndinin tələbləri rəhbər tutularaq vətəndaşa xx.xx.2022-ci il tarixli **********4 №li imtina məktubu verilmişdir.
12. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il 439 nömrəli Fərmanının 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etməlidir.
13. Şəki şəhər X12 İcraiyyə Komitəsinin 25 aprel 1991-ci il tarixli 01 nömrəli iclas protokolundan 18 №-li çıxarışdan görünür ki, Şəki şəhəri, 31-ci rayon, Lenin küçəsi, 169 №-li ictimai yaşayış binasının İ blok, İİ mərtəbə, 44.3 kv.m yaşayış sahəsi olan 4 №-li, 3 (üç) otaqlı mənzildə yaşayan X3 ərizəsi nəzərə alınaraq, həmin mənzil 12208,56 (on iki min iki yüz səkkiz manat əlli altı qəpik) dəyər qiymətinə onun şəxsi mülkiyyətinə satılmışdır.
14. 16 avqust 1991-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Şəki şəhər X12 İcraiyyə Komitəsinin 25 aprel 1991-ci il tarixli 01 nömrəli qərarına əsasən Şəki şəhəri, 31-ci rayon, Lenin küçəsi, 169 №-li ictimai yaşayış binasının İ blok, İİ mərtəbəsində yerləşən 44.3 kv.m yaşayış sahəsi olan 3 (üç) otaqdan ibarət 4 №-li mənzil 12208,56 manata X1.
15. Şəki Rayonlararası Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş 16 avqust 1991-ci il tarixli 6541/941 №-li qeydiyyat vəsiqəsindən görünür ki, 3 (üç) otaqdan ibarət sahəsi 44,3 kv.m olan Şəki şəhəri Lenin küçəsi bina 169 mənzil 4 X3 adına qeydiyyata alınmışdır.
16. İddia ərizəsində istinad edilən Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 10872 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda yaşayış sahəsi 120,5 kv.m, köməkçi sahə 76,05 kv.m, ümumi sahə 196,55 kv.m qeydləri və texniki pasportun mənzilin planı çəkilən vərəqində 1-ci mərtəbədə 17 kv.m sahənin sxemi hüquqmüəyyənedici sənəd üzrə yox, faktiki istifadə vəziyyətinə görə aparılmışdır. Hüquqmüəyyənedici sənədlər üzrə isə mənzilin ümumi sahəsinin 73,3 kv.m, o cümlədən 39,1 kv.m olan 3 yaşayış otağı icazəsiz artırılıb.
17. Bu səbəbdən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən vətəndaş İddiaçı ½ hissə paylı mülkiyyətində olan Şəki şəhəri M.Ş.Həmidov küçəsi 20 saylı binanın 2-ci mərtəbəsində yerləşən 4 nömrəli mənzilə 73,3 kv.m icazəsiz artırılmış sahə əlavə tikili olduğundan həmin sahəsinin dövlət qeydiyyatı barədə müraciət olunan hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qeydiyyatına alınmalı deyildir.
18. Bundan başqa Şəki şəhəri .Ş.Həmidov küçəsi 20 saylı binanın 1-ci mərtəbəsində yerləşən 17 kv.m qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində əksini tapmış hər hansı hüquqmüəyyənedici sənəd yoxdur.
19. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
20. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
21. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 26 aprel 2023-cü il tarixli 2- 1(116)-426/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
22. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
23. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2-1(116)-426/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2-1(116)-426/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxs X11 məhkəmə iclasında iştirak etməmişdir.
26. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
27. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2022-ci il və xx.xx.2014-cü il tarixli **********52-05101-093001 reyestr nömrəli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 124,3 kv.m mənzil üzərində İddiaçı və X7 hər birinin ½ hissə olmaqla paylı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. - dekabr 2001-ci il tarixli 10872 inventar nömrəli texniki pasportdan görünür ki, Şəki şəhəri, 31-ci rayon, M.Ə.Rəsulzadə prospekti, 169 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 196,55 kv.m, yaşayış sahəsi 120,5 kv.m, köməkçi sahə 76,05 kv.m, mənzillərin sayı 1, yaşayış otaqlarının sayı isə 7-dir. Fərdi yaşayış evi üzrə hüquq subyekti X8 qeyd edilmişdir. - xx.xx.2014-cü il tarixli 10872 inventar nömrəli (**********52-05101-093001 reyestr nömrəli) texniki pasportdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi mərtəbə 2, ümumi sahəsi 174,9 kv.m, yaşayış sahəsi 102,5 kv.m, otaqlarının sayı 6 (yaşayış otağı11,6 kv.m, köməkçi otaq- 5,9 kv.m, yaşayış otağı 13,5 kv.m, yaşayış otağı 17,7 kv.m), inventar dəyəri 4000 manat, tikildiyi il isə 1969-cu ildir. - xx.xx.2014-cü il tarixli **********52-05101-093001 reyestr nömrəli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil iddiaçının ümumibirgə mülkiyyətindədir, ümumi sahəsi 124,3 kv.m, yaşayış sahəsi 46,2 kv.m, yardımçı 78,1 kv.m, otaqların sayı 2-dir. - xx.xx.2022-ci il tarixli 10872 inventar nömrəli (**********52-05101-093001 reyestr nömrəli) texniki pasportdan görünür ki, Şəki şəhəri X17 küçəsi 20, mərtəbə-2, mənzil-1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi mərtəbə 2, ümumi sahəsi 124,3 kv.m, yaşayış sahəsi 46,2 kv.m, otaqlarının sayı 2, tikildiyi il isə 1969-cu ildir. Mənzilin ümumi sahəsinin 73,3 kv.m-i, o cümlədən 39,1 kv.m 3 yaşayış otağı icazəsiz artırılmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, sözü gedən M.Ş.Həmidov 20 (əvvəlki ünvanı M.Ə.Rəsulzadə 169) ünvanında yerləşən bina 2 mərtəbəli yaşayış binasıdır. Birinci mərtəbənin bir hissəsi xx.xx.2007-ci il tarixində **********52-05101-093002 reyestr nömrəli mənzil kimi qeydiyyatdan keçmişdir. Yuxarıda qeyd olunmuş ümumi sahəsi 17 kv.m kimi göstərilmiş otaq 1-ci mərtəbədə, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 83,4 kv.m kimi göstərilən hissənin bir hissəsinin altında yerləşir. İddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi ünvan 8 ünvanında yerləşən mənzilə əlavə olunmuş 83,4 kv.m və 17 kv.m sahənin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi dövlətdir, təyinatı yaşayış məntəqəsinin torpağıdır. Həmin ünvan 8 ünvanında yerləşən mənzilə əlavə olunmuş 83,4 kv.m kimi göstərilmiş sahə xx.xx.2022-ci il tarixli 10872 inventar nömrəli texniki pasportda öz əksini tapmışdır. 17 kv.m kimi göstərilmiş sahə isə 1-ci mərtəbədə yerləşdiyinə görə göstərilməmişdir. xx.xx.2001-ci il tarixli texniki pasportda 17 kv.m sahə göstərilmişdir. Həmin texniki pasportda ümumi sahəsi 50,6 kv.m olan 15, 16, 18 nömrəli otaqlar 83,4 kv.m əlavə olunmuş sahənin bir hissəsidir. Belə ki, 18 nömrəli otaqda dəyişiklik edilərək, xx.xx.2022-ci ildə tərtib olunmuş texniki pasportda göstərilmiş 14 kv.m yaşayış otağına və onun qarşısında yerləşən 5 kv.m, 1,5 kv.m və 3,4 kv.m köməkçi otaqlar əmələ gəlmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixli 10872 inventar nömrəli texniki pasportda 83,4 kv.m kimi göstərilmiş sahənin 16,3 kv.m sahəsi olan eyvan hissəsinin 5,1 kv.m-i xx.xx.2001-ci il tarixli texniki pasportda 14 nömrəli sahə kimi göstərilmişdir. Qalan hissə və 4,4 kv.m eyvan (xx.xx.2022-ci il tarixli texniki pasportda göstərilmiş eyvan) öz əksini tapmamışdır. - Şəki Şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2023-cü il tarixli 5- 7/22/510/2023 nömrəli məktubundan görünür ki, ünvan 10 ünvanı M.Ə Rəsulzadə 169, mənzil 4) ünvanında yerləşən mənzilin 83,4 kv.m əlavə olunmuş sahəsi və 17 kv.m sahənin artırılması ilə bağlı Şəki Şəhər icra Hakimiyyəti tərəfindən icazə sənədləri verilməmişdir. - Şəki şəhər X12 icraiyyə komitəsinin 25 aprel 1991-ci il tarixli 01 nömrəli iclas protokolundan 18 №-li çıxarışından görünür ki, Şəki şəhəri, 31-ci rayon, Lenin küçəsi, 169 №-li ictimai yaşayış binasının İ blok, İİ mərtəbə, 44,3 kv.m yaşayış sahəsi olan 4 №-li, 3 (üç) otaqlı mənzilin X2 qərara alınmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
28. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
29. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il 439 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüququn qeydə alınması üçün əsasdır. Normanın məzmunundan göründüyü kimi həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda texniki pasport 2001ci il yanvarın 1-dək tərtib olunduğu halda üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənəd qismində çıxış edir. 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etməlidir. Yəni, cavabdeh orqan texniki inventarlaşdırma işləri apardığı zaman əlavə tikililər nəzərə alınmadan mənzilin (otağın) sahəsinin faktiki göstəricilərini əsas götürülməklə hüquqların dövlət qeydiyyatını həyata keçirmişdir.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
33. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
34. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
35. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
36. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
38. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.
39. İddia tələbindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı - ünvan 1 ünvanı M.Ə.Rəsulzadə 169 mənzil 4) ünvanında yerləşən mənzilin 83,4 kv.m əlavə olunmuş sahəsi və 17 kv.m sahəsi üzərində paylı mülkiyyət hüququnun ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışda qeyd edilmiş daşınmaz əmlakla birlikdə dövlət qeydiyyatına alınmasına nail olmaqdır.
40. İşdə olan Şəki şəhər X12 İcraiyyə Komitəsinin 25 aprel 1991-ci il tarixli 01 nömrəli qərarı ilə müəyyən edilir ki, Şəki şəhəri, 31-ci rayon, Lenin küçəsi, 169 №-li ictimai yaşayış binasının İ blok, İİ mərtəbəsində yerləşən mənzili X1. Həmin qərarda mənzilin yaşayış sahəsi 44,3 kv.m, otaqların sayı 3 qeyd edilmişdir.
41. Həmin yaşayış sahəsinə aid 10872 inventar nömrəli texniki pasportunda mənzilin yaşayış sahəsi 120,5 kv.m, köməkçi sahə 76,05 kv.m, ümumi sahə 196,55 kv.m qeydləri icra edilsə də, müvafiq göstəricilər hüquqmüəyyənedici sənəd üzrə yox, faktiki istifadə vəziyyətinə görə qeyd edildiyindən iddiaçı həmin qeydlərin mövcudluğuna istinad edərək əlavə artırılmış tikililər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb edə bilməz. Belə ki, texniki pasportda həmin əmlakın yerləşməsi, ölçüləri və digər texniki xüsusiyyətləri qeyd edilir. İstinad edilmiş sənədin əsas mahiyyəti – daşınmaz əmlakın ölçüsünün, yerləşməsinin və texniki parametrlərinin müəyyən edilməsi ilə bağlıdır və özü-özlüyündə daşınmaz əmlak üzərində mülkiyyət hüququn yaranması üçün əsas deyildir.
42. İşdə olan mütəxəssis rəyi ilə mübahisəli daşınmaz əmlakın M.Ş.Həmidov 20 (əvvəlki ünvanı M.Ə.Rəsulzadə 169) ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasına sonradan əlavə olunması sübuta yetirilir. İddiaçı özü də izahatında bu halı təsdiq etmişdir.
43. Bununla belə Şəki şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2023-cü il tarixli 5-7/2-2/510/2023 nömrəli məktubu ilə müəyyən edilir ki, sözügedən mənzilin 83,4 kv.m əlavə olunmuş sahəsi və 17 kv.m sahənin artırılması ilə bağlı Şəki Şəhər icra Hakimiyyəti tərəfindən icazə verilməmiş və həmin tikililərin artırılması qanunsuz olmuşdur.
44. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur.
45. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
46. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli, ********** nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarışına əsasən mülkiyyətinə verilmiş ünvan 1 ünvanı M.Ə.Rəsulzadə 169 mənzil 4) ünvanında yerləşən mənzilin 83,4 kv.m əlavə olunmuş sahəsi və 17 kv.m sahəsi üzərində paylı mülkiyyət hüququnun ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışda qeyd edilmiş daşınmaz əmlakla birlikdə qeydiyyata alınaraq çıxarışın verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2-1(116)-426/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.