Məhkəmə qərarları › İş №2-1(107)-385/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-385/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-385/2020 22.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı; Cavabdeh - Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X10 publik hüquqi şəxsin Balakən rayon filialının nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Balakən rayon şöbəsinə qarşı “1971-1975, 1978-1981-ci illərdə X11 adına kolxozda işlədiyi 6 il 8 ay müddətin, xx xxxxxx 1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Balakən rayonu X3 işlədiyi, cavabdeh tərəfindən mübahisələndirilən 7 il 9 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə Balakən rayon Şərif kəndində anadan olmuşdur. Hazırda həmin kənddə yaşayır. O, 1971-ci ildən 1975-ci ilədək və 1978-ci ildən 1982-ci ilədək Şərif kəndində yerləşən M.Ə.Sabir adına kolxozda, xx.xx.1981-ci ildən xx.xx.2001ci ilədək Balakən rayon Meliorasiya müəssisəsində işləmişdir. xx.xx.2019-cu ildə 64 yaşı tamam olduğundan sənədlərini yaşa görə əmək pensiyası təyin olunması üçün Fondun Balakən rayon şöbəsinə təqdim etmişdir. Lakin onun kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyinə və Melorasiya müəssisəsində işlədiyi xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək olan dövr əmək kitabçasında qeyd edilməsinə baxmayaraq cəmi 26 ay əmək haqqı aldığına görə ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişlər. Bildirmişlər ki, kolxozda işlədiyi illər əmək kitabçası olmadığına görə Meliorasiya müəssisəsində isə 1992-ci ildən 2001 ci ilədək ona cəmi 2 il 2 ay əmək haqqı yazıldığından həmin müddəti tam il olaraq sığorta stajına daxil etməmişlər və iddiaçının 25 il ümumi iş stajı olmadığına görə ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişlər. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdı İddiaçı Meliorasiya müəssisəsində 1992-ci ildən 2001-ci ilədək ardıcıl işləmişdir, lakin onlara əmək haqqı ödənərkən 3-4 ayda bir dəfə ödənilirdi. İddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1971-1975, 1978-1981-ci illərdə X11 adına kolxozda işlədiyi 6 il 8 ay müddətin, xx xxxxxx 1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Balakən rayonu X1 işlədiyi, cavabdeh tərəfindən mübahisələndirilən 7 il 9 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazında bildirmişdir ki, İddiaçı “M.Ə.Sabir” adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Ona görədə həmin illərin sığorta stajına daxil edilməsi qanunauyğun olmamışdır. Belə ki, “Əmək pensiyasları haqqında” Azərbaycan Respublikası qanuna əsasən iş stajları əmək kitabçasına əsasən müəyyən edilir. Eyni zamanda onu da bildirir ki, iddiaçının X1 işlədiyi illər əmək kitabçasında qeyd olunmasına baxmayaraq işdən çıxma əmri tapılmamış, ancaq həmin illərdə əmək haqqı alması barədə məlumatlar qeyd edilmişdir. Belə ki, xx.xx.1992-ci ildən xx.xx.2003-cü il tarixədək İddiaçı cəmi 37 ayda: 1992-ci ildə - 9 ayda, 1993-cü ildə - 3 ay, 1994-cü ildə - 1 ay, 1995-ci ildə - 4 ay, 1996-cı ildə - 4 ay, 1997-ci ildə - 2 ay, 1998-ci ildə - 3 ay, 2001-ci ildə- 2 ay, 2002-ci ildə - 6 ay, 2003-cü ildə - 3 ay əmək haqqı yazılmışdır. xx.xx.1992-ci ildən sonrakı dövrdə işçinin yalnız əmək haqqı aldığı aylar sığorta stajına daxil edilir. Çünki həmin aylarda onun hesabına sığorta haqları ödənilir. Beləliklə İddiaçı təqdim etdiyi sənədlərə əsasən iş stajları aşağıdakı kimi olmuşdur: X1 xx.xx.1981-xx.xx.1992-ci ilədək olan dövr 10 il 11 ay 10 gün mübahisələndirilmir. Həmin idarədə xx.xx.1992-ci ildən xx.xx.2003-cü ilədək əmək haqqı aldığı aylar -3 il 1 ay: mübahisələndirilmir. Hərbi xidmət dövrü - 2 il 23 gün mübahisələndirilmir. Həmin idarədə xx.xx.1992-ci ildən xx.xx.2003-cü ilədək əmək haqqı olmayan illər - 7 il 9 ay mübahisələndirilir. Kolxozdakı iş stajı - 6 il 8 ay mübahisələndirilir. Cəmi mübahisələndirilməyən - 16 il 1 ay 3 gün. Cəmi mübahisələndirilən - 14 il 3 ay olmuşdur. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-1(116)-371/2020 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia təmin edilmiş, cavabdeh Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Balakən rayon şöbəsinin üzərinə İddiaçı 1971-1975, 1978-1981-ci illərdə X11 adına kolxozda işlədiyi 6 il 8 ay müddətin, xx xxxxxx 1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Balakən rayonu X3 işlədiyi, cavabdeh tərəfindən mübahisələndirilən 7 il 9 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2019cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəlinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X10 publik hüquqi şəxsin Balakən rayon filialı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-1(116)-371/2020 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, “Əmək pensiyaları haqda” Azərbaycan Respublikasının Qanununa əsasən iş stajları əmək kitabçasına əsasən müəyyən edilir. S.Daylağovun kolxozdakı iş stajları əmək kitabçasında qeyd edilməmişdir. Eyni zamanda müəssisədəki iş stajları əmək kitabçasında qeyd edilməsinə baxmayaraq bir çox aylarda əmək haqqı alınması barədə məlumatlar qeyd edilməmişdir. Belə ki, xx.xx.1992 ci ildən sonrakı illər aylar üzrə qazanılmış əmək haqqlarına əsasən sığorta stajına daxil edilir. Bu səbəbdən həmin müddətin sığorta stajına daxil edilməsi qanunauyğun deyildir. Ona görə də, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-1(116)-371/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X10 publik hüquqi şəxsin Balakən rayon filialının nümayəndəsi X5 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-1(116)-371/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-1(116)-371/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İcraat materialları Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına təqdim olunmuş və məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin materiallara DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 27/279 nömrəli imtina məktubu, ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubu və ona əlavə edilmiş arayış, DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli ********** nömrəli məktubu, 2240 nömrəli attestatın təsdiqlənmiş surəti, xx.xx.2020-ci il tarixli Aktlar, DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubu, H3 seriyalı ******* nömrəli hərbi biletin surəti daxildir. Həmin sənədlərin məzmununa istinad olunur. Əsaslandırma hissəsi: Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının sosial təminat hüququnu pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı pensiya təyin edilməsi ilə bağlı əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu onun iş illərini sığorta stajına daxil etmədiyini bildirdiyindən hazırkı mübahisə yaranmışdır. Apelyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. İddia həmçinin əsaslıdır. İşdə olan Balakən rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 370 nömrəli arxiv arayışından görünür ki, Balakən rayonu X2 əmrkitablarına əsasən xx.xx.1981-ci il tarixli 174 nömrəli əmr ilə İddiaçı xx xxxxxx 1981-ci il tarixdən etibarən Təs №78 olan K 700 A markalı əsas traktorçu kimi işə qəbul edilmişdir. İşdə olan Balakən rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 370 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1971-1975, 1978-1982-ci illərdə X11 adına kolxozda işləmişdir. İşdə olan Balakən rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 370 nömrəli arxiv arayışından görünür ki,İddiaçı 1981-1996 və 2000-2001-ci illərdə Balakən rayonu X1 əmək haqqı almışdır Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 1971- 1975, 1978-1981-ci illərdə X11 adına kolxozda işlədiyi 6 il 8 ay müddət, xx xxxxxx 1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Balakən rayonu X1 işlədiyi, cavabdeh tərəfindən mübahisələndirilən 7 il 9 ay müddət Balakən rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 370 nömrəli arxiv arayışı və Dövlət X8 Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli aktları ilə öz təsdiqini tapır. İş materiallarında olan DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, İddiaçı 1971-1975 və 1978-1982ci illərdə M.Ə.Sabir adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Ona görə də həmin illərin sığorta stajına daxil edilməsi qanuna uyğun olunmamışdır. Təsərrüfatlatlararası Meliorasiya müəssisəsində işləməsi barədə əmək kitabçasında qeyd edilməsinə baxılmayaraq işdən çıxma əmri tapılmamış, ancaq həmin illərdə əmək haqqı alması barədə məlumatlar qeyd edilmişdir. Göründüyü kimi iddiaçının tələbində qeyd olunan müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə nəzərdə tutulmuş 25 il sığorta stajı tamamlanacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İşin hallarından müəyyən edilir ki, cavabdehin mübahisələndirdiyi dövr (xx.xx.1992ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövr) “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrə təsadüf edir. Müvafiq olaraq həmin dövrün iddiaçıya pensiya hüququ verən sosial sığorta stajına daxil edilməli olub olmadığına da məhz həmin Qanunun tələblərinə əsasən qiymət verilməlidir. Çünki mübahisə həll edilərkən münasibətlərin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları rəhbər tutulmalıdır (İPM-in 1.2-ci maddəsi və MPM-in 217.2-ci maddəsi). Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimləmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, xx xxxxxx 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. xx xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının əmək kitabçasında göstərilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Bu zaman həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmur. “X7” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanununun 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbini təmin edərək, cavabdehin üzərinə iddiaçının 1971-1975, 1978-1981-ci illərdə X11 adına kolxozda işlədiyi 6 il 8 ay müddətin, xx xxxxxx 1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Balakən rayonu X3 işlədiyi, cavabdeh tərəfindən mübahisələndirilən 7 il 9 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulması nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Dövlət X8 Ağsu rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2-1(116)-371/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar