Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-385/2024 09.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2002-ci il üçün sosial sığorta haqları üzrə ödədiyi (10000 manat) sığorta haqqı nəzərə alınmaqla 52 yaşının bitdiyi xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il nəzərə alınmaqla hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-379/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər DSMF-nun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı və DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “2002-ci il üçün sosial sığorta haqları üzrə ödədiyi (10000 manat) sığorta haqqının və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi əmək müqaviləsi əsasında işləyərək sosial sığorta üzrə fəaliyyət göstərdiyi aylar üçün ödədiyi 243 manat sosial sığorta ödənişlərinin məcburi dövlət sosial sığorta stajına əlavə edilməsi öhdəliyinin DSMF-nun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının, məhkəmə qərarları və sosial ödənişləri nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yəni 58 yaşdan - xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsi iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək, DSMF-nun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının cavabdehlər siyahısından çıxarılmasını, “2002-ci il üçün sosial sığorta haqları üzrə ödədiyi (10000 manat) sığorta haqqı nəzərə alınmaqla 52 yaşının bitdiyi xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il nəzərə alınmaqla hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun cavabdeh orqana qarşı “1981-1997ci illərdə Şəki rayonu Qoxmuq kənd 1 May kolxozunda tütünçü olaraq işlədiyi illərin (həmin illərin 10 ildən çoxunu zərərli və ağır işlər olmaqla), 3 uşağa qulluq göstərərək kolxozda işləyən zaman analıq məzuniyyətində olduğu illərin və xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək 1 saylı Peşə məktəbində aşpaz qənnadı ixtisası üzrə tam kursu oxuduğu illərin sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq 55 yaşdan xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-461/2022 saylı qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(107)-211/2022 saylı qərarı ilə Şəki İnzibati Məhkəməsinin sözügedən qərarı qüvvəsində saxlanılmışdır. Şəki inzibati Məhkəməsinin və Şəki Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarları ilə (iddia ərizəsinə əlavə edilir) məhkəmələr tərəfindən onun ümumi iş stajı 19 il 9 ay 20 gün olaraq müəyyən edilmişdir Bununla ona pensiya təyin edilməsi üçün lazım olan ümumi iş stajına 3 aylıq iş stajı lazım idi. O, iş stajına əlavə edilməsi üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi əmək müqaviləsi əsasında fərdi qaydada işləmiş və sosial sığorta üzrə xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində işlədiyi aylar üzrə 243 manat sosial sığorta ödənişini həyata keçirmişdir. Bununla da onun ümumi iş stajı 20 ildən çox olmuşdur. Bundan əlavə o, bu yaxınlarda sənədlərinin arasından məcburi sığorta üçün ödəniş etdiyi 31 yanvar 2003-cü il tarixli Seriya 004584 saylı “Məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzi”ni tapmışdır. Həmin qəbzə nəzər yetirərkən məlum olur ki, o, daha əvvəl 2003-cü ildə Məcburi dövlət sığorta haqqı ilə əlaqədar olaraq 2002-ci il üçün 10 000 manat sığorta pulu ödəmişdir və həmin ödəniş üzrə onun 1 illik iş stajı ümumi iş stajına əlavə edilməlidir. O həmin sənədlər üzrə yeni açılmış hallarla bağlı Şəki İnziabti Məhkəməsinə müraciət etsə də, ərizəsi təmin edilməmiş, ona ödənişlərinin sosial sıöğorta stajına əlavə edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialına müraciət etməyi tövsiyə edilmişdir. Yeni açılmış hallarla bağlı ərizəsinə baxılarkən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinə göndərdiyi ərizəsinə etirazında onun pensiya hüququnun 58 yaşdan, yəni xx.xx.2020-ci ildən yarandığını bildirmişdir. O bunu əsas alaraq güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialından xahiş etsə də, oradan ərizəsi diqqətə alınmadan xx.xx.2023-cü il tarixli imtina məktubu ilə əvvəl iddia tələbi rədd edildiyindən pensiya təyin edilməsindən imtina edilmişdir. Bundan başqa digər cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialına müraciət edərək 31 yanvar 2003-cü il tarixli Seriya 004584 saylı “Məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzi və xx.xx.2022-ci İİ tarixdən xx.xx.2023-cü il tarixədək fərdi əmək müqaviləsi əsasında fərdi qaydada işləyərək sosial sığorta üzrə xx.xx.2022xx.xx.2023-cü il tarixlərində işlədiyi aylar üzrə ödədiyi 243 manat sosial sığorta ödənişlərinin fərdi şəxsi hesabına işlənilməsi və ümumi sosial sığorta stajına daxil edilməsinə köməklik göstərilməsini xahiş etsə də, müraciətinə cavab verilməmişdir.
5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, daha əvvəl İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli 2-1(116)-461/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2022-ci il tarixli 2-1(107)-211/2022 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İşə baxan məhkəmələr iddia tələbini rədd edərkən mövqelərini onunla əsaslandırmışlar ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 20 il ümumi iş stajına (sığorta stajına) malik deyildir. Belə ki, iş materiallarında olan arxiv arayışları və iddiaçıya məxsus kolxozçunun əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, İddiaçı 1981-1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd “1 May kolxozu”nda işləmişdir. İddiaçının işlədiyi illər ərzində 1986-1988-ci illərdə analıq məzuniyyətində olduğu müddət nəzərə alınmaqla ümumi iş stajına hesablansa 17 il ümumi iş stajı vardır. Həmçinin A seriyalı 116736 nömrəli “peşə tahsili haqqında” diploma əsasən iddiaçının xx.xx.1998-ci ildən xx.xx.2001-ci ilədək “aşpazqənnadçı” ixtisası üzrə təhsil müddəti (2 il 9 ay 20 gün) əmək stajı hesablanmaqla, o, 19 il 9 ay 20 gün ümumi iş stajına malikdir. Buna baxmayaraq iddiaçı Şəki İnzibati Məhkəməsinə “yeni açılmış hallara” dair ərizə ilə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-461/2022 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. Hazırda iddiaçı yenidən “ödədiyi sosial sığorta ödənişlərinin onun sosial sığorta stajına əlavə edilməsi və ona xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, iş stajına əlavə edilməsi üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi əmək müqaviləsi əsasında işləmiş və sosial sığorta üzrə işlədiyi müddətdə 243 manat məcburi dövlət sosial sığorta haqları ödəmiş və bununla da, onun ümumi iş stajı 20 ildən çox olmuşdur. Bundan əlavə, o ödəniş qəbzlərini evdəki sənədlərin saxlanıldığı çəkməcəyə yerləşdirərkən orada sənədlərinin arasında 31 yanvar 2003-cü il tarixli 004584 saylı “məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzi”ni aşkar etmişdir. Həmin qəbzə nəzər yetirərkən onun daha əvvəl 2002-ci il üçün həmin vaxtın pulu ilə 10 000 manat məcburi dövlət sosial sığorta haqqını ödədiyini xatırlamışdır. Sözügedən dövr üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqları nəzərə alınarsa, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranacaqdır. İddiaçının dəlillərinə münasibətdə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 9.1 -ci maddəsinə əsasən, (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyası) axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən, hazırda qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 58 yaşdan yaranır, həmçinin əvvəlki redaksiyadan fərqli olaraq qadınların güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 25 il ümumi iş stajı tələb olunur. Belə ki, iddiaçının sonradan ödədiyi məcburi dövlət sosial sığorta haqları “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə dəyişiklik edilməsindən sonraki dövrə aid olduğundan (xx.xx.2022-xx.xx.2023) sözügedən maddənin yeni redaksiyasının tələbləri nəzərə alınmalıdır. Qeyd edilmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqları nəzərə alınsa belə, onun ümumi iş stajı qanunvericiliklə tələb olunan 25 ildən az olacaqdır. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən pensiya hüququnun yaranması üçün iş stajından əlavə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Həmçinin iddiaçının Qanunun 9.8-ci maddəsinə əsasən pensiya hüququna münasibətdə qeyd edilməlidir ki, inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış əmək pensiyasının təyin edilməsindən imtina edilməsi barədə məktubda və ilkin icraat zamanı iddiaçının güzəştli iş stajına malik olmadığı da, qeyd edilmişdir. Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Yeyinti sənayesi bölməsinin (27) Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı bəndində (27.5) tütün istehsalı yarımbəndində (27.5.1) fəhlələr müvafiq olaraq: - tütün üzrə kupajçılar; - pnevmatik qurğu maşinistləri; - papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri; - tənzimləşdirici maşinistlər; - tütünkəsən maşın maşinistləri; - tütün keşinin presləyiciləri; - tütünyumşaldanlar; - tütün yarpaqlarını düzənlər; - tütünü çəkib bükənlər; - tütün çeşidləyiciləri; - tütün quruducuları; - istehsalat binalarının yığışdırıcıları; - avadanlığın təmizləyiciləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə tütünçü vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi tütünçü vəzifəsi yuxarıda göstərilən vəzifələrə uyğun olmadığından onun güzəştli iş stajı yoxdur. Xüsusilə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: z)kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: kişilər—55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa; sağıcı (maşınla sağım operatoru), quşabaxan, donuzabaxan-operator işləyən qadınlar—50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. İddiaçıya məxsus kolxozçunun əmək kitabçasından müəyyən olunur ki, kolxozçu vəzifəsində “1 May” kolxozunda 1981-ci ildə 190, 1982-ci ildə 204, 1983-cü ildə 298, 1984-cü ildə 239, 1985-ci ildə (xx.xx.1986-xx.xx.1986 analıq məzuniyyəti) 244, 1986cı ildə (xx.xx.1986-xx.xx.1987 məzuniyyət) 171, 1987-ci ildə (xx.xx.1988- xx.xx.1988 məzuniyyət; xx.xx.1987-xx.xx.1987 analıq məzuniyyəti) 134, tütünçü vəzifəsində isə 1988ci ildə 253, 1989-cu ildə 259, 1990-cı ildə 252, 1991-ci ildə 245, 1992-ci ildə 225, 1993-cü ildə 293, 1994-cü ildə 294, 1995-ci ildə 277, 1996-cı ildə 237, 1997-ci ildə 210 gün işləmişdir. Göründüyü kimi, iddiaçının tütünçü vəzifəsində işlədiyi dövr 15 ildən (güzəşti iş stajı) və ümumi iş stajı 20 ildən az olduğunda onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Əlavə olaraq qeyd edilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə xx.xx.2006-cı il tarixdən başlandığı üçün xx.xx.2003-cü il tarixli ödəniş qəbzində qeyd olunan məcburi dövlət sosial sığorta haqqının iddiaçının fərdi şəxsi hesabında əks olunması mümkün deyildir. Həmçinin, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Birbaşa daxil olan ödənişlərin uçotu) altsistemində iddiaçı tərəfindən 2023-cü ilin mart ayı üzrə 174,00 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının ödənildiyi, lakin 2023-cü ilin İ rübü üçün 0734 fəaliyyət növünün kodu üzrə (Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər-kənd yerlərində) “Arayış” tipli (fəaliyyətin olmaması barədə) hesabat təqdim edildiyindən fərdi şəxsi hesabında ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumat öz əksini tapmadığı müəyyən edilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə hesabat təqdim etmək sığortaedənin vəzifəsidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 2023-cü ilin İ rübünə dair ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatın onun fərdi şəxsi hesabında işlənilməsi üçün sözügedən rüb üzrə “Dəqiqləşdirilmiş” tipli hesabatı uçotda olduğu vergi orqanına təqdim edə biləcəyi hüququ Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialının 317-1/2-C- 146300/2023 nömrəli məktubu ilə iddiaçıya izah edilmişdir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2003-cü il tarixli, 004584 nömrəli Məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən torpaqdan sosial sığorta haqqı qeyd edilməklə, 2002-ci il üçün 10000 manat pul məbləği DSMF-nun Şəki şəhər şöbəsinə ödənilmişdir. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-461/2022 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "1981-1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd 1 May kolxozunda tütünçü olaraq işlədiyi illərin (həmin illərin 10 ildən çoxunu zərərli və ağır işlərdə işləmiş), 3 uşağına qulluq göstərərək kolxozda işləyən zaman analıq məzuniyyətində olduğu illərin və xx.xx.1998-ci ildən 21,06.2001-ci ilədək 1 saylı Peşə məktəbində aşpaz qənnadı ixtisası üzrə tam kursu oxuduğu illərin sosial sığorta stajına daxil edilməklə iddiaçıya hüququ yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. - Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(107)-211/2022 nömrəli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli 2-1 (116)- 461/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - JN-325 kod 40400048 Dövlət Aktından görünür ki, Şəki rayon AİK-nın xx.xx.1997-ci il tarixli 41 nömrəli qərarı ilə X4 və ailə üzvlərinə (X2, X6, X5 və X3) birlikdə 1,08 ha torpaq sahəsi ayrılmışdır. - Dövlət Sosial Müdafiə Fonunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sığortaedənə aid iş qovluğunda müraciətə əlavə edilmiş İddiaçı aid 2003-cü il 31 yanvar tarixli 004584 nömrəli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzi və hesabat məlumatları aşkar edilməmişdir. - Məlumat üçün bildirilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra-Qanun) əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə 2006-cı il 1 yanvar tarixdən etibarən başlanılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 2003-cü il 31 yanvar tarixli 004584 nömrəli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzinin çap olunduğu “Zirvə-VG" Firması xx.xx.1999cu il tarixdə 2123 nömrə ilə dövlət qeydiyyatına alınmışdır.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) xx.xx.2024-cü il tarixli 2- 1(116)-379/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 2002-ci il üçün sosial sığorta haqları üzrə ödədiyi (10000 manat) sığorta haqqı nəzərə alınmaqla 52 yaşının bitdiyi xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il nəzərə alınmaqla hesablanıb ödənilməsi vəzifəsinin qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)461/2022 nömrəli və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(107)-211/2022 nömrəli qərarlarından görünür ki, iddiaçının ümumi iş stajı olaraq 19 il 9 ay 20 gün hesablanmışdır. Beləliklə, ilkin məhkəmə icraatı zamanı iddiaçının ümumi stajı tələb olunan 20 il müddətdən 2 ay 10 gün az olmuşdur. Hazırkı məhkəmə icraatı zamanı iddiaçı tərəfindən xx.xx.2003-cü il tarixli, 004584 nömrəli Məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzi təqdim edilmişdir. Həmin qəbzin məzmununda torpaqdan sosial sığorta haqqı olaraq iddiaçı tərəfindən 2002ci il üçün 10000 manat pul məbləğinin DSMF-nun Şəki şəhər şöbəsinə ödənilməsi öz əksini tapmışdır. Cavabdeh orqan tərəfindən sözügedən qəbzin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim edilməmiş, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli məktubunda isə qeyd edilmişdir ki, sığortaedənə aid iş qovluğunda müraciətə əlavə edilmiş İddiaçı aid 2003-cü il 31 yanvar tarixli, 004584 nömrəli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzi və hesabat məlumatları aşkar edilməmişdir. Hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə 2006-cı il 1 yanvar tarixdən etibarən başlanılmışdır. Məhkəmə qeyd edir ki, sığortaolunan haqqında məlumatların uçotunun təşkilinin 2006-cı il 1 yanvar tarixdən etibarən başlanılması və sığortaedənə aid iş qovluğunda müvafiq məlumatların aşkar edilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, həmin məlumatların saxlanması və uçotun təşkili iddiaçının yox, Dövlət Sosial Müdafiə Fondunun məsuliyyət sferasına aiddir. Yuxarıda istinad olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.14-cü bəndinin tələbləri baxımından 2006cı il yanvarın 1-dək olan dövr üzrə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddətin 2006-cı il yanvarın 1-dək məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzləri əsasında sığorta stajına daxil edilməsi təsbit edilmişdir. Məhkəmə tərəfindən iddiaçının mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinin olub-olmaması, habelə tədqiq edilən qəbzin çap olunduğu mətbəənin mövcud olub-olmaması yoxlanılmışdır (“Zirvə-VG" Firması xx.xx.1999-cu il tarixdə 2123 nömrə ilə dövlət qeydiyyatına alınmışdır). Müəyyən edilmişdir ki, iddiaçıya digər ailə üzvləri ilə birlikdə Şəki rayonu Qoxmuq kəndində Şəki rayon AİK-nın xx.xx.1997-ci il tarixli 41 nömrəli qərarı ilə 1,08 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı, məhz həmin torpaq sahəsinə münasibətdə 2003-cü ildə məcburi dövlət sosial sığorta haqqı üçün 2002-ci il üzrə 10000 manat pul məbləği ödəmişdir. İddiaçı, ödənilən vəsait nəzərə alınmaqla sosial sığorta stajına 1 il (2002-ci il) müddətin əlavə edilməsini tələb edir. Lakin, nəzərə alınmalıdır ki, 2002-ci ilin yanvarın 1-dən qüvvəyə minmiş “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən torpaqların 2-ci keyfiyyət qrupu üzrə hər ailə üzvü üçün məcburi dövlət sosial sığorta haqqının məbləği orta aylıq əmək haqqının - 4 faizi miqdarında müəyyən edilmişdir (ödənişin icra edildiyi dövrdə qüvvədə olan redaksiya). İddiaçının ümumibirgə mülkiyyətində olan, Şəki rayonu Qoxmuq kəndində yerləşən 1,08 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-325 kod 40400048 Dövlət Aktında torpaq sahəsinin ikinci keyfiyyət qrupuna aid olması qeyd edilmişdir. Həmçinin 2002-ci ildə orta aylıq əmək haqqı 60 min manat məbləğində olmuşdur. Odur ki, hər bir ailə üzvü üçün ödənilməli olan məbləğ 2400 manat müəyyən edilir (60 min manatın 4 faizi miqdarında). İddiaçı 1,08 ha torpaq sahəsinə münasibətdə 5 ailə üzvündən biri olmuş və cəmi 10 000 manat ödəmişdir. Aylıq ödənilməli olan məbləğ 2400 manat (illik 28800 manat), faktiki olaraq illik ödənilmiş məbləğ isə 10 000 manat olduğundan, ödənilmiş 10 000 min manat məbləğ - 4 ay, 5 günlük müddət üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi kimi qəbul edilməlidir. Yuxarıda qeyd edildiyi kimi əvvəlki məhkəmə araşdırması zamanı iddiaçının 19 il 9 ay 20 gün ümumi sosial sığorta stajı müəyyən edildiyindən, həmin müddətin üzərində hazırda müəyyən edilmiş 4 ay 5 gün toplandıqda iddiaçının 20 il 1 ay 6 gün sosial sığorta stajı yaranır. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 15 il güzəştli iş stajının mövcud olması ilə bağlı şərtə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının körpə uşaqlara qulluq etdiyinə görə məzuniyyətdə olduğu müddətlə birlikdə onun minimum 10 il ərzində zərərli sahədə (tütünçülük) işləməsi sübuta yetirilir. Dövlət Sosial Müdafiə Fondunun sədrinin yerli şöbələrinə ünvanladığı 8 noyabr 2007-ci il tarixli xx/xx-3402 №-li məktubunun 4-cü bəndinə əsasən Siyahıda nəzərdə tutulan işlərdə çalışan qadınların Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün sosial sığorta stajına daxil edilir (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-817/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında istinad olunub). Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçının zərərli sahədə iş stajının 15 il yox, 10 il olması da, onun iddia tələbinin uğurlu sayılması üçün kifayət edəcəkdi. Belə ki, 1 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinin redaksiyasının mənasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlərsə, onda iddiaçının bu hüquqa malik olması tanınmaya bilməz (oxşar inzibati mübahisə üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)-817/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe). Beləliklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan ümumi və xüsusi iş stajı ilə bağlı tələblər yerinə yetirildiyindən, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-379/2024 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən, hazırda qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 58 yaşdan yaranır, həmçinin əvvəlki redaksiyadan fərqli olaraq qadınların güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 25 il ümumi iş stajı tələb olunur. Belə ki, iddiaçının sonradan ödədiyi məcburi dövlət sosial sığorta haqları “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə dəyişiklik edilməsindən sonraki dövrə aid olduğundan (xx.xx.2022-xx.xx.2023) sözügedən maddənin yeni redaksiyasının tələbləri nəzərə alınmalıdır. Qeyd edilmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqları nəzərə alınsa belə, onun ümumi iş stajı qanunvericiliklə tələb olunan 25 ildən az olacaqdır. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən pensiya hüququnun yaranması üçün iş stajından əlavə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Həmçinin iddiaçının Qanunun 9.8-ci maddəsinə əsasən pensiya hüququna münasibətdə qeyd edilməlidir ki, inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış əmək pensiyasının təyin edilməsindən imtina edilməsi barədə məktubda və ilkin icraat zamanı iddiaçının güzəştli iş stajına malik olmadığı da, qeyd edilmişdir. Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Yeyinti sənayesi bölməsinin (27) Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı bəndində (27.5) tütün istehsalı yarımbəndində (27.5.1) fəhlələr müvafiq olaraq: - tütün üzrə kupajçılar; - pnevmatik qurğu maşinistləri; - papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri; - tənzimləşdirici maşinistlər; - tütünkəsən maşın maşinistləri; - tütün keşinin presləyiciləri; - tütünyumşaldanlar; - tütün yarpaqlarını düzənlər; - tütünü çəkib bükənlər; - tütün çeşidləyiciləri; - tütün quruducuları; - istehsalat binalarının yığışdırıcıları; - avadanlığın təmizləyiciləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə tütünçü vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi tütünçü vəzifəsi yuxarıda göstərilən vəzifələrə uyğun olmadığından onun güzəştli iş stajı yoxdur. Xüsusilə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: z)kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: kişilər—55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa; sağıcı (maşınla sağım operatoru), quşabaxan, donuzabaxan-operator işləyən qadınlar—50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. İddiaçıya məxsus kolxozçunun əmək kitabçasından müəyyən olunur ki, kolxozçu vəzifəsində “1 May” kolxozunda 1981-ci ildə 190, 1982-ci ildə 204, 1983-cü ildə 298, 1984- cü ildə 239, 1985-ci ildə (xx.xx.1986-xx.xx.1986 analıq məzuniyyəti) 244, 1986cı ildə (xx.xx.1986-xx.xx.1987 məzuniyyət) 171, 1987-ci ildə (xx.xx.1988-xx.xx.1988 məzuniyyət; xx.xx.1987-xx.xx.1987 analıq məzuniyyəti) 134, tütünçü vəzifəsində isə 1988ci ildə 253, 1989-cu ildə 259, 1990-cı ildə 252, 1991-ci ildə 245, 1992-ci ildə 225, 1993-cü ildə 293, 1994-cü ildə 294, 1995-ci ildə 277, 1996-cı ildə 237, 1997-ci ildə 210 gün işləmişdir. Göründüyü kimi, iddiaçının tütünçü vəzifəsində işlədiyi dövr 15 ildən (güzəşti iş stajı) və ümumi iş stajı 20 ildən az olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Əlavə olaraq qeyd edirlər ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə xx.xx.2006-cı il tarixdən başlandığı üçün xx.xx.2003-cü il tarixli ödəniş qəbzində qeyd olunan məcburi dövlət sosial sığorta haqqının iddiaçının fərdi şəxsi hesabında əks olunması mümkün deyildir. Yuxanda göstərilənlərə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriiiməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları İlə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktiarın hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi, iddia tələbi əsassızdır və cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-379/2024 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı məhkəmə kollegiyasına apellyasiya şikayətinə etiraz ərizəsi göndərərək göstərmişdir ki, onun cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2002-ci il üçün sosial sığorta haqları üzrə ödədiyi (10000 manat) sığorta haqqı nəzərə alınmaqla 52 yaşı bitdiyi xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il nəzərə alınmaqla hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-379/2024 nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etriaz edir, şikayətin dəlilləri ilə razı deyil. Ona görə də, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-379/2024 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş edir.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 379/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 379/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.
17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. (Qüvvədə olan) Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
18. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: (-); z)kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: kişilər—55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa; sağıcı (maşınla sağım operatoru), quşabaxan, donuzabaxan-operator işləyən qadınlar—50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda. Qeyd: 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddəti (lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq) iş stajına daxil edilir.
19. İnzibati icraat haqqında Qanun Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
20. “Sosial sığorta haqqında" Qanun: Maddə 8. Sosial sığortanın iştirakçıları Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Maddə 13. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu 13.1. Sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. 13.2. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 13.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. 13.4. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı 14.5. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.5.1-1. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün: 14.5.1-9. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: 5 hektaradək olduqda - 2 faiz miqdarında; 5 hektardan 10 hektaradək olduqda - 6 faiz miqdarında; 10 hektardan yuxarı olduqda - 10 faiz miqdarında; 14.5.6. çıxarılıb əvvəlki redaksiya 14.5.6. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (İ və İİ qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında. 14.6. Bu Qanunun 14.5.1 -1 -ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”: Bənd 27. Yeyinti sənayesi 27.5.1. tütün istehsalı: a) fəhlələr: tütün üzrə kupajçılar, pnevmatik qurğu maşinistləri, papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, tənzimləşdirici maşinistlər, tütünkəsən maşın maşinistləri, tütün keşinin presləyiciləri, tütünyumşaldanlar, tütün yarpaqlarını düzənlər, tütünü çəkib bükənlər, tütün çeşidləyiciləri, tütün quruducuları, istehsalat binalarının yığışdırıcıları, avadanlığın təmizləyiciləri, b) mütəxəssislər: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar və bərpa olunmuş tütünün istehsalı, 27.5.2. a) fəhlələr: tortanı buxara verənlər, bərpa edilmiş tütün xətlərində məşğul olan fermentasiya kameralarının doldurucuları-boşaldıcıları, kağız (karton) düzəldən maşının maşinistləri (torçuları), kağız və kağız məmulatlarının hopdurucuları, üyüdücülər, tütün quruducuları, tütün xammalını nəmləşdirənlər, b) mütəxəssislər: bərpa edilmiş tütün sexlərində məşğul olan ustalar, böyük ustalar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növü hesab edilmişdir.
23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.5-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərinin və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən ailə üzvlərinin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PAS-a daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.14-cü bəndinə əsasən (4. Sosial sığorta stajının hesablanması) 2006-cı il yanvarın 1-dək olan dövr üzrə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət – 2006-cı il yanvarın 1-dək məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən, 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə fərdi uçot məlumatlarına əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajına daxil edilir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı 8 oktyabr 2020-ci il tarixli qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
Apellyasiya şikayətinin mümkünlüyü
26. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
34. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir.
35. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyi tütünçü vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında göstərilən vəzifələrə uyğun olmadığından onun güzəştli iş stajı yoxdur.
36. Məhkəmə kollegiyası tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında çalışmış işçinin güzəştli şərtlə pensiya hüququ verən peşə olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tütün istehsalı özüözlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir.
37. Qanunverici istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq edərkən tütün istehsalı və bərpa olunmuş tütünün istehsalını da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növünə aid etmiş, bu sahənin zərərli olmasını qəbul edərək bu sahədə çalışan insanların əməyini qiymətləndirərək onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmalarını təsdiq etmişdir.
38. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, hazırda qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 58 yaşdan yaranır, həmçinin əvvəlki redaksiyadan fərqli olaraq qadınların güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 25 il ümumi iş stajı tələb olunur.
39. Daha sonrakı dəlili isə ondan ibarətdir ki, iddiaçının tütünçü vəzifəsində işlədiyi dövr 15 ildən (güzəşti iş stajı) və ümumi iş stajı 20 ildən az olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır.
40. Məhkəmə kollegiyası hər iki dəlilə birgə qiymət verərək qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 52 yaşının bitdiyi xx.xx.2014-cü il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1962-ci ildə doğulub). Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 15 il güzəştli iş stajının mövcud olması.
41. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-461/2022 nömrəli və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(107)- 211/2022 nömrəli qərarlarından görünür ki, iddiaçının ümumi iş stajı olaraq 19 il 9 ay 20 gün hesablanmışdır. Əvvəlki ilkin məhkəmə icraatı zamanı iddiaçının ümumi stajı tələb olunan 20 il müddətdən 2 ay 10 gün az olmuşdur.
42. Tələb olunan 2 ay 10 gün müddət isə iddiaçı tərəfindən təqdim edilmiş iş materiallarına əlavə edilmiş xx.xx.2003-cü il tarixli, 004584 nömrəli Məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzinin hesabına aradan qalxmışdır. Həmin qəbzin məzmununda torpaqdan sosial sığorta haqqı olaraq iddiaçı tərəfindən 2002-ci il üçün 10000 manat pul məbləğinin DSMF-nun Şəki şəhər şöbəsinə ödənilməsi öz əksini tapmışdır.
43. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, 1 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin redaksiyasının mənasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlərsə, onda iddiaçının bu hüquqa malik olması tanınmaya bilməz.
44. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 20 il ümumi iş stajı olduğundan və bu müddətin azı 10 ilini tütünçülükdə çalışdığından, iddiaçı əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşdur.
45. Məhkəmə kollegiyası iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı cavabdehin apellyasiya şikayətində təkrarlanmış dəlilinə dair əlavə olaraq aşağıdakıları qeyd edir.
46. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən qazandığından, həmin qanunla isə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin ödənilməsi tələb edilmədiyindən, pensiya kapitalı ilə bağlı cavabdehin dəlili əsaslı sayıla bilməz.
47. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə xx.xx.2006-cı il tarixdən başlandığı üçün xx.xx.2003-cü il tarixli ödəniş qəbzində qeyd olunan məcburi dövlət sosial sığorta haqqının iddiaçının fərdi şəxsi hesabında əks olunması mümkün deyildir. Göstərilənlərə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır.
48. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də cavabdehin etiraz ərizəsindən irəli gələn və hazırda apellyasiya şikayətində təkrarlanan dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edildiyindən, işin faktiki halları ilə bağlı məhkəmənin araşdırmaları yetərli hesab olunur.
49. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələbləri baxımından qeyd etmək lazımdır ki, sığortaedəndən və sığortaolunandan bu Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək sığortaçının hüququ, sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək sığortaçının vəzifəsidir.
50. Beləliklə müvafiq uçotun aparılması üçün lazım olan məlumatların təqdim edilməsini tələb etmək iddiaçıdan ödənişləri qəbul edən DSMF-in Şəki şəhər şöbəsinin hüququ olsa da, ödənişləri qəbul edən DSMF-in Şəki şəhər şöbəsi bunu etməmişdir. Həmçinin, sığortaedənə aid iş qovluğunda müraciətə əlavə edilmiş İddiaçı aid 2003-cü il 31 yanvar tarixli, 004584 nömrəli məcburi dövlət sosial sığorta haqqı üçün mədaxil qəbzinin və hesabat məlumatlarının aşkar edilməməsi, hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə 2006-cı il 1 yanvar tarixdən etibarən başlanılması iddiaçının ziyanına şərh edilə bilməz. Bununla da, iddiaçı, torpaq mülkiyyətçisi kimi müvafiq ödənişləri ödəməklə, qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələri icra etmiş, iddiaçı tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etməklə bağlı vəzifəsini cavabdeh yerinə yetirməmişdir. Belə ki, həmin məlumatların saxlanması və uçotun təşkili iddiaçının yox, Dövlət Sosial Müdafiə Fondunun məsuliyyət sferasına aiddir.
51. Odur ki, cavabdeh orqan, iddiaçının 2003-cü il ərzində torpaq mülkiyyətçisi kimi ödədiyi sosial sığorta ödənişlərinin, onun fərdi hesabında qeyd edilməsindən imtina etməkdə haqlı olmamışdır.
52. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
53. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
54. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.
55. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
56. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
57. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2-1(116)-379/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.