Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-386/2022 30.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “cavabdehin onun oğlu X4 “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrin sırasından ehtiyata buraxılması barədə 08 may N019-cu il tarixli əmrinin ləğv edilməsi və cavabdehin üzərinə onun oğlunun həmin qanunun 41.0.3-cü maddəsinə (xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda) əsasən ehtiyata buraxılması barədə yeni əmr verməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin N8 sentyabr N0NN-ci il tarixli N- 1(116)-788/N0NN nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin onun oğlu X4 “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrin sırasından ehtiyata buraxılması barədə 8 may N019-cu il tarixli əmrinin ləğv edilməsi və cavabdehin üzərinə onun oğlunun həmin Qanunun 41.0.3-cü maddəsinə (xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda) əsasən ehtiyata buraxılması barədə yeni əmr verməsi öhdəliyinin qoyulması” barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. N. Bakı İnzibati Məhkəməsinin xx.xx.N0N1-ci il tarixli N-1(11N)-9606/N0N1 nömrəli qərardadı ilə inzibati işin baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N0N1-ci il tarixli N-1(103)-N734/N0N1 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.N0N1-ci il tarixli N-1(11N)-9606/N0N1 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
4. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır:
5. 199N-ci il təvəllüdlü, ehtiyatda olan kiçik-gizir, oğlu Bağırzadə İlham 01 dekabr N015-ci il tarixdən N yanvar N018-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində baş-çavuş, N yanvar N018-ci il tarixdən N4 noyabr N018-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində baş-çavuş kimi və N4 noyabr N018-ci il tarixdən 08 may N019-cu il tarixədək Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində kiçik giziri hərbi rütbəsində xidmətdə olub və DSX-nin N saylı hərbi hissəsinin N nömrəli xx.xx.N019-cu il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət" haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Lakin həmin əmr oğluna təqdim edilməmişdir. X9 evə qayıtdığı ilk gündən qeyri-adi davranış və hərəkətləri diqqətini cəlb etmiş, bununla əlaqədar iddiaçı oğlunu İsmayıllı rayonu X3 şöbəsinə aparmış və orada oğlu ilkin müayinə olunmuşdur. İsmayıllı rayonu Mərkəzi Xəstəxanasında müayinədən sonra oğlu Respublika Psixiatriya Xəstəxanasına göndərilmişdir.
6. Respublika Psixiatriya Xəstəxanasında müayinə və müalicə olunduqdan sonra oğlunun baş nahiyəsinin sol tərəfindən kəllə-beyin travması alması və onun anormal davranışlarının bu travma ilə əlaqədar olduğu bildirilmişdir. Həkim məsləhəti ilə oğlu xx.xx.N019-cu il tarixdən xx.xx.N019-cu il tarixədək Respublika 1 nömrəli Psixiatriya Xəstəxanasında müalicə olunmuş və ona orada “üzvü şəxsiyyət pozuntusu" diaqnozu qoyulmuşdur. Lakin, onun müalicəsi heç bir nəticə verməmişdir. Buna görə də məcbur olub cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.N019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, SHXÇDX-nin rayon şöbəsinin göndərişi ilə DSX-nin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etməkləri məqsədəuyğundur.
7. Bundan sonra oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin xx.xx.N019-cu il tarixli məktubu, göndərişi, arayışı və tibbi çıxarışla birlikdə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin tələblərinə uyğun olaraq baxılması üçün DSX-nin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. DSXnin Mərkəzi Hərbi Həkim Komissiyasının 14 Fevral N0N0-ci il tarixli 67 saylı qərarına əsasən oğluna “üzvü şəxsiyyət pozuntusu" diaqnozu qoyularaq “xəstəlikdir, hərbi xidmət dövründə almışdır” nəticəsinə gəlinmişdir.
8. Həmin qərarın verilməsinə əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.N. bəndinin ç) yarımbəndi və DSX MHHK-nın 1 saylı fevral N0N0-ci il tarixli protokulu olmuşdur.
9. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbyacan Respublikası Qanununun 41.0.3-cü maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.
10. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. 1N. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır:
13. Sabiq hərbi qulluqçu X10 iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, iddiaçı X10 övladı X1 Sərhəd Xidmətinin rəisi - X8 xx.xx.N015-ci il tarixli 1950 ş/h nömrəli əmri ilə DSX-də 3 (üç) il müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilərək “Qrup komandirlərinin hazırlığı kursu”na cəlb edilmiş, kursu bitirdikdən sonra xx.xx.N015-ci il tarixli N46N ş/h nömrəli əmrlə Sərhəd Qoşunlarının N003 nömrəli hərbi hissəsinə 8-ci sərhəd zastavasının 1-ci qrup komandiri vəzifəsinə təyin edilmiş, xx.xx.N018-ci il tarixli 6N ş/h nömrəli əmrlə xidmət yeri N005 nömrəli hərbi hissəyə dəyişdirilmiş, xx.xx.N018-ci il tarixli 888 ş/h nömrəli əmrlə N0N3 nömrəli hərbi hissənin bazasında “Xüsusi itlərin hazırlığı kursuna cəlb olunmuş və kursu bitirdikdən sonra xx.xx.N018-ci il tarixli 1688 ş/h nömrəli əmrlə “kiçik gizir” hərbi rütbəsi verilməklə DSX-də 5 (beş) il gizir qismində həqiqi hərbi xidmətə keçirilməklə eyni tarixli 1689 ş/h nömrəli əmrlə Sərhəd Nəzarətinin “Samur” sərhəd nəzarəti məntəqəsinin mühafizə bölməsinin xidməti itlərin təlimatçısı vəzifəsinə təyin edilmiş, xidməti vəzifələrin icrasında buraxdığı nöqsanlara görə Sərhəd Nəzarətində attestasiyası keçirilmiş və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən DSXdə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması haqqında qərar qəbul edilmiş və Sərhəd Nəzarəti rəisinin xx.xx.N019-cu il tarixli 58 ş/h nömrəli əmri ilə qeyd olunan maddə ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. DSX-in Sərhəd Nəzarətindən daxil olmuş məktubdan görünür ki, X5 icraçılıq keyfiyyəti aşağı olduğuna, davranış qaydalarına düzgün riayət etmədiyinə, davranış və günün nizam qaydalarını pozduğuna, xidmət zamanı mobil telefondan istifadə etdiyinə, xaricdə yaşayan şəxslərlə mütəmadi olaraq əlaqə saxlayaraq bu barədə aidiyyəti üzrə məlumat vermədiyinə görə dinlənilərək X13 komissiyasının qərarına əsasən Sərhəd Nəzarəti rəisinin xx.xx.N019-cu il tarixli 58 ş/h üzrə əmri ilə “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq DSX-də həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. X5 xidməti vərəqəsindən görünür ki, həmin şəxsin barəsində həvəsləndirmə tətbiq edilməsə də, ona xx.xx.N016-cı il tarixdə N003 nömrəli hərbi hissənin N-ci sərhəd komendantlığının komendantı tərəfindən "Şiddətli Töhmət” intizam cəzası və xx.xx.N019-cu il tarixdə sərhəd nəzarət məntəqəsi rəisi tərəfindən “Töhmət” intizam cəzası verilmişdir.
14. Attestasiya materiallarından görünür ki, sabiq hərbi qulluqçu XN Nəzarətinin “Samur” sərhəd nəzarəti məntəqəsində xidmət etdiyi müddətdə özünə qarşı tələbkarlığı aşağı səviyyədə olmuş, peşə hazırlığının artırılması üçün öz üzərində çalışmamış, rəislərinə qarşı qeyri-səmimi olmuş, rəislərin tənqidlərindən nəticə çıxarmaqda tələsməmiş, işində təşəbbüskarlığı olmamış, icraçılıq keyfiyyəti aşağı olmuş, xidməti vəzifələrin icrasına zəif münasibət göstərmişdir. Davranış qaydalarına düzgün riayət etməyərək nöqsanlara yol vermişdir. Belə ki, davranış və günün nizam qaydalarını pozmuş, xidmət zamanı mobil telefondan istifadə etmiş, xaricdə yaşayan şəxslərlə mütəmadi olaraq əlaqə saxlamış və bu barədə aidiyyəti üzrə məruzə etməmişdir. Onunla izahedici söhbətlər aparılmasına baxmayaraq tutulmuş iradlardan, verilmiş göstəriş və tövsiyələrdən nəticə çıxarmamışdır. Kiçik gizir XN Nəzarəti Attestasiya Komissiyasının qərarına əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən DSX-də həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması barədə qərar qəbul etmişdir. xx.xx.0N19-cu il tarixli raportdan görünür ki, sabiq hərbi qulluqçu X11 raportla müraciət edərək AR Silahlı Qüvvələrinin ehtiyatına buraxılması ilə əlaqədar olaraq DSXnin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyə ehtiyacı yoxdur. xx.xx.N0N0-ci il tarixli DSX Mərkəzi Hərbi Həkim Komissiyasının 67 saylı qərarından görünür ki, xx.xx.N010-cu il tarixdən xx.xx.N01N-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.N015-ci il tarixdən xx.xx.N019-cu il tarixədək DSX-nin N003, N005, N saylı hərbi hissələrində xidmət etmiş hərbi qulluqçu sabiq kiçik gizir X5 SHXÇDX-in İsmayıllı rayon şöbəsinin xx.xx.N019-cu il tarixli 1NN1 nömrəli göndərişinə əsasən xidmət zamanı alınmış xəstəliyinin səbəb əlaqəsinə baxılmışdır. Təqdim olunan sənədlərə əsasən (1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.N019-xx.xx.N019-cu il tarixli 6513/19 nömrəli epikrizi, SHXÇDX-in Şirvan şəhər şöbəsinin xx.xx.N019-cu il tarixli 57 nömrəli arayışı) X11 xx.xx.N019-cu il tarixdə hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra psixi vəziyyətində dəyişikliklər müşahidə edildiyi üçün xx.xx.N019-xx.xx.N019-cu il tarixlərdə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. Diaqnoz: “Üzvi şəxsiyyət pozuntusu” - “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır”. (Əsas: AR NK-nin xx.xx.N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.N bəndinin “ç" yarımbəndi). Sərhəd Nəzarətindən daxil olmuş məktubdan görünür ki, Sərhəd Nəzarətinin sabiq hərbi qulluqçusu X5 Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə əmr xx.xx.N019-cu il tarixdə onun özünə elan olunmuşdur. Həmçinin, Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə bağlı təyinat xx.xx.N019-cu il tarixdə X7 təqdim olunaraq SHXÇDX-in İsmayıllı rayon şöbəsində qeydiyyata düşməsi bildirilmişdir.
15. Yuxarıda göstərilənlərə əsasən belə bir qənaətə gəlmək olur ki, sabiq hərbi qulluqçu X11 xidmət zamanı yol verdiyi nöqsanlara görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən DSX-də həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, ehtiyatda olduğu zaman səhhətində olan problem səbəbindən DSX-in MHHK-də tərəfindən şəhadətləndirilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsində hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda xəstəliyə görə ehtiyata buraxılma nəzərdə tutulur.
16. Odur ki, sabiq hərbi qulluqçu X11 xx.xx.N019-cu il tarixdə Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı zaman hərbi xidmətə yararsız hesab edilməsi ilə bağlı hərbi həkim komissiyasının rəyi olmadığından, həmçinin, xidmət zamanı yol verdiyi nöqsanlara görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.
17. Qeyd olunanlar nəzərə alınaraq iddianın təmin edilməməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
18. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) N8 sentyabr N0NN-ci il tarixli N-1(116)-788/N0NN nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
19. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
N0. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi göstərmişdir ki, mübahisələndirilən xx.xx.N019-cu il tarixli əmr X9 barəsində verilmişdir. Həmin qərarı X4 adından mübahisələndirmək səlahiyyətini təsdiq edən etibarnamə, o cümlədən İlham Bağırzadənin fəaliyyətsizliyinin müəyyən edilməsi və iddiaçının onun qəyyumu təyin edilməsi barədə hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsinin vəsatətini nəzərə almadan tələsik məhkəmə prosesi keçirmişdir. Belə ki, iddiaçının etibarnaməsinin varlığı və ya yoxluğu halı müəyyən edilməmişdir. Bəlkə belə bir etibarnamə vardır və bununla da oğul ataya onun adından iddia qaldırmaq hüququ verib. Bununla da subyektiv hüquq məsələsinə aydınlıq gətirilmiş olacaqdı. Eyni zamanda məhkəmə qərardadında göstərmişdir ki, guya elektron məhkəmə portalında hüquqi yardıma dair bildiriş yerləşdirmişdir. Yenə də məhkəmə nəzərə almamışdır ki, müxtəlif vaxtlarda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin də qeyd etdiyi kimi elektron məhkəmə portalında ayrıayrı vaxtlarda dayanmalar olmuşdur və nümayəndənin həmin bildirişi görməməsi mümkündür. Məhkəmə iddiaçıya həmin məktubu poçt haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq göndərməli idi. Müddətlə bağlı isə qeyd olunmalıdır ki, məhkəmə müəyyən etməmişdir ki, SHXÇDX-nin İsmayıllı rayon şöbəsində imza atmış şəxs həqiqətən Bağırzadə İlhamdır ya yox. Həmin əmr İlham Bağırzadəyə necə, hansı şəraitdə elan olunmuşdur. Bu halları müəyyən etmədən müddətlə bağlı pozuntunun vurğulanması qanunsuzdur. Eyni zamanda nəzərə alınmalıdır ki, DSX-nin Mərkəzi Hərbi Həkim Komissiyasının 14 Fevral N0N0-ci il tarixli 67 saylı qərarına əsasən oğluna “üzvü şəxsiyyət pozuntusu" diaqnozu qoyularaq “xəstəlikdir, hərbi xidmət dövründə almışdır”. XN0 hərbi xidmət dövründə ağır travma almış və ona hansısa əmrin elan olunması və yaxud hansısa sənədlərə imza atması da şübhəli vəziyyətdir” nəticəsinə gəlinmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin N8 sentyabr N0NN-ci il tarixli N- 1(116)-788/N0NN nömrəli qərardadının ləğv edilməsini və iddianın mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
N1. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. NN. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 6N.3-cü mаddəsi). N3. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Sərhəd Nəzarəti rəisinin nizami hissə üzrə əmrindən xx.xx.N019-cu il tarixli 01N8 nömrəli çıxarışdan görünür ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41 0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq: “Samur” sərhəd nəzarəti məntəqəsi mühafizə bölməsinin xidməti itlərin təlimatçısı kiçik gizir X1N vəzifəsindən azad olunmaqla xx.xx.N019-cu il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. - X5 xidməti vərəqəsindən görünür ki, xx.xx.N016-cı il tarixdə N003 nömrəli hərbi hissənin N-ci sərhəd komendantlığının komendantı tərəfindən "Şiddətli Töhmət” intizam cəzası və xx.xx.N019cu il tarixdə sərhəd nəzarət məntəqəsi rəisi tərəfindən “Töhmət” intizam cəzası verilmişdir. - xx.xx.0N19-cu il tarixli raportdan görünür ki, X11 raportla müraciət edərək AR Silahlı Qüvvələrinin ehtiyyatına buraxılması ilə əlaqədar olaraq DSX-nin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyə ehtiyacının olmadığını bildirmiş və Sialahlı Qüvvlərin ehtiyatına buraxıldığı təqdirdə sənədlərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə göndərilməsini xahiş etmişdir. - xx.xx.N0N0-ci il tarixli DSX Mərkəzi Hərbi Həkim Komissiyasının 67 saylı qərarından görünür ki, xx.xx.N010-cu il tarixdən xx.xx.N01N-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.N015-ci il tarixdən xx.xx.N019-cu il tarixədək DSX-nin N003, N005, N saylı hərbi hissələrində xidmət etmiş hərbi qulluqçu sabiq kiçik gizir X5 SHXÇDX-in İsmayıllı rayon şöbəsinin xx.xx.N019cu il tarixli 1NN1 nömrəli göndərişinə əsasən xidmət zamanı alınmış xəstəliyinin səbəb əlaqəsinə baxılmışdır. Təqdim olunan sənədlərə əsasən (1 nömrəli Respublika Psixiatriya xəstəxanasının xx.xx.N019xx.xx.N019-cu il tarixli 6513/19 nömrəli epikrizi, SHXÇDX-in Şirvan şəhər şöbəsinin xx.xx.N019-cu il tarixli 57 nömrəli arayışı) X11 xx.xx.N019-cu il tarixdə hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra psixi vəziyyətində dəyişikliklər müşahidə edildiyi üçün xx.xx.N019-xx.xx.N019-cu il tarixlərdə 1 nömrəli Respublika Psixiatriya xəstəxanasında stasionar müalicədə olmuşdur. - İstintaq və Təhqiqat İdarəsinin rəisinə ünvanlanan xx.xx.N0NN-ci il tarixli məktubundan görünür ki, Sərhəd Nəzarətinin sabiq hərbi qulluqçusu X4 Silahlı Qüvvələrin ehtiyyatına buraxılması barədə əmr 08 may N019-cu il tarixdə özünə elan olunmuşdur. Həmçinin Silahlı Qüvvələrin ehtiyyatına buraxılması barədə təyinat 08 may N019-cu il tarixdə X6 təqdim olunaraq SHXÇÜDX-nin ismayıllı rayon şöbəsində qeydiyyata düşməsi bildirilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
N4. İnzibati Prosessual Məcəllə: Maddə N.N.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 1N.N. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 1N.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 1N.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən N ay müddətində qaldırıla bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 8N. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. N5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.N-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - N.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - N.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.N-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. - 8.N-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. - 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. N6. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.N015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın N.3, 4.N, 5.1, 6.1, 6.N və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (N.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.N). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.N). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). N7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrəAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may N007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul N008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. N8. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may N007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul N008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. N9. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun N007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may N008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.»
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
30. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 3N. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; N) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
33. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, mübahisələndirilən 8 may N019-cu il tarixli əmr X9 barəsində verilmişdir. Həmin qərarı X4 adından mübahisələndirmək səlahiyyətini təsdiq edən etibarnamə, o cümlədən İlham Bağırzadənin fəaliyyət qabiliyyətsizliyinin müəyyən edilməsi və iddiaçının onun qəyyumu təyin edilməsi barədə hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Odur ki, müvafiq qərarı mübahisələndirmək üçün iddiaçının subyektiv hüququ yoxdur.
34. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından da göründüyü kimi, iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı birinci instansiya məhkəməsinin xx.xx.N0NN-ci il tarixli hüquqi yardım məktubu xx.xx.N0NN-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilmiş, eyni zamanda xx.xx.N0NN-ci il tarixdə iddiaçının ünvanına da göndərilmiş, şifahi məhkəmə baxışı iclasınadək müvafiq qərarı mübahisələndirmək üçün iddiaçının subyektiv hüququnun mövcudluğuna dair yuxarıda qeyd edilmiş sənədlərin məhkəməyə təqdim edilməsi, müvafiq sənədlərin təqdim olunması ilə bərabər iddia müddətinin buraxılması ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi təklif olunaraq iddiaçının dinlənilmə hüququ təmin edilmişdir.
35. Lakin, iddiaçı və iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə münasibət bildirməmiş, iddiaçının subyektiv hüququnun mövcudluğuna dair tələb olunan sənədləri məhkəməyə təqdim etməmişdir.
36. İstinad olunan qanunvericilik normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun mövcudluğu müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hər hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir.
37. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
39. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
40. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
41. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin N8 sentyabr N0NN-ci il tarixli N- 1(116)-788/N0NN nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 4N. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin N8 sentyabr N0NN-ci il tarixli N-1(116)-788/N0NN nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.