Məhkəmə qərarları › İş №2-1(107)-386/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-386/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-386/2024 30.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X4 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X13 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci il tarixdə 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2019-cu il tarixdən hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-670/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X13 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” təqaüdünün hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-12389/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

3. Birinci instansiya məhkəməsi iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2018-ci il tarixdə 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xx.xx.2019-cu il tarixdən hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ümumi və xüsusi iş stajını nəzərə alaraq hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir.

6. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı 22 iyun 2022-ci il tarixində ərizə ilə inzibati orqana müraciət etmiş, lakin İddiaçı 29 avqust 2022-ci il tarixli **********9 nömrəli imtina məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunduğu bildirilmişdir. İmtinanın əsasları kimi İddiaçı təqdim etdiyi əmək kitabçası, hərbi bilet və digər sənədlərin surətlərinə əsasən ümumi sosial sığorta stajının 25 ildən az (20 il 7 ay 2 gün) təşkil etdiyi bildirilmişdir. - Həmçinin, iddiaçının xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı “Şəki şəhəri Uşaq-Gənclər Fiziki hazırlıq klubu”nda işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə ‘‘Sığorta Alt Sistemi (monitorinq)’’ proqram təminatında araşdırma aparılmış və həmin müəssəsinin qeyd olunan dövrdə Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Beləliklə, sözügedən dövrlərin iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. - İddiaçı təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətinə (AZE 0*******; FİN xxxxxxx) əsasən o, xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Təqdim etdiyi sənədlərə əsasən iddiaçı iddia ərizəsində 1977-ci ildən əmək fəaliyyətinə başladığını və xx.xx.2006-cı il tarixədək 26 ildən çox ümumi iş stajının olduğunu qeyd etmişdir. - Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 34560,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18195,85 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

7. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cavadeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - Г 602472 nömrəli diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhər 39 nömrəli X14 məktəbinə daxil olmuş, xx.xx.1984-cü il tarixdə bitirmişdir. - ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1977-ci il tarixdə 343 nömrəli əmrə əsasən Şəki Üzümçülük sovxozuna k/t fəhləsi qəbul edilmiş, xx.xx.1980-ci il tarixdə 550 nömrəli əmrə əsasən hərbi xidmətə getdiyi üçün k/t fəhləliyindən azad edilmiş, xx.xx.1983-cü il tarixdə 520-k nömrəli əmrə əsasən Mingəçevir şəhər 39 nömrəli X14 məktəbində bir illik qrupuna elektrik qaynaqçısı peşəsi üzrə şagird kontingentinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə 572-k nömrəli əmrə əsasən məktəbi qurtardığı üçün şagird kontingentliyindən çıxarılmış, xx.xx.1984-cü il tarixdə 222/k nömrəli əmrə əsasən Az.DRES TQİ-də 2-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı il tarixdə 84 nömrəli əmrə əsasən 3-cü dərəcə, xx.xx.1987-ci il tarixdə 145 nömrəli əmrə əsasən 4-cü dərəcə, xx.xx.1989-cu il tarixdə 244 nömrəli əmrə əsasən 5-ci dərəcə verilmiş, xx.xx.1992-ci il tarixdə 18/k nömrəli əmrə əsasən öz xahişi ilə işdən azad olunmuş, xx.xx.1992-ci il tarixdə 123 nömrəli əmrə əsasən Azərbaycan DRES-də yardımçı təsərrüfata əl ilə qaynaq üzrə 3-cü dərəcəli qaynaqçı işinə qəbul edilmiş, xx.xx.1995-ci il tarixdə 92/k nömrəli əmrə əsasən öz xahişi ilə işdən azad olunmuş, xx.xx.1995-ci il tarixdə 2k nömrəli əmrə əsasən “Monitor” X1 5-ci dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə 18k nömrəli əmrə əsasən öz xahişi ilə işdən azad olunmuş, xx.xx.1998-ci il tarixli 23k nömrəli əmrə əsasən 5 nömrəli Mingəçevir AHM-də müvəqqəti qaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1998-ci il tarixli 26k nömrəli əmrə əsasən bağlanmış müqavilənin vaxtı qurtardığı üçün işdən azad edilmiş, xx.xx.1998-ci il tarixdə 87 nömrəli əmrə əsasən Uşaq-gənclər fiziki hazırlıq klubuna təsərrüfat müdiri təyin edilmiş, xx.xx.2006-cı il tarixədək həmin vəzifədə çalışmışdır. - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1982ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. - "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 19 nömrəli işin xarakteri haqqında arayışında aşağıdakı məlumatlar qeyd edilmişdir: İddiaçı, xx.xx.1984-cü il tarixdən (Əmr№ 222/k xx.xx.1984-cü il) xx.xx.1992-ci il tarixinə kimi (əmr № 18/k xx.xx.1992-ci il) “Azərenerjitikinti" trestinin “Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsində əvvəl 2-ci dərəcəli, sonra isə 7-4-5-ci dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir. xx.xx.1992-ci il tarixdən (əmr №18/k xx.xx.1992-ci il) "Azərenerjitikinti" trestinin “Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsindən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçının əl ilə qaynaq aparan eleklirik qaynaqçısı peşəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 370 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəşli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, islərin, vəzifələrin və göstəricilərin siyahısının" XXXİİİ ümumi peşələr bölməsində 23200000-19906 kodu ilə olan - əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğundur, eynilik təşkil edir və imtiyazlı təqaüd almaq hüququna malikdir.

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 yanvar 2023-cü il tarixli 2- 1(116)-670/2023 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Dövlət Sosial Müdafiə X13 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2018-ci il tarixdə 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən hesablanmaqla ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Müəyyən edilir ki, iddiaçının hərbi xidmətdə olduğu və xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 25 il 9 ay 13 günə bərabərdir. Yəni, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajı mövcuddur. - Cavabdeh orqanın xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasında iddiaçının “Şəki şəhəri Uşaq-Gənclər Fiziki hazırlıq klubu”nda işlədiyi dövrün dəqiqləşdirilməsi, sözügedən qurumun Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmaması və məcburi dövlət sosial sığorta haqları ödəməməsi, buna görə də həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməməsi ilə bağlı etirazının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, xx.xx.2006-cı ilədək dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilib-ödənilməməsinin araşdırılmasına heç bir lüzum yoxdur. - İddiaçının xüsusi iş stajına münasibətdə isə məhkəmə qeyd edir ki, həmin müddət xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1992, xx.xx.1992-xx.xx.1995, xx.xx.1995xx.xx.1996-cı illəri əhatə etməklə 13 il 1 ay 4 günə bərabərdir. Belə ki, qeyd olunan illərdə iddiaçının peşəsi müxtəlif dərəcələrdə əl ilə elektrik qaynaqçısı olmuşdur. İddiaçının işlədiyi əl ilə elektrik qaynaqçısı vəzifəsi 2 nömrəli Siyahıda nəzərdə tutulan 23200000 - XXXİİİ. Ümumi peşələr - 23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğun gəlir. Eyni zamanda, iddiaçının əmək kitabçasında qeyd olunan peşələrin “23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eyni olması, SSRİ və postsovet dövrlərində elektrik qaynaqçılarının tam əksəriyyətinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları olması səbəbindən, inandırıcı, ağlabatan və məntiqlidir, bu işlərin fərqli olması məhkəmə təcrübəsi və iş materialları ilə təsdiqini tapmır (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2101/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe). Beləliklə, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının 57 yaşdan yəni, xx.xx.2018-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1957-cı ildə doğulub). İddiaçı, xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etdiyindən, müraciət edilən tarixdən əvvəlki üç il müddət, xx.xx.2019-cu il tarixdən hesablanmalıdır.

10. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2-1(116)-670/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2-1(107)-270/2023 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2-1(116)-670/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Cavabdeh orqan həmin qərardan kassasiya şikayəti vermişdir.

13. Kassasiya instansiya məhkəməsindəki icraat

Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(102)- 668/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-270/2023 saylı qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün göndərilməsi qərara alınmışdır.

14. Apellyasiya şikayətinin dəlilləri

Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, İddiaçı barəsində xx.xx.2023-cü il tarixli 3-17-1/2-3703/2023 nömrəli sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3/2-1495/2023 nömrəli məktubla bildirilmişdir ki, “Şəki şəhəri Uşaq-Gənclər Fiziki hazırlıq klubu” barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. İddiaçı barəsində xx.xx.2023-cü il tarixli 3- 17-1/3-1-3266/2023 nömrəli sorğuya cavab olaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 3-19/2-0813/2023 nömrəli məktubla bildirilmişdir ki, “Şəki şəhəri Uşaq-Gənclər Fiziki hazırlıq klubu”nun mövcudluğu və İddiaçı qeyd olunan xx.xx.1998-xx.xx.2006-cı il tarixlərdə adıçəkilən klubda işləməsi ilə bağlı Gənclər və İdman Nazirliyində hər hansı bir məlumat yoxdur. İddiaçı barəsində xx.xx.2023-cü il tarixli 3-17- 1/2-2704/2023 nömrəli sorğuya cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Respublika X10 filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-48-DA-12F/2-23/2023 nömrəli məktubla bildirilmişdir ki, “Şəki şəhəri Uşaq-Gənclər Fiziki hazırlıq klubu”nun sənədləri Azərbaycan Respublikası X10 filialına təhvil verilməmişdir. İddiaçı barəsində xx.xx.2023-cü il tarixli 3-17-1/2-3701/2023 nömrəli sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023cü il tarixli **********499800 nömrəli məktubla bildirilmişdir ki, “Şəki şəhəri Uşaq-Gənclər Fiziki hazırlıq klubu” adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. İddiaçı məxsus 11 noyabr 1980-cı il tarixli əmək kitabçasında xx.xx.1998xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Şəki şəhəri Uşaq-Gənclər Fiziki hazırlıq klubu”nda işlədiyi qeyd edilmişdir. Onun adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılmış və həmin müəssisənin qeyd olunan dövrdə Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Qeyd edilən səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (20 il 7 ay 2 gün (xx.xx.1977-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 4 il 7 ay)) təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 34560,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18195,85 manat təşkil edir.

15. Apellyasiya şikayətinə əlavənin dəlilləri:

Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, iş üzrə Ali Məhkəmənin mövqeyinə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən edilmiş 12 il 6 ay güzəştli iş stajının mövcud olub olmaması növbəti apelyasiya baxışının predmetini təşkil etməlidir. Belə ki, iş materiallarında olan iddiaçının güzəştli iş stajı barədə məlumatları özündə əks edən arayışlarda onun xx.xx.1984xx.xx.1992, xx.xx.1992-xx.xx.1995, xx.xx.1995-xx.xx.1996, xx.xx.1998-xx.xx.1998-ci illərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə işlədiyi qeyd edilmişdir. Məhkəmələr həmin müddətlərlə yanaşı xx.xx.1983-xx.xx.1984-cü tarixləri də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən dövrlərə aid etmişlər. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən iddiaçının şagird kontingentliyində işlədiyi dövrü onun güzəştli iş stajı kimi qəbul etmiş və tələb olunan 12 il 6 ay güzəştli iş stajının tamamlandığını bildirmişdir. Lakin Ali Məhkəmənin də hazırki iş üzrə və analoji qərarlarında olan mövqeyinə əsasən ilk növbədə güzəştli arayış tələb edilməli və tələb olunan arayışın mətni ətraflı araşdırılmalı, müvafiq sorğular ünvanlanmalıdır. Bundan başqa sözügedən iddiaçının şagird kimi işlədiyi dövrə aid müvafiq olaraq güzəştli iş stajını müəyyən edən siyahıda heç bir vəzifə nəzərdə tutulmamışdır. Bundan başqa, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18195,85 manat təşkil edir.

16. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə vermiş olduğu etiraz ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayətinə əlavələr qeyd edilənlər nəzərə alınmaqla hesab edir ki, əsassızdır və inzibati orqanın formal olaraq imtina üçün görüntü yaratmaq məqsədi ilə verilmişdir. Cavabdeh, Ali Məhkəmənin mövqeyini təkrarlayaraq qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1983-cü ildə elektrik qaynaqçısı peşəsi üzrə şagird kontingentliyinə qəbul edildiyi, xx.xx.1984-cü ildə məktəbi qurtardığı üçün şagird kontingentliyindən çıxarıldığı qeyd edilmişdir. Bu dövr, iddiaçının texniki peşə məktəbində şagird kimi təhsil aldığı müddətdir. Həmin müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staja aid olması araşdırılmamışdır. Bununla əlaqədar olaraq qeyd edir ki, apellyasiya məhkəməsinin iddiaçının təhsil aldığı peşə məktəbinə ünvanladığı sorğuya cavab olaraq bildirilmişdir ki, həqiqətən İddiaçı xx.xx.1983-cü ildə elektrik qaynaqçısı peşəsi üzrə şagird kontingentliyinə qəbul edilərək, xx.xx.1984-cü ildə məktəbi qurtardığı üçün şagird kontingentliyindən çıxarılmışdır. Təhsil aldığı peşə “Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanunun”da nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

Tərəflərin izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayəti və ona verilmiş əlavənin dəlillərini müdafiə etdiyini, apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 etiraz ərizələrinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

20. İnzibati Prosessual Məcəllə: Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

21. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; ... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən, 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 69. iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

24. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən, Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.)

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı

2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı

Apellyasiya şikayətinin mümkünlüyü

26. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. İş materiallarından göründüyü kimi, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. (iddiaçı xx.xx.1961-ci ildə anadan olub. Belə ki, Əmək pensiyaları haqqında” Qanunun 9.8ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

32. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(102)-668/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-270/2023 saylı qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün göndərilməsi qərara alınmışdır.

33. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

34. Ali Məhkəmə hazırki iş üzrə 01 mart 2024-cü il tarixli, 2-1(102)-668/2024 nömrəli qərarında qeyd etmişdir ki, cavabdeh iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edərkən onun qanunla müəyyən edilmiş 25 il sığorta stajının olmamasına istinad edərək bildirmişdir ki, iddiaçının ümumi sosial sığorta stajı 25 ildən az -20 il 7 ay 2 gün təşkil edir. İddiaçının xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı “Şəki şəhəri Uşaq-Gənclər Fiziki hazırlıq klubu”nda işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)’’ proqram təminatında araşdırma aparılmış və həmin müəssəsinin qeyd olunan dövrdə Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. - İşə baxmış məhkəmələr iddiaçının xx.xx.1977 – xx.xx.1980-ci illərdə Şəki Üzümçülük sovxozunda, xx.xx.1984 - xx.xx.1992-ci illərdə Az.DRES TQİ-də, xx.xx.1992 xx.xx.1995-ci illərdə Azərbaycan DRES-də, xx.xx.1995 - xx.xx.1996-cı illərdə “Monitor” X1, xx.xx.1998 - xx.xx.1998-ci illərdə 5 nömrəli Mingəçevir AHM-də, xx.xx.1998 - xx.xx.2006-ci illərdə Uşaq-gənclər fiziki hazırlıq klubunda işlədiyini, habelə xx.xx.1983 - xx.xx.1984-cü illərdə Mingəçevir şəhər 39 nömrəli X14 məktəbində təhsil aldığını və xx.xx.1980 xx.xx.1982-ci illərdə hərbi xidmətdə olduğunu müəyyən etmiş, həmin dövrləri əmək stajına daxil etməklə, iddiaçının ümumi sosial sığorta stajının 25 ildən çox olduğu qənaətinə gəlmişdir. - Məhkəmə kollegiyası, aşağı instansiya məhkəmələrinin gəldiyi bu nəticə və əsaslandırması ilə razılaşır. İddiaçının 25 ildən artıq ümumi stajının olmaması barədə cavabdehin dəlilləri əsassızdır. - Həmçinin məhkəmələr iddiaçının xx.xx.1984 - xx.xx.1992-ci illərdə Az.DRES TQİdə, xx.xx.1992 - xx.xx.1995-ci illərdə Azərbaycan DRES-də, xx.xx.1995 xx.xx.1996-cı illərdə “Monitor” X1 və xx.xx.1998 xx.xx.1998-ci illərdə 5 nömrəli Mingəçevir AHM-də işlədiyi qaynaqçı vəzifəsinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə olması barədə düzgün nəticəyə gəlmişdir. - Bununla belə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən edilmiş 12 il 6 ay güzəştli iş stajının mövcud olub olmaması növbəti apelyasiya baxışının predmetini təşkil etməlidir. - Belə ki, iş materiallarında olan iddiaçının güzəştli iş stajı barədə məlumatları özündə əks edən arayışlarda onun xx.xx.1984-xx.xx.1992, xx.xx.1992-xx.xx.1995, xx.xx.1995-xx.xx.1996, xx.xx.1998-xx.xx.1998-ci illərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə işlədiyi qeyd edilmişdir. Məhkəmələr həmin müddətlərlə yanaşı xx.xx.1983-xx.xx.1984-cü illəri də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən dövrlərə aid etmişlər. - Lakin məhkəmə kollegiyası məhkəmələrin bu qənaəti ilə razılaşmır. Belə ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1983-cü ildə elektrik qaynaqçısı peşəsi üzrə şagird kontingentliyinə qəbul edildiyi, xx.xx.1984-cü ildə məktəbi qurtardığı üçün şagird kontingentliyindən çıxarıldığı qeyd edilmişdir. Bu dövr, iddiaçının texniki peşə məktəbində şagird kimi təhsil aldığı müddətdir. Həmin müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staja aid olması ilə əlaqədar məhkəmələr ətraflı araşdırma aparmamış, şagird kontingentliyinin (şagird kimi təhsil aldığı müddətin) güzəştli staja aid olub olmaması ilə bağlı heç bir normativ akta və ya arayışa istinad etmədən həmin müddəti güzəştli əmək stajı kimi qəbul etmişlər. Məhkəmə iddiaçının peşə məktəbində qaynaqçı peşəsi üzrə şagird kimi təhsil aldığı müddətin Siyahılarda olan hansı peşəyə uyğunluğunu əsaslandırmamışdır.

35. Hazırda məhkəmə kollegiyası da qanunvericiliyin tələblərini və iş materiallarını nəzərə alaraq birinci instansiya məhkəməsinin ümumi iş stajına və xüsusi iş stajının “xx.xx.1984 - xx.xx.1992-ci illərdə Az.DRES TQİ-də, xx.xx.1992 - xx.xx.1995-ci illərdə Azərbaycan DRES-də, xx.xx.1995 xx.xx.1996-cı illərdə “Monitor” X1 və xx.xx.1998 xx.xx.1998-ci illərdə 5 nömrəli Mingəçevir AHM-də işlədiyi qaynaqçı vəzifəsi”nin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə olması barədə mövqeyi ilə razılaşır.

36. Məhkəmə kollegiyası iddiaçının peşə məktəbində təhsil aldığı xx.xx.1983xx.xx.1984-cü illərin də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən dövrə aid edilib-edilməməsi barədə araşdırma apararaq qeyd edir ki, qeyd edilən dövr xüsusi iş stajı kimi nəzərə alına bilməz.

37. Belə ki, qeyd edilən xüsusat üzrə məhkəmə kollegiyası tərəfindən Mingəçevir Şəhər “Asan Peşə” Təhsil Mərkəzi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X6 X7 Şəhər Peşə Məktəbi, Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsi Mingəçevir Şəhər Filialı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq sorğular verilmiş, həmin sorğulara cavab olaraq əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, iddiaçının iddia tələbinin əsaslığı üzrə qanunla müəyyən edilmiş 12 il 6 ay güzəştli iş stajı tamamlanmır.

38. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X6 X7 Peşə Məktəbindən daxil olmuş 18 iyul 2024-cü il tarixli, 88 nömrəli məktubdan görünür ki, həqiqətən də, İddiaçı xx.xx.1983-xx.xx.1984-cü il tarixlərdə Mingəçevir şəhər 39 N-li X14 Məktəbinin (hazırkı Ələmdar X7 Peşə Məktəbi) 1 (bir) illik əyani” Əl ilə elektrik qaynaqçısı” ixtisasına daxil olmuş, tələbələr üçün keçirilən istehsalat təlimində, istehsalat təcrübəsində iştirak etmiş və həmin kursu tam bitirmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə ona 3-cü dərəcəli əl elektrik qaynaqçısı ixtisası üzrə Diplom Q N 602472 verilmişdir. - Məktəb peşə təhsil müəssisəsi olaraq fəaliyyət göstərir və qeyd edilən vətəndaş İddiaçı peşə təhsili üzrə təhsil almışdır. İddiaçı təhsil aldığı peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Lakin onun əmək stajının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə nəzərdə tutulan peşə ilə uyğunluğunun məktəb tərəfindən müəyyən edilməsi onların səlahiyyətləri çərçivəsində deyildir.

39. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X6 X7 Peşə Məktəbindən daxil olmuş 03 sentyabr 2024-cü il tarixli, 109 nömrəli məktubdan görünür ki, həqiqətən də, İddiaçı xx.xx.1983-xx.xx.1984-cü il tarixlərdə Mingəçevir şəhər 39 N-li X14 Məktəbinin (hazırkı Ələmdar X7 Peşə Məktəbi) 1 (bir) illik əyani” Əl ilə elektrik qaynaqçısı” ixtisasına daxil olmuş, tələbələr üçün keçirilən istehsalat təlimində, istehsalat təcrübəsində iştirak etmiş və həmin kursu tam bitirmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə ona 3-cü dərəcəli əl elektrik qaynaqçısı ixtisası üzrə Diplom Q N 602472 verilmişdir. - Mingəçevir şəhər 39 N-li X14 Məktəbinin 01 saylı, xx.xx.1984-cü il tarixli əmri ilə xx.xx.1984-cü il tarixindən xx.xx.1984-cü il tarixindək 54N-li Tikinti İdarəsində istehsalat təcrübəsi keçmişdir. Qeyd edilən istehsalat təcrübəsi dövründə İddiaçı fəaliyyəti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşə ilə uyğunluq təşkil edir.

40. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X6 X7 Peşə Məktəbindən daxil olmuş 10 sentyabr 2024-cü il tarixli, 113 nömrəli məktubdan görünür ki, həqiqətən də, İddiaçı xx.xx.1983-xx.xx.1984-cü il tarixlərdə Mingəçevir şəhər 39 N-li X14 Məktəbinin (hazırkı Ələmdar X7 Peşə Məktəbi) 1 (bir) illik əyani” Əl ilə elektrik qaynaqçısı” ixtisasına daxil olmuş, tələbələr üçün keçirilən istehsalat təlimində, istehsalat təcrübəsində iştirak etmiş və həmin kursu tam bitirmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə ona 3-cü dərəcəli əl elektrik qaynaqçısı ixtisası üzrə Diplom Q N 602472 verilmişdir. - Kərimov X3 şəhər 39 N-li X14 Məktəbində (hazırkı Ələmdar X7 Peşə Məktəbi) xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixinədək nəzəri dərslər üzrə dərslərdə iştirak etdiyi üçün qeyd edilən tarixlər ona zərərli əmək fəaliyyəti kimi staj hesab edilməsi məqbul deyildir. - Mingəçevir şəhər 39 N-li X14 Məktəbinin 01 saylı, xx.xx.1984-cü il tarixli əmri ilə xx.xx.1984-cü il tarixindən xx.xx.1984-cü il tarixindək 54N-li Tikinti İdarəsində istehsalat təcrübəsi keçmişdir. Qeyd edilən istehsalat təcrübəsi dövründə İddiaçı fəaliyyəti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrlə uyğunluq təşkil edir.

41. Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2024-cü il tarixli, 3-48-DA-8F/2-96/2024 nömrəli məktubundan görünür ki, 54 saylı Tikinti idarəsinin 1984-cü ilin arxiv sənədləri filiala təhvil verilmədiyi üçün İddiaçı istehsalat təcrübəsini keçməsini təsdiq etmək mümkün olmadı.

42. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 04 oktyabr 2024-cü il tarixli, 3-21-3/2-17224/2024 nömrəli məktubdan görünür ki, Mingəçevir şəhərində yerləşən 54 nömrəli Tikinti İdarəsi, həmçinin İddiaçı həmin müəssisədə işləməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində hər hansı məlumat aşkar edilməyib.

43. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı güzəştli iş stajının 12 il 6 ay tamam olması üçün onun xx.xx.1983-xx.xx.1984-cü il tarixlərdə Mingəçevir şəhər 39 N-li X14 Məktəbində (hazırkı Ələmdar X7 Peşə Məktəbi) əyani Əl ilə elektrik qaynaqçısı” ixtisası üzrə təhsil alması, eyni zamanda həmin müddət daxilində xx.xx.1984-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək 54N-li Tikinti İdarəsində istehsalat təcrübəsi keçməsi güzəştli iş stajı hesab edilə bilməz. Bu dövr, iddiaçının texniki peşə məktəbində şagird kimi təhsil aldığı müddətdir.

44. Məhkəmənin əks yanaşması formalaşmış məhkəmə təcrübəsinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

45. Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən edilməlidir.

46. Bundan başqa, iddiaçının etirazında göstərdiyi xüsusatla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X6 X7 Peşə Məktəbinin məktubundan da göründüyü kimi, İddiaçı təhsil aldığı peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Yəni iddiaçı, təhsil aldığı peşəyə uyğun olaraq həmin peşə üzrə gələcəkdə işlədiyi halda həmin dövrlər güzəştli iş stajı kimi qəbul edilə bilər. Hansı ki, həmin dövrlər də iddiaçıya münasibətdə güzəştli iş stajına daxil edilmişdir.

47. İş materiallarında olan sübutları ümumiləşdirərək məhkəmə kollegiyası o qənaətdədir ki, iddiaçının ümumi iş stajı ona güzəşli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri şərtə cavab versə də, onun xüsusi iş stajı 12 il 6 aydan az olmaması ilə bağlı şərtlərə cavab vermir, yəni, hazırda onun sadəcə 12 il 4 ay 19 gün xüsusi stajının olması iş materialları ilə öz təsdiqini tapır.

48. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtlərin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən də lazımi qaydada araşdırılmamışdır.

49. Bununla bağlı iddiaçının keçmiş Mingəçevir şəhər 39 N-li X14 Məktəbində təhsil alaraq “3-cü dərəcəli əl elektrik qaynaqçısı ixtisası” diplomu alması, lakin təhsil aldığı müddətin güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün xüsusi iş stajı kimi hesab edilməməsi həmin müəssisədən-Mingəçevir şəhər 39 N-li X14 Məktəbindən verilən arayışlarla da öz təsdiqini tapır.

50. Göründüyü kimi, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır.

51. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən edilmiş hallarından da görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcud deyildir.

52. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. (İPM-in 14.2-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası nəticə olaraq qanunazidd olmaqla, iddiaçının hüquqlarını pozmamışdır. Odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsaslıdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qanuni və əsaslı deyil. Nəticədə isə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmamalıdır. Qeyd olunanları diqqətə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşır.

53. Məhkəmə kollegiyası sonda qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunamüvafiq olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmamışdır.

54. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X13 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci il tarixdə 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2019-cu il tarixdən hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.

55. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.

56. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

qərara aldı

Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-670/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X13 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2018-ci il tarixdə 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar