Məhkəmə qərarları › İş №2-1(107)-387/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-387/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-387/2020 16.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, cavabdeh DSMF X6 Balakən rayon filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X9 X6 Balakən rayon filialına qarşı “1970, 1973-1983-cü illərdə Balakən rayonu Əzizbəyov adına kolxozda işlədiyi 4 il 1 ay və xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək X7 Təsərrüfatı Mərkəzində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və hüququnun yarındığı xx.xx.2015-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair" inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1051/2020nömrəli qərarından iş üzrə cavabdeh Dövlət X9 X6 Balakən rayon filialı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа baxaraq, müəyyən etdi: Şəki İnzibаti Məhkəməsinin (hаkim İ.H.Cabbarov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1051/2020nömrəli qərаrı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X9 X6 Balakən rayon filialının üzərinə İddiaçı 1970, 1973-1983cü illərdə Balakən rayonu Əzizbəyov adına kolxozda işlədiyi 4 il 1 ay və xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək X7 Təsərrüfatı Mərkəzində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. İşin hаllаrı: İddiaçı xx.xx.1952-ci ildə Balakən rayonu Şərif kəndində anadan olmuş, hal-hazırda orada yaşayır. 1970, 1973-1988-ci illərdə Balakən rayonunun “Əzizbəyov” adına kolxozunda və xx.xx.1982-xx.xx.1996-cı illərdə X7 Təsərrüfatı Mərkəzində işləmişdir. Təqaüd yaşına çatdığından sənədlərini yaşa görə əmək pensiyası təyin edilməsi üçün ƏƏSMN yanında DSMF-nin Balakən rayon şöbəsinə təqdim etmiş, lakin yuxarıda qeyd etdiyi kolxoz və təşkilatda işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən iddiaçıya şöbə tərəfindən əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu Qanun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu hərəkətsizlik göstərərək bundan imtina etmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. O, iddiasını belə əsaslandırmışdır ki, 1970, 1973-1983-cü illərdə Balakən rayonu “Əzizbəyov” adına kolxozda və xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək X7 Təsərrüfatı Mərkəzində işləmişdir. İşlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və hüququnun yarındığı xx.xx.2015-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixli, **********6 nömrəli məktubunda 1970, 1973-1983cü illərdə Balakən rayonu “Əzizbəyov” adına kolxozda və xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək X7 Təsərrüfatı Mərkəzində işlədiyi dövrlər əmək kitabçasında qeyd edilmədiyindən həmin müddətin sığorta stajına daxil edilməməsi səbəbini göstərməklə ona pensiya təyin etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı verdiyi şikayətin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X4 məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qərаrı çıxаrılmışdır. Apelyаsiyа şikаyətinin dəlilləri: Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1051/2020nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X9 X6 Balakən rayon filialı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları tam və hərtərəfli aydınlaşdırmamışdır. Belə ki, ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq iş stajları əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı kolxozdakı iş stajı əmək kitabçasında qeyd edilməmişdir. Eyni zamanda, müəssisədəki iş stajının əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, yerində yoxlama zamanı bir çox aylarda əmək haqqı alınması barədə məlumatlar (cədvəllər) aşkar edilməmişdir. xx.xx.1992-ci ildən sonrakı illər-aylar üzrə sığorta stajı qazanılmış əmək haqqlarına əsasən müəyyən olunur. Bu səbəbdən qeyd olunan müddətin sığorta stajına daxil edilməsi qanunauyğun deyildir. Hesab edirlər ki, apelyasiya şikayəti təmin edilməlidir. Apelyasiya məhkəməsinin iclasında cavabdeh DSMF X6 Balakən rayon filialının nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1051/2020nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, cavabdeh DSMF X6 Balakən rayon filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 1051/2020nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. İşdə olan AZE-0******* nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci ildə anadan olmuşdur. İşdə olan Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05 nömrəli arxiv arayışlarından görünür ki, Balakən rayonu Yeni Şərif kənd sakini İddiaçı 1970, 1973 və 1983-cü illərdə “Əzizbəyov” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Dövlət X5 Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli arayışından görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdə 63 yaşı tamam olmuş, onun yaşa görə əmək pensiyası hüququ həmin tarixdən yaranmışdır. Həmin tarixə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il sığorta stajı tələb olunur. Təqdim etdiyi sənədlərə əsasən onun cəmi siğorta stajı 19 il 4 ay təşkil edir. İşdə olan Dövlət X5 Balakən rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə 49 nömrəli əmrlə X7 Təsərrüfatı Mərkəzinə işə qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə 19 nömrəli əmrlə işdən azad olunmuşdur. İşdə olan Dövlət X5 Balakən rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdə verilmiş 05 nömrəli arayışda 1970, 1973-cü ildən 1988-ci ilədək qeyd edilmiş adam/saatları və əmək haqları barədə məlumatlar yerində yoxlanılmış və düzgün olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmənin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 1970, 1973-1983-cü illərdə Balakən rayonu “Əzizbəyov” adına kolxozda işlədiyi 4 il 1 ay və xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək X7 Təsərrüfatı Mərkəzində işlədiyi dövr Balakən Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 05 nömrəli arxiv arayışı və Dövlət X5 Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli aktı ilə öz təsdiqini tapır. DSMF-nin Balakən rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, iddiaçının xx.xx.2015-ci il tarixində yaşa görə əmək pensiyası hüququ yaranmış, həmin tarixə əmək pensiyası təyin edilməsi üçün 12 il sığorta stajı tələb olunmuşdur. İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sığorta stajı 19 il 4 ay təşkil etmişdir. Lakin İddiaçı kolxozdakı 4 il 1 ay və Meşə təsərrüfatındakı 13 il 3 ay olmaqla cəmi 17 il 4 ay iş stajları əmək kitabçasında qeyd edilməmişdir. Əmək və X3 Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Göründüyü kimi, iddiaçının tələbində qeyd olunan müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun xx.xx.2015-ci il tarixindən yaşa görə əmək pensiyası hüququ yaranan zaman qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş 12 il sığorta stajı tamamlanacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İddiaçının əmək kitabçası olmasa da, lakin onun 1970, 1973-1983-cü illərdə Balakən rayonu “Əzizbəyov” adına kolxozda 4 il 1 ay və xx.xx.1982-ci ildən xx.xx.1996-cı ilədək X7 Təsərrüfatı Mərkəzində 13 il 3 ay işləməsi arxiv arayışı, keçmiş iş yerindən verilmiş arayış, habelə cavabdeh inzibati orqanın özünün əməkdaşları tərəfindən aparılmış yoxlamaların (üzləşdirmələrin) nəticələrinə dair aktlar əsasında müəyyən olunur. Belə olduğu halda, qanunvericiliyin tələbinə əsasən, İddiaçı kolxozda 4 il 1 ay və Meşə təsərrüfatında 13 il 3 ay olmaqla cəmi 17 il 4 ay iş (sığorta) stajının olması qəbul edilməlidir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən, məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. İşin faktiki hallarını və bu halların yuxarıda qeyd olunan qanun normalarına uyğunluğunu nəzərə alan birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya onun hüququ yarandığı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və bununla bağlı əsaslandırması ilə tam razıdır. Məhkəmə iddianı təmin etməkdə haqlı olmuş və düzgün qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Beləliklə, məhkəmə kollegiyаsı аpelyаsiyа şikаyətinin dəlillərini birinci instаnsiyа məhkəməsinin qərаrının ləğv edilməsi üçün yetərli hesаb etmir və bu nəticəyə gəlir ki, Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən аpelyаsiyа şikаyəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərаrı dəyişdirilmədən qüvvədə sаxlаnmаlıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X9 X6 Balakən rayon filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 1051/2020nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərаrdаn surəti tam formada təqdim olunduğu gündən 01 (bir) ay müddətində Şəki Apelyаsiyа Məhkəməsi vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikаyət verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar